Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə40/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   36   37   38   39   40   41   42   43   ...   119

 

126


ədyal  salınardı,  üstünə  döşək  qoyulardı.  Atı  da  oğlan  evindən  apa-

rardılar.  Ya  boş  aparardılar,  ya  da  üstünə  bir  oğlan  uşağı  qoyub 

aparardılar.  On  beş-iyirmi  atdı  olardı.  Gedərdi  qız  evinin  qapısına. 

Vağzalının  əsl  adı  “atdandırma”dı.  Bizdə  köhnə  kişilər  deyərdi  bir 

atdandırma çal. Yəni gəlini ata mindirmək. Həmin mahnının sədaları 

altında  gəlini  ata  mindirirdilər.  Gəlinin  qucağına  da  həmən  uşağı 

qoyardılar, oğlan tərəfindən də bir nəfər atın başını çəkərdi. Gəlinin 

gərdəyi  olardı.  Gərdəyi  qız  anası  hazırlayardı  qırmızı  parçadan. 

Yuxarısına gərdək başı tikərdilər, muncuxnan, qotaznan onu bəziyər-

dilər. O devrdə keçə evlər olurdu. Gərdəknən evi ortadan ikiyə bölür-

dülər,  gəlin  gərdəyin  dalında  olurdu.  Gəlin  evdən  çıxanda  bir  nəfər 

gərdəyi qaçırdardı, oğlan evinnən xələt almamış gərdəyi verməzdi.  

Üç gün gəlin gərdəyin dalınnan çıxmazdı. Üçüncü günü məclis 

düzəldilirdi.  Qızın  ayləsi  də  gəlirdi.  Məclis  qutarannan  soora  qızı 

gərdəkdən  çıxarırdılar.  Qız  gəlib  birinci  qaynatasıynan,  qaynıynan 

görüşərdi.  Qaynata  gəlinə  nəsə  boyun  olardı,  onnan  soora  çıxardı 

çölə. Gəlin  yaşmaxlı olardı,  qaynatasına, qaynına üzün görkəzməzdi. 

Danışanda  da  yaşmağın  altınnan  danışardı.  Yalnız  bəzi  aylələrdə 

uzun  müddətdən  sonra  qaynata  deyərdi  ki,  a  bala,  bir  evliyik,  hər 

şeyimiz birdi. O, icazə verərdi, onnan soora yaşmağın açardı. Amma 

elə gəlinnər də görmüşəm ki, ömrünün axırına qədər yaşmaxda oluf. 

 

153. 

Gərdəyi qızın anası düzəldir. Gərdəyi qıza verəndə deyirdi ki, 

qaynatannan,  qaynənənnən,  baldızınnan,  qaynınnan  aranda  pərdə 

olmalıdı.  Aradan  pərdəni  götürmə.  Pərdəni  aradan  götürsən  orda 

xeyir-bərəkət  olmujax.  Bir  daş  da  verərdi  ki,  bunu  da  qoy  cibinə. 

Havaxt ajığın tutsa, xətrinə dəysələr buna bax. Daş dillənsə, sən də 

dillən. Gərdəyi qırmızı məxmərdən düzəldərdilər, yuxarısına da üş-

bucaq  şəklində  bəzək  vurardılar.  Həmin  uşbucaqların  hamısının 

burnunda da qotaz olardı. Dəvə yununnan da gərdəkbağı hörərdilər, 

gərdəyi onnan asardılar.   



 

127


Bəyi  bəy  təriflənəndə  görərdilər.  Tutax  ki,  mən  bəyin  yaxın 

dostuyam. Oynuyanda bəyi gətirdirəm. Bəy  vaxdınnan əvvəl mey-

dana çıxdısa, padşah çağırardı, cərmələdərdi. 

 

154. 

1980-cı  ildə  mənim  toyum  idi.  Kəntdə  (Eyvazalılar  kəndi  – 

top.)  hüzür  düşdü.  Aşıxlar  da  gəlmişdi.  Atam  aşığın  pulun  verif 

toyu  saxlatmışdı.  Ölünün  gərək  qırxı  çıxa,  mollaynan  gedib  ölü 

yiyəsinnən icaza almalısan, onnan soora toyu keçirə bilərsən. Yoxsa 

bu  gün  kimsə  ölsün,  sabah  sən  toy  elə,  camaat  onu  içinə  qoymaz. 

Lap qabaxlar hüzür düşəndə ili tamam olmuyana qədər toy söhbəti 

yox  idi.  Toyu  da  o  zaman  eliyərdin  ki,  hüzürü  düşən  adam  birinci 

gəlif  aşığı  çaldırmalıydı.  Özü  oynuyuf  çıxmalıydı,  onnan  soora 

digərləri üçün yol açılardı.  

Toya üş-dörd gün qalmış hüzür düşdüsə, dinməzcə gedif hüzür 

yerində hüzürnən məşğul olursan. Qırxı çıxdı, aradan da beş-altı gün 

keçənnən soora bir mollaynan gedif deyirsən “Allah rəhmət eləsin”. 

O da bilir ki, sənin xeyir işin ona görə qaldı. O qırx günü sənnən də 

çox tələsiyir. Onnan soora mollaynan gedif “Quran” oxuduf icazəsin 

alersan. O da deyir, ə, sən nə danışırsan? Qırx gündü mənim bağrım 

çatder  gəlif  çıxmer bu. Sən  toyu  başda. Özü  də aşığın  ilk zakazının 

pulun mən özüm verəjəm, özüm də oynoojam. 

Rəhmətdik  Mehdi  kişi  öləndə  Rzaqulunun  oğlunun  toyuydu, 

mən də orda idim. Elə yüngülcə loxma kəsirdim ki, gəldilər mənim 

qulağıma pıçıldadılar ki, bəs kənddə yas düşüb. Durdum Rzaquluya 

dedim,  toyu  dayandırdı.  Aşıqları  göndərdi,  toy  təmiz  dağıldı. 

Yemək-işmək hamısı ortalıxda qaldı.  

 

155. 

Toyda bəy sifətin sallıyıf otururmuş, kim onu güldürsə, bəyin 

sağdişi,  soldişi  ona  xələt  verirmiş.  Nəsir  kişinin  oğluna  toy  olur. 

Deyillər ki, bəyi kim güldürsə, xələt alajax. Nəkqədər eliyirmişdər 

bəy  gülmürmüş.  İsfəndiyar  kişi  varmış.  Deyir,  ə,  Xeyransa  çimiz-



 

128


dirən  molla  kimi  surunu  niyə  sallamısan?  Hamı  gülüşür.  Bəyin 

sağdişi, soldişi çıxardıf ona xələt vermişdi.  

“Xeyransa  çimizdirən  molla”  məsəli  də  belədi.  Şirvan  tərəf-

dən bir molla varmış, Qədir kişinin öyünə pənah gətirifmiş. Molla-

nın  qılçı  da  şikəst  imiş.  Deyir  ki,  ay  Xeyransa,  vallah  mən  kirlən-

mişəm, utanıram da deməyə. Deyir, başına kül, bu saat su qoyajam, 

elə bu evin ortasında çimərsən.   

 

156. 

Toy  padşahının  yanında  vəziri  də  olurdu,  fərraşı  olurdu. 

Padşah sayılıb-seçilən adam olurdu. Fərraşın əlində çubux, belində 

rəmzi  silahı  olurdu.  Toyda  hansı  hava  çalınmalı  idi,  kimlər  oyna-

malıdı  padşah  sifariş eliyirdi.  Kimsə  oyunnan  imtina  eləseydi  fərra-

şın borcu idi ki, həmin adamı zor gücünə gətirsin padşahın qabağına 

və sorğu-sual olunsun ki, niyə oynamır. Bir səbəb gətirə bilmiyəndə 

həmin adam cərmə olunurdu.  Vəzir bəzən padşahın qulağına pıçıl-

dıyırdı  ki,  filankəs  davakardı  ha,  bunun  oyunun  gejikdirsək,  dava 

salajax. Padşah vəzirnən məsləhətləşib qərar verirdi. İndi oların iki-

sinin  də  misyasını  tamadalar  yerinə  yetirir.  Aşıq  stolunun  yanında 

padşahın ayrıca stolu olardı. Ona xüsusi qayğı göstərilərdi, armudu 

istəkanda ona çay gələrdi, yanında konfeti-şirniyyatı olardı. Padşah 

axıra  qədər  toyu  idarə  eliyirdi,  axırda  da  toyu  bağlı  elan  elyirdi. 

Yadımdadı,  bir  dəfə  Səlim  müəllimin  toyunda  –  Əyyub  oğlu  Alı 

kişi  onda  müdür  işdiyirdi,  imkannıydı,  gəldi  girdi  ortalığa,  çox 

oynadı. Ortadan çıx da demək olmur da, nəzakətsizdikdi. Dərhal aşığı 

saxlatdım.  Alı  kişi  çöyrülüb  mənə  baxanda  dedim,  ayağını  yerə 

bərk vurursan, toz qalxır, camaat tozdan narahat olur. Gətir bura on 

manat cərmə ödə. Bir onnuğun aldım. Beş dəyqə oynuyanda bir də 

aşığı saxlatdım. Dedi, indi noldu? Dedim,  vallah, on manat  vermi-

sən, burda altı aşıq var, nə qədər eliyirəm on manatı altıya bölə bil-

mirəm. On manat da verənnən soora dinməz-söyləməz çıxdı getdi. 

Toyda  bəy  üçün  şax  bəzənirdi.  Şax  bəyin  qabağında  olardı. 

Fərraş  şaxı  qoruyurdu,  kimsə  onnan  bir  meyvə  götürməyə  çalışsa, 

onu  cərməliyərdik.  Bəy  tərifi  vaxdı  bəy  gizdənirdi,  gərək  axtarıf 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə