Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə36/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   32   33   34   35   36   37   38   39   ...   119

 

114


Qırxıfdı yal-quyruğun, 

Yarı yolda durufdu. 

Bu ağır söz olur. Bu bayatını deyənnən soora yeddi oğlu olan 

arvadın  üzüyü  çıxır.  Onda  arvad  ağladı.  Mamam  and  içirdi  ki,  o 

arvadın  yeddi  oğlunun  yeddisi  də  öldü.  Orda  da  qayda  idi  ki,  bir 

yaxşı söz oxunmalı idi, bir də pis. Kimin qismətinə hansı söz çıxsa, 

o da olmalı idi.  

 

146-147. PADŞAH OYUNU 

 

Ağlım kəsənnən görmüşəm ki, bu bayramı Sirikdə Əli Çələbi 



keçirərdi.  44-cü  ildə  otuz  dənə  heyvan  kəsildi,  qab-qaşıx  olmadı, 

dəvədabanının  üstünə  əti  qoydular,  bax  orda  camaata  yemək 

verildi.  

Bizim babamız həmişə deyərdi ki, əsabələrə kəj

22

 olan şiədən 



deyiləm,  Əlini  vəli  bilmiyən  sünnüdən  deyiləm.  Sovet  hökuməti 

qoymurdu bizi bayram keçirməyə. Bayram keçirən adamları siyahıya 

alırdılar.  Əli  Çələbi  bizə  deyirdi  ki,  qorxmayın,  bayram  eliyəjəh-

siniz. Bayramda sizin hansınızı tutsalar, bir kişinin qızının qolunnan 

tutun,  deyin  toy  eliyirəm.  O  kişinin  də  qızın  alın.  Bir  il  sovet  sədri 

qoymadı bizi bayram keçirməyə. Əli biznən xəlvəti əlaqə saxlıyırdı, 

aşkar  görüşə  bilmirdi.  Tutardılar  Əlini  o  saat.  Axşamüstü  bizdən 

xəbər aldı ki, sovet sədri nağarır? Dedik bayram keçirməyə qoymur. 

Dedi  ki,  mənim  evimə  gəldiyinizi  bilməsinnər.  Gedin  bir  ağsakqal 

yollayın  sovet  sədrinə,  deyin  ki,  əgər  kənddən  çıxmasan  bu  gejə 

səni öldürəjeyik. – Sovet sədri də bizim kənddən deyil, Xojamsax-

lıdan idi. – Gözdüyün kənddən çıxsın. Çıxannan soora siz ehtiyatı-

nızı görün.  

Nəysə,  gözdədik,  çox  gej  çıxdı.  Səfi  kişi  getdi  yola  saldı. 

Dedi, öldürəjəhlər səni, sən allah, qanını  tökmə bizim kəndə.  Məj-

bur oldux kalxozun öküzün çıxartdıq çölə, pəyəni bəzədik. Erməni-

dən  bir  aşıq  tapdıx  gətdik.  Gəldi  dedi,  kulubunuz  haradı?  Tövləni 

                                                

22

 Kəj – əleyhinə, zidd olan. 




 

115


göstərdik dedik ki, buradı. Dedi, ara, bura klub ola bilməz. Dedik, 

sən  başını  içəri  sal,  gör  klubdu,  yoxsa  yox.  Girdi  dedi,  qardaş,  bu 

nədi  belə?  Bura  muzeydi.  And  olsun  allaha,  o  gün  elə  bir  bayram 

keçirdik, dünya tarixində heylə bayram olmazdı.  

29 il Əli Çələbi keçirif bayramı. Bizim kənddə yoxsul, əlacsız 

bir  dənə  kişi  oluf,  özünün  də  qolu  şikəst  oluf.  Onun  üstünə  bir 

damcı  su  tökən  olmuyuf.  Hər  Novruz  bayramında  Əli  ona  bir  dəst 

paltar alardı. Onun adı İsgəndər oğlu Məhəmməd idi. Hər il Novruz 

bayramına iki gün qalmış həmən o Məhəmmədi gətirərdi Əli, onun 

başın  qırxdırardı.  İki  qadın  ayırardı.  Onu  təmiz-təmiz  yudurdardı, 

alt  paltarınnan  tutmuş  üst  paltarına  qədər  onu  təzəliyərdi.  Əliyə 

deyərdilər, bu kənddə bir şəxsiyyətdi adam tapmırsan ki, onu padşah 

qoyasan?  Deyərdi  ki,  ömrü  boyu  üstünə  su  dəyməyən  bir  adamı 

çimizdirif,  təmiz  paltar  geydirmək  gör  Allah  yanında  nə  qədər 

suabdı. Onu gətirif heylə geyindirərdi, qoyardı padşah.  

Üç gün, beş gün qabaxcadan məsləhətləşirlər ki, kim şah ola-

jaxdı. Şah olan şəxs bir sutka dinmir, danışmır. Başına papax qoyu-

lur, papağının qabağına güzgü  vurulur. Şah tezdənnən oturajax or-

da,  nə  gülmüyəjək,  nə  danışmıyajax.  Gülən  kimi  onu  taxtdan 

düşürəjəklər, özün də dar ağajınnan asajaxlar.  

Şahı mağara  yaxın qonşu bir evdə bəziyillər. Məclis başlayır, 

vağzalı çalınır, şah vəzir-vəkilin, polislərin əhatəsində girir məclisə. 

Bütün məclis əhli ayağa qalxır, əl çalır. Deyillər, şah oynasa ucuz-

luq  olar.  Şah  da  əlin  götürüf  “Şah  gəldi”  havasına  ağıryana  oynu-

yur.  Oynuyandan  soora  çıxıf  taxtında  oturur  və  səlahiyyətlərinin 

icrasına başlayır. Məclis qutaranda da aradan elə çıxıllar ki, onlara 

heç  nə  deməsinlər.  Padşahı  on  iki  “milis”  qoruyur,  bir  nəfər  də 

onların  başçısı  olurdu.  “Milis”  nəfərlərinin  qolunda  qırmızı  sarğı 

olardı.  Başçılarının  isə  sinəsinin  ortasınnan  keçirib  kürəyinnən  şal 

bağlanardı.  Ən  çox  da  padşahın  papağının  qaçırılmaq  ehtimalı 

vardı.  Ona  görə  rəis  həmişə  əlində  şallaq  buların  yanında  durur. 

Kimsə  asılmaqla  cəzalandırılanda  asılan  şəxsin  qohumu  gəlif 

cərməni  ödüyüf  onu  qutarır.  Yığılan  vəsait  qeydiyyata  alınır, 



 

116


xeyriyyə  işlərinə  sərf  olunur.  Məsələn,  2013-cü  ildə  yığılan  pula 

artizan üçün mator aldıq.  

O vaxt damda keçirirdik. 29 il Əli təşkil elədi, hər il o bayramı 

keçirdik.  Vəzir-vəkili  əvəllər  Əli  seçirdi,  indi  də  Arif  müəllim 

(çələbi  nəslindəndir  –  top.)  seçir.  Vəzirin  baməzəliliyi  olmalıdı, 

danışdıra bilməlidi, məclisi şənləndirməyi bacarmalıdı. Həmən gün 

hamı təzə paltarın geyinif o toya gedir. Maraqlı olması üçün kəndin 

cavannarı  bir  qrup  yaradıb  saxta  topnan,  tüfəynən  gəlillər  ki,  şahı 

devirələr.  Şahın  ətrafındakı  “milis”lər  isə  buna  şərait  yaratmırlar. 

Müxalifət padşaha qarşı nə hazırlayır, heç kimə məlum deyil. Keçən 

il  çox  gözəl  hazırlamışlar.  Altı-yeddi  maşınla  gəldilər,  əllərində 

guya tüfəy  var, qəribə geyimləri vardı, üzlərinə kömür sürtmüşdər. 

Peç  turbasın  çiyinnərinə  alıflar,  guya  qrantamyotdu.  Guya  çevriliş 

etməyə gəliblər.  Vəzir də oları təqdim edəndə dedi bular Zimbavi-

yadan gəliflər.  

Şah  əmr  versə  ki,  gedin  filankəsi  gətirin,  o  adam  harda  olsa 

tapılıf  şahın  hüzuruna  gətirilməlidi.  Əksər  evlər  bayrama  xonça 

aparır.  Onu  da  “polislər”  qoruyurlar.  Bu  zaman  “müxalifət”  istiyir 

xonçanı  alıb  dağıtsın.  Kim  dağıtmağa  cəhd  etsə,  onu  tutub  “asır-

dılar”.  Bəzən  şərait  yaradırıx  ki,  beş-on  xonça  dağıdılsın,  camaat 

yesin. Axıra qalan xonçalar da məclisin axırında camaata paylanır. 

İyirmi biri saat dörddən soora başdıyırdıq, iyirmi ikisi gecəyə 

qədər  davam  eliyirdi.  İndi  maddi  cəhətdən  onu  eləmək  mümkün 

deyil. Ona görə iki gün deyil, bir gün keçiririk. Əvvəl səhərə qədər 

oturardı  insannar,  amma  indi  on  ikidən  soora  camaat  yavaş-yavaş 

dağılır.  Elə  vaxt  olub  axşamdan  başlamışıq,  aşıq  çıxıb  deyib  mən 

bilsəydim  gedib  bazarda  simişka  satardım,  bu  kəndə  gəlməzdim. 

Çalmaqdan  dodaqlarım  şişib.  İnsafınız  olsun,  bir  belə  insan  oyna-

yar?  Demişik  bu  Əli  bayramıdı,  heç  adam  yorular?  Əvvəllər  hamı 

qırmızı  paltar  alıb  geyərdi.  İndi  qırmızı  geyən  azdı,  amma  hamı 

təzə paltarda  məclisə gəlir. 

 

 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə