Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə17/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   79

Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ 
37 
olunmalıdırlar.  Əgər radikal müalicə mümkün deyilsə onkoloqun nəzarəti al-
tında kompleks profilaktik tədbirlərin aparılması vacibdir. Məsələn, piqmentli 
kseroderma zamanı  dəri səthi vaxtaşırı yoxlanılır, qoruyucu məlhəmlər, 
vitaminlər təyin edilir. Belə xəstələr insolyasiyadan qorunmalı, yaşayış yerini, 
geyim formasını dəyişməlidirlər. 
Fakultativ (şərti) xərçəngönü xəstəliklər  həmişə yox, müəyyən hal-
larda xərçəngə keçirlər. Baş-boyun nahiyəsində bu xəstəliklərdən  ən çox rast 
gəlinənləri hiperkeratozlar, papillomalar, leykoplagiyalardır. Fakultativ xər-
çəngönü xəstəliklər  əksər müəlliflərin fikrinə görə 1-5% hallarda xərçəngə 
çevrilir. Fakultativ xərçəngönü xəstəliyi olan xəstələr  şişin lokalizasiyasına 
uyğun olaraq ümumi müalicə  şəbəkəsi həkimlərinin (cərrahlar, otorinolarin-
qoloqlar, stomatoloqlar, endokrinoloqlar) nəzarəti altında olurlar. Bu xəstələrin 
müalicəsinə göstəriş fərdi olaraq cərrahi və konservativ tədbirlərdən ibarətdir. 
İstənilən halda fakultativ xərçəngönü xəstəliyi olan xəstələrə təkrari baxışlar və 
onların qeydiyyatı xərçəng əleyhinə mübarizənin əsasını təşkil edir. 
 
1.6. Onkoloji xəstələrin dispanserizasiyası  
və kliniki qrupları 
 
«Onkoloji xəstə» termini özündə yalnız bədxassəli  şişi və  şişönü xəs-
təlikləri olan insanları deyil, həm də bu xəstəlikdən sağalanları birləşdirir. Hə-
kimin konkret onkoloji xəstəyə münasibətdə taktikası xəstəliyin xarakterindən, 
bədxassəli  şişi olan xəstələrdə isə  şiş prosesinin yayılma dərəcəsindən, mü-
ayinə və müalicə dövründən asılıdır. 
Bu qrup xəstələrdə taktiki sxemin düzgün seçilməsi üçün xəstələr 4 kli-
niki qrupa bölünür ki, onlardan da birincisi iki yarımqrupdan ibarətdir, ikincisi 
isə əlavə yarımqrupa malikdir. Müalicənin nəticələrindən və onkoloji prosesin 
inkişaf dinamikasından asılı olaraq xəstənin kliniki qrupu dəyişə bilər. 
Kliniki qruplar onkoloji xəstələrin diaqnostik və müalicəvi tədbirlər 
taktikasının müəyyən kateqoriyalara bölünməsidir. Aşağıdakı kliniki qruplar 
ayırd edilir: 
•  Ia – bədxassəli şişə şübhəli olan xəstələr 
Ib – şişönü xəstəlikləri olan xəstələr 
•  II – bədxassəli şişi olan, xüsusi müalicəyə ehtiyacı olan xəstələr, o 
cümlədən: 
IIa – bədxassəli şişi olan, radikal müalicəyə ehtiyacı olan xəstələr 
•  III – bədxassəli şişdən sağalmış şəxslər (praktiki sağlam insanlar) 
•  IV – gecikmiş formalı bədxassəli şişi olan, palliativ və ya simpto-
matik müalicəyə ehtiyacı olan xəstələr (cədvəl 1.2). 
 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
38 
Cədvəl 1.2. 
Onkoloji xəstələrin kliniki qrupları 
 
Kliniki qrup – Ia 
Bədxassəli şişə şübhəli olan xəstələr 
Qeydiyyat sənədi Dispanser 
müşahidənin nəzarət kartı (forma 
030/u – onko) 
Taktika Diaqnoz 
10 
gün 
ərzində dəqiqləşdirilməlidir. 
Əgər xəstə müayinə üçün digər tibbi müəssisəyə 
göndərilibsə, onkoloq 10 gündən sonra xəstənin 
məsləhətə gedib getmədiyini yoxlamalıdır. 
Qeydiyyatdan çıxarılması 
və ya digər qrupa 
keçirilməsi 
Diaqnoz təsdiq olunduğu təqdirdə xəstə II və ya 
IV kliniki qrupa keçirilir 
Kliniki qrup – Ib 
Şişönü xəstəlikləri olan xəstələr 
Qeydiyyat sənədi Dispanser 
müşahidənin nəzarət kartı/forma 
030/u-onko 
Taktika Müalicə aparılır (cərrahi, konservativ). Xəstə 
1,5-2 il dispanser nəzarətində saxlanılır. 
Nəzarət vaxtı – 6 aydan bir. 
Qeydiyyatdan çıxarılması Sağalma təqdirində və 18-24 ay ərzində residiv 
aşkar edilmədikdə qeydiyyatdan çıxarılır. 
Kliniki qrup – II 
Bədxassəli şişi olub xüsusi müalicəyə 
(həmçinin IIa – radikal müalicəyə) ehtiyacı 
olan xəstələr 
Qeydiyyat sənədi Həyatında ilk dəfə bədxassəli şiş diaqnozu 
qoyulması haqda xəbərdarlıq (forma 090/u-01) 
Taktika 
Diaqnoz qoyulduqdan sonra 10 gündən gec 
olmayaraq xüsusi müalicəyə başlanmalıdır. 
Onkoloq 10 gündən sonra xəstənin müalicəyə 
gedib getmədiyini aydınlaşdırılmalıdır 
Qeydiyyatdan çıxarılması 
və ya digər qrupa 
keçirilməsi 
Radikal müalicədən sonra III kliniki qrupa 
keçirilir, xəstəliyin proqressivləşməsi zamanı 
simtomatik müalicəyə ehtiyac olduqda IV 
kliniki qrupa keçirilir 
Kliniki qrup – III 
Bədxassəli şişdən sağalmış xəstələr 
Qeydiyyat sənədi Xəbərdarlıq və nəzarət kartı açılmır (xəstənin 
əvvəllər onkoloji qeydiyyatda olmaması istisna 
olmaqla) 


Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ 
39 
Taktika Daimi 
(həyatı boyu) dispanser nəzarətində 
olmalıdır. Nəzarət rejimi: müalicədən sonrakı 
1-ci ildə – 3 aydan bir, 2-ci ildə 6 aydan bir, 3-
cü və sonrakı illərdə – ildə bir dəfə 
Qeydiyyatdan çıxarılması 
və ya digər qrupa 
keçirilməsi 
Qeydiyyatdan çıxarılmır. Nəzarətin məqsədi – 
residiv və metastazların vaxtında aşkar edil-
məsidir. Onlar aşkar edildikdə II və ya IV 
kliniki qrupa keçirilir 
Kliniki qrup – IV 
Gecikmiş formalı bədxassəli şişi olan  
xəstələr 
Qeydiyyat sənədi 
Əgər bədxassəli şiş xəstəliyin gecikmiş mərhə-
ləsində aşkar olunubsa xəbərdarlıq, nəzarət kar-
tı və bədxassəli şişin gec aşkar olunması pro-
tokolu (forma 027-2/u-onko) tərtib olunmalıdır 
Taktika Sahə həkimi tərəfindən simptomatik müalicə 
aparılır. Nəzarət baxışına çağırılmır.Müalicə 
planı onkoloqla birgə tərtib edilir 
Qeydiyyatdan çıxarılması 
və ya başqa qrupa 
keçirilməsi 
Qeydiyyatdan çıxarılmır 
 
Onkoloji xəstənin ümumi vəziyyətinin (Perfomance status) qiymətlən-
dirilməsi üçün, əsasən, Karnovski (0-100%) və ECOG – WHO (0-4 bal) şka-
lalarından istifadə edilir (cədvəl 1.3-1.4). 
 
Cədvəl 1.3. 
Onkoloji xəstənin Karnovski şkalasına görə ümumi vəziyyəti 
 
100% Normal 
vəziyyət, şikayəti yoxdur, 
xəstəliyin əlamətləri yoxdur 
90% Normal 
fəaliyyətə malikdir. Xəstəliyin cüzi 
əlamətləri vardır 
Normal iş 
qabiliyyətinə və 
fiziki aktivliyiə 
malikdir 
80% Normal 
fəaliyyət əlavə güc hesabına 
mümkündür 
70% Özünə qulluq edə bilir, ancaq normal həyat 
və ya iş fəaliyyətinə malik deyildir 
60% Arabir 
kənar köməyə ehtiyacı olur, ancaq, 
əsasən, özünə qulluq edə bilir 
İşləmək 
qabiliyyətinə 
malik deyildir: ev 
şəraitində özünə 
qulluq edə bilir 
50% Nəzərə çarpan köməyə və vaxtaşırı tibbi 
qulluğa ehtiyacı vardır 
 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə