Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə29/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   ...   25   26   27   28   29   30   31   32   33

__________________Milli Kitabxana__________________ 
87 
 
2. «Atom 
enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi». 
«Atom enerjisinin xalq təsərrüfatında 
tətbiqləri» filmlərindən fraqmentlər. 
3. Buğda, çovdar və  bəzi canlı toxumaların radioaktiv fonunu 
qeydd almaq (buna imkan verən cihaz   və  ləvazimatlar olduqda). 
Canlı      təbiət   təkmilləşmiş yeni texniki sistemlər yaratmaq üçün 
ideya mənbəyndir. 
Bionika elementləri. Bionikanın məqsəd və vəzifələri   Bionikada 
əsas istiqamətlər. Biomexannki və bioenergetik infomasiya. 
Bionikanın aldığı nəticələrə aid misallar. 
Nümayişlər. 
«Təbiət kəşf etməyi öyrədir», «Biologiya və texniki problemləri» 
filmlərindən fraqmentlər. 
Obzor mühazirəsi. 
Fiziki və bioloji elmlərin qarşılıqlı  əlaqəsi. həyat proseslərini 
öyrənməkdə dəqiq elmlərin rolu. Həyat proseslərini idarə edən fiziki-
kimyəvi mexanizmlər haqqında ümumi məlumat. 
 
Biofiziki materaal üzərində qurulmuş 
fizika praktikumu 
 
1. Bitki 
toxumaları  və heyvan sümüyü üçün elastiklik modulunun 
təyini. 
2. 
Kalorimetr üsulu ilə heyvanın ayırdığı istilik 
miqdarının təyini. 
3. Bioloji 
obyektlərin    elektrikkeçirməsinin təyini. 
4. Biopotensialların qeydə alınması. 
5. Fotosintezin 
öyrənilməsi. 
6. Bioloji 
obyektlərin udma    spektrlərinin   öyrənilməsi. 
7. 
Kolorimetr    vasitəsilə    bioloji    məhlulların 
sındırma əmsalının və rəngə görə konsentrasiyasının 
təyini. 
8. Kiçik 
obyektlərin ölçüsünün    mikroskopla    təyini. 
 
Tədqiqat xarakterli işlər 
 
1. Sümüyün bəzi fiziki-mexaniki xassələrinin öyrənilməsi. 


__________________Milli Kitabxana__________________ 
88 
 
2. Elektrik 
sahəsinin toxumun    cücərmə    və böyümə sürətinə təsiri.  
3. Elektromaqnit 
şüalanmasının toxumun  cücərmə və böyümə sürətinə 
təsiri. 
 
§ 6. SUYUN FİZIKİ XASSƏLƏRİ VƏ TƏBİƏT 
HADİSƏLƏRİ 
 
Məşhur italyan alimi, rəssamı  və mütəfəkkiri Leonardo da 
Vinçinin qeyd etdiyi kimi, Suya planetimizdə «həyat işrəsi olmaq» 
kimi sehrli bir ləqəb verilmişdir. Su öz fiziki və kimyəvi xassələrinin 
xüsusi səciyyəviliyinə görə bütün mayelərdən fərqlənir. Belə 
xüsusiyyətlərinə görə suda həyat inkişaf edə bilmiş  və indi də 
mövcuddur. 
Suyu başqa mayelərdən fərqləndirən nədir? Su, adi temperatur və 
təzyiq  şəraitində, eyni zamanda üç müxtəlif aqreqat halında (bərk, 
maye və qaz) ola bilən yeganə maddədir. Qışda göllərin səthi buzla 
örtülür, dərin qatlarda su maye halında olur, göydə isə, 
gözəgörünməyən su buxarı şəklində toplanır. 
Suyun donma və qaynama temperaturu də başqa maddələrlə 
müqayisə edəndə müstəsnalıq təşkil edir. Maddənin molekulyar çəkisi 
azdırsa onun donma və qaynama temperaturu da aşağı olur. Məsələn, 
kükürd, selen və tellur da oksigen kimi Mendeleyevin dövrü 
sistemində VI qrupa daxildir. Lakin onların hidrogendə birləşmələri 
üçün donma və qaynama temperaturları molekulyar çəkilərilə düz 
mütənasib olaraq dəyişir. Su bu qanuna tabe olmur. Öz molekulyar 
quruluşuna görə qeyd etdiyimiz maddələrə oxşayan su, onların tabe 
olduğu qanuna tabe olsaydı suyun donma temperaturu — 90°S, 
qaynama temperaturu isə-70°S olmalı idi. Əslində isə onun adi 
şəraitdə donma temperaturu O°S, qaynama temperaturu isə 100
0
S-dir. 
Bir anlığa Suyun da həmin qanuna tabe olduğunu fərz edək, bu 
zaman Yerdə  nə kimi dəyişikliklər baş verə biləcəyini nəzərdən 
keçirək. Hər  şeydən  əvvəl,  okeanlar, dənizlər, göllər və çaylardakı 
sular qaynayaraq axırıncı damlaya qədər buxara çevrilərdi. Bütün 
həyat məhv olardı. 
Nə üçün çaylarda, göllərdə  və  dənizlərdə suyuxarı  səthdən 
başlayaraq donur? Bu hadisə   də suyun istidən 


__________________Milli Kitabxana__________________ 
89 
 
genişlənmə xüsusiyyətinə        və Arximed   qanununa    görə izah 
olunur. 
Su öz istilik tutumunun böyüklüyünə görə də bütün bərk və maye 
maddələrdən fərqlənir. Bu o deməkdir ki, müəyyən miqdar suyu 
müəyyən temperatura qədər qızdırmaq üçün lazım olan istilik miqdarı 
həmin  şərtlər daxilində başqa maddələri qızdırmaq üçün tələb edilən 
istilik miqdarından çoxdur. Deməli, eyni şərtlər daxilində soyuyan 
maddələrdən ən çox istilik verəni də sudur. 
Suyun istilik tutumunun böyük olması dünya okeanını istilik 
akkumulyatoruna çevirmişdir. Bunu qeyd etmək kifayətdir ki, 1m
3
 su 
1
0
S soyuyarkən verdiyi istilik, 3000 m
3
 havanı  1
0
S qızdırmaq üçün 
kifayət edir, Bu misalla, dəniz və okeanların planetimizin iqlim 
şəraitində nə qədər böyük rol oynadığını təsəvvür etmək olar. 
Buzu əritmək üçün də çox istilik lazımdır. Bir qram buzu əritmək 
üçün lazım olan istilik, həmin miqdarda qurğuşunu əritmək üçün tələb 
edilən istilikdən 13 dəfə çoxdur. Su donduqda bu istilik yenə ayrılır. 
Buz və qar istilik verərək torpağı və havanı qızdırır. Onlar mühitin sərt 
qış iqlimi şəraitinə  qəflətən keçməyin qarşısını alır. Ona görə  də 
payızda hələ bir neçə  həftə havalar mülayim keçir. Yazda isə buzun 
əriməsi qəflətən bürkü düşməsinə mane olur. Əgər buzun ərimə istiliyi 
qurğuşununki qədər olsaydı, o 13 dəfə tez əriyərdi, çayların suyu aşıb-
daşardı, torpağın məhsuldar qatını və bitkiləri yuyub aparardı, böyük 
fəlakətlər baş verərdi. 
Suyun xüsusi buxarlanma istiliyi də başqa maddələrinkinə nisbətən 
çox böyükdür. Əgər suyun xüsusi buxarlanma istiliyi maye azotunki 
qədər olsaydı, su gölləri bir-birinin ardınca quruyar, yağış yerə 
düşməmiş havadaca buxarlanar, meşə  və tarlalar səhraya çevrilərdi. 
Suyun səthi gərilməsi də başqa mayelərinkindən xeyli böyükdür. Eyni 
şəraitdə maye halında olan civə müstəsnalıq təşkil edir. Suyun səth 
qatı özünü gərilmiş rezin pərdə kimi aparır. Bəzi həşəratlar suyun 
səthində  sərbəst gəzir və batmırlar. Bu xassəsinə görə yerin 
dərinliklərində olan  qrunt suları  yuxarı qalxaraq bitkiləri qidalandırır. 
Suyun bu 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə