Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 
Hamin kitabın aşağısında haşiyədə, çıxarış 1-də yazılır: 
"Mərdavicin Sasanilərdən olduğu haqqında  əfsanə sonralar 
yaltaq tarixnəvislər tərəfindən yaradılmışdır". 
"Qabusnamə" müəllifinin dediyinə görə isə o, ata xətti ilə 
deyil (Mərdavic xətti ilə deyil), ana xətti ilə Sasanilərlə bağlı idi. 
Keykavusun anasının onüçüncü babası  məşhur  Ənuşirəvanın 
qardaşı olmuşdur. 
"Qabusnamə"nin bu barədə verdiyi mə'lumat da bə'zi 
tədqiqatçıların fikri ilə düz gəlmir
1

Ümumiyyətlə, "Qabusnamə"də bu kimi tarixi şəxsiyyətlər, 
tarixi. hadisələr haqqında ixtilaf və ziddiyyətlərə tez-tez təsadüf 
edilir. Bu, əsasən, "Qabusnamə -nin özünə deyil, bu kitabla 
başqa mə'xəzlər arasındakı  fərqlərə aiddir. Məsələn, 
"Qabusnamə"də müəllifin özünün hökmdarlığı haqqında heç bir 
mə'lumat olmadığı halda, onu bə'zi mə'xəzlər Deyləmilər 
hökmdarı adlandırır. "Qabusnamə"nin verdiyi mə'lumata görə, 
Sultan Modudun 1041—1048-ci illər arasında hökmdarlıq 
etdiyi, yə'ni təqribən səkkiz il əmir olduğu nəzərə alınsa, 
Keykavusun bütün bu illəri onun yanında nədim olduğu aşkara 
çıxar. Səlcuqilərin də 1041-ci ildə Deyləm və  Təbəristana 
gəldikləri mə'lumdur. Buradan, tamamilə haqlı  olaraq  Y.  E. 
Bertelsin dediyi kimi, elə bir ehtimal meydana çıxır ki, 
Keykavusun Qəznəyə Sultan Modudun yanına getməsinə səbəb 
məhz Səlcuqilərin Xəzər dənizi cənubuna etdikləri hücumlar 
olmuşdur. 
Keykavus 1021 -1022-ci illərdə anadan olmuşdur. Bu 
zaman Ziyarilər xanədanından Mənuçehr hakimiyyət başında 
idi. Mənuçehrün ölüm tarixi 1039-cu il yazılmışdır. Ondan 
sonra 1049-cu illərə  qədər  Ənuşirəvan  əmir olmuşdur. 
Keykavus 1041-ci ildə iyirmi yaşında bir gənc ikən Qəznəya 
nədimliyə getmişdir. Ondan sonra isə onun hökmdarlığa çatması 
üçün heç bir tarixi şərait olmamışdır və "Qabusnamə"də  də bu 
barədə bir işarə yoxdur. 
                       
 
 
 
 
 
 
 
1
 
Е. Э. Бертельс. "Кабус-намэ", сəһ. 266.
 
12 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
"Qabusnamə" müəllifinin ölümü haqqında da tarixi 
dolaşıqlıq var. Məsələn, XV əsr tarixçisi Zəhirəddin onun 460-cı 
hicri, yə'ni 1067-1068-ci illərdə, Rzaqulu xan hidayət 462-ci, 
yə'ni 1069-1070-ci illərdə  vəfat etdiyini qeyd edir. 
"Qabusnamə"  müəllifi özü isə kitabın 475-ci il, yə'ni 1082-
1083-cü illərdə yazıldığını söyləyir. 
"Qabusnamə"də mübahisəyə  səbəb olan məsələlərdən biri 
də kitabın adıdır.  Əsərin özündə kitabın necə adlandırıldığı 
barədə xüsusi bir göstəriş yoxdur. O, bütün Şərq və  Qərb 
aləmində "Qabusnamə" kimi şöhrət tapmış, bütün dillərə bu ad 
altında tərcümə edilmişdir. Buna baxmayaraq tədqiqatçılar bu 
adın düzgün olmadığını irəli sürürlər. Məsələn, "Qabusnamənin 
son iki nəşrini hazırlayıb 
1312
  və
 
 
1320
 -ci illərdə (1933 və 
1941) çap etdirmiş  məşhur  İran alimi Səid Nəfisi bu kitabın 
"Qabusnamə" deyil, əslində "Nəsihətnamə" adlandırıldığını 
iddia edir. 
"Qabusnamə"ni geniş müqəddimə və ətraflı şərhlə birlikdə 
ilk dəfə olaraq rus dilinə tərcümə etmiş məşhur sovet şərqşunası, 
mərhum Y. E. Bertels də S. Nəfisinin fikrini müdafiə edir1. 
Bunun tam əksinə olan fikirlər də vardır, yə'ni bir sıra alimlər 
Keykavusun bu kitabı  məhz babası Qabusa həsr etdiyini yazır 
və onu əsaslandırmağa da çalışırlar. Məsələn. akademik A. 
Krımski bu məsələyə xüsusi bir fəsil ayırır və Qabusun guya 
həmin Keykavus olduğunu iddia edən Rzaqulu xan Hidayəti 
kəskin tənqid edir2. 
"Qabusnamə"nin doğrudan Keykavusun öz babasına həsr 
edib etmədiyi haqqında fikrimizi söyləməzdən  əvvəl onu 
xatırlatmaq istəyirik ki, Rzaqulu xan Hidayətin nəşri  əsasında 
çap olunmuş  və bizim əlimizdə olan "Qabusnamə" nüsxəsində 
belə bir iddia yoxdur. Rzaqulu xan heç yerdə iddia etmir ki, 
"Qabusnamə" Keykavus tərəfindən öz babası Qabus ibn 
                       
 
 
 
 
 
 
 
1
 
Е. Э. Бертельс, "Кабус-намэ", М., 1958, сəһ. 27-28.
 
2
 
А. К р ы м с к и й. История Персии, ея литературы и дервишской теософищ, т. I, М., 1912, 
сəһ. 530-531.
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Vəşmgirin adına yazılmamışdır. A. Krımskinin bu nəticəsi 
bizim üçün tamamilə qaranlıq qalmışdır. Rzaqulu xan Hidayətin 
bizim  əlimizdə olan nüsxəsində bunun tam əksi yazılmış  və 
məhz "Qabusnamə"nin  Şəmsülməali Qabusa həsr edildiyi 
deyilmişdir. Yalnız burada "Qabus" sözünün farsca hamin 
"Kavus olduğu qeyd edilmişdir, Rzaqulu xanın yazdığı 
müqəddimədə oxuyuruq: 
سﻮﺑﺎﻗ___ﺪﺟ_مﺎﻧ_و__ﻦﺑ_ﺮﻴﮕﻤﺷ_و_ﻦﺑ_سووﺎآ_ﺮﻴﻣا_وا__ﻦﻳا_و_ﺖﺳا_ﯽﻤﻠﻳد_دﺎﻳز_ﻦﺑ_ﺞﻳوادﺮﻣ'>ﺖﺳا  سووﺎآ  بﺮﻌﻣ  سﻮﺑﺎﻗ
 
 ﺪﺟ  مﺎﻧ  و
 ﻦﺑ  ﺮﻴﮕﻤﺷ  و  ﻦﺑ  سووﺎآ  ﺮﻴﻣا  وا
 ﻦﻳا  و  ﺖﺳا  ﯽﻤﻠﻳد  دﺎﻳز  ﻦﺑ  ﺞﻳوادﺮﻣ
ﺪﻨﻧاﻮﺧ رﺎﻳز لﺁ ﻪﻤﻟﺎﻳد ار ﻪﻘﺒﻃ
1
 
"Qabus (sözü) Kavusun ərəbiləşmişidir və onun babasının 
adı Əmir Kavus ibn Vəşmgir ibn Mərdavic ibn Ziyar deyləmidir 
və bu tayfa Al-ziyar deyləmiləri adlanır". 
Buradan göründüyü kimi, söhbət kitabın Keykavus 
tərəfindən yazıldığı haqqında getmir, əksinə onun babası 
Qabusun adının ərəbcə 
سﻮﺑﺎﻗ
 və onun farsca ekvivalentinin  
سووﺎآ
 olduğu haqqında gedir. Buna isə  şübhə etməyə 
dəyməz. Belə misallar tarixdə çoxdur və  ərəblər bir çox fars 
adlarını öz əlifba və dil qanunlarına uyğunlaşdıraraq yazmışlar 
(məsələn, Bozorgmehr əvəzinə Bozorcmehr və s.). 
İndi istər sovet alimləri, istərsə  də farsların özləri A. 
Krımskinin "Qabusnamə"nin Keykavus tərəfindən babası Qabus 
ibn Vəşmgirin xatirinə belə adlandırdığı fikrini qəbul etmir və 
kitabın belə adlandığını "səhv" və "anlaşılmazlıq" hesab edirlər. 
"Qabusnamə"nin nə üçün belə adlandığı  məsələsi 
şərqşünaslar tərəfindən hələlik açıq buraxılmış  və onun həlli 
gələcək tədqiqatçıların öhdəsinə buraxılmışdır. Azərbaycanlı 
oxuculara ilk dəfə olaraq təqdim edilən bu kitabın bu "qəribə" 
(Y. Bertels) adı haqqında yürüdülən mühakimə  və  nəticələr 
                       
 
 
 
 
 
 
 
1
 
  ص  ،ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ  ،  ﺖﻳاﺪه  نﺎﺧ  ﯽﻠﻗﺎﺿر
40
 
14 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
tarixçilərin, təzkirəçilərin və Keykavusun özünün verdiyi cüz'i 
materiallar və məntiqi mühakimələr əsasında çıxarıldığından biz 
də  həmin üsulla öz fikrimizi demək istəyirik. Fikrimizi sübut 
etmək, mühakimələrimizi əsaslandırmaq üçün hər şeydən əvvəl 
tarixlə, Keykavusun mənsub olduru xanədanın həyatı ilə tanış 
olmalı, tarixi faktları Keykavusun "Qabusnamə"də verdiyi 
mə'lumatlarla tutuşdurub məntiqi nətiçə çıxarmalıyıq. 
Ziyarilər  ərəb xəlifəliyinin zəiflədiyi bir dövrdə,  ərəblərə 
qarşı  hər yanda arası  kəsilmədən bir-birini əvəz edən üsyanlar 
dövründə meydana çıxmış,  İranın cənubunda, Təbəristan və 
Gurganda həmişəlik olaraq ərəb xəlifəliyinə son qoya 
bilmişdilər. Ziyarilərin (928-1045)
1
 ilk nümayəndəsi sayılan 
Mərdavic (farscası: Mərd-aviz) hicri-qəməri 315, miladi ilə 
927/8-ci illərdə Xəzər dənizinin (Absükun) cənub" vilayətlərini 
ələ keçirməklə kifayətlənməyib,  əvvəlcə  İranın qərb ölkələrini 
tutmaq, sonra isə Bağdada gedərək xilafətə son qoymaq 
istəyirdi. 
İbn  əl-Əsirin dediyinə görə  Mərdavic iflasa uğramış bir 
kəndli olmuş, sonra əkinçiliyi buraxaraq muzdlu ordu sırasına 
getmiş  və orada hərbi  şöhrət qazanmışdı. Lakin Ziyarilər 
özlərini Sasanilər nəsli hesab edir, hər  şeydə özlərini onlara 
oxşatmağa çalışırdılar. Məsələn, sülalənin banisi Mərdavic 
tacını Sasanilər kimi qızıldan qayıtdırır, ona tabe olan feodal 
valilərin başına isə gümüşdən taç qoyurdu, qızıl taxtda oturur, 
sasani  şahları kimi böyük cah-cəlal,  əzəmət və  təntənəli qəbul 
günləri tə'yin edir, "səde" (od bayramı) keçirir, ordu üçün eyş-
işrət məclisləri düzəldir, Sasanilər kimi hakim şovinist ruhunu 
aşılamağa çalışır,  ərəblərə,  ərəblərə xidmət edən iranlılara, 
başqa tayfalarla qohumluq edənlərə amansız divan tuturdu. 
Mərdavic xidmətçiləri arasında təbərilər, deyləmilər, muzdlu 
hərbçilər xüsusi üstünlüyə malik idilər; türk və başqa tayfadan 
olan qulamlar isə əksinə, təhqir edilir, döyülür, haqq-nahaq tez-
                       
 
 
 
 
 
 
 
1
 
Бах:История Ирана с древнейших времен до конца 18 века, сəһ. 129.
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə