Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə24/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
58 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2.7.3. Utrasəs müayinəsi (exoqrafiya) 
 
Ultrasəs müayinəsi (USM) orqan və toxumaların patoloji dəyişiklik-
lərinin ultrasəs vasitəsi ilə təyinidir [şəkil 2.7]. Metod exolokasiya prinsipinə – 
göndərilmiş ultrasəs dalğalarının müxtəlif akustik xüsusiyyətlərə malik toxu-
maların səthindən  əks olunmasına  əsaslanır. Ultrasəs dalğaları maye mühitin-
dən sərbəst keçir və digər sərhədi mühitlərdən müxtəlif dərəcədə  əks olunur. 
Əks olunmuş siqnallar televizion monitorun ekranında tədqiq olunan nahiyənin 
ağ-qara rənglərin müxtəlif çalarlarından ibarət təsvirini yaradır. Törəmədə 
maye nə qədər çoxdursa, o ekranda daha qara rəngdə görünür. Fibroz və digər 
toxumalar boz çalarlı, ultrasəs dalğalarını tam əks etdirən strukturlar isə  ağ 
kontur formasında olur. 
USM üstün cəhətlərinə aşağıdakılar aiddir: 
•  Yüksək diaqnostik qabiliyyəti və diaqnostik imkanların hər yeni nə-
sil aparatların istehsalı ilə artması. 
•  Diaqnozun tez qoyulması və müayinə metodunun ziyanlı olmaması 
•  Aparatın nisbi ucuz olması və işlədilməsinin sadəliyi 
•  Toxumaların müxtəlif (boylama, köndələn, çəp) kəsiklərinin alın-
masının mümkünlüyü müayinə obyekti haqqında həcmi təsəvvür 
almağa, şiş düyünlərinin ölçüsünü, sayını və ətraf damarlara müna-
sibətini aşkar etməyə imkan verir. 
Şəkil 2.6. PET + KT qurğusu 


Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
59 
•  Müayinə zamanı orqanların 
mexaniki hərəkətlərini (damar-
ların pulsasiyası, bağırsaqların 
peristaltikası, diafraqmanın, 
qaraciyərin, böyrəklərin tənəf-
füs ekskursiyası) müşahidə et-
mək mümkündür. 
•  Müayinə üçün kontrast mad-
dələrdən istifadəyə ehtiyac ol-
mur. 
USM baş-boyun nahiyəsində qalxa-
nabənzər vəzi və ağız suyu vəzilərinin şiş-
lərinin, boynun yumşaq toxuma və orqan-
dankənar  şişlərinin, boyun limfa düyün-
lərinin müayinəsində istifadə olunur. Bu 
lokalizasiyalı  şişlərin diaqnostikasında 
metodun dəqiqliyi 90%-dən çoxdur. Eyni 
zamanda ultrasəs dalğaları üçün olan bar-
yerlər (hava, əhəng) ağciyər, udlaq, qırt-
laq, qida borusu, mədə, yoğun və düz ba-
ğırsaqlar, həmçinin sümüklər, baş  və 
onurğa beyni şişlərinin diaqnostikasında 
bu müayinə metodunun imkanlarını 
azaldır. 
Rəngli doppler müayinəsi USM 
son illər  ərzində geniş istifadə olunan 
metodu  olub, hərəkətli strukturlardan əks 
olunan ultrasəs dalğalarının tezliyinin dəyişməsinə (Doppler evvekti) əsaslanır. 
Rəngli doppler müayinəsi damarların ulrasəs təsvirinin alınmasına imkan verir 
ki, nəticədə toxumalarda qan çərəyanının fizioloji xarakteristikasını (qan 
çərəyanının xətti və  həcmi sürətini, qan damarlarının vəziyyətini (daralma, 
müqavimət və s.) müəyyən etmək mümkün olur. 
Rəngli Doppler müayinəsinin diaqnostik imkanlarına aşağıdakılar aiddir: 
−  USM damarlı törəmələrə münasibətdə diaqnostik imkanlarını xeyli 
artırır 
−  şişin qan təchizatı xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. 
−  şişin ətraf arteriya və venalara münasibətini öyrənir 
−  törəməni qidalandıran  əsas damarın müəyyən edilməsinə imkan 
verir ki, bu da həmin damarın bağlanmasını və ya embolizasiyasını 
mümkün edir. 
 
Şəkil 2.7. Ultrasəs aparatı 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
60 
 
2.7.4. Maqnit rezonans tomoqrafiya 
 
Maqnit rezonans tomoqrafiya (MRT) insan bədəninin orqan və struk-
turlarının öyrənilməsinin  ən müasir və perspektiv metodlarından biri olub
hüceyrə nüvələrinin elektromaqnit dalğalarının qeydiyyatına  əsaslanır [şəkil 
2.8]. MRT-hidrogen atomlarına malik molekulların mühitdə yayılmasını təsvir 
edir. Metod insan bədəninin istənilən qatının istənilən kəsikdə  təsvirinin 
alınmasına imkan verir. 
MRT zamanı hidrogen-
lə zəngin toxumalar (əzələlər, 
piy toxuması, qığırdaqlar, da-
marlar) KT nisbətən daha 
yaxşı  təsvir olunur. Sümük 
toxuması hidrogenin az olma-
sı  səbəbindən pis vizualiza-
siya olunur və onurğa beyni-
nin, fəqərəarası disklərin də-
qiq təsvirinin alınmasına ma-
ne olmur. Digər tərəfdən 
MRT təsvirlərdə toxumaların 
yüksək təbii kontrastlığı ilə 
əlaqədar  əksər hallarda kon-
trast maddələrdən istifadəyə 
ehtiyac duyulmur, xəstə  şüa-
lanmır. Metodun çatışmayan 
cəhətlərinə müayinə müddəti-
nin uzunluğu, xəstənin tam hərəkətsizliyinin vacibliyidir. 
Baş-boyun onkologiyasında MRT aşağıdakı hallarda istifadə olunur: 
−  baş və onurğa beynin birincili və metastatik şişlərinə şübhə olduqda 
−  yumşaq toxuma, qırtlaq, agız boşluğunun şişlərində 
−  oynaqların oynaqdaxili şiş zədələnməsinə şübhə olduqda 
MRT əsas əks göstərişlər aşağıdakılardır: 
−  kardiostimulyator (maqnit sahəsinin dəyişilməsi ürək ritmini imitasiya edə 
bilər) 
−  elektron və ferromaqnit implantlar (endoprotez, baş-beynin qansax-
layığı klipsləri, İlizarov aparatı) 
−  klaustrofobiya (insanda qapalı mühit qoxusu, belə ki, müayinə zamanı 
xəstənin başı tomoqrafın qapalı mühitində yerləşir) 
 
 
Şəkil 2.8. Maqnit rezonans tomoqraf 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə