Fəsil 3.
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
97
nəticədə şişin inkişafına əks-təsir təşkil edir.
Setuksimab (Erbituks) baş-boyun nahiyəsinin yastıhüceyrəli xərçəngi
zamanı istifadə edilən target preparatı olub, şişin epidermal böyümə faktoruna
qarşı monoklonal antetel qismində onun təsirini blokadaya alır. Bunun nəti-
cəsində şiş hüceyrəsinin proliferasiyası və angiogenez zəifləyir, şişin invaziya
və metastazvermə potensialı azalır. Eyni zamanda apoptozun stimulyasiyası
baş verir, şiş hüceyrələrinin kimyəvi və şüa müalicəsinə həssaslığı artır. Son il-
lərin tədqiqatlarının nəticələri göstərmişdir ki, setuksimabın polikimyəvi (PF
sxemi) və şüa müalicəsi ilə birgə istifadəsi baş-boyun nahiyəsinin yerli-ya-
yılmış yastıhüceyrəli xərçənginin həm birincili, həm də residiv və metastatik
formalarında yaşama göstəricilərini 1,5-2 dəfə artırır. Son müalicə protokol-
larına görə baş-boynun yastıhüceyrəli xərçənginin target terapiyası kimyəvi və
şüa müalicəsi ilə aşağıdakı rejimlərdə aparılır:
• Setuksimab – birinci doza 400 mq/m
2
, sonrakı doza 250 mq/m
2
həftədə bir dəfə + PF polikimyəvi müalicə sxemi – üç həftəlik sikl
(maksimum 6 sikl);
• Setuksimab – birinci doza 400 mq/m
2
şüa müalicəsinin başlanma-
sından 1 həftə əvvəl – sonrakı dozalar 250 mq/m
2
həftədə bir dəfə
şüa müalicəsi fonunda.
3.6. Bədxassəli şişlərin patomorfozu
Patomorfoz anlayışı altında təbii evolyusiya və ya müalicə nəticəsində
(kimyəvi və/və ya şüa) bədxassəli şişn klinikasında və patomorfologiyasında
davamlı və standart dəyişikliklər nəzərdə tutulur. Şüa və dərman patomorfozu
həmin müalicələrin təsiri nəticəsində bədxassəli şişlərdə baş verən morfoloji
dəyişikliklərdir. Şüa və dərman patomorfozu müxtəlif müalicə sxemlərinin ef-
fektivliyinin müqayisəli qiymətləndirilməsində ən vacib meyarlardan biri hesab
olunur.
Müalicəvi patomorfozun morfoloji əlamətləri əsas və yardımçı olmaqla
iki yerə bölünür.
Əsas morfoloji əlamətlərə şişin ümumi strukturunda olan dəyışıkiıkiər
(şişin stroma və parenximasının nisbəti, struktur atipiya), yardımçı əlamətlərə
isə hüceyrələrin distrofiya dərəcəsı və polimorfızmi, mitotik aktivliyi aiddir.
Bu meyarları nəzər almaqla patomorfozun (şişin zədələnməsinin) 4 dərəcəsi
ayırd edilir:
− I dərəcəli zədələnmədə şişin strukturu dəyişilməyib ancaq şişə xa-
rakterik olmayan polimorfızm və hüceyrə distrofiyası, mitotik ak-
tivliyin zəifləməsi müşahidə olunur.
− II dərəcəli zədələnmə zamanı şişin parenximasının əsas kütləsi sax-
lanılır, lakin hüceyrələrdə aydın nəzərə çarpan distrofık dəyişiklik-
BAŞ-BOYUN ŞİŞLƏRİ
98
lər aşkar edilir.
− III dərəcəli zədələnmə şişin geniş sahəli nekrozu və ya fibroz toxu-
ma ilə əvəz olunması hesabına onun strukturunun kəskin pozulması
ilə xarakterizə olunur. Şişin qalıqları özünü səpələnmiş və kəskin
distrofik dəyişiklikli parenximatoz hüceyrə qrupları şəklində
göstərir.
− IV dərəcəli zədələnmə zamanı şişin parenximatoz elementləri tam
yox olur və qranulema, nekroz ocaqları şəklində keçmiş şişin
«izləri» müşahidə olunur.
Şişin zədələnmə dərəcəsi nə qədər yüksəkdirsə, xəstəliyin residivinin
əmələ gəlməsi ehtimalı bir o qədər az, residivsiz müddət və yaşama göstəricisi
isə bir o qədər çox olur.
Qeyd etmək lazımdır ki, bədxassəli şişlərdə patomorfozun, yəni müali-
cəvi təsir nəticəsində baş verən morfoloji dəyişikliklərin xarakterinin, dərəcə-
sinin və dinamikasının öyrənilməsi, kombinəolunmuş və kompleks müalicənin
yeni metodlarının işlənib hazırlanması, kimyəvi preparatların optimal doza və
sxemlərinin və əməliyyatönü şüa müalicəsinin müxtəlif metodikalarının se-
çilməsi, cərrahi əməliyyatın aparılması vaxtının və operasiyadan sonra bu və ya
digər müalicə metodunun məqsədəuyğunluğunun müəyyən edilməsi baxımın-
dan mühüm əhəmiyyət kəsb edir.
3.7. Reabilitasiya
Onkologiyada reabilitasiyanın əsas məqsədi xəstədə şişlə zədələnmiş
orqanın anatomiyasını və funksiyasını maksimal saxlamağa imkan verən ən ef-
fektiv cərrahi, şüa, dərman, kombinəolunmuş və ya kompleks müalicə metod-
larından isifadə edilməsindən, optimal müalicəvi effektin və xəstənin həyat fə-
aliyyətinin tez bərpa edilməsi üçün vacib müalicəvi-bərpaedici tədbirlərin mü-
əyyən edilməsindən ibarətdir.
Reabilitasiya bədxassəli şişlərin inkişafının qarşısını alan profilaktik təd-
birlərdən başlamalı, aparılan müalicədən sonra xəstənin bütün həyatı boyu da-
vam etdirilməlidir. Bərpaedici müalicə yalnız xəstənin şiş prosesi nəticəsində
orqan və sistemlərinin itirilmiş funksiyalarının bərpasına deyil, həm də onun
şəxsiyyətinin, sosial aktivliyinin və sosial vəziyyətinin bərpasına, başqa sözlə,
həyat keyfiyyətinin artırılmasına xidmət etməlidir.
ÜST ekspert komitəsi reabilitasiyanın aşağıdakı növlərini müəyyən et-
mişdir:
• Tibbi reabilitasiyanın mahiyyətini xəstənin itirilmiş və ya zəifləmiş
funksiyalarının, cərrahi və/və ya konservativ müalicə vasitəsi ilə
bərpası təşkil edir.
• Peşə reabilitasiyası iş qabiliyyətini itirmiş xəstənin hazırkı sağlam-
Fəsil 3.
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
99
lıq dərəcəsinə imkan verən yeni peşələrə vərdiş etdirmək məqsədini
güdür.
• Sosial reabilitasiya xəstənin cəmiyyətə reinteqrasiyasına xidmət
edir. Bu mənada xəstəni əhatə edən insanların və psixoloqun kö-
məyi, digər xəstələrlə real və virtual (internet) münasibət mühüm
rol oynayır.
Onkoloji xəstələrin reabilitasiyasının 4 dövrü ayırd edilir.
− I dövr ambulator şəraitdə başlayıb müayinə və diaqnozun qoyulma-
sını, xəstənin psixoloji durumunun tənzimlənməsini, xəstənin sta-
sionar müalicəyə hazırlanmasını nəzərdə tutur.
− II dövr stasionarda müalicədir. Bura operasiyaya hazırlıq, aktiv
ümumi möhkəmləndirici tədbirlər və yanaşı xəstəliklərin müalicəsi
aiddir.
− III dövr radikal müalicə dövrüdür. Bu dövrdə xəstəyə cərrahi, şüa,
kombinəolunmuş və ya kompleks müalicə aparılır.
− IV dövr radikal müalicədən sonrakı ilk aylardır. Bu dövrdə cərrahi
əməliyyatdan, şüa və dərman müalicəsindən sonrakı ağırlaşmaların,
residiv və metastazların əmələ gəlməsinin qarşısını alan bütün təd-
birlərdən istifadə edilir.
Onkoloji xəstəlikdən radikal müalicə almış xəstələr dispanser qeydiyya-
tında olmalı, onlar üzərində dövri baxışlar və müayinələr, müntəzəm ambulator
və sanator-kurort müalicələri aparılmalıdır. Bütün bunlar xəstənin fıziki
gücünün bərpasına və onun tezliklə ictimai faydalı əməyə qayıtmasına kömək
edir.
Onkoloji xəstələrin əmək qabiliyyətinin müəyyən edilməsi zamanı onun
yaşı, radikal müalicədən keçən müddət (xəstələrin 70-80%-də şişin residiv və
metastazları müalicədən sonrakı birinci iki ildə əmələ gəlir) şişin lokalizasiyası
və histoloji forması, xəstənin peşəsi və məişət şəraiti nəzərə alınmalıdır.
Bədxassəli şişi olan bir çox xəstələr üçün iş özünü təsdiqin və ətraf
aləmlə əlaqənin yeganə vasitəsidir. Xəstənin əməyə və aktiv həyata qayıtması
onlarda tam sağalmağa inamı artırır. İş fəaliyyətinin şişin inkişafına, residiv və
metastazların əmələ gəlməsinə mənfi təsiri haqqında heç bir məlumatlar yox-
dur. Əksinə belə güman edilir ki, sosial tənhalıq, depressiya nəinki həyat key-
fıyyətinə, həm də residiv və metastazvermə riskinə mənfi təsir edir.
Dostları ilə paylaş: |