BAŞ-BOYUN ŞİŞLƏRİ
134
Sidikdə melanuriyanın (Yakşa reaksiyası)
mahiyyətini dərinin mela-
noması olan xəstələrin sidiyində şişin spesifik metabolitlərinin – melanogenlə-
rin təyini təşkil edir. Sidiyə oksidləşdiricilərin (məsələn, 5%-li dəmir xloridin)
əlavə edilməsi melanogenlərin melaninə çevrilməsinə səbəb olur və sidik xa-
rakterik tünd boz, qəhvəyi və ya qara rəngə boyanır. Melanuriya əksərən dəri
melanomasının generalizə olunmuş formaları üçün xarakterik olub, xəstəliyin
erkən dövrlərində nadir hallarda müşahidə olunur.
Son illər dəri melanomasının diaqnostikasında
daha effektiv müayinə
metodlarından istfiadə olunmağa başlanmışdır ki, bunların da ən perspektivlisi
dermatoskopiyadır. Bu müayinə metodu son 10 il ərzində ABŞ, Qərbi Avropa
və Avtsraliyada kliniki praktikada geniş tətbiq olunmağa başlamışdır.
Dermatoskopiyanın mahiyyətini piqmentli törəmənin səthinə mineral
yağın çəkilməsi və onun 40 dəfə böyütmə qabiliyyətinə malik dermatoskoplar-
la müayinəsi təşkil edir [şəkil 4.34]. Mineral yağ işığın dərinin səthi qatların-
dan əks olunmasını aradan qaldırır və onun dərinin daha dərin qatlarına çat-
masını təmin edir. Dermatoskopiya yüksək dəqiqliklə melanositar nevuslarla
dərinin digər piqmentli törəmələrinin (seboreyalı keratoz, hemangioma, derma-
tofibroma, bazalhüceyrəli xərçəng) arasında diferensial
diaqnostika aparmağa
imkan verir.
Şəkil 4.34. Dermatoskop
Fəsil 4.
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ
135
Son illər dermatoskopiyanın effektivliyinin artırılması üçün kompüter
texnologiyalarından istifadə haqqında məlumatlar vardır. İlkin məlumatlara gö-
rə
kompüter texnikası və
rəqəmli fotoqrafiyadan istifadə etməklə aparılan
avtomatik dermoskopiyanın dəri melanomasının diaqnostikasında həssaslığı
90-100%, spesifikliyi 90-95% təşkil edir. Lakin qeyd etmək lazımdır ki, dəri
melanomasının kompüter diaqnostikası özünün erkən klinik dövrünü yaşayır və
hələ ki, kliniki praktikada geniş tətbiq edilməmişdir.
Melanomanın uzaq orqanlara metastazlarının diaqnostikasında
KT, MRT,
PET istifadə olunur.
Melanomanın
morfoloji diaqnostikası üçün sitoloji müayinə metodun-
dan istifadə olunur. Bu müayinə üçün material incə iynə ilə punksiya vasitəsilə
xoralı törəmələrdə isə yaxma – iz vasitəsi ilə əldə edilir. Dərinin piqmentli tö-
rəmələrinin diaqnostikasında insizion biopsiyadan istifadə edilmir. Bu melano-
ma olduğu təqdirdə şiş prosesinin sürətli generalizasiyası,
melanin təhlükəli
piqmentli nevus olduqda isə onun maliqnizasiyasının artması təhlükəsi ilə izah
olunur. Şübhəli vəziyyətlərdə diaqnostikanın sonuncu etapı kimi şişin sağlam
toxumalar sərhəddində kəsilib götürülməsindən və əməliyyat stolunda təcili
histoloji müayinədən istifadə olunur.
4.2.8. Diferensial diaqnostika
Melanoma və dərinin digər şişlərinin diferensial diaqnostikası kifayət qə-
dər çətindir və müəyyən hallarda ancaq morfoloji müayinə xəstəliyin həqiqi
xarakterini müəyyən etməyə imkan verir. Melanomanı ən çox aşağıdakı xəs-
təliklərlə diferensiasiya etmək lazımdır (cədvəl 4.1).
Cədvəl 4.1.
Melanomanın diferensial diaqnostikası
Nevuslar
Dərinin inkişaf qüsurları
Hemangioma
Dərinin xoşxassəli şişləri
Papilloma, keratoakantoma, dermato və
neyrofibromalar, adenoma və
sistadenomalar
Dərinin şişönü
xəstəlikləri
Seboreyalı keratoz və Bouen xəstəliyi
Dərinin bədxassəli şişləri
Yastı və bazalhüceyrəli xərçəng,
dermarofibrosarkoma, dəri artımlarının
adenokarsinoması, dərinin limfoması
BAŞ-BOYUN ŞİŞLƏRİ
136
Bədxassəli şişlərin dəriyə
metastazları
Ağ ciyərin
xərçəngi, süd vəzisinin
xərçəngi, böyrəyin xərçəngi, mədəaltı
vəzin xərçəngi, yumurtalıqların xərçəngi
Dermato-veneroloji
xəstəliklər
Dırnaqların göbələk zədələnməsi, bərk
şankrın dəri forması
4.2.9. Müalicə
Melanomanın müalicəsi aşağıdakı metodlardan istifadə etməklə aparılır.
• Cərrahi
• Şüa
• Kombinəolunmuş və kompleks
• Kimyəvi müalicə
• İmmunoterapiya
Cərrahi müalicə melanomanın müalicəsinin əsas metodudur. Cərrahi
əməliyyat həm sərbəst, həm də kombinəolunmuş və kompleks
müalicənin
aparıcı komponenti kimi istifadə edilir. Cərrahi müalicə birinci şiş ocağının və
müəyyən göstərişlər daxilində regionar metastazvermə zonalarının müalicəsin-
dən ibarətdir.
Birincili şiş ocağında cərrahi əməliyyatın həcmi törəmənin ölçülərindən,
böyümə xarakterindən və lokalizasiyasından asılı olur. Əməliyyatın ümumi
qaydası şişin önu əhatə edən dəri, dərialtı piy təbəqəsi, fassiya və ya aponev-
rozla birgə geniş cərrahi və ya elektrocərrahi kəsilib götürülməsindən ibarətdir.
Dəri kəsiyi, adətən, gövdə və ətrafların dərisinin melanoması zamanı şişin
kənarından 3-5 sm və daha çox olmaqla aparılır, baş-boyun nahiyəsinin mela-
nomasında isə kəsiyin şişin kənarından 2-3 sm aralanmaqla aparılması kifayət
edir.
Son onilliklərə qədər dəri melanomasının birincili ocağının
cərrahi mü-
alicəsində istifadə olunan geniş əməliyyatlar tədricən ekonom operasiyalarla
əvəz olunur. Melanomanın cərrahi müalicəsinə olan yeni yanaşmalar iki amillə
izah olunur. Birincisi, müəyyən olunmuşdur ki, dəri melanoması üçün yerli
residivvermə, o qədər də xarakterik deyildir və xəstəliyin müalicəsinin əsas
problemi regionar və uzaq metastazlarla bağlıdır. İkincisi, aparılan geniş kliniki
tədqiqatlar adekvat göstərişlər daxilində dəri melanomasının ekonom cərra-
hiyyə metodlarının kliniki praktikada tətbiqinin mümkünlüyünü göstərmişdir.
Melanomanın cərrahi müalicəsində şiş onun xarici kənarından
həm hori-
zontal həm də vertikal istiqamətdə geniş kəsilib götürüməlidir. Dərialtı piy tə-
bəqəsinin zəif inkişaf etdiyi nahiyələrdə radikalizmi artırmaq məqsədi ilə
fassiyanı, həmçinin onun altında yerləşən əzələ və sümük toxumasını kəsməyə