Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə42/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   38   39   40   41   42   43   44   45   ...   119

 

132


dörd günnən soora sağellar, onda olur bulama. Tərəkəməni sağlam 

saxlayan  bulamaynan  kətəməz  oluf.  Ağız  südü  malako  kimi  qatı 

olur.  Ağız  boşluğunnan  bağırsağa  qədər  içərdə  nə  qədər  bakteriya 

varsa, onun hamısını qırır. Heyvan doğannan soora balasını yalıyır. 

Onu  elə-belə  kefinnən  yalamır.  Onda  onun  balalığı  bərpa  olur. 

Heyvan  balasını  iynən  tanıyır.  Qoyunun  gözünü  bağla,  burax  beş 

yüz  quzunun  içinə,  iynən  öz  balasını  tapajax.  On  beş  gün  quzunu 

balasınnan  ayır,  qoyun  iyi  unutsun.  On  beş  günnən  soora  quzunu 

burax altına, ömründə onu götürməz.   

Dağda  qoyuna  duz  verirdik.  Məsələn,  beş  yüz  qoyuna  hər 

səhər gərək 15-20 kiloqram duz vereydin, yeyərdi. Bir də görürdün 

quzu  duz  yalıyanda  için  vurdu.  Ağciyər  yapışerdi  qabırğasına. 

Quzu  yeriyəndə  qabax  qolun  dik  aparerdi.  İnciderdi,  sıxerdi  deyə 

qabax ayaqlarını qatlaya bilmirdi, düz aterdi. Onda ağsakqallarımız 

deyirdi ki, həmən quzunu dan üzü basın suya. Aran yerində helə bir 

şey baş verəndə quzunu tuturdular, ağzınnan üfürürdülər. Quzunun 

qarnı  şişerdi,  qəfil  buraxerdilər.  Deyirdim,  dədə,  niyə  helə  eliyir-

sən?  Deyirdi,  ağ  ciyəri  qabırğaya  yapışıb,  onu  qopardıram.  Duz 

vuror, ya soyuğ olor, ya isti olor, ağ ciyər qabırğaya yapışer.  

Quzunu  torpağda  yatışdırmağ  olmaz.  Onun  altına  kətyan 

döşüyürsən.  Elastik  bitkidi.  Quzunun  ağırlığına  dözör,  məsamələri 

var. Quzunun sidiyi həmin məsamələrdən enib gedir, üstü qupquru 

qalır.  Torpağın  üstündə  yatsa,  sabax  baxarsan  ki,  quzunun  üsdü 

zığdı, torpağdı. Onnan saa quzu olmaz. Körpə uşağı necə saxlıyırlar, 

quzunu  da  helə  saxlamalısan  ki,  içi  qorxmuya.  İçi  qorxsa,  o  quzu-

nun gələcəyi yoxdur.  

Bir  metr  yarım  dərinnikdə  dəlmə  qazersan,  divini  qamışnan 

hörörsən. Altına da samannan, kətyannan döşörsən, ağzına da bala-

ca  qapaq  qayırersan.  Beş  gün,  on  gün,  ta  quzu  özünə  gəlincə  onu 

orda saxlıyırsan. Günüz ağzını açıq qoyorsan, axşam örtörsən. Ara-

da gəlib baxersan, əgər istidisə, ağzını bir az açırsan ki, temperatur 

normal olsun. Əlini evdə salasan cibinə, çıxasan çöldə bir az hərrə-

nəsən, gedəsən quzunun olduğu yerin qapısına. Əlini cibinnən çıxar-

dıf  salasan  quzunun  yaşadığı  yerə.  Əlinə  orda  soyuğ  oldu,  demək 




 

133


quzunun yeri soyuxdu. Yox, əlinə isti gəldisə, demək yeri istidi. İsti 

olanda  da  görörsən  gözü-başı  zığlandı.  İsti  və  ya  soyux  vuran  qu-

zunu kəsəndə görürsən ağciyərin nəzik qanatdarı qapqaradı, yanıf. 

Dağda  qoyun  gərmə  bağlamer.  Qaradolaxlı  Hajı  Məmməd-

hüseyn  olub.  Deyib  ki,  əlajım  olsoydu  gərməni  dəvəyə  yüklüyüb 

dağa  aparardım  ki,  düzəm  qoyunun  altına.  Gərmə  lap  zığ  da  olsa, 

qoyun yatannan soora o qızer, heyvanın altını isti saxleer.  

 

161. 

Quzunun qoçduğuynan qoyunnuğu bilinəndə içinnən seçirsən 

damazlıq  üçün.  Yerdə  qalan  erkəklər  damazdığa  ləyax  döyül. 

Satılanda onları satardıx, sovet hökumətinin  vaxtında  ətdiyə  verər-

dik.  Buların  heç  birinə  ehtiyac  yoxdusa,  onu  burardılar.  Damazdıx 

qoçun  gərək  boyu  uzun  ola,  çiyni  qəlbi  ola,  quyruğu  çox  sallağ 

olmuya. Ona qarqonmaz deyillər. Qar yağıb quyruğun üstə düşəndə 

orda qalmazdı, sürüşüb düşərdi. Quyruğu çox böyük olanda – aran 

var, dağ var, – quyruğunu götürüb apara bilmer. Qoçun gərək çiyni 

qəlbi ola, arxası alçaq ola, beli uzun ola. Axtalayanda yarıb xayasını 

çıxarırdılar,  amma  buranda  sinirləri  kəsilir.  İki  gün  burulu  qalır, 

soora açırsan. O daha qoşduğ eliyə bilməz.  

Qoyunun  yaşa  görə  adları:  quzu,  toğlu,  şişək,  öyəc,  qaradiş, 

azman,  dızman.  Qoyunun  yaşın  soruşanda  deyirik  neçə  tükdü? 

Deyir, toğludu və ya şişəkdi. Onda bilirik ki, şişəkdisə ikinci yaşıdı, 

öyəcdisə üçüncü yaşıdı, azmandısa dörtdü, dızmandısa beşdi. Qoş da 

yaşlaşdıxca toxum sıxlığı seyrəkləşir. Quzunun toxumu dızmannan 

daha  keyfiyyətlidi.  Toğludan  əmələ  gələn  quzunu  dızmannan  ala 

bilməzsən. Bir də özünnən törüyəni özünə qatdıxca, cırraşer. Gərək 

mən öz qoçumun törəməsinnən başqasına verəm, onunkun da alam. 

Qoyun qoçdan çıxannan soora onun qoçların qaytarıb öz qoçlarımı 

alırdım. 

 

162. 

Qoyunun  üsdə  dişi  olmor,  bircə  altdadı,  qabax  dişləri  olor. 

Ona  quzu  dişi  deyillər,  eyni  ölçüdə  olor.  Bir  yaşı  tamam  olanda 




 

134


ortadakı iki diş  laxlıyıf düşör, altınnan  iki  yekə  diş çıxer. Deyillər, 

bax  gör  yaşı  nə  qədərdi?  Deyir,  indi  kürək  vuruf.  İkinci  ili  tamam 

olanda böyürdən də ikisin çıxarder. Üçüncü il tamam olanda dəyişir 

hər tərəfdə bir-iki quzu dişi qaler. Qoyun  yeddi qarın, səkgiz qarın 

doğanda  deyillər,  bax  gör  bunu  saxlıyax,  yoxsa  çıxdaş  eliyək? 

Ağzına baxıf deyir, hələ quzu dişdəri duror. Quzu dişdəri düşənnən 

soora o qojaya hesabdı, çıxdaş edilir.  

 

163. 

Köş  vaxdı  harda  düşərgə  salardılarsa,  axşam  da  heyvanı 

saneeb arxaca  yığerdılar. Yəni heyvanı buroya qədər düz gətmişik-

mi? Səhər tezdən köç başdıyanda qoyun arxaşdan çıxanda bir də onu 

saneerlər. Yəni üş günnən soora sanıyanda bilmərik bu üş düşərgənin 

hansında  itirdik.  Axşamdan  da  maslahatlaşardılar,  nööbəynən 

qoyuna  keşik  çəkərdilər.  Məsələn,  beş  adamdısa,  gejəni  beş  yerə 

bölürdülər, nööbəynən keşik çəkərdilər. 

 

164. 

Köhnə  kişilər  bizə  sual  verərdilər  ki,  qoyun  yatanda  ilk  yerə 

hansı  hissəsi  dəyir?  Qoyun  yatanda  yerə  birinci  nəfəsi  dəyir.  Yeri 

iyliyir,  soora  yatır.  Soruşurdular  ki,  qoyunun  arpa  boyda  sümüyü 

hansı hissəsindədi? Arpa boyda sümük qoyunun quyruğunun ucun-

dadı.  –  Qoyun  neçə  baş  otduyur?  Qoyun  iki  baş  otduyur.  Kərə, 

kürə.  Kərə  qulaqlı  qoyuna  deyillər,  kürə  qulağı  olmuyan  qoyuna. 

Bəzən üç baş da deyillər. Üçüncüyə də buynuzu olanı aid edirdilər. 

Amma  babam  deyirdi  ki,  iki  baş  otduyur.  Bizə  sual  verirdilər  ki, 

qoyunu  otdan  keçirəllər,  otu  qoyunnan  keçirəllər?  Biz  deyirdik  ki, 

otu  qoyunnan  keçirəllər  da.  Deyirdilər  yox,  qoyunu  gərək  otdan 

keçirəsən.  

 

165. 

Sağar-sığar sağmal üçün, 

Göycə qarın quzu üçün

G.. bəsdiyər subay üçün. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə