Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə47/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   43   44   45   46   47   48   49   50   ...   119

 

147


187-188. MOTAL PENDİR 

 

Qoyunun dərisin  yaxşı qırxallar. Elə qırxallar ki, gödək  yunu 



qalar.  Dəri  üzünü  duzluyallar,  sərəllər.  Tamam  o  quruyar,  dərinin 

şirəsi  qalmaz.  Onun  arxasın  tikəllər.  Ağac  keçirib  bərk  bağlarlar. 

Dərinin  üsdündə  qırışlar  olur.  Qırışların  arasın  duznan  doldurallar 

ki, dəri xarab olmasın. Cılğını motalın ət üzünə yığıllar. Pendir çıl-

ğıda  yetişər. Yetişənnən soora qayıdallar duzun da vurallar. Naxçı-

van  duzunnan  istifadə  olunurdu.  Başqa  duz  vuranda  pendir  ajı  da-

dır.  Naxçıvan  duzun  döyərlər,  dənəvər  olar,  tökəllər  dərinin  içində 

qalar. Tamam suyu çəkilər, pendir orda bərkiyər. Ağzın da bağlarlar. 

İki  dənə  də  qolu  olar.  Onun  birin  içəridən  bağlarlar,  birin  çöldən. 

Pendiri yığallar, qoyallar oraya. Pendir orda yetişənə qədər qıjqırma 

verir.  Qıjqırma  verdiyi  üçün  dəri  köpür.  Onu  qoymazdar  ki,  dəri 

köpə, partdıya. Bir qolun açıb havanı çıxardallar. Duzuna baxallar. 

Duzun  bir  qədər  artıq  vurallar  ki,  duz  onu  qorusun.  Artıq  köpü 

yoxdusa, motal artıq hazırdı. 

Pendiri  yetişdirif  yığsan, motal tez əmələ gəlir,  amma doğru-

yuf  yığsan  gej  əmələ  gəlir.  Motal  nəmliyi  sevmir,  onu  gərək  göz-

düyəsən. Özü də nəm  verir, havadan da nəmlik alır. Ona görə onu 

gərək  tez-tez  siləsən.  Ən  çox  da  quyrux  doğannan  soora  pendir 

tutalar. Çünki südün yağlılığı onda artır.  

 

188. 

Motal  qoyun  dərisinnən  olurdu.  Yaşlı  qoyunun  dərisinnən 

qırx  kiloluq,  quzu  dərisinnən  beş  kiloluq  motal  düzəldirdilər.  Ən 

çox  da  erkək  qoyunun  dərisinnən  istifadə  olunurdu.  Onun  yununu 

qırxlığnan qəşəh qırxırdılar, duzduyurdular. O duz dərini nətər sıxır-

dısa,  qırxlığın  altında  qalan  tükü  içəri  buraxmırdı.  Soora  cunadan 

istifadə  elədilər  ki,  tükün  qarşısını  alsınnar.  Aşağısına  ağac  qoyub 

möhkəm sarıyardılar. Möhkəm də sıxardılar ki, bir damcı su boşda-

masın, hava boşdamasın. Üstündə ağzı olar, iki də qolu olardı. Qol-

larını  bağlıyırdılar.  Əzilmiş  motal  pendiri  bəzən  qollarından  sıxıb 



 

148


çıxardırdılar.  Ağzınnan  ya  əlnən,  ya  çömçəynən  pendiri  çıxardar-

dılar. Onu yeməknən doymaq olmurdu.  

Dağarcıq  qoyunun  qarnından  olur.  Qoyunun  qarnını  yuyub 

qurudurdular.  Onun  içinə  ət  qovurması,  yağ  qovurması,  cızdıx 

yığardılar. O dağarcıq onu saxlıyardı.  

 

189. MAYANIN HAZIRLANMASI 

  

O  vaxdı  indiki  kimi  hazır  mayalar  yoxuydu.  Camaat  mayanı 



özü  hazırlayırdı.  Qoyunun  qursağı,  azca  düyü  və  yaxud  buğda,  az 

miqdarda  sarımsax,  turşu  tulluyurdular.  Onu  bir  neçə  gün  dəmə 

qoyurdular.  Orda  dəm  alırdı.  Soora  südün  litirinə  görə  neçə  xörək 

qaşığı onun suyundan atırdılar.  

Maya kimi qoyunun qursağından da istifadə eliyirdilər.  

 

190. AXTARMA PENDİR 

 

Qoyun  aranda  doğordu,  gederdi  dağa,  da  quzu  aralanerdi, 



əmmerdi.  Beş  yüz  qoyunnan  üş  yüzü  qurudordu,  içində  qalerdi 

yüzü,  yüz  əllisi.  Beş  yüz  qoyunun  içinnən  o  qoyunnarı  axtarerdin 

bir-bir.  O  qoyunun  əmcəyinnən  çıxan  süd  qatılaşıf  yağ  olordu. 

Axtarma pendir onnan tutulordu. 

 

191. EŞŞƏK PENDİRİ 

 

Dağda  motalı  qoyordular  eşəyin  belinə.  Eşşəyin  də  berahat 



yerişi var. Motalı çalxalıya-çalxalıya gətirib çıxarderdi bura. Mota-

lın ağzın açerdilər, əvvəl bir topa sarı yağ düşördü yerə, soora pen-

diri çıxarderdılar. 

 



 

149


NAĞILLAR 

 

 

192. İSGƏNDƏR ZÜLQƏRNƏ 

 

 



İsgəndər  Zülqərnə  həddinnən  artıq  varrı,  döölətdi  adam  olur,  

həm də çox insanpərvər olur. Bunun fikri oymuş ki, demək, bütün o 

yaşadığı  ölkeynən  bərabər,  yoğun

25

 ölkələrin  də  hamısın  öz  əlinə 



ala.  Başqa  mənada  yox,  yəni  insaniyyətdiyin,  mərifətdiyin,  mədə-

niyyətin  bildirə.  Gəldikcən  də  yaxşı  olur.  Axırda  bir  günnəri  yığır 

vəzir-vəkili, hamısın bir  yerə. Deyir ki, mən dünyada  yeganə adam 

olmağ istiyirəm. İndiyətən qazanmışam öz yerində. İndi mən isdiyi-

rəm  ki,  bir  dəfə  şimala,  bir  dəfə  cənuba,  bir  dəfə  şərqə,  bir  dəfə 

qərbə gedəm, orda məni tanımıyannar arasında da özümü göstərəm 

ki, belə bir insan vardı.  

Bir gün bu yoldaşdarın yığır, deyir gedək cənuba. Beş-altı gün 

gələnnən  soorasına  bunlar  çıxır  böyük  bir  dağa,  dağın  da  üstü 

böyük  meşədi.  Gəlir  bırda  durur,  ta  bırdan  belə  çıxmaq  mümkün 

döyül. Nətər eliyəh, necə eliyəh? Vəzir-vəkil deyir: 

– Qayıdax.  

Deyir: 

– Yox ey, bəs bu boyda yol gəlmişəm. İndi nə bilim o tərəfdə 



ölkə, vilayət, şəhər var, yoxdu? 

Bınlar deyir: 

– Bə neyniyəh?  

İsgəndər deyir ki, kim çıxıb ordan maa bir xəbər gətsə, ona bir 

küp qızıl verəjəm.  

İndi  bir  küp  qızıl  nə  qədər  qiymətdi  olsa  da,  can  hər  şeydən 

üstündü dana. Hamı başın aşağı salır. Bir yetim oğlan varmış, atası, 

anası  yox idi. Öz-özünə otduğu  yerdə fikirrəşir, deyir: “Ya rəbbim, 

ya rəsulallah, atam yox, anam yox, bacım yox, qardaşım yox. Ölsəm 

də onsuz da həyatdan tək gedirəm, qalsam da. Qoy icazə alım, mən 

gedim axtarım. Tapsam da gəlim deyim, tapbasam da”.  

                                                

25

 Yoğun – yaxın  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə