genişlənməsində böyük və kiçik hərflər eyni qəbul olunur, yəni adna.txt və
ADNA.TXT eyni faylı təyin edir.
Qeyd etmək lazımdır ki, DOS əməliyyat sistemində DOS qurğularını işarə
etmək üçün adlardan istifadə olunur ki, faylları adlandırarkən bunlardan istifadə
etmək olmaz. Bu adlardan DOS-un əmrlərində informasiyanın kompyuterin
qurğuları ilə giriş və çıxışını təşkil etmək üçün istifadə olunur. Məsələn, PRN adı
printeri göstərir, buna görə də DOS-un əmrlərində faylın adı yerinə PRN
göstərdikdə uyğun verilənlər çapa çıxır.
Bu adlara hər hansı genişlənmə əlavə etdikdə DOS bunu qurğulara müraciət
kimi başa düşür. Məsələn, CON.TXT faylına müraciət CON qurğusuna müraciətlə
eynidir. Ona görə də CON.TXT-dən disk faylının adı kimi istifadə etmək olmaz.
Amma faylların adlarının genişlənməsində .PRN, .AUX, .CON və .NUL-dan
(Məsələn, ALFA.PRN faylından) istifadə etmək olar.
Faylın atributları. Faylın aşağıdakı atributları mövcuddur.
R (Read-only) – "yalnız oxunan". Bu faylları sistem vasitələri ilə
yeniləşdirmək və ya silmək mümkün deyil.
H (Hidden) – "gizli fayl". Faylları gizli saxlamaq üçün istifadə olunur.
S (System) – "sistem faylı". Bu fayllar əməliyyat sistemlərində istifadə olunur.
A (Archive) – "arxivləşdirilmiş fayl". Bu atribut hər bir faylın yaradılmasında
təyin olunur.
Kataloq. Kataloq digər fayllar haqqında informasiyanı özündə saxlayan xüsusi
fayldır. Kataloq həmçinin direktoriya da (ingiliscə directory – arayış, göstərici)
adlanır. Faylların adı diskdə kataloqlarda (və ya direktoriya) qeyd olunur.
Windows 95/98 – də kataloqlar qovluq adlanır. Kataloq faylların tam adı, ölçüsü,
yaradılma və ya sonuncu düzəliş vaxtı və tarixi, atributu və s. məlumatlardan ibarət
olur. Kataloqun daxilində başqa bir kataloq qeyd olunarsa, buna altkataloq deyilir.
Kataloqun adına olan tələbat fayllardakı kimidir, amma burada genişlənmədən
istifadə olunmur.
Hər bir diskdə bir baş kataloq olur. Bu kataloqda fayl və altkataloqlar qeyd
olunur. Diskdə kataloqlar ağacvari - iyerarxik struktura malikdirlər. stifadəçi
işləyən kataloq cari kataloq adlanır. Yeni formatlaşdırılmış diskdə sadəcə bir
kataloq var – baş kataloq (root directory) və bu proqram vasitələri ilə silinə bilməz.
42. Windows sə
mə
liyyat sistemi
MS-DOS-da idarəetmə sisteminin sadəliyi, əmrlər interfeysinin narahatlığı,
disketlərdə olan fayl və kataloqların proqramları işə salan ləvazimatlarla idarə
olunması və s. bəzi proqramçıları onlara lazım olan ləvazimatları (qrafik interfeysi
yaratmaq, menyu, sorğu və pəncərə yaratmaq, müxtəlif displey və printerləri
ə
laqələndirmək, proqram tərtib edən köməkçi proqramlar və s.) tərtib etməyə, ya
da müxtəlif proqramlar kitabxanasından istifadə etməyə məcbur edirdi. Digər
tərəfdən müxtəlif proqramlara müraciət etməyin özü də müəyyən çətinlik törədirdi
stifadəçi və tətbiqi proqramlar tərtib edən proqramçılar tərəfindən istifadə
edilən Windows proqramı müəyyən üstünlüklərə malikdir:
PROQRAMIN XAR C QURĞ
ULARDAN ASILI OLMASI
Windows və MS-DOS arasında əsas fərq ondan ibarətdir ki, MS-DOS (DOS-a
ehtiyac olmadan) kompyuter avadanlığı (displey, klaviatura, printer və s.) ilə
birbaşa işləyə bilir. Windows mühitində işləyən proqramlar isə xarici qurğulara
Windows-un köməyi ilə müraciət edir. Deməli, Windows bütün işləri, yəni konkret
xarici qurğularla uzlaşma problemini öz üzərinə götürdüyü üçün istifadəçinin
konkret xarici qurğularla birgə işləməsinin təmin olunması problemi aradan
götürülmüş olur. Nəticədə Windows proqramı konkret xarici qurğulardan asılı
olmur və qurğularla o zaman əlverişli işləyir ki, bu qurğular müstəqil olaraq
Windows-la işləyə bilirlər. ş prosesi zamanı ən çox istifadə edilən avadanlıqların
işini lazımi səviyyədə saxlamaq üçün drayverlər Windows-un tərkibinə daxil edilir.
Ümumiyyətlə, drayverlər (qurğuların işini təmin etmək üçün lazım olan
proqramlar) yazılan disk (həm Windows, həm də MS-DOS üçün drayverlər)
avadanlıqlar və ya qurğularla birlikdə satılır.
ST FADƏ
Ç NTERFEYS N N YARADILMASI ÜÇÜN AVADANLIQ
Windows-a istifadəçi interfeysinin yaradılmasına lazım olan funksiyalar:
pəncərələr, menyular, sorğular, siyahılar və s. daxildir. Buna görə də Windows-un
istifadəçi interfeysi ən yaxşı nümunələrdən biri sayılır və bu mühitdə işləyən digər
proqramlar Windows-un funksiyalarından istifadə edir.
PROQRAMLAR K TABXANASININ D NAM K QURULUŞU
Windows-da proqram tərtib edərkən, proqramlar kitabxanasından Windows-un
köməyi ilə istənilən proqramı götürüb istifadə etmək olur, yəni seçilmiş proqramı
kompyuterin yaddaşına yükləmək mümkündür.
Bəzən iş prosesində istifadə edilən proqram müəyyən zamandan sonra
istifadəçiyə gərək olmur. Belə olan halda istifadəçi istifadə etmədiyi proqramı
kompyuterin yaddaşından silə bilir. Bütün bu prosesləri Windows öz üzərinə
götürərək istifadəçinin işini asanlaşdırır və onun işinə maneçilik etmədən həyata
keçirir.
VAH D ST FADƏÇ NTERFEYS
Windows istifadəçi interfeysini yaratmaq üçün proqramçıları lazım olan bütün
ləvazimatlarla təmin etdiyindən, iş prosesi zamanı proqramçılar bu ləvazimatlardan
tam istifadə edirlər. Belə geniş imkanların onlara verilməsi istifadə üçün anoloji
ləvazimatlar yaratmağa sövq etmir. Nəticədə Windows proqramının istifadəçi
interfeysi müəyyən dərəcədə daima təkmilləşir və istifadəçiyə istənilən proqramlar
arasında əlaqə yaratmağa imkan verir. Bundan əlavə, istifadəçi kompyuterdə
istifadə edilən hər bir proqramı ayrıca öyrənməyə ehtiyac duymur.
ÇOX SAYDA MƏ
SƏ
LƏ
LƏ
R N EYN ANDA HƏ
LL
Windows müxtəlif sayda proqramların eyni zamanda həll edilməsinə və onlar
arasında məlumat mübadiləsinə imkan yaradır. Bundan istifadə edən istifadəçi bir
proqramı işlədərkən (və ya bir məsələni həll edərkən) birindən digərinə keçmək
imkanı əldə edir. Bunlarla yanaşı Windows elə qurulmuş sistemdir ki, onunla
işləyərkən DOS proqramlarına müraciət etmək və ya DOS proqramı ilə işləmək
lazımdırsa, bu işləri Windows-dan çıxmadan həyata keçirmək mümkündür (DOS
proqramları Windows-un təsiri altında icra olunarkən onlar aşağı sürətlə işləyirlər).