Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə44/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   40   41   42   43   44   45   46   47   ...   119

 

138


İt  canavarı  sürüdən  çıxartdısa,  mütləq  qoyunun  quyruğun 

verməlisən ona,  yoxsa itin ürəyi partdar. Sən bir canavar vurdonsa, 

o ərazidə nə qədər ferma varsa, hərəsi sənə bir qoyun vererdi. 

 

170. ATIN YALMURAZI HAQQI 

 

At da müqəddəsdi bizdə. Mənim atam iyirmi üç ildi dünyasın 



dəyişif,  onun  atı  bu  saat  duror.  Kişi  ölənnən  soora  nə  qədər  pul 

təklif  elədilər  ki,  atı  sat  bizə.  Dedim  bu  at  öləndə  onu  ağa  büküf 

basdırajam.  Bu  at  satdıx  döyül.  Çobannar  bir-birinə  and  içəndə 

deyərdilər  ki,  atın  yalmurazı  hakqı.  O  ən  güjdü  and  hesab  olunur. 

Kim ki, atın yalmurazına and içer, bilersən ikinci söhbət ola bilməz. 

At, silah, arvad, papax... Biz tərəkəmədə bu dörd şeyə dəymə, min 

belimə səni gəzdirim. 

 

171-172. DƏVƏ HAQQINDA 

 

Dəvə  insan  üstündə  geder.  Hesab-kitabda  nəfər  kimi  qeydə 



alınır.  Şüuru  insana  çox  yaxındı.  Dəvə  dalaşanda  yüz  metirrikdən 

şöngöör, bir-birinin gözünə baxer. O yüz metri bəlkə iki saata gəlif 

yaxınnaşır  bir-birinə.  Yaxınnaşanda  çiyinnəşillər,  bir-birinin  güjün 

yoxluyullar.  Sinəsinin  altında  zindan  var.  Zindannan  o  birinin 

boynunun  ardınnan  vururdu,  dünyanın  huri-qılmannarı  mələşə-

mələşə gələ, xeyri yoxdu. Məğlub olan da vilayəti tərk eləməlidi.  

Dəvə həm də kinni heyvandı. Boz ayda dəvə qızer. Qırx gün 

ağzınnan  köpük  tökülör,  dilinə  də  heş  zad  vurmor.  Otu  qoyurdux 

qabağına,  götürüf  tullordu,  ağzınnan  köpük  daşlanırdı.  Quyruğunu 

da  ipnən  gətirif  bağlıyırdıq  küənə

24

.  Dəvənin  sidiyi  ağzı  geri  çıxır 



axı. Deməli o qızdıxca kişner, sidiydən boşdoor, quyruxnan  vuror. 

Quyrux isdaner, yanbızın arasın yara eleer. Onun ujunnan quyruğun 

küənə bağlıyellar. On bir ayın birində o erkək  dəvəni hardasa  vur-

dun, döydün, o qırx gündə əlinə düşmüyəsən.  Əlinə düşdün,  Allah 

                                                

24

 Küən – hürgüc  




 

139


eləməsin, ağzıynan götürür döşüyür küənə, onu məhv eləməlidi. Bu 

il vur, qırx ildən soora qızanda o səni tanımalıdı, o hayıfı çıxmalıdı. 

Qisasın qiyamata qoyan heyvan döyül.  

Dəvənin  yaşın  soruşanda  tük  deyillər.  Məsələn,  deyillər  bu 

dəvə neçə tükdü? Dörd yaşı varsa, deyir dörd tükdü, beş yaşı varsa, 

beş  tükdü.  Dəvənin  balasına  köşək  deyillər,  bir  tük  olanda  daylaq. 

Üçüncü ili dişi mayaya tərəf gedir, erkək buğura tərəf. İriləndi daha 

buğurdu.  Nər  ən  qüvvəlisidi.  Buğur  beş  yüz  kilo  götürürsə,  nər 

götürür  yeddi  yüz,  səkgiz  yüz  kilo.  Mayaynan  balxıdan  törüyən 

arvana  olur.  Maya  buğurnan  görüşməlidi.  Amma  balxıynan  görü-

şəndə onnan arvana törüyər. Nər dizin atdı yerə, qorxma. Dağda çətin 

yer olanda dəvə görürdü ki, ayağı sürüşər, burdan gedə bilməz. Dizin 

aterdi  yerə.  Da  onu  vurmaq  olmaz.  Adamnan  danışırsanmış  kimi 

onu  həvəsləndirməlisən:  “Ə,  kişisən,  qeyrətin  olsun,  camaat  ayan-

nan  baxer”.  Heylə  onu  ruhlandırersan,  görördün  oranı  dizin-dizin 

keçib gederdi.  

Özü də ziyansız heyvandı. Bir keçinin təsərrüfata vurduğu zi-

yanı  o  vurmur.  Yediyi  qanqaldı,  yulğun,  yağtikan,  iydə  yarpağıdı. 

Tikanlı bitki yediyinnən tikan dilinə batır. Su içəndə ağzı göynüyür. 

Yayda o qədər su tələb eləmer, amma qışda çox su içer. Bir dəfəyə 

250  litr  su  götürə  biler.  Mədəsində  də  on  altı  litr  su  tutumu  var. 

Səhraynan  gedəndə  karvanın  suyu  qutaranda  dəvəni  kəsib  həmin 

suyu götüröllərmiş. Təmiz, işməli sudu. 

 

172. 

Yeddi-səkgiz  dəvəmiz  vardı  bizim.  Hamısının  başında  zınqı-

rovu,  qotazı,  kəlləlikləri  vardı.  Arxa-arxaya  bağlanırdı,  bir  kadının 

atın da böyrünə bağlıyırdılar, köş gedirdi. Dəvə insan üstədi. Əllin-

ci ildə bizim daylaq doğdu, balasın da almadı. Dədəm gəldi babama 

dedi ki, dəvə balasın almer, köşək çır-çır çığırer. Dedi, get, Muxtar 

kişini  çağır,  gəlsin.  Muxtar  kişi  gəldi,  qarın  üstə  bir  dairə  çəkdi, 

Quranı qoydu oraya. Dəvənin də gətdi başın qoydu, köşəyi də gətdi. 

Dedi, ay dəvə, bu Quran haqqı, bu Quran haqqı, bu sənin öz balandı. 

Onnan soora balasın götdü əmizdirməyə.  



 

140


Vaxtilə  meyidi  dəvəynən  aparellardı  qəbirstannığa.  Onda 

dəvənin  qulağına  pıçellardı  ki,  yükün  duzdu,  birdən  elə  bilərsən 

ayrı şeydi. Bir az sanbalnan qalx.  

Dəvə  otdadığı  kol-kosdu.  Bir  az  suyu  çətin  içir.  O  vaxdı 

babama dedim ki, dəvə suyu niyə belə içer? Dedi, dəvə pastayannı 

kol  yeyir,  tikan  batır  damağına,  yerinə  su  dolanda  ağrıyır.  Sanbal-

nan,  süzə-süzə  içer.  Özü  də  dəvə  qarnında  zapas  su  saxlıyır.  Su 

olmuyanda onu qaytarer ağzına.  

 

173. SİCİMİN HAZIRLANMASI  

 

Örkən  enli  olurdu,  dörd  barmaq  enində.  Qoyunun  yununnan 

hazırlanırdı.  Dəvəni,  öküzü,  atı  yüklüyəndə,  palanı  çəkəndə  onun 

qarnının altını kəsməsin deyə enli olurdu. Sijim iki cürdür. Biri var 

qoyun  tükünnən  olan  sijim,  biri  də  var  qıl  sijim.  Qıl  sijim  o  vaxdı 

mod  idi,  çox  möhkəm  olurdu.  Keçini  qırxırdılar,  keçinin  yununu 

qatırdılar  qoyunun  yununa,  qatmaca  eliyib  onnan  saplar  kəsirdilər. 

Bir də var çatı. O da yunnan toxunmadı. Onnan da malı, atı bağlamaq 

üçün istifadə olunurdu. Sijim 10-12 metr olurdu. Çatı üç metr, dörd 

metr olurdu, sijimdən də bir az nazik olurdu. Sijim daha etibarlı idi.  

Doğanax  nədi?  Səməni  ağacınnan  hazırlanan  doğanax  daha 

möhkəm olurdu. Tərəkəmə onu kəsib götürürdü. Onun boğazına si-

jimi bağlıyırdılar,  yoğun qatmaynan da tikirdi. Sijimi  yükün üstün-

dən atıb dəvənin altınnan keçirdəndə, nə qədər uzun olsa da, gəlib o 

doğanaxdan keçməlidi. Doğanağa girənnən soora da qətiyyən ordan 

çıxmazdı.  Ona  görə  belə  bir  məsəl  var:  örkən  nə  qədər  uzun  olsa, 

gəlib doğanaxdan keçər.  

 

174-176. ALAÇIĞIN HAZIRLANMASI 



 

Alaçıqlar fındıq çubuğundan, ulac çubuğundan olurdu. Abdal-

Gülablıdan  yuxarıda meşələr olurdu, ordan həmin ağacları qırırdıq. 

Onlar  düz  olurdu.  Onu  gətirib  əyləmə  verirdik.  Yəni  sancıb  yerə, 

başlarını  əyib  bağlıyırdıx.  Həllaclar  qoyun  yununnan  keçə  salırdı. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə