Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə25/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   79

Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
61 
Şəkil 2.9. Distansion termoqraf 
 
2.7.5. Termoqrafiya 
 
Termoqrafik müayinənin mahiyyəti insanın bədən səthindən spontan is-
tilik şüalanmasının qeydiyyatı və nəticədə müayinə olunan nahiyənin termoq-
rafik təsvirinin («temperatur şəkillərinin») alınmasından ibarətdir. Onkolo-
giyada,  əsasən, distansion infraqırmızı termoqrafiyadan istifadə olunur ki, bu 
zaman müayinə olunan obyektin səthindən yayılan temperatur xüsusi skaner-
ləşdirici optik aparatın köməkliyi ilə qeydiyyata alınır [şəkil 2.9]. 
Normal termoqrafik təsvir bədən səthindən yayılan hərarətin səviy-
yəsindən asılı olaraq ağ-qara və müxtəlif intensivlikli rəngli sahələrdən ibarət-
dir. Normada hərarətin insanın bədən səthi boyu paylanması orta xəttdən dəqiq 
simmetrikliyi ilə xarakterizə olunur. Temperatur şəklinin asimmetriyası  əksər 
hallarda  patoloji proses nəticəsində müşahidə olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əksər bədxassəli  şişlər zamanı termoqrammalarda patoloji hipertermiya 
müəyyən edilir (temperatur fərqi 2-6
0
  təşkil edə bilər). Bu şiş toxumasında 
müşahidə olunan aşağıdakı amillərlə izah olunur: 
•  Mübadilə proseslərinin daha yüksək səviyyəsi ilə 
•  Hüceyrə bölünməsinin intensivliyinin artması ilə 
•  Anaerob qlikolizin üstünlüyü ilə 
•  Qan cərəyanının daha yüksək intensivliyi ilə 
•  Əlavə qidalandırıcı damarların formalaşması ilə 
 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
62 
Termoqrafiyadan aşağıdakı məqsədlərlə istifadə olunur: 
−  bədxassəli şişlərin xoşxassəli şişlərlə, qeyri-şiş xəstəlikləri ilə və il-
tihabi proseslərlə diferensial diaqnostikası 
−  şişin topik diaqnostikası 
−  radikal müalicədən sonrakı dinamik müşahidədə residiv və metas-
tazların erkən diaqnostikası 
−  şiş prosesinin gedişinin proqnozlaşdırılması (proqnoz patoloji hiper-
termiyanın səviyyəsi ilə korrelyasiya olunur) 
−  şüa və dərman müalicəsinin effektivliyinin qiymətləndirilməsi. Bu, 
aparılan konservativ müalicə  nəticəsində dinamikada patoloji hi-
pertermiyanın enməsinə əsaslanır. Göstərilən dinamikanın olmama-
sı şişin aparılan müalicə metoduna rezistentliyinə dəlalət edir ki, bu 
da müalicə taktikasının dəyişdirilməsinə əsas verir. 
Müayinənin effektivliyinin (şiş və normal toxumadan ayrılan hərarət fər-
qinin) artırılması  məqsədi ilə aktiv termoqrafiya adlanan üsuldan da istifadə 
olunur. Aktiv termoqrafiya fiziki-kimyəvi təsirlərdən (hipotermiya, hiperbarik 
oksigenasiya, hiperqlikemiya) sonra aparılır ki, nəticədə  şiş toxuması nahi-
yəsindəki hərarət daha 0,5-2
0
-yə qədər artır. Digər bir aktiv hipertermiya üsulu 
karbohidrat və ya qlükoza yükü testidir. Bədxassəli  şişlər qlükozanı böyük 
miqdarda özündə toplayaraq onu süd turşusuna qədər parçalayırlar ki, bu za-
man şiş nahiyəsindən ayrılan hərarətin səviyyəsi daha da artır.  
Termoqrafik müayinədən, əsasən, qalxanabənzər və ağız suyu vəzisi, sümük 
və yumşaq toxuma şişlərinin, sümük şişlərinin metastazlarının, melanomanın, 
həmçinin limfoproliferativ xəstəliklərin diaqnostikasında istfiadə olunur. 
Metodun dəqiqliyi dəri melanomasında 85-90%, baş-boyun nahiyəsinin 
yumşaq toxuma və sümük sarkomalarında 80-85%, qalxanabənzər vəzi xər-
çəngində 50-60 % təşkil edir. 
Termoqrafiyanın üstün cəhətlərinə aşağıdakılar aiddir: 
•  Zərərli olmaması 
•  Xəstə və tibbi personalın şüa təsirinə məruz qalmaması 
•  Müayinənin tezliyi 
•  Alınan nəticələrin interpretasiyasının sadəliyi 
•  Yüksək diaqnostik effektivliyi 
 
2.7.6. Endoskopik müayinə 
 
Endoskopik müayinə  bədxassəli  şişlərin  əsas diaqnostika metodlarından 
biridir [şəkil 2.10-2.11]. Baş-boyun nahiyəsi şişləri arasında qırtlağın, udlağın 
və burun boşluğunun  əsas müayinə metodlarından biri olaraq aşağıdakı  əsas 
vəzifələrin həllinə kömək edir: 
•  Bədxassəli şişin ilkin diaqnostikası 


Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
63 
•  Bədxassəli şişin dəqiqləşdirici 
diaqnostikası (lokalizasiyası, 
ölçüləri, anatomik forması) 
•  Şişdən götürülən bioptatın 
histoloji müayinəsi nəticəsin-
də onun morfoloji strukturu-
nun təyini 
•  Müalicənin effektivliyinin qiy-
mətləndirilməsi və dispanser 
endoskopik nəzarət 
•  Burun boşluğu, udlaq və  qırt-
laq şişlərinin endoskopik xaric 
edilməsi və  nəticədə onların 
bədxassəli  şişə transformasi-
yasının qarşısının alınması 
Endoskopiyanın aşağıdakı növləri 
ayırd edilir: 
−  standart endoskopiya boş-
luqlu orqanların selikli qişa-
sında minimal ölçüsü 0,5 sm-ə 
qədər olan şiş ocaqlarının aş-
kar olunmasına imkan verir; 
−  xromoendoskopiya  standart 
endoskopiya zamanı selikli qi-
şanın rənginin, relyefinin, da-
mar  şəklinin qiymətləndiril-
məsi çətinliyi olduğu hallarda 
aparılır. Bu zaman müxtəlif 
boyayıcı maddələr istfiadə 
olunur (Lüqol məhlulu, me-
tilen abısı). Selikli qişa Lüqol 
məhlulu ilə boyandıqda bəd-
xassəli şiş olan nahiyə boyan-
mamış qalır, digər sağlam na-
hiyələr isə tünd qəhvəyi rəngə 
boyanır. Metilen abısından is-
tifadə etdikdə isə,  əksinə,  şiş 
törəməsi göy rəngə boyanır, 
digər nahiyələr isə boyanmır; 
−  darspektrli endoskopiya 
(NBI – narrow-band imaging). 
Şəkil 2.10. Rinilaringofibroskop 
Şəkil 2.11. Rəgəmli 
videoendoskopiya 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə