BAŞ-BOYUN ŞİŞLƏRİ
94
Cədvəl 3.2.
«Target» preparatlar
Beynəlxalq
adı
Preparatın
adı
Təsir nöqtəsi
Setuksimab Erbituks
Epidermal böyümə faktoru reseptoru
(Epidermal growth factor receptor – [EGFR])
Bevasizumab Avastin
Damar endotelinin böyümə faktoru (Vascular
endotelial growth factor – [VEGF])
Erlotinib Tarseva İnsan epidermal böyümə faktoru reseptoru
(Human epidermal receptor – [HER1])
Trastuzumab Herseptin
İnsan epidermal böyümə faktoru reseptoru
(Human epidermal receptor – [HER2 new])
Imatinib Qlivek
Tirozinkinaza
Adoptiv immunoterapiya xəstənin oqranizminə «in vitro» aktivləşdiril-
miş autogen (xəstənin üzünə məxsus) immunokomponent hüceyrələrin yeri-
dilməsinə (qaytarılmasına) əsaslanan bioterapiya növüdür. Bioterapiyanın bu
metoduna limfokin aktiv killerlərlə (LAK) terapiya aid edilir.
LAK terapiya insan orqanizminin şiş əleyhinə müdafiəsində natural
killerlər (NK) adlanan müəyyən qrup limfositlərdən istifadəni nəzərdə tutur.
NK digər limfositlərdən fərgli olaraq şiş hüceyrələrini daha effektiv lizis (məhv
etmək) qabliyyətinə malikdirlər. Lakin onlar qanın bütün limfositlərinin 10-
15%-ni təşkil edirlər ki, bu da NK şiş kütləsinin məhvinin öhdəsindən gəlmə-
sinə imkan vermir. NK sayının artırılması üçün xəstənin adi limfositləri çı-
xarılır və onlara «in vitro» gen-mühəndislik texnologiyası yolu ilə bioloji aktiv
maddələr – limfokinlərlə (interleykinlər [İL]) təsir edilərək LAK əldə edilir.
Əldə edilən LAK xəstənin orqanizminə yeridilərək şiş əleyhinə təsir göstərir.
LAK terapiya, əsasən, adyuvant rejimdə cərrahi, kimyəvi və ya kimyəvi-şüa
müalicəsindən sonra istifadə olunur.
Sitokinoterapiya. Sitokinlər endotel və immun sistem heceyrələri tərə-
findən istehsal olunan peptid təbiətli bioloji aktiv maddələr olub orqanizmdə
bir sıra vacıb proseslərin (hemopoez, neoangiogenez, apoptoz, hemotaksis) tən-
zimlənməsində iştirak edir ki, həmin proseslər də bədxassəli şişlərin inkişa-
fında vacıb rol oynayır. Bu səbəbdən sitokinlər və onların antaqonistləri bəd-
xassəli şişlərin müalicəsində istifadə oluna bilər. Sitokinoterapiyada istifadə
olunan preparatları aşağıdakı qruplara bölmək olar:
− interferonlar (intron, roferon A, reoferon)
− interleykinlər (aldezleykin, proleykin)
− şişin nekroz amili (alnorin)
Fəsil 3.
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
95
− koloniya stimuləedici amillər (neypogen, leykomast, rekorman)
İnterferonlar sekretor qlikoproteidlər olub immunomodulyator, antivirus,
antiproliferativ təsirə malikdirlər. Onlar həmçinin angiogenezi zəiflədir, apop-
tozu stimulyasiya edir, sitostatiklərin təsirini gucləndirirlər.
İnterleykinlər T limfositlər tərəfindən istehsal olunur və immun tənzim-
ləmədə, ilk növbədə T limfositlərin stimulyasiyasında əsas rol oynayırlar. On-
ların istifədəsi limfoid proliferasiyaya və immunodefisit vəziyyətin zəiflə-
məsinə səbəb olur. İnterleykinlər həmçinin adoptiv immunoterapiyanın kompo-
nenti kimi istifadə olunur.
Şişin nekroz faktoru (Tumor necrosis factor [TNF]) sitokinlər arasında
mühüm yer tutur. Sitokinlərin bu qrupu bir sıra eksperimental şişlərdə hemor-
ragik nekroz törətmək qabiliyyətinə görə belə adlandırılmışdır.
Koloniya stimuledici faktorlar (Colonys stimulatino factor [CSF]) hemo-
poezin stimulyasiya amilləridir. Onlar sümük iliyində hüceyrə koloniyalarını
əmələ gətirmək qabiliyyətinə malikdirlər. CSF istifadəsi sitostatiklərlə müalicə
zamanı neytro və trombositopeniya müddətinin və infeksion ağırlaşmaların
azalmasına səbəb olur.
3.5. Baş-boyun xərçənginin
kompleks müalicəsi
Baş-boyun nahiyəsinin bədxassəli şişlərinin 90%-ə qədərini yastıhü-
ceyrəli xərçəng təşkil edir. Təəssüflə qeyd etmək lazımdır ki, vizual lokali-
zasiyalı olmasına baxmayaraq, bu nahiyənin xərçəngi olan xəstələrin 60-70%-i
istisaslaşmış klinikaya şiş prosesinin III-IV mərhələlərində müraciət edirlər.
Muasir standartlara görə bu qrup xəstələrin müalicəsi cərrahi, şüa və dərman
müalicələrindən birgə istifadəyə əsaslanan kompleks xarakter daşımalıdır. Baş-
boyun nahiyəsinin yastıhüceyrəli xərçənginin müalicəsində kimyəvi terapiya
uzun müddət qeyri-rezektabel, residiv və metastatik şişlərdə palliativ məqsədlə
istifadə olunurdu. Lakin son illər kimyəvi terapiya cərrahi və şüa müalicəsi ilə
birgə bu kateqoriyalı xəstələrin müalicəsinin tamhüquqlu komponentinə çev-
rilmişdir.
Baş-boyun nahiyəsinin yastıhüceyrəli xərçənginin müalicəsində kimyəvi
terapiyanın geniş istifadəsi iki mühüm problemi ortaya çıxardı. Birinci problem
toksikliyin artırılmaması şərti ilə müalicənin effektivliyinin artırılmasıdır.
Təəssüf ki, kimyəvi-şüa müalicəsinin uğurları həm müalicə, həm də ondan son-
rakı dövrdə çoxsaylı ciddi ağırlaşmalar hesabına əldə edilir ki, bu da xəstə-
likdən sağalmış insanların həyat keyfiyyətini xeyli aşağı salır. İkinci problem
baş-boyun nahiyəsinin qeyri-rezektabel xərçəngi olan xəstələrin müalicəsi ilə
əlaqədardır. Belə ki, residiv və metastazverici yastıhüceyrəli baş-boyun xərçən-
gi zamanı istifadə olunan bütün müasir polikimyəvi müalicə sxemləri çoxdan
BAŞ-BOYUN ŞİŞLƏRİ
96
məlum olan və mono rejimdə istifadə olunan kimyəvi preparatlarla müqayisədə
xəstələrin yaşama müddətini artırmır.
Hal hazırda baş-boyun nahiyəsinin yerli yayılmış birincili və residiv yas-
tıhüceyrəli xərçənginin aşağıdakı kompleks müalicə variantlarından istifadə
olunur:
− induksion kimyəvi müalicə (sonrakı şüa və/və ya cərrahi müalicə
ilə)
− eynivaxtlı (sinxron) kimyəvi-şüa müalicəsi (sərbəst müalicə metodu
və adyuvant və ya neoadyuvant müalicə planında)
− «target» terapiyası (kimyəvi və/və ya şüa müalicəsi ilə birgə)
İnduksion kimyəvi müalicə 2-4 kurs poliximioterapiyanın aparılmasını
və müalicənin şüa terapiyası ilə davam etdirilməsini nəzərdə tutur. İnduksion
kimyəvi müalicə bir sıra üstünlüklərə malikdir. Bura pozulmamış qan təchizatı
şəraitində kimyəvi preparatın şiş toxumasında daha bərabər paylanmasını,
mikrometastazlara erkən təsiri, müalicənin xəstələr tərəfindən daha asan
keçirilməsini aid etmək olar. Digər tərəfdən induksion kimyəvi müalicə şişin
kimyəvi müalicəyə həssaslığını müəyyən etməyə və sonrakı müalicə taktikasını
(şüa və ya cərrahi) seçməyə imkan verir. Son illərə qədər baş-boyun
nahiyəsinin yastıhüceyrəli xərçənginin induksion kimyəvi müalicəsinin stan-
dart sxemi PF (sisplatin – 100 mq/m
2
– I gün, 5-ftorurasil – 1000 mq/m
2
– I-V
günlər) hesab olunurdu. 2007-ci ildən başlayaraq PF rejimi induksion poli-
ximioterapiya üçün optimal sxem hesab olunmur. Son illərin çoxsaylı kliniki
tədqiqatları PPF (paklitaksel+PF) və xüsusən TPF (dosetaksel+PF) sxemlərinin
daha effektiv olmasını göstərmişdir.
Eynivaxtlı (sinxron) kimyəvi-şüa müalicəsi hal-hazırda baş-boyun nahi-
yəsinin yerli yayılmış yastıhüceyrəli xərçənginin standart müalicə metodikası
hesab olunur. Son illərin çoxsaylı kliniki tədqiqatlarının analizi göstərir ki,
sinxron kimyəvi-şüa müalicəsi residivlərin sayını azaldır və xəstələrin yaşama
göstəricilərini artırır. Lakin bu metodika kəskin toksikliyi və güclü yanaşı
ağırlaşmaları (ilk növbədə, mukozitlər) ilə səciyyələnir. Hal-hazırda sinxron
kimyəvi-şüa müalicəsinin standart sxemi aşağıdakıdır: sisplatin – 100 mq/m
2
şüa müalicəsinin 1, 22 və 43-cü günləri.
Kimyəvi və şüa müalicəsinin öz effektivliyinin pik nöqtəsinə çatmasına
baxmayaraq, baş-boyun nahiyəsinin yerli yayılmış yastıhüceyrəli xərçəngi olan
xəstələrin böyük bir qismində residiv və metastazlar əmələ gəlir. Target
preparatların sintezi bu qrup xəstələrin müalicəsində yeni imkanlar açdı.
Müəyyən olundu ki, baş-boynun yastıhüceyrəli xərçəngində, demək olar ki,
100% halda şişin epidermal böyümə faktoru reseptoru (EGFR) ekspressiya
olunur. EGFR xəstəliyin gedişinə neqativ təsir göstərir, residivsiz və ümumi
yaşama göstəricilərini azaldır. Ona görə də boş-boyun nahiyəsinin yerli yayıl-
mış yastıhüceyrəli xərçənginin müasir müalicə taktikasının əsasını EGFR və
Dostları ilə paylaş: |