Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə26/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
64 
Metodun mahiyyətini boşluqlu orqanın selikli qişasının dar bir 
zolağının göy (415 nm) və yaşıl (540 nm) işıq dalğaları ilə şüalandı-
rılması  təşkil edir. Dalğalar hemoqlobin tərəfindən udulur və  nəti-
cədə selikli qişanın damar şəklinin iltihabi proses, şişönü xəstəliklər 
və erkən xərçəng üçün xas olan təsviri alınır. Alınan müxtəlif rəngli 
kontrast təsvir virtual xromoskopiya effektini yaradır. 
 
2.7.7. Morfoloji müayinə 
 
Şişlərin diaqnostikasının yekun etapı diaqnozun morfoloji təsdiqidir. Onko-
loji xəstənin müalicəsi, adətən, şiş prosesinin morfoloji təsdiqindən sonra başlayır. 
Bu məqsədlə sitoloji və histoloji metodlardan istifadə olunur. Sitoloji müayinənin 
məqsədi patoloji materialın hüceyrə tərkibinin, histoloji müayinənin məqsədi isə 
toxuma tərkibinin öyrənilməsindən ibarətdir. 
Sitoloji müayinə hal-hazırda onkoloji praktikaya geniş daxil olmuşdur. 
Baş-boyun nahiyəsi orqanlarının anatomo – topoqrafik lokalizasiyası morfoloji 
müayinənin aparılması üçün heç də  həmişə biopsiya yolu ilə lazimi həcmdə 
materialın alınmasına imkan vermir. Bu nahiyənin bir sıra şişlərində biopsiya-
nın aparılması texniki çətinliklərlə bağlıdır və ya məqsədəuyğun deyildir. Bu 
ilk növbədə qalxanabənzər və ağız suyu vəzilərinin, çənə və əng sümüyünün, 
burnun əlavə ciblərinin şişlərinə, melanomaya, boynun orqandankənar şişləri-
nə, xərçəngin boyun limfa düyünlərinə metastazlarına aiddir. Bütün bu hallarda 
sitoloji diaqnostika mühüm əhəmiyyət kəsb edir. 
Metodun üstünlüklərinə aşağıdakılar aiddir: 
•  İcrasının sadəliyi 
•  Travmatik olmaması 
•  Götürülən materialın həcminin azlığı 
•  Müayinə müddətinin qısalığı 
•  Ambulator şəraitdə yerinə yetirilə bilinməsi 
•  Ucuzluğu 
 
Təcrübəli sitoloq keyfiyyətli hazırlanmış sitoloji preparata adi mikro-
skopla baxış zamanı 90-95 % hallarda düzgün diaqnoz qoya bilir ki, bu da me-
todun yüksək informativliyini göstərir. Eyni zamanda qeyd etmək lazımdır ki: 
−  diaqnozun sitoloji təsdiqinə baxmayaraq, əməliyyat zamanı çıxarıl-
mış şiş histoloji müayinədən keçməlidir; 
−  əgər kliniki əlamətlər bədxassəli şişin olmasına dəlalət edirsə, lakin 
sitoloji müayinə bunu təsdiq etmirsə, şiş törəməsinin biopsiyası və 
bioptatın histoloji müayinəsi aparılmalıdır. Ancaq bundan sonra 
bədxassəli şiş diaqnozunu təsdiq etmək olar. 
Sitoloji müayinə üçün material aşağıdakı metodlarla alınır: 
•  Punksion metod adi şpris və şişin punksiyası yolu ilə həyata keçiri-


Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
65 
lir. Punksiya vizual nəzarət, həmçinin USM və KT nəzarəti altında 
həyata keçirilə bilər. 
•  Ekskoxleasion  metod  şiş nahiyəsindən qaşıntı yolu ilə materialın 
götürülməsidir. 
•   Eksfoliativ  metod zamanı  tədqiqat üçün mayelərdən (transudat və 
eksudatlar),  şişlə  zədələnmiş orqanın səthindən götürülən yuyucu 
sulardan, ifrazatlardan (bəlğəm, sidik, fistul ifrazatları) istifadə 
olunur. 
•  Yaxma  – iz əşya  şüşəsinin  şişin səthi ilə bilavasitə  təması  nəticə-
sində, həmçinin biopsiya zamanı alınan tikələrin əşya şüşəsi üzərinə 
yaxılması nəticəsində əldə edilir. 
•  Aspirasion  metod qapalı boşluqlardan (plevra, qarın boşluğu) və 
boşluqlu orqanlardan (həzm, sidik ifrazedici) alınan aspiratların mü-
ayinəsini nəzərdə tutur. 
Müasir kliniki praktikada, palpasiya olunmayan şişlərdə punksiya USM 
və KT nəzərəti altında aparılır. Digər tərəfdən  şişəleyhinə müalicə  (şüa, dər-
man, fotodinamik) prosesində onun effektivliyinin qiymətləndirilməsi və son-
rakı müalicə taktikasının müəyyən edilməsi üçün şişdən götürülən punktatın 
sitoloji müayinəsi mühüm əhəmiyyət kəsb edir. 
Histoloji müayinə  bədxassəli  şişlərin diaqnostikasının son etapı olub, 
biopsiya yolu ilə aparılır. 
Biopsiya-diaqnostik məqsədlə morfoloji müayinə üçün canlı orqanizmin 
toxumasının alınması metodudur. Biopsiyanın aşağıdakı növləri ayırd edilir: 
•  Punksion biopsiya toxuma sütunu  alınmasına imkan verən xüsusi 
iynələrlə aparılır. Qalxanabənzər və ağız suyu vəzilərinin şişlərinin, 
həmçinin böyümüş limfa düyünlərinin 
morfoloji müayinəsində istifadə olu-
nur [şəkil 2.12]. 
•  Trepanobiopsiya burğu vasitəsi ilə müx-
təlif toxuma hissəciklərinin dəlinməsi 
yolu ilə aparılır.  Əsasən, sümük və 
qığırdaq toxuması  şişlərinin morfoloji 
müayinəsində istifadə edilir [şəkil 2.13]. 
•  İnsizion biopsiyada zamanı  şiş toxu-
masının bir hissəsi müayinə üçün gö-
türülür. Morfoloji diaqnozun dəqiq ol-
ması üçün kəsilib götürülən  şiş fraq-
mentinin ölçüləri 1,0x1,0 sm-dən az 
olmamalıdır [şəkil 2.14]. 
•  Ekssizion biopsiya bütün şiş kütləsinin 
kəsilib götürülməsidir. Biopsiyanın bu 
Şəkil 2.12. Punksion 
biopsiya üçün iynə 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
66 
növü, adətən, məhdud şiş proseslərində 
icra edilir. 
Aparılan biopsiya planlı və təcili (intraope-
rasion–frozen section) ola bilər. Biopsiyanın apa-
rılma qaydalarına aşağıdakılar aiddir: 
−  biopsiya əməliyyat və ya sarğı otağın-
da aseptika və antiseptika qaydalarına 
riayət edilməklə aparılmalıdır. 
−  şişin lokalizasiyası və əməliyyatın mü-
rəkkəblik dərəcəsindən asılı olaraq bi-
opsiya yerli və ya ümumi keyitmə al-
tında aparılır. 
−  biopsiya  şiş toxumasının dağılmaması 
üçün iti alətlə icra edilməlidir. 
−  kəsilmiş şiş fraqmenti yaradan səliqəli 
çıxarılmalıdır. Onun sıxıcı və ya pinset 
ilə kobud travmatizasiyası  şiş parçası-
nın fraqmentasiyasına,  şiş hüceyrələ-
rinin yara səthinə yayılmasına və şişin 
böyüməsinin stimulyasiyasına səbəb 
ola bilər. 
Biopsiya zamanı  şiş toxuması törəmənin 
mərkəzindən deyil, periferiyasından kəsilib götü-
rülməlidir. Bu onunla izah olunur ki, şişin mərkə-
zində çox vaxt dağılma, nekroz, ikincili iltihab 
müşahidə olunur. Bu halda morfoloqa göndərilən 
materialda  şiş prosesi üçün xarakterik əlamətlər 
tapılmaya da bilər. Əksinə əgər toxuma fraqmenti 
şişin periferiyasından, onun sağlam toxuma ilə 
sərhəddindən götürülərsə, patomorfoloq mikro-
skop altında  şiş ilə intakt toxumanın sərhəddini 
aydın görə bilər. 
Təcili histoloji müayinəni effektivliyi ədə-
biyyat məlumatlarına görə 95-98% təşkil edir, 
4%-dən az hallarda isə planlı histoloji müayinəyə 
ehtiyac duyulur. Baş-boyun onkologiyasında «fro-
zen section», əsasən, cərrahi sərhədlərin dəyər-
ləndirilməsində, ağız suyu və qalxanabənzər vəzi-
lərin şişlərində, qırtlaq xərçəngində, boynun «gö-
zətçi» limfa düyünlərinin qiymətləndirilməsində 
istifadə olunur. 
Şəkil 2.13. Trepan biopsiya 
üçün qurğu 
Şəkil 2.14. İnsizion 
biopsiya üçün alət 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə