Ş
N TOPOLOG YASI
Ş
in topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada
bütün kompyuterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompyuterləri biri-birinə
bağlayan kabel sistemidir. nformasiya paketlər şəklində şinlə hər iki tərəfə
ötürülür.
Ş
in topologiyalı lokal şə
bə
kə
nformasiya göndərmək istəyən kompyuter (şəbəkə adapteri) şinin boş olub-
olmamasını,
yəni
ş
inlə
digər
kompyuterlərin
informasiya
göndərib-
göndərməməsini yoxlayır. Əgər şin boşdursa, onda kompyuter paketləri şinlə
ötürür.
Paket bir neçə hissədən ibarətdir:
•
informasiyanın ünvanlandığı kompyuterin ünvanından;
•
informasiyanı göndərən kompyuterin ünvanından;
•
göndərilən informasiyadan;
•
xidməti sahələrdən.
Hər bir kompyuter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona
ünvanlanmış paketləri özündə qeyd edir. Əgər iki kompyuter eyni zamanda
paketlərini şinə ötürərsə bu zaman şində toqquşma baş verir. Toqquşmaya səbəb
olan kompyuterlər qısa bir müddət ərzində informasiya göndərmək hüququnu
itirirlər.
Ş
in topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
•
hər hansı bir kompyuterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;
•
şə
bəkəyə yeni kompyuterlərin daxil edilməsi asandır;
•
şə
bəkə kartları (adapterləri) ucuzdur;
Ş
in topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlığı yüksək
olmalıdır. Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında
qurulurlar. Şin topologiyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2,
10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san)
göstərir.
HALQAVAR TOPOLOG YA
Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompyuter (işçi stansiya) biri-
biri ilə halqavari şəkildə, yəni birinci kompyuter ikinci ilə, ikinci kompyuter
üçüncü ilə, üçüncü kompyuter dördüncü kompyuter ilə və s., sonuncu kompyuter
isə birinci kompyuterlə birləşdirilir (şəkil 1.).
Halqavari topologiyalı lokal şəbəkə
Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar
müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompyuterdən
qonşu kompyuterə ötürülmək şərti ilə lazımi ünvana (kompyuterə) çatdırılır. Bu tip
şə
bəkələrdə əsasən markerprinsipindən istifadə edilir. Markeri əldə edən
kompyuter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş
kompyuterin, digər kompyuterlərə göndərəcəyi məlumatı varsa, bu məlumatları
markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və
digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompyuterə göndərir.
Paketi almış kompyuter, onun ünvan hissəsinə baxır və əgər paket ona
ünvanlandırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı
kompyuterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş
kompyuter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa)
göndərir. Əgər göndərməyə informasiya yoxdursa, onda markeri bir sonrakı
kompyuter göndərir. Bu tip şəbəkələrdə kompyuterlərdən biri həm də monitorinq
funksiyasını həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi,
itən markerin bərpası və s.).
Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
•
hər bir kompyuter yalnız qonşu kompyuterlə birbaşa bağlıdır;
•
hər bir kompyuterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt
verilir.
Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri
aşağıdakılardır:
•
hər bir kompyuter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də
hər hansı bir kompyuterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;
•
şə
bəkə adapteri daima işçi vəziyyətdə olmalıdır.
Halqavari topologiyalı lokal şəbəkələr IEEE 802.5 standartı əsasında qurulur.
Halqavari topologiyalı lokal şəbəkələrə nümunə olaraq Token Ring şəbəkəsini
göstərmək olar.
ULDUZVAR TOPOLOG YALI LOKAL ŞƏ
BƏ
KƏ
LƏ
R
Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər
bir kompyuter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir (şəkil 2.). Kompyuterlər
arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.
Mərkəzi qovşaq kimi hub, kommutator və ya xüsusi server kompyuteri istifadə
oluna bilər.
Ulduzvari topologiyalı lokal şə
bə
kə
Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompyuterlərarası
mübadilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin
etibarlığının mərkəzi qovşağın etibarlığından asılı olmasıdır. Ulduzvari
topologiyalı lokal şəbəkəyə nümunə olaraq Ethernet 10 BASE-T, 100 BASE-T
şə
bəkələrini göstərmək olar. Burada 10 və 100 - şəbəkənin sürətini (Mbit/san)
göstərir.
Praktikada digər topologiyalardan da (ağacvari, qarışıq) istifadə oluna bilər.
Bu və ya digər topologiyanın seçilməsi kompyuter şəbəkəsinin tətbiq
sahəsindən, kompyuterlərin coğrafi yerləşməsindən və bütövlükdə şəbəkənin
ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən,
qiymət, etibarlıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir.
Hal-hazırda kabelsiz lokal kompyuter şəbəkələri də tətbiq edilir. Bu
şə
bəkələrdə radio modemlərdən (adapterlərdən) istifadə edilir. Bu zaman
kompyuterlərarası informasiya mübadiləsi kabellərlə yox, radio kanallar vasitəsi ilə
həyata keçirilir.
45. Lokal Kompyuter şə
bə
kə
lə
rində
istifadə
olunan avadanlıqlar
Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur:
•
Koaksial kabellər;
•
Burulmuş cütlü kabellər;
Mərkəzi
qovşaq