yaradılmışdır. TCP/IP heç bir firma və ya şirkət tərəfindən konkret olaraq
maliyyələşdirilmir. Bu səbəbdən də istənilən şəxs və ya firma nternetə qoşularaq
milyonlarla istifadəçi ilə əlaqə yaradır, informasiyanın göndərilməsində və ya
qəbul olunmasında bilavasitə yaxından iştirak edir.
nternet vasitəsilə informasiyanı ötürmək, müxtəlif insanlarla əlaqə yaratmaq və s.
bu kimi işləri həyata keçirməkdən ötrü fərdi kompyuterlərdən istifadə etmək lazım
gəlir. Məlumdur ki, istifadə edilən kompyuterlər müxtəlif firmalar tərəfindən
(məsələn, UNIX, Amiga, IBM və s.) istehsal olunur. Bu səbəbdən də onların birgə
işləməsi üçün kompyuterlər mütləq biri-biri ilə eyni dildə danışmalıdırlar. Yaranan
çətinliyi aradan qaldırmaqdan ötrü TCP/IP protokolundan istifadə olunur.
Ümumilikdə TCP/IP protokolu kompyuterlər arasında körpü rolunu ifa edir. Bu
protokol iki fərdi kompyuter və ya iki proqram arasında qarşılıqlı əlaqənin
qaydasını təyin edir.
Ə
gər ayrı-ayrı komryuterlər və istifadəçilər üçün identifikasiya sistemi mövcud
olmasaydı, milyonlarla qovşaq kompyuteri və milyonlarla istifadəçi arasında xaos
baş verərdi. nternetdə hər bir qovşaq kompyuteri və istifadəçi şəxsi ünvana
malikdir. Bu ünvanların funksiyası analoji olaraq ənənəvi ünvanlara uyğundur.
Onların əsas təyinatı insanlara informasiyasının müvəffəqiyyətlə ötürülməsini
həyata keçirməkdir.
nternet şəbəkəsində işləmək kommunikasiya protokollar ailəsindən istifadə etmək
deməkdir. Bu protokol TCP/IP – məlumatların ötürülməsinin idarə olunması
nternet protokolu adlanıb qlobal şəbəkələrdə və bir çox lokal şəbəkələrdə
məlumatların ötürülməsi üçün istifadə edilir. Onun tərkibinə, tətbiqinə görə
aşağıdakı qruplara bölünən protokollar daxildir:
•
iki kompyuter arasında verilənlərin ötürülməsini idarə edən nəqliyyat
protokolu;
•
məlumatların ünvanlarını işlədən və lazım olan ünvana ən qısa yolu təyin
edən marşrutlaşdırma protokolları;
•
kompyuterin unikal nömrəsini və ya adını aydınlaşdıran, şəbəkə ünvanını
dəstəkləyən protokollar;
•
bütün mümkün şəbəkə xidmətlərinə daxil olmanı təşkil edən tətbiqi
protokollar;
•
uyğun marşrutlar haqqında şəbəkəyə lazımi məlumatı, şəbəkənin vəziyyəti
haqqında informasiyanı verən, həmçinin lokal şəbəkələr üçün məlumatları işlədən
ş
lüz protokolları;
•
kliyentin şəbəkədə rahat işləməsini təmin edən və yuxarıdakı protokllara
aid olmayan digər protokollar.
Ə
slində TCP/IP iki müxtəlif protokoldan ibarətdir:
TCP (Transmission Control Protocol – Verilənlərin Ötürülməsinə Nəzarət
Protokolu) nternet vasitəsilə göndəriləcək informasiyanın kiçik paketlərdə hansı
şə
kildə bölünməsini təyin edir. nternetdə informasiyanın ötürülməsi paketlərin
kommutasiyası vasitəsi ilə həyata keçir. Bütün prosesi isə TCP protokolu idarə
edir. TCP protokolu informasiyanı paketlərə bölür. Hər bir paket müəyyən
ardıcıllıqla yerləşdirilməsi və tam informasiyanın qəbul edilməsi üçün yoxlanılır.
Qəbuledici tərəfdə TCP protokolunun proqram təminatı paketi toplayaraq onu
düzgün ardıcıllıqla yerləşdirilir. Əgər informasiya qısadırsa TCP protokolundan
ə
lavə UDP (User Datagram Protocol – stifadəçi Verilənlər Protokolu)undan
istifadə edilir.
Qovluqlarda yerləşdirilən xüsusi hazırlanmış kompyuterlər nternet vasitəsilə
informasiyanı hərəkət etdirmək üçün IP-dən istifadə edirlər. Bu zaman kiçik
informasiya paketlərində kompyuterlərin IP ünvanları göstərilir ki, bunun da
köməkliyi ilə informasiya müəyyən olunmuş ünvana çatdırılır. Hər bir paketdə 4
Kbaytdan artıq olmayan informasiya ötürülür. nternetin ayrı-ayrı hissələri
marşrutizatorların köməyi ilə biri digəri ilə əlaqə yaradır. Marşrutizatorlar
paketlərin haraya göndərilməsi haqda qərar qəbul edirlər. Yerli altstansiya onu
digər altstansiyaya göndərir. Bu əməliyyat xəbərin ünvana çatmasına qədər davam
edir. Səbəkələr arası IP ( nternet Protokol) protokolu ünvanlaşdırmağa
“cavabdeh”dir və şəbəkədə paketlərin hərəkətini təyin edir.
IP-ünvan biri-biri ilə nöqtlərə ayrılmış 4 baytdan və ya 32 bitdən ibarətdir.
Məsələn, Macintosh firmasının fərdi kompyuterləri 198.70.150.9 IP ünvanına
malikdir.
47. nternet xidmə
tlə
ri
Müasir dövrdə nternetin istifadəçilərə təklif etdiyi xidmətlər onun nüfuzunun
gündən-günə artmasına səbəb olur. nternetin xidmətləri sayca nisbətən çox olsa
da, onlardan daha geniş tələbata malik olanları aşağıda qeyd edilmişdir:
•
WWW (World Wide Web – Ümumdünya hörümçək toru);
•
elektron poçtu (E-mail) - xidmət növü;
•
FTP (File Transfer Protocol) – faylların çox asanlıqla ötürülməsinə imkan
verən protokol;
•
NNTP (Network News Transfer Protocol) – şəbəkə xəbər ötürülmə
protokolu. Bu «telekonfrans (UseNet)» kimi də göstərilir;
•
Gopher – fayl mübadiləsinin daha mükəmməl sistemi;
•
TelNet – uzaqda yerləşən terminal protokolu.
Elektron poçtu (E-mail). Bu xidmət növü hazırda nternetin ən kütləvi xidmət
növüdür, çünki bir çox hüquqi və fiziki şəxslər məhz bu xidmət növündən istifadə
etmək üçün nternetə qoşulurlar. E-mail kommersiya təşkilatları üçün operativ
biznes informasiyasının sürətli ötürülməsində istifadə edilən əvəzedilməz bir
vasitədir. Hazırda e-mail, ən geniş yayılmış rabitə xidmətidir. Elektron poçtla
istifadəçi dünyanın müxtəlif bölgələrində yaşayan və ya işləyən istifadəçilərlə
ə
laqə qura bilər. stifadəçilər bu xidmətdən ənənəvi məktub, telefon, yaxud faks
ə
vəzi istifadə edirlər. Elektron poçtu uzaq məsafəyə xəbərlərin ötürülməsini təmin
edir. Elektron poçtu vasitəsilə nternetdə informasiya göndərilir və əldə edilir.
Elektron poçtundan faylların, proqramların ötürülməsi üçün də istifadə olunur.
Elektron poçtu vasitəsilə kompyuterin yaddaşında saxlanılan istənilən faylı lazımi
ünvana göndərmək mümkündür. Bu zaman çalışmaq lazımdır ki, yaddaşda olan
faylın tutumu 1 Mbayt-dan artıq olmasın, çünki böyük tutumlu fayllar göndərilən
zaman mütləq maneələrlə rastlaşırlar. Digər tərəfdən fayl böyük olduqca onun
göndərilmə vaxtı da uzanır. Nəticədə səhvlərə yol verilir, faylı yenidən göndərmək