Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə33/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
88 
intravezikal (sidik kisəsinə), intratumoral (şiş toxumasma) istifadəsi 
aiddir. 
Kimyəvi müalicə qarşıya qoyulan məqsədə görə 2 növ olur: 
−  adyuvant 
−  neoadyuvant 
Adyuvant kimyəvi müalicə,  şişin radikal lokal müalicəsindən (cərrahi, 
şüa, kombinəolunmuş) sonra kliniki müəyyən edilməyən mümkün limfogen və 
hematogen metastazlara təsir etmək məqsədilə aparılan sistem kimyəvi müalicə 
metodudur. 
Bu təsirin öz məğzinə görə müalicəvi olduğunu və subklinik şiş ocaqla-
rına qarşı istifadəyə istiqamətləndiyini nəzərə alaraq, adyuvant kimyəvi müali-
cəni «profilaktik kimyəvi müalicə» anlayışı ilə eyniləşdirmək düzgün deyildir 
və onu daha çox əlavə, tamamlayıcı kimyəvi müalicə kimi qəbul etmək la-
zımdır. Adyuvant kimyəvi müalicə radikal müalicədən sonra başlayıb, əsasən, 
polikimyəvi müalicə formasında bir neçə kurs (adətən, 4-5) aparılır. Qeyd 
etmək lazımdır ki, adyuvant kimyəvi müalicə zamanı qarşıya çıxan əsas prob-
lem effektiv müalicə sxeminin seçilməsidir. Belə ki, təyin olunan sitostatiklərə 
şiş hüceyrəsinin həssaslığı məlum deyildir ki, bu da aparılan adyuvant kimyəvi 
müalicənin fərdi proqnozlaşdırılmasını qeyri-mümkün edir. Digər tərəfdən, 
müalicənin başlanma vaxtının gecikdirilməsi uzaq metastazların realizasiyası 
üçün şərait yarada bilər. Göstərilən problemin ən real həll yolu şişin bu və ya 
digər sitostatikə həssaslığının cərrahi əməliyyata qədər təyin edilməsidir ki, bu 
məqsədlə neoadyuvant kimyəvi müalicədən istfiadə edilir. 
Neoadyuvant kimyəvi müalicə,  lokal müalicə metodlarının (cərrahi və 
şüa) effektivliyini artırmaq məqsədi ilə  əməliyyatönü dövrdə,  şüa müalicə-
sindən əvvəl və ya onunla birgə aparılan kimyəvi müalicə metodudur. Əməliy-
yatönü dövrdə kimyəvi müalicə iki əsas məqsədlə aparılır: 
−  şişin bioloji aktivliyi azalır, ölçüləri kiçilir, rezektabelliyi artır, 
müəyyən hallarda orqansaxlayıcı  cərrahi  əməliyyatın aparılmasına 
imkan yaranır; 
−  cərrahi  əməliyyat nəticəsində  çıxarılmış  şişin histoloji müayinəsi 
vasitəsi ilə müalicəvi patomorfoz (dərman müalicəsi nəticəsində şiş 
toxumasında gedən morfoloji dəyişikliklər) öyrənilir və  nəticədə 
sonrakı adyuvant kimyəvi müalicə üçün effektiv sxem müəyyən 
edilir. Belə ki, yüksək patomorfoz təqdirində adyuvant kimyəvi mü-
alicə neoadyuvant sxemlə davam etdirilir, əks halda adyuvant mü-
alicə sxemi dəyişdirilir. 
Neoadyuvant kimyəvi müalicə, adətən, 2-3 kurs aparılır. 
Kimyəvi müalicənin effektivliyinin qiymətləndirilməsi üçün xüsusi me-
yarlardan istfiadə olunur. Hal-hazırda iki əsas qiymətləndirmə sistemi möv-
cuddur (ABŞ Milli Xərçəng  İnstitutu tərəfindən təklif olunmuş – Responce 
Evaluation Criteria in Solid Tumors [RECIST] sistemi və Ümumdünya Sə-


Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
89 
hiyyə  Təşkilatının meyarları). Kimyəvi müalicənin effektivliyinin qiymətlən-
dirilməsindəki müəyyən fərqlərə baxmayaraq hər iki sistemin əsasını  müalicə 
nəticəsində şişin həcminin dəyişilməsi təşkil edir. 
Kimyəvi müalicənin effektivliyinin qiymətləndirilməsinin meyarları 
aşağıdakılardır: 
•  Tam remissiya (reqressiya) – şişin makroskopik əlamətlərinin olma-
ması 
•  Hissəvi remissiya (şişin həcminin 50%-dən çox kiçilməsi) 
•  Stabilizasiya (şişin həcminin 50%-dən az kiçilməsi və ya 25%-dən 
çox olmayaraq artması) 
•  Proqressiya (şişin həcminin 25%-dən çox artması  və ya yeni şiş 
ocaqlarının əmələ gəlməsi). 
Bədxassəli şişlərin kimyəvi müalicəyə həssaslığı müxtəlifdir. Bu müalicə 
metoduna yüksək həssas (sağalması mümkün) şişlərə Xockin və qeyri-Xockin 
limfomaları, Yuniq sarkoması, xayanın seminoması, rabdomiosarkoma, həssas 
şişlərə  kəskin leykozlar, mielom xəstəliyi, ağciyərin xırdahüceyrəli xərçəngi, 
Vilms şişi, retinoblastoma, kafi həssas şişlərə süd vəzisi, sidik kisəsi, mədə xər-
çəngi, baş-boynun yastıhüceyrəli xərçəngi, sümük və yumşaq toxuma sarko-
maları, az həssas  şişlərə isə  uşaqlıq boynu, qaraciyər, mədəaltı  vəzi, böyrək, 
qida borusu xərçəngi və melanoma aid edilir. 
Kimyəvi müalicənin ağırlaşmaları 3 qrupa bölünür: 
•  Preparatın orqanizmə yeridilməsindən bilavasitə sonra əmələ gələn 
ağırlaşmalar: 
– ürək bulanma   
– hipotonik sindrom 
– qusma 
 
 
– anaflaktik reaksiya 
– hipertermiya 
•  Müalicə kursunun II yarısında əmələ gələn ağırlaşmalar: 
– mielodepressiya 
– nevroloji pozğunluqlar 
– dispeptik sindrom 
– immunodepressiv pozğunluqlar 
– mukozitlər   – 
endokrin 
mübadilə pozğunluqları 
•  Müalicədən sonrakı yaxın və uzaq müddət ərzində əmələ gələn ağır-
laşmalar: 
– hepatotoksikoz   
– mielodepressiya 
– miokardiopatiya  
– polinevritlər 
Kimyəvi müalicəyə əks göstərişlər aşağıdakılardır: 
−  hamiləlik 
−  dekompensasiya fazasında olan ağır yanaşı xəstəliklər 
−  şiş prosesinin dissiminasiyası 
−  hemopoezin pozulması:  
•  leykositlər <3000  
•  trombositlər <100000 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
90 
−  həyati vacib orqanların (ürək-damar, qaraciyər, böyrək) ağır dis-
funksiyası 
−  açıq vərəm 
 
3.4.2. Hormonal müalicə 
 
Bədxassəli  şiş prosesinin inkişafında hormonal amilin rolunun öyrənil-
məsi bu prosesə hormonal preparatların vasitəsi ilə müalicəvi təsirin mümkün-
lüyünü göstərdi. Hormonal terapiya bədxassəli şişlərin dərman müalicəsinin bir 
istiqaməti hesab olunur. Hormonal müalicə  təsir mexanizminə görə kimyəvi 
müalicədən fərqlənir. Birinci fərq ondan ibarətdir ki, kimyəvi müalicə  əksər 
hallarda şişə birbaşa sitostatik təsir edir, hormonal müalicə zamanı isə şiş ocaq-
larının reqressiyasına dolayı, hormonal balansda süni olaraq əmələ  gətirilən 
dəyişikliklər nəticəsində nail olunur. İkinci fərq isə ondan ibarətdir ki, kimyəvi 
müalicə praktiki olaraq orqanizm üçün yad olan kimyəvi agentlərin istifadəsinə 
əsaslanırsa, hormonal müalicə orqanizmdə  fəaliyyət göstərən hormonların və 
ya onların sintetik analoqlarının istifadə edilməsini nəzərdə tutur. 
Hormonal müalicənin 3 əsas istiqaməti ayırd edilir: 
•  Şişin böyüməsini stimuliyasiya edən hormonların səviyyəsinin 
bilavasıtə endokrin vəzilərə və ya onları tənzimləyən sistemlərə tə-
sir etməklə aşağı salınması 
•  Hormonların  şiş hüceyrəsinə stimuliyasiyaedici təsirinin müəyyən 
preparatlarla blokadaya alınması 
•  Şiş hüceyrələrinin sitostatiklərə həssaslığınm artırılması və hormon-
lardan  şiş  əleyhinə kimyəvi preparatların daşıyıcısı kimi istifadə 
edilməsi. 
Bədxassəli şişlərin müalicəsində ən çox istifadə olunan hormon və anti-
hormonlar aşağıdakılardır: 
−  androgenlər (testesteron propionat, proleston, tetrasteron [om-
nadren]) 
−  kortikosteroidlər (deksametazon, prednizalon) 
−  estrogenlər (fosfestrol, ekstradurin) 
−  progestinlər (oksiprogestron kapronat, provera, meqeys) 
−  antiestrogenlər (tamoksifen, fareston, toremifen) 
−  antiandrogenlər (flüsinam, kasodeks) 
−  lüteinləşdirici hormon (LH) və rilizinq hormon (RH) antaqonistləri 
(zoladeks, dekaneptil) 
−  aromatazanın ingibitorları (mammovit, femara) 
Hormonal müalicədən, əsasən, süd vəzisinin, uşaqlıq cisminin və prostat 
vəzin xərçəngində geniş istifadə olunur. Bu müalicə metodu həmçinin böyrəyin 
xərçəngində, karsinoidlərdə, mədəaltı vəzin şişlərində, melanomada və bir sıra 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə