Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə55/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   51   52   53   54   55   56   57   58   ...   119

 

176


Dedi: 

– İkinci vəsiyəm odur ku, getdin gördün bir adam bazarda elə 

şey  satır  ki,  ona  hamı  gülür.  Onda  o  dediyinnən  bir  az  artıx  ver,  o 

satdığın al, amma aldığın şeyi atmaginan, özündə saxla. Vaxt olar o 

saa  qismət  olar.  Soora  bir  də  oğul,  məsləhətim  budu,  gördün  bir 

yerdə  əlinnən  elə  bir  xata  çıxır  ki,  o  ölümnən  nəticələnir.  Onda  üş 

dəfə  şeytana  lənət  elə,  özü  saxla.  Ola  bilsin  ki,  o  elədiyinnən  də 

artıx cəza verə bilərsən, ola bilsin ki, o elədiyinin qarşısında günaha 

batarsan da, bala.  

Dedi: 


– Yaxşı.  

Nəysə,  bunnan  aralandı.  Bir  az  da  gələnnən  soora  gördü  me-

şənin  qırağında  bir  dəstə  adamdı  oturub:  mal,  qoyun,  var-dövlət... 

Oturublar, hamısı əli belə qoynunda qəm dəryasındadı. Gəldi salam 

verdi,  heş  bunu  dindirən  olmadı.  Otdu.  Bir  az  oturannan  soora 

yaxınnaşdı sizin kimi hörmətdi adama. Dedi: 

– Qardaş, baxıram, içinizdə xəstə  yox, ölən  yox, bir şey  yox. 

Sən allah, niyə belə hamınız qəm dəryasına batmısınız? 

Dedi: 

– Pis adamın üzü qara olsun. Yoldaşdarımıza vedrəni, səhəngi 



vermişdik ki, bağla dəvənin cihazına, düşəndə bir yerdə su götürərik. 

İndi o da vedrəni nətəər bağlıyıbsa, vedrənin arxası yırtılıb, bura da 

quyudu da, quyudan su çəhməyə imkanımız yoxdu.  

Dedi: 


– Ağaaz kimdi?  

Dedi: 


– Neynirsən?  

Dedi:  


–  Ona  denən  məni  salsın  quyuya,  mən  vedrəni  lığlıyım,  dol-

durum, çəkin.  

İndi  gör  bu  nə  günə  düşüb  kü,  bu  boyda  padşahın  oğlu,  bu 

qədər varı-dövləti, hamısı zəlzələdə batıb, indi bı bir qarın  yeməyə 

görə quyuya düşməyə razıdı.  



 

177


Nəysə,  gətdilər  bunu  saldılar  quyuya.  Bu  suyun  lığın  yığdı, 

vedrəni  lığladı,  doldurdu.  Bunlar  çəkənnən  soorasına  gördü  kü,  bu 

quyunun altında belə də yol var, belə də. Yavaş-yavaş bir az irəlilədi, 

bir  də  gördü  ayağı  büdrədi,  yıxıldı.  İbişkanı  çaldı,  gördü  üş  dənə 

cavan oğlandı, bir-birinnən qoçağ, iyid. Üçün də öldürüblər, meyidi 

yerdədi.  Bu,  dəhşətdi  şəkildə  gəldi  qapının  ağzında  bir  az  durdu, 

gördü  vedrə  tıkqıldadı.  Genə  lığladı,  bunnar  çəkənnən  soora  dedi, 

indi bu tərəfə gedim. Genə bir az getdi, bir beş-altı addım getmişdi, 

burulanda  gördü  işıx  gəlir.  Məhətdəl  qaldı  bu  nə  olar?  Burulanda 

gördü kü,  bir  dənə  gözəl, nağıllarda, əfsanələrdə  deyilir  e,  gözəl bir 

qızdı  oturubdu,  bir  oğlan  da  başın  qoyub  bunun  dizinin  üstə,  qız 

bunun başın sığallıyır. Qız səsə başın qaldıranda gördü kü, bir nəfər 

gəlir.  Əliynən  belə  elədi  ki,  qayıt  qaç.  Bı  istədi  dönə,  əyağı  düşdü 

suya, suyun şırıltısına oğlan qalxdı. Qılıncı çəvirdi, dedi: 

– De görüm burda nəəzirsən? 

Dedi: 


– A qardaş, vallah təsadüfən gəlmişəm.  

Dedi: 


– Ə, kəlmə-şəhadəti oxı.  

Nəkqədərə elədi, dedi: 

– Ə, kəlmə-şəhadəti oxı, bu saat süründürəjəm.  

Dedi: 


– Ay qardaş, vallah mənim günahım yoxdu.  

Dedi: 


– Onda saa bir sual verəjəm, sualıma cavab verdin, səni boşlı-

yajam, verməsən yox.  

Dedi: 

– Nədi? 


Əl atdı sudan bir qurbağa götdü, dedi: 

– De görüm bu qız gözəldi,  yoxsa bu qurbağa? – deyəndə bu 

öz-özünə  dedi  ki,  ə,  bu  dəlidi,  nədi.  Bu  gözəllikdə  qızı  gör  nəyə 

oxşadır. Bir az fikirrəşəndə birdən bı kişinin sözü yadına düşdü kü, 

iki  şeyin  müqayisəsi  olanda  birinə  yaxşı,  birinə  pis  demə  də.  Ya 

ikisinə də pis, ya ikisinə də yaxşı de. Dedi: 




 

178


– Qardaş, ikisi də gözəldi.  

Dedi: 


– Nətər gözəldi? Bu gözəllikdə qız bu qurbağadan gözəldi?  

Dedi: 


– Qardaş, ədaləti pozma. Bu qızı da  yaradan bir Allahdı, qur-

bağanı  da  yaradan  bir  Allahdı.  O  özünə  görə  gözəldi,  o  da  özünə. 

Mənim  nə  ixtiyarım  var  deyəm  bu  yaxşıdı,  o  pis?  –  deyəndə  bu 

oxudu, qurbağa bu qızdan da gözəl qız oldu. Dedi: 

–  Anan  namaz  üsteydi,  səni  öldürmədim.  Bunnan  qabağ  üç 

oğlan gəlib, onların üçün də orda öldürmüşəm.  – Yadına düşdü ki, 

orda  ölənnər  kimdi.  –  İndi  saa  hörmət  eliyirəm.  Burdan  çıxannan 

soora bu quyudan gün çıxan tərəfə yox, gün batan tərəfə əlli addım  

gedərsən, orda bir sakqız ağacı var, o sakqız ağacın gün batan tərə-

finə  yox, gün çıxan tərəfinə iki addım gəlib  yeri qazarsan, orda bir 

balaca mücrü var, onu götür, get dolan.  

Dedi: 


– Yaxşı.  

Gəldi quyunun ağzına, gördü vedrəni sallıyıblar. Vedrəni lığ-

ladı,  onlar  çəkənnən  soorasına  ipi  saldılar,  oğlanı  çıxartdılar.  Gör-

dülər ki, bəyaxkı oğlan deyil, qapqara qaralıb, yazıx bax belə əsir.  

– Ə, noolub sana, noolub sana? 

Dedi: 


– Hamısı qorxudandı da, neynim.  

Tay demədi nədi. Bılar çay-çörəyi uje hazırrıyıblar. Gətdilər, 

bı  da  oturub  yeyib  qutarannan  soora  dedilər  ki,  qoşul  bizə,  gedək. 

Bu bəyaxkı vəziyyət olsa qoşulardı, amma indi qızıl söhbəti var axı. 

Dedi: 

– Qardaş, çox sağ olun. Mən burda yetiməm, mal-heyvan ota-



rıram. Gedirəm o tərəfə, görüm kim var, onuynan gedəm.  

Bunlar  gedənnən  soora,  təmiz  aralanannan  soora  durdu  addı-

mın saya-saya gəldi bu ağacı tapdı. Bunnan da iki metr addıyannan 

soorasına  balaca  bir  dəmir  parçası  tapdı,  qazdı.  Qabağına  torba 

nədi,  –  qızdarı  ərə  verəndə  sandıx  verillər ey,  – gördü  belə bir  san-

dıxdı. Sandığı aşdı baxdı, gördü burda iki put, üş put qızıl var. Dedi: 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə