Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə22/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
52 
truksiya etdikdə, beyin əsasına sirayət etdikdə aparılır və  əlavə 
rentgenoloji məlumatların alınmasına imkan verir. 
Baş-boyun nahiyəsinin  şişlərinin diaqnostikasında aşağıdaki kontrastlı 
rentgenografiya metodlarından istifadə olunur: 
−  sialoqrafiya – qulaqətrafı və çənəaltı ağız suyu vəzilərinin axacaq-
larına kontrast maddə (urotrast, verotrast, kardiotrast) vurularaq 
aparılan rentgenoloji müayinə metodudur. Bu metoddan böyük ağız 
suyu vəzilərinin xoş  və  bədxassəli  şişlərinin diaqnostika və 
diferensial diaqnostikasında istifadə olunur. 
−  angioqrafiya – baş-boyun nahiyəsinin damar mənşəli, həmçinin qan 
təchizatı yaxşı olan şişlərinin (angiofibroma, hemodektoma, qal-
xanabənzər vəzi xərçəngi) diaqnostikasında istifadə olunur. Angio-
qrafiya damar mənşəli  şişlərin aşkar olunmasına, həmçinin  şişin 
əsas qan təchizatı mənbəyinin aşkar edilməsinə imkan verir. Angio-
qrafiya zamanı kontrast maddə xüsusi kateter vasitəsilə xarici yuxu 
və ya körpücükaltı arteriyalara yeridilir. 
 
Kompüter tomoqrafiya (KT). Metodun mahiyyətini orqanizmin orqan 
və toxumalarından yelpikvari rentgen şüaları dəstinin keçməsi nəticəsində on-
ların köndələn nazik kəsiklərinin alınması  təşkil edir. KT rentgen borularının 
və  həssas detektorların insanın bədəni  ətrafında hərəkəti zamanı  həyata ke-
çirilir. Rentgen şüaları  xəstənin bədənindən keçdikdən sonra detektorlar tərə-
findən qəbul edilir və elektrik siqnallarına çevrilir. Elektrik siqnalları kom-
püterə daxil olaraq orada orqan və toxumaların təsvirini əmələ gətirir, alınmış 
təsvir isə televizorun ekranına ötürülür. 
KT adi rentgenoqrafiya ilə müqayisədə  aşağıdakı mühüm üstünlüklərə 
malikdir: 
•  Bütün toxuma növlərinin (sümük, qığırdaq,  əzələ, piy) təsvirinin 
alınmasının mümkünlüyü 
•  Nəinki müayinə olunan orqanın, həmçinin həmin səviyyədə («kə-
sikdə») yerləşən  ətraf toxumaların da ölçülərinin, formalarının, to-
poqrafo-anatomik münasibətlərinin təyini 
•  Köndələn kəsikləri üst-üstə qoymaqla orqanların boylama təsvirinin 
alınması 
•  Patoloji ocağın ölçülərini bir neçə dəfə böyütməklə müayinə olunan 
orqanın ölçülərinin dəqiqləşdirilməsi 
•  Sıxlığı arasındakı  fərq 15-20% olan toxumaların dəqiq təsvirinin 
alınması (rentgenoqrafiyada bu fərq 0,5%-dən çox deyildir) 
•  Müalicənin effektivliyi haqqında fikir yürüdülməsi 
•  Ölçüləri hətta bir neçə millimetr olan şişlərin təyin edilməsinin 
mümkünlüyü 


Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
53 
İlk eksperimental KT 1971-ci ildə Londonda EMİ səsyazma studiyasında 
işləyən mühəndis Qodfri Haunsfild (Godfrey Hounsfeld) tərəfindən yaradılmış, 
1973-cü ildə kliniki praktikada istifadə edilməyə başlamışdır.  İlk nəsil KT 
aparatlarında bir detektora yönəlmiş bir rentgen borusundan istifadə olunurdu. 
Skanerləşdirmə addımbaaddım həyata keçirilir, hər kəsiyin alınmasına rentgen 
borusunun bir dövrəsi, təsvirin bir qatının alınması üçün 4 dəqiqəyə qədər vaxt 
tələb olunurdu. 
İkinci nəsil KT aparatlarında yelpikvari tip konstruksiyalardan istifadə 
olunmağa başlandı. Belə ki, rentgen borularının fırlanma halqasındə bir neçə 
detektor quraşdırıldı, nəticədə bir təsvirin işlənməsi müddəti 20 saniyəyə qədər 
azaldıldı. 
Üçüncü nəsil kompüter tomoqraflar spiral kompüter tomoqrafiyanın 
(SKT) əsasını qodu. SKT zamanı rentgen boru və  detektorlar sistemi fasiləsiz 
hərəkət edən stol ətrafında dayanmadan fırlanırlar. SKT-dan istifadə kontrast 
maddələrin (əsasən, yod tərkibli) damarlardan keçməsinin müəyyən (arterial və 
ya venoz) fazalarında müayinənin tez bir zamanda aparılmasına imkan verdi və 
nəticədə yeni bir müayinə metodunun (KT-angioqrafiya) yaranmasına gətirib 
çıxardı. 
Dördüncü nəsil KT aparatlarına multispiral kompüter tomoqrafiya 
(MSKT) aid edilir. İlk MSKT aparatları rentgen borusunun, müddəti 0,5 saniyə 
olan bir fırlanma dövrəsində qalınlığı 0,5 mm olan 4 kəsiyin aparılmasına 
imkan verirdilər. Hal-hazırda  əksər MSKT aparatları 4-16 spirallıdır. 2005-ci 
ildən başlayaraq dünyanın ən qabaqcıl klinikalarında 32-64 spirallı və rentgen 
borularının dövrə müddəti 0,3 saniyə olan ən müasir MSKT aparatlarından 
istifadə olunur. MSKT spiral KT qarşısındaka əsas üstünlükləri aşağıdakılardır: 
–  müayinə müddətinin daha az olması,  
–  nazik (1,0-1,5 mm) və çox nazik (0,5 mm) kəsiklərin alınması,  
–  kontrast müayinənin keyfiyyətinin daha yüksək olması (kontrast 
müayinənin arterial və venoz fazaları daha dəqiq ayırd edilir),  
–  xəstəyə  şüa yükünün daha az (30%-ə  qədər) olması aiddir [şəkil 
2.3]. 
KT müayinəyə mütləq  əks göstəriş, demək olar ki, yoxdur. Metod istə-
nilən vəziyyətdə (hətta ağ ciyərlərin süni ventilyasiyası  şəraitində) icra edilə 
bilər. Müayinənin  şüa yükünü nəzərə alaraq hamilə qadınların və kiçik yaşlı 
uşaqların müayinəsində KT aparılmasının vacibliyi konkret vəziyyətin nəzərə 
alınması ilə həyata keçirilir. 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
54 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2.7.2. Radionuklid müayinə 
 
Radionuklid müayinə onkologiyada istifadə olunan əksər diaqnostika 
metodlarından fərqli olaraq orqanlarda olan struktur dəyişikliklərlə bərabər şiş 
toxumasında və  ətraf toxumalarda metabolik proseslərin pozğunluqlarının 
qiymətləndirməsinə də imkan verir. Metod bədxassəli şişlərin diaqnostikasında 
mühüm əhəmiyyət kəsb edib, yüksək dürüstlüyü, az travmatikliyi, sadəliyi ilə 
seçilir. Bu diaqnostika metodu radiofarmasevtik preparatların (RFP) müxtəlif 
orqan və toxumalarda seçici aşkar edilməsinə  əsaslanır. RFP – tərkibində ra-
dioaktiv izotop olan və diaqnostik və ya müalicə məqsədi ilə insan orqanizminə 
yeridilməsinə icazə verilən kimyəvi birləşmələrdir. 
Bədxassəli  şişlərin diaqnostikasında istifadə olunan RFP şərti olaraq 2 
qrupa bölünür. 
•  Şişi  əhatə edən toxumalarda toplanmaq xüsusiyyəti olan (orqa-
notrop) RFP. Bu zaman birincili şiş  və onun metastazları özünü 
«dolma defekti» – «soyuq ocaqlar» şəklində göstərir (neqativ ssin-
tiqrafiya). 
•  Şiş hüceyrələrində toplanmaq qabiliyyəti olan (tumorotrop) RFP. 
Bu qrup RFP mitotik və metabolik aktivliyi yüksək olan şiş toxu-
masında daha çox toplanması  nəticəsində «isti ocaqlar» müşahidə 
olunur (pozitiv ssintiqrafiya). 
Baş-boyun nahiyəsinin bədxassəli  şişlərinin diaqnostikasında hansı 
orqanın müayinə olunmasından asılı olaraq aşağıdakı PFP-dan istifadə olunur: 
Şəkil 2.3. Kompüter tomograf 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə