Fəsil 4.
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ
121
− proliferativ düyünlü tip (mürəkkəb nevus)
• Dermal
melanositar zədələnmələr
− Monqol ləkəsi
− Ota nevusu (naevus Ota)
− İto nevusu (naevus Ito)
• Mavi nevus
− dərin penetrasiyaedici nevus
− hüceyrəvi mavi nevus
• Kombinəolunmuş nevus
• Melanositar ləkə, sadə lentiqo və lentiginoz nevus
•
Displastik nevus
• Spesifik lokalizasiyalı nevus
− akral (ovuc – daban)
− genital
− Meyerson nevusu (Meyerson naevus)
• Residivverici nevus (psevdomelanoma)
• Şpis nevusu (Spitz naevus)
• piqmentli iyəbənzərhüceyrəli nevus – Rid nevusu (Reed naevus)
• Halo-nevus (Setton naevus)
B. Melanomalar
• Səthi yayılan
• Düyünlü
• Lentiqo melanoma
• Akral-lentiginoz
• Desmoplastik
• Mavi nevusdan
inkişaf edən melanoma
• Nəhəng anadangəlmə nevusdan inkişaf edən melanoma
• Uşaqların melanoması
• Nevoid melanoma
• Residivverici melanoma
4.2.4. Melanositar (piqmentli) nevuslar
Melanositar nevuslar epidermal və dermal melanositlərin inkişaf qüsuru
olan xoşxassəli dəri zədələnmələridir. Melanositlər – öz melanosomlarında
melanin piqmenti sintez etmək qabiliyyəti olan hüceyrələrdir. Dəyişilməmiş
dəridə melanositlər epidermisin bazal qatında, bazal epidermositlər arasında
diffuz səpələnmiş vəziyyətdə olur və orqanizmi həddən artıq ultrabənövşəyi
şüalanmadan qoruyur.
BAŞ-BOYUN ŞİŞLƏRİ
122
Piqmentli nevuslar insanların 30-50%-də rast gəlinir. Onlar 65-70%
hallarda
baş-boyun nahiyəsində, 15-20% hallarda yuxarı və aşağı ətraflarda, 5-
10% təsadüfdə isə gövdədə müşahidə olunur.
Nevuslar anadangəlmə və qazanılma olmaqla iki yerə bölünür. Onlar er-
kən uşaq yaşlarında əmələ gəlir, orqanizmin inkişafı ilə əlaqədar böyüyür və,
adətən, cinsi yetişkənlik dövründən sonra öz inkişaflarını dayandırırlar. Yaş
artdıqca nevuslar, adətən, depiqmentasiyaya uğrayır və fibrozlaşırlar.
Yer kürəsində hər bir insanda 15-ə qədər bu və ya digər növ nevusun
olması təxmin edilir, lakin melanomanın rastgəlmə tezliyi isə xeyli aşağıdır.
Müxtəlif müəlliflərə görə nevusun fonunda melanomanın əmələgəlmə ehtimalı
10-80% arasında dəyişir. Buna baxmayaraq kliniki təcrübə göstərir ki, mela-
nomalar əksər hallarda nevusların maliqnizasiyası nəticəsində əmələ gəlir.
Melanomaya keçməsi ehtimalı yüksək olan (melanoma təhlükəli) nevus-
lara aşağıdakılar aid edilir [şəkil 4.21-4.26]:
• Dübrey melanozu (Hatçinson ləkəsi)
• Displastik nevus
• Sərhədi nevus
• Mavi nevus
• Anadangəlmə nəhəng piqmentli nevus
• Halo nevus
Bunlardan Dubrey melanozu və displastik
nevus obliqat melanomaönü
proseslərə aid edilirlər.
Dübrey (Dubreuilh) melanozu (Hatçinson [Hutchinson] ləkəsi), əsasən,
yaşlı insanlarda müşahidə olunub, xarakterik kliniki şəklə malikdir. Xəstəlik
kiçik ölçülü piqmentli ləkənin əmələ gəlməsi ilə başlayır. Prosesin periferiyaya
doğru inkişaf etməsi nəticəsində ləkənin ölçüləri 5-6 sm-ə qədər çatır. Dübrey
melanozunun xarakterik xüsusiyyəti ləkənin açıq qəhvəyi rəngdən tutmuş tünd
qəhvəyi və ya göyümtül-qara rəngə qədər olan müxtəlif çalarlara malik ol-
masıdır. Dübrey melanozundan melanomanin əmələ gəlməsi dövrü 5-20
il təş-
kil edir. Əksər müəlliflərin fikrincə Dübrey melanozu fonunda əmələ gələn
melanoma nevogen mənşəli melanomalara nisbətən daha aqressiv gedişə malik
olurlar. Ona görə də onlara qarşı aparılan müalicə taktikası piqmentli nevuslara
nisbətən daha aktiv olmalıdır.
Displastik nevus irsi (anadangəldmə displastik sindrom) və sporadik
(cinsi yetişkənlik dövründə) olmaqla iki qrupa bölünür. Kliniki olaraq özünü
ölçüləri 5 mm-dən böyük olan, çoxsaylı boz-qəhvəyi, çəhrayı-qırmızı rəngli
piqmentasiyalar şəklində göstərir. İrsi formalarının melanomaya keçmək ehti-
malı daha yüksəkdir.
Qeyd etmək lazımdır ki, melanoma təhlükəli nevuslar ümumi nevuslar
qrupunda azlıq təşkil edir. Digər tərəfdən melanomalar əksər (70%)
hallarda
anadangəlmə nevusların fonunda əmələ gəlir.
Fəsil 4.
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ
125
Maliqnizasiya qabiliyyəti olan istənilən nevus üçün melanomaya qədərki
dövr vacibdir. Bu dövrün ən xarakterik kliniki əlamətlərinə aiddir:
• Piqmentli nevusun və ya piqment ləkəsinin kəskin və homogen piq-
mentasiyası
• Nevus və ya piqmentli ləkə nahiyəsində dəri şəklinin saxlanılması
• Nevusun dəri səthindən kəskin məhdudlaşan düzgün oval və ellip-
toid forması
• Nevusun və ya piqmentli ləkənin «parıltılı» səthi
• Diametri 0,5 sm-dən böyük olan nevus
• Nevus və ya piqmentli ləkənin əsasında nekroz ocaqlı papillo-
mamoz düyünlərin olmaması
• Nevus və ya piqmentli ləkə nahiyəsində sürətli böyümənin, qaşın-
manın, sancı hissinin və gərginliyin olmaması
Piqmentli nevusu olan xəstələrin həkimə müraciətinin əsas
səbəbi onlar-
da baş verən aşağıdakı dəyişikliklərdir:
− nevusun ölçülərinin böyüməsi
− rənginin dəyişilməsi (piqmentasiyanın artması və ya azalması)
− nevusun ağrı, dərinin hiperemiyası, qaşınma ilə müşayiət olunan
iltihablaşması
− nevusun səthindəki tüklərin tökülməsi
− səthinin xoralaşması
− qanaması
Yuxarıda göstərilən əlamətlərin bir və ya bir neçəsinin olduğu təqdirdə
piqmentli nevusları melanomadan diferensiasiya etmək çox çətin olur. Təsadüfi
deyildir ki, bu zaman müşahidə olunan diaqnostik səhvlərin tezliyi 50-70%
təşkil edir. Nevusların aktivasiya əlamətlərinin müşahidə olunduğu hallarda
bütün mümkün üsullardan istifadə edilməsinə baxmayaraq prosesin həqiqi xa-
rakterini (iltihabla ağırlaşmış nevus və ya artıq maliqnizasiyaya uğramış nevus
– melanoma) müəyyən etmək mümkün olmur.
Ona görə də yuxarıda göstərilən dəyişikliklərə uğramış nevuslara mü-
nasibətdə aktiv cərrahi taktika məsləhət görülür.
Bəzi müəlliflər piqmentli
nevusların cərrahi müalicəsini məsləhət görmürlər və bunu onunla izah etməyə
çalışırlar ki, travma nevusların maliqnizasiyasına təkan verir. Lakin bu fikir-
lərlə qəti razılaşmaq olmaz. Belə ki, bu müşahidələr nadirdir və yəqin ki, artıq
əmələ gəlmiş melanomalara aiddir. Qeyd etmək lazımdır ki, piqmentli nevusu
olan xəstənin müraciəti artıq həkimi ehtiyatlandırmalıdır, çünki bu müraciət,
adətən, nevusun sakit gedişi fonunda əmələ gələn dəyişikliklər səbəbindən
olur. Bütün bu hallarda törəmə cərrahi əməliyyat yolu ilə kəsilib götürülmə-
lidir. Baş-boyun nahiyəsində yerləşən nevuslarda cərrahi əməliyyatın həcmi
vacib şərtdir, belə ki, xəstə üçün müalicənin
kosmetik aspekti mühüm əhə-
miyyət kəsb edir. Piqmentli nevuslar, adətən, törəmənin kənarından bir neçə