BAŞ-BOYUN ŞİŞLƏRİ
100
F
F
ə
ə
s
s
i
i
l
l
4
4
BAŞ-BOYUN DƏRİSİNİN
BƏDXASSƏLİ ŞİŞLƏRİ
Baş-boyun nahiyəsi dərisinin bədxassəli şişləri
müasir kliniki onkologi-
yanın ən aktual problemlərindən biridir. Bu nahiyənin dərisinin bədxassəli şiş-
ləri müxtəlif genezə malik olub, melanoma və dəri xərçəngi olmaqla iki əsas
qrupa bölünür. Dəri xərçəngi özündə yastıhüceyrəli və bazalhüceyrəli xərçəngi
birləşdirir.
4.1. Dəri xərçəngi
Dəri xərçəngi bədxassəli şişlərdən ölümün səbəbləri arasında axırıncı ye-
ri tutur. Bu, dəri xərçənginin erkən aşkar oluna bilməsi
və nisbi xoşxassəli ge-
dişi ilə izah olunur.
Eyni zamanda qeyd etmək lazımdır ki, vizual lokalizasiyalı şiş olmasına
baxmayaraq dəri xərçəngi olan xəstələrin 15-30%-i ixtisaslaşmış klinikaya şiş
prosesinin III-IV mərhələrində müraciət edirlər.
Dəri xərçənginin müalicəsinə dair geniş ədəbiyyat məlumatlarının əsas
çatışmayan cəhəti bazalhüceyrəli və yastıhüceyrəli xərçəng arasında fərgin qo-
yulmamasıdır. Digər tərəfdən dəri xərçənginin müalicə taktikasında ayrı-ayrı
müalicə metodlarının rolu tam aydınlaşdırılmamışdır. Belə ki, adətən, dəri xər-
çəngi olan xəstələrin müalicə taktikası onun müraciət etdiyi klinikanın bu və ya
digər müalicə metoduna üstünlük verməsi ilə müəyyən edilir.
4.1.1. Epidemiologiya
Dəri xərçəngi bədxassəli şişlərin ümumi strukturunda,
kişilərdə ağciyər
və mədə xərçəngindən sonra üçüncü, qadınlarda süd vəzisi xərçəngindən sonra
ikinci yeri tutub, rastgəlmə tezliyi 10-15 % təşkil edir.
Dəri xərçəngi ilə yüksək xəstələnmə göstəriciləri Avstraliyada, ABŞ-da,
Braziliyada, Argentinada qeyd olunur (əhalinin hər 100 000 nəfərinə 35-60
xəstələnmə hadisəsi). MDB ölkələri arasında dəri xərçəngi ilə yüksək xəstələn-
Fəsil 4.
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ
101
mə göstəriciləri Belorusda və Rusiyada (müvafiq olaraq əhalinin hər 100 000
nəfərinə 37 və 28 xəstələnmə hadisəsi) aşağı xəstələnmə göstəriciləri isə Azər-
baycan, Özbəkistan və Türkmənistanda (əhalinin hər 100 000 nəfərinə 4-5 xəs-
tələnmə hadisəsi) müşahidə olunur.
Xəstəlik, əsasən, 50-70 yaşlarda, daha çox
kişilərdə rast gəlinir. Son illərdə dünyanın əksər ölkələrində dəri xərçəngi ilə
xəstələnmə səviyyəsi artır.
Dəri xərçəngi 85-90% hallarda baş-boyun nahiyəsində rast gəlinir. Baş-
boyun nahiyəsi dərisinin xərçəngi daha çox burun (30%) göz qapaqları (20%)
və yanaq (15%) dərisində müşahidə olunur və 10%-ə qədər hallarda birincili-
çoxlu xarakterə malik olur.
4.1.2. Risk amilləri
Dəri xərçənginin əmələ gəlməsinə səbəb olan əsas amillərə aşağıdakılar
aiddir:
• Ultrabənövşəyi şüalar
və ionizəedici radiasiya
• Peşə zərərləri
• Dəridə müxtəlif mənşəli çapıq toxuması
• İmmunosupressiya
Dəri xərçənginin əmələ gəlməsində əsas rol
ultrabənövşəyi şüalara
məxsusdur. Müəyyən olunmuşdur ki, dəri xərçənginin əmələgəlmə tezliyi ul-
trabənövşəyi şüaların intensivliyi və təsir müddətindən asılıdır. Dəri xərçən-
ginin əksərən baş-boyun nahiyəsinin dərisində rast gəlməsinin səbəbi həmin
nahiyələrin açıq olması və ultrabənövşəyi şüaların təsirinə daha intensiv məruz
qalmasıdır.
Ultrabənövşəyi şuaların dəriyə təsiri onun piqmentasiya dərəcəsindən ası-
lıdır. Dəri xərçənginə daha çox melanin piqmenti az olan ağ dərili insanlarda
rast gəlinir. Melanınin dəri xərçənginin əmələ gəlməsindəki
müdafiəedici
rolunun əyani subutu Tanzaniyada zənci-albinoslarda dəri xərçəngi ilə
xəstələnmədir. Belə ki, bu qrup insanlarda dəri xərçəngi ilə xəstələnmə riski
ümumi populyasiyadan 1000 dəfə çoxdur. Eyni zamanda müəyyən edilmişdir
ki, ultrabənövşəyi şüaların dərinin yastıhüceyrəli xərçənginin əmələ
gəlməsindəki rolu bazalhüceyrəli xərçəngə nisbətən azdır.
Dəri xərçəngi ilə xəstələnmənin artmasını həmçinin atmosferin
ozon tə-
bəqəsinin nazikləşməsi ilə əlaqələndirirlər.
Ehtimal olunur ki, stratosfer ozo-
nunun səviyəsinin 1-3 % azalması dəri xərçəngi ilə xəstələnmə səviyyəsini 5-
10% artırır.
Peşə zərərləri ilə əlaqədar dəri xərçəngi əksər hallarda dərinin yanar qa-
zıntılar (neft, daş kömür), termiki işlənmə məhsulları (qətran) ilə kontaktı za-
manı əmələ gəlir. Dəri xərçənginə həmçinin mis filizi sənayəsində çalışan mə-
BAŞ-BOYUN ŞİŞLƏRİ
102
dən fəhlələrində də rast gəlinir (mis filizinin tərkibində olan civənin təsiri ilə
əlaqədar). Hal-hazırkı dövrdə kimya sənayesinin modernizasiyası nəticəsində
dərinin peşə xərçənginin səviyyəsi xeyli azalmışdır.
Dəri xərçəngi müxtəlif travmalar və xroniki iltihabi xəstəliklərdən sonra
əmələ gələn
çapıq toxuması fonunda inkişaf edə bilər. Dəri xərçəngi aşağıdakı
mənşəli çapıq toxumaları fonunda əmələ gələ bilər:
− müxtəlif travmalardan (termiki, mexaniki, kimyəvi, şüa enerjisi)
sonrakı çapıq toxuması
− müxtəlif xəstəliklərdən (cüzam, seboreyalı keratoz, qırmızı qurd
eşənəyi və qırmızı yastı dəmrov, leyşmanioz, furunkul,
karbunkul,
qanqrena və s.) sonrakı çapıq toxuması
İmmunosupressiya dəri xərçənginin əmələ gəlməsinə meyillik yaradır.
Belə ki, orqan transplantasiyası fonunda aparılan immunosupressiv müalicələr-
dən, həmçinin qlukokortikosteroidlərin və sitostatiklərin istifadəsindən sonra
dəri xərçənginin əmələ gəlməsi haqqında məlumatlar var.
Dəri xərçənginin əmələ gəlməsindən sonra həmin səxslərdə təkrari dəri
şişlərinin rast gəlməsi riski ümumi populyasiyaya nisbətən 10 dəfədən çox ar-
tır. Birincili – çoxlu dəri xərçəngi daha çox ilkin şiş gövdə dərisində loka-
lizasiya olunduqda,60 yaşdan yuxarı şəxslərdə və xəstəliyin
səthi kliniki forma-
larında müşahidə olunur [şəkil 4.1].
Şəkil 4.1. Baş və üz nahiyəsi dərisinin birincili-coxlu xərçəngi