Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə37/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   33   34   35   36   37   38   39   40   ...   119

 

117


147.

23

 

Padşah,  onun  əyan-əşrəfi  qabaqcadan  müəyyən  edilmiş  bir 

evdə  bəzədilir.  Padşah  və  vəzir-vəkilin  başına  önünə  quş  lələyi 

bərkidilmiş  buxara  papaq  qoyulur.  Padşahın  papağına  bərkidilmiş 

quş  lələyi  digərlərindən  rənginə  görə  seçilir.  Hər  üçünün  sinəsinə 

çiynindən aşırdaraq qırmızı şal bağlanır. Vəzirin əlində tüfəy, vəkilin 

əlində  isə  qalxan  rolu  oynayan  un  tabağı  və  xançal  olur.  Onları 

qoruyan  “milis”lərin  müşayəti  altında  evdən  çıxaraq  qabaqcadan 

hazırlanmış maşına  minirlər. Padşah  meydana kuzası açıq maşında 

gətirilir. Maşının kuza hissəsində ortada padşah, sağında və solunda 

vəzir-vəkil durur. Padşahı on iki fərraş qoruyur. Onlardan ikisi ma-

şının  kuzasında  arxadan  padşahı  mühafizə  edir,  bir  neçəsi  maşının 

böyrü ilə hərəkət etməklə onu ətrafdan mühafizə edir. Bəzi fərraşlar 

isə  maşının  qabağı  ilə  hərəkət  edərək  camaatı  yoldan  təmizləyir, 

maşının  önünü  açmağa  çalışır.  Kuzadakı  fərraşlardan  biri  əlində 

Azərbaycan  bayrağı  tutmuş,  digər  fərraşların  isə  əlində  ya  qamçı, 

ya  da  kəmər  vardı.  Padşahın  maşını  öndə,  digər  maşınlar  isə  onun 

arxasında  gəlin  karvanında  olduğu  kimi  siqnallıya-siqnallıya  pad-

şahı  meydanda  qurulmuş  çadıra  gətirirlər.  Qarşı  tərəfdən  gələn 

sürücülər  öz  maşınlarını  kənara  çəkərək  padşahın  maşınına  yol 

verirdilər. Yolboyu camaat padşahı alqışlayır, padşah isə onu seyrə 

çıxmış camaatı əli ilə salamlayırdı.  

Mağar geniş bir ərazidə qurulmuşdur. Başda padşah üçün stol-

stul,  sağında  çələbi  nəslinin  nümayəndəsi  üçün  kreslo  qoyulmuş, 

solunda  isə  çalğıçılar  üçün  yer  düzəldilmişdi.  Mağarın  bir  tərəfində 

qadınlar,  digər  tərəfində  isə  kişilər  üçün  oturmağa  yer  təşkil  edil-

mişdi.  Meydanın  ortasında  isə  dar  ağacı  qurulmuşdu.  Padşah  “Şah 

gəldi” havasının müşaiyəti altında mağara daxil olur. Daha sonra şən 

                                                

23

 Günəşli  kəndi  üzümçülük  savxozunda  işləmək  üçün  keçən  əsrin  40-cı  illərində 



Cəbrayıl rayonunun Sirik kəndindən gəlmiş əhalidən təşkil olunub. Vaxtilə otuz-qırx 

ailədən  ibarət  olan  bu  kənd  indi  200-dən  artıq  təsərrüfatı  olan  böyük  bir  kəndə 

çevrilib.  Burada  verilən  təsvir  2014-cü  il  martın  21-də  həmin  kənddə  keçirilən 

mərasimin videoyazısı əsasında aparılıb. 




 

118


hava  çalınır  və  padşah,  vəzir-vəkil  fərraşların  əhatəsində  bir  qədər 

oynadıqdan sonra keçib öz yerlərində otururlar.   

Vəzir  padşahın  gəlişinin  möhtəşəm  olduğunu  vurğulayaraq 

onun küsülüləri barışdırmaq, oynamayanları oynatmaq, haqq-ədaləti 

bərpa etmək üçün burada olduğunu bildirdi və məclisi açmaq üçün 

sözü  Arif  Çələbiyə  verdi.  Arif  Çələbi  Həzrət  Əlinin  taxta  çıxdığı 

günün önəminə diqqəti çəkərək əsrlərdən bəri həmin günün bayram 

edildiyini  vurğuladı.  Həmin  ənənəyə  bu  gün  də  sadiq  qalındığını 

bildirərək bu bayramın hamı üçün uğurlu olmasını dilədi və məclisi 

açıq elan etdi.  

Padşah  üçün  xüsusi  olaraq  şax  bəzədilir,  xonçalar  göndərilir. 

Şaxın  mağara  gətirilməsi  xüsusi  olaraq  deyq  olunur.  Şaxı  gətirən 

qadın  əlində  şax  bir  qədər  oynadıqdan  sonra  onu  aparıb  padşahın 

qarşısına  qoyur,  ardınca  digər  qadınlar  gətirdikləri  xonçaları  pad-

şahın  oturduğu  stolun  üstünə  qoyurlar.  Həmin  xonçadakı  nemətlər 

məclisin sonunda camaata paylanır. 

Padşah məclis boyu danışmır, onun əvəzindən əmrləri vəzir ve-

rir, qolu qırmızı sarıqlı fərraşlar da həmin əmrləri  yerinə  yetirirlər. 

Padşahın  ilk  icratı  onun  mühafizəsini  yaxşı  təşkil  etmədiyi,  kar-

vanın önünün kəsilməsinə şərait yaratdığı üçün fərraşların başçısını 

asdırmaq  olur.  Digər  fərraşlar  həmin  adamı  qollarına  alaraq  dar 

ağacından asırlar. Təbii ki, burda gerçək asılmaqdan söhbət getmir, 

insana  xətər  yetirilməsin  deyə  onu  ya  sinəsindən,  ya  da  ayağından 

asırlar.  Paşdah  başqa  kəndlərdən  gəlmiş  qonaqları  casusluqda  gü-

nahlandırır,  amma  Arif  Çələbinin  tapşırığı  olduğu  üçün  onları  as-

dırmır,  cərimələməklə  kifayətlənirdi.  Daha  sonra  padşaha  gətirilən 

xonçanı  dağıtdığı  üçün  kənd  cavanlarından  birini  dar  ağacından 

asdırır.  Asılmağa  məhkum  edilmiş  şəxsin  yaxın  adamı  cəriməni 

ödədikdən sonra padşah onu azad edir. 

Kənddə bəzi adamların hüzürü düşdüyü üçün məclisdə iştirak 

etmirdilər. Padşahın ilk icratlarından biri də onları yasdan çıxarmaq 

üçün  həmin  adamları  evlərindən  gətizdirərək  məclisdə  oynatmaq 

olur.  Mərasimin  maraqlı  hadisələrindən  biri  məclisin  otasında  ya-

şanır. Padşahın mühafizəsini təşkil edən fərraşlardan biri oğurlanır və 




 

119


onu ağ mələfəyə bükülmüş halda maşının arxasında gətirib meydana 

buraxırlar. Həmin adamın sinəsinin üstünə də yazıb yapışdırırlar ki, 

biz  belə  padşah  tanımırıq.  Padşahın  tələbi  ilə  onun  adamını  oğur-

lamağa cəsarət etmiş şəxsi tutub dar ağacından asırlar.  

Kənd  camaatının  təsəvvüründə  martın  21-22-si  Əli  bayramı 

olduğu üçün heç kəs həmin günlərə  toy salmazdı. Həmin günə toy 

salmaq  Əlinin  bayramına  şərik  çıxmaq  kimi  düşünülür,  ona  görə 

toyu  olan  da  başqa  tarixə  keçirərdi.  Qonşu  kənddə  həmin  gün  toy 

olduğunu  öyrənən  padşah  bəyi  onun  hüzuruna  gətirmələrini  tələb 

edir.  Bəyi  sağdişi,  soldişi  ilə  birlikdə  padşahın  hüzuruna  gətirirlər. 

Padşah  ondan  bu  adəti  pozduğuna  görə  izahat  tələb  edir.  Bəyin 

verdiyi  izahatdan  razı  qalan  padşah  onu  bağışlayır,  ona  xeyir-dua 

verir.  Bəy  də  sağdişi,  soldişi  ilə  bir  az  oynadıqdan  sonra  məclisi 

tərk edir.  

Günəşli  kəndində  “padşah  oyunu”  səhər  tezdən  başlayıb  ta 

gecə saat on ikiyə qədər davam etmişdi, yalnız iki dəfə – bir günor-

ta  yeməyi,  bir  də  axşam  mal  gələn  vaxtı  məclisə  fasilə  verilmişdi. 

Kənd  sakinləri  bu  bayrama  o  qədər  bağlı  idilər  ki,  fasilədən  sonra 

məclisdə  əvvəlki  qələbəliyin  olmayacağını  düşünürdük,  amma  hər 

dəfə də əvvəlkindən çox insanın qatıldığını gördükdə təəccübümüzü 

gizlədə  bilmirdik.  Mərasimin  sonunda  isə  padşah  fərraşların  əhatə-

sində meydanı səssiz-səmirsiz tərk edir.   



 

148-151. KİRVƏLİK HAQQI 

 

Kirvə  bizdə  müqəddəs  sayılır.  Belə  götürək,  Əhliyarnan  mən 

kirvəyəm.  Mənim  qızıma  elçi  gəler,  deyirəm  Əhliyar  bilər.  Ya  da 

Əhliyar  mənnən  xəbərsiz  qızın  həəsin  verir,  daha  mən  ona  bir  söz 

deyə bilmərəm. Atam deyirdi ki, yekələndə dostun da olajax, kirvən 

də  olajax.  Tutax  ki,  dostun,  kirvən  dedi,  biz  filan  yerdə  olojoyux, 

bizim  arvadları  da  götür  gəl  ora.  Bir  cəzirənin  düzündə  gedəndə 

üsdüzə  qaçax-quldur  düşdü,  arvadlara  cumdu.  Onda  öz  yüküü  ver, 

o  ikisin  qoyma.  Özüü  ver  ölümə,  amma  onları  salamat  apar  çıxar 

dostunun, kirvənin yanına.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə