Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə41/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
114 
Şəkil 4.15. Boyun dərisinin  
yastıhüceyrəli xərçəngi, 
infiltrativ forma 
Şəkil 4.16. Sol qulaq seyvanı 
dərisinin yerli-yayılmış 
yastıhüceyrəli xərçəngi, 
infiltrativ forma
Şəkil 4.17. Burun dərisinin 
yerli-yayılmış yastıhüceyrəli 
xərcəngi, infiltrativ forma 
 


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
115 
Şəkil 4.18. Qulaqönü 
nahiyənin dərisinin 
yastıhüceyrəli xərçəngi, 
papillyar forma
Şəkil 4.19. Başın dərisinin 
yastıhüceyrəli xərcengi,  
papillyar forma 
Şəkil 4.20. Alın dərisinin 
yastıhüceyrəli xərçəngi, 
papillyar forma


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
116 
 
4.1.8. Müalicə 
 
Dəri xərçənginin müalicə taktikasına təsir edən əsas amillərə şişin yayıl-
ma dərəcəsi, böyümə xarakteri, lokalizasiyası və histoloji quruluşu aiddir. 
Baş-boyun nahiyəsi dərisinin xərçənginin müalicəsində  aşağıdakı müa-
licə metodlarından istifadə olunur: 
•  Şüa 
•  Cərrahi 
•  Kimyəvi 
•  Kombinəolunmuş və kompleks 
•  Krioterapiya 
•  Lazer cərrahiyyəsi 
•  Fotodinamik terapiya 
Şüa müalicəsi (yaxınməsafəli rentgenoterapiya) dəri xərçəngi zamanı ən 
çox istifadə olunan metoddur. Bu müalicə metodu, əsasən,  şiş prosesinin I-II 
mərhələlərində yüksək effektivliyə malikdir. Belə ki, residivlərin tezliyi dəri 
xərçənginin I mərhələsində 2-10%, II mərhələsində 7-20%, 5 illik yaşama gös-
təricisi isə 92-95% təşkil edir. 
Dəri xərçənginin III və əsasən, IV mərhələsində effektivliyinin az olması 
səbəbindən rentgenoterapiya sərbəst müalicə metodu kimi istifadə olunmur. 
Son onilliklər ərzingə dəri xərçənginin şüa müalicəsi üçün betatron və ya xətti 
gücləndiricilərin köməyi ilə iti elektronlardan və kontakt (applikasion və toxu-
madaxili) şüa terapiyasından istifadə olunur. 
Cərrahi müalicə baş-boyun nahiyəsi dərisinin xərçənginin aparıcı meto-
dudur. Xəstəliyin I-II mərhələlərində şişin cərrahi və ya elektrocərrahi kəsilib 
götürülməsindən sonra residivlərin tezliyi şişin lokalizasiyasından asılı olaraq 
0,5-10% təşkil edir, 5 illik yaşama göstəricisi isə 95-98% arasında tərəddüd 
edir. Xəstəliyin III-IV mərhələsində cərrahi müalicədən sonra residivlərin tez-
liyi bu nahiyənin anatomik mürəkkəbliyi səbəbindən 15-20%-ə qədər yüksəlir. 
Dəri xərçənginin cərrahi müalicəsinin bir növü də şişin mikroskopik nə-
zarət altında kəsilib götürülməsidir (dəri xərçənginin kimyəvi – cərrahi «his-
toqrafik ekssiziyası»). Metod 1936-cı ildə  F.Mos (F.Mohs) tərəfindən təklif 
edilmişdir və dünyanın bir sıra klinikalarında müxtəlif modifikasiyalarda tətbiq 
edilir. Metodun mahiyyətini şiş toxuması və onu əhatə edən normal toxumala-
rın üzərinə onları 2-3 mm dərinliyə qədər fiksə edən 40%-li sink-xlorid pasta-
sının çəkilməsi təşkil edir. Sonra histoloji nəzarət altında şişin tam xaric edil-
məsinə qədər onun qat-qat kəsilib götürülməsi aparılır. Bu metod toxumaların 
əvvəlcədən fiksasiyası aparılmadan da həyata keçirilə bilər. Mos metodunun 
tətbiqi uzun vaxt – bir neçə saat və texniki vasitə tələb edir, eyni zamanda təcili 
morfoloji müayinənin aparılması üçün hazırlıqlı mütəxəssis və personalın ol-


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
117 
masını tələb edir. Lakin metodun çətinliyi onun dəqiqliyi ilə kompensə olunur. 
Bu tip cərrahi  əməliyyat baş-boyun nahiyəsi dərisinin xərçəngi zamanı daha 
effektiv hesab olunur. Belə ki, kosmetik nöqteyi-nəzərdən vacib olan bu nahi-
yənin xərçənginin ətraf sağlam toxumalara daha az zədə verməklə kəsilib götü-
rülməsini təmin edir. Ədəbiyyat məlumatlarına görə Mos əməliyyatından sonra 
residivlərin tezliyi 2-3%, 5 illik yaşama göstəricisi isə 96-99% təşkil edir. 
Bir sıra klinikalarda, əsasən, üz nahiyəsində yerləşən kiçik ölçüsü nodul-
yar formalı bazalhüceyrəli xərçəng zamanı kuretaj, yəni şişin qaşınıb götürül-
məsindən istifadə olunur. Bu müalicə metodundan sonra bazalhüceyrəli xər-
çəngin residivi 2-10% hallarda rast gəlinir. 
Son onilliklər ərzində dəri xərçənginin müalicə metodları arsenalına krio-
cərrahiyyə, lazer cərrahiyyəsi və fotodinamik terapiya da daxil olmuşdur. 
Kriogen müalicə metodu baş-boyun nahiyəsi dərisinin səthi və  dərin 
qatlara çox infiltrasiya etməyən xərçəngində geniş istifadə olunur. Bu qrup xəs-
tələrdə metodun effektivliyi 90-98% təşkil edir. Yerli yayılmış (III-IV mər-
hələləi) dəri xərçəngində kriodestruksiya şüa müalicəsi ilə birgə (krioradio-
terapiya) istifadə oluna bilər. Bu zaman kriogestruksiya şişin tam məhv olun-
ması deyil, onun radiohəssaslığının artırılması  məqsədi ilə aparılır. Kriogen 
müalicədən sonra erkən mərhələli  şişlərdə residivlərin  əmələgəlmə tezliyi 5-
6%, 5 illik yaşama göstəricisi isə 90-92% təşkil edir. 
Lazer cərrahiyyəsi I-II mərhələli dəri xərçənginin effektiv müalicə me-
todlarından biridir. Lazer şüalarının ətraf toxumaları zədələməməsi səbəbindən 
onun baş-boyun nahiyəsi dərisinin xərçənginin müalicəsindəki rolu xüsusi qeyd 
edilməlidir. Hal-hazırda dəri xərçəngində CO
2
 lazeri ilə müalicəsi daha geniş 
yayılmışdır. Bu növ lazer şüalanmasından istifadə etməklə həm şişi koaqulya-
siya etmək olur, həm də ondan «işıq skalpeli» kimi istifadə etməklə şişi kəsib 
götürmək mümkündür. Bu müalicə üsulundan sonra residivlərin tezliyi 2-3% 
təşkil edir. Qeyd etmək lazımdır ki, şüa terapiyasından fərqli olaraq lazer mü-
alicəsi zamanı  dəri xərçənginin  şüalanmaya rezistentliyi baş vermir ki, bu da 
residiv hallarında təkrari lazer müalicəsinin aparılmasına imkan verir. Həm-
çinin qeyd olunur ki, dəri xərçənginin krioterapiyası  və lazer terapiyası or-
qanizmin immunobioloji reaktivliyini artırır. 
Dəri xərçənginin perspektiv müalicə metodlarından biri də  FDT-dır. 
Metodun mahiyyətini fotosensibilizatorların  şiş toxumasında selektiv toplan-
ması  və müəyyən uzunluqlu lazer şüalanmasının  şişə lokal təsiri zamanı fo-
tokimyəvi reaksiyalar nəticəsində şiş hüceyrələrinin məhvi təşkil edir. Hal ha-
zırda kliniki praktikada fotosensibilizator qismində hematoporfin törəmələ-
rindən (fotoprin, fotosan) daha geniş istifadə olunur. FDT effektivliyi şiş pro-
sesinin yayılma dərəcəsindən, fotosensibilizatorun dozasından, lazer şüalan-
masının parametrlərindən asılıdır. Dəri xərçənginin müalicəsi zamanı fotosen-
sibilizator vena daxilinə, applikasiya şəklində  və ya şiş toxumasının daxilinə 
istifadə oluna biulər. Dəri xərçənginin fotodinamik terapiyasının bilavasitə nə-


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə