Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə51/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   47   48   49   50   51   52   53   54   ...   119

 

160


bilim ajı sudu. Eləcə də yerin altında var. İndi siz gedif orda o dirilik 

suyun nətər tapa bilərsınız? – deyəndə, padşah qaldı belə.  

Dedi: 

– Nətər tapa bilərəm?  



Dedi: 

– Hər saldata bir dənə balıx tutdurun, onlar o balığı aparallar, 

orda salallar suya. Hansı suda balıx dirilsə, demək dirilik  suyu odı 

da, onı götürsünnər.  

Dedi: 

– Yaxşı.  



Dedi: 

–  İkinci,  getdin  suyu  tapdın,  o  suyu  nətər  gətirəssən?  Civaa 

yığassan, yoxsa əlində?  

Dedi: 


– Hə, düz deyirsən, bəs mən neyniyim?  

Dedi: 


– Hər saldata dəridən bir dənə tulux düzəlt, həm təmiz olsun, 

həm  də  büksünnər  qoysunnar  civlərinə.  Harda  tapsalar,  o  sudan 

doldurallar  tuluğa,  götürüb  gələllər.  İkinci,  adam  hələ  yerin  üstüy-

nən gedəndə sağın-solun tanıyammır. Yerin altıynan getdilər, soora 

qayıdıf çıxa bilmiyəjəhlər axı.  

Dedi: 


– Neyniyim?  

Dedi: 


–  İki  nəfər  daş  zəncir  götürsün.  İçəri  girif  bir  on  beş,  iyirmi 

metir irəli gediv orda dayansınnar. Adamlara da vaxt ver ki, məsə-

lən, bir saat, iki saat gəzin, qayıdın. Onlar qayıdanda həmin adam-

lar  zəngi  vırsın,  zəngin  səsinə  onlar  qayıdar  ora,  ordan  çıxallar, 

götürüb gələrsən.  

Dedi: 


– Ağıllı fikirdi.  

Nəysə,  dedi,  getməyimizə  bir  on,  on  iki  gün  qalıf.  Gətdi 

həbelə  bıların  hərəsinə  bir  tulux  düzəltdi,  hərəsinə  bir  balığ  gətdi, 

nə  bilim  orda  yoldaş  oldılar.  Gəldi  bı  Diri  dağına  çatanda  dedi  ki, 




 

161


belə-belə gedirsınız, məsələn, dörd saat sizi gözdiyəjeyih. Dörd saat 

hardan tapdız, gətirirsiz, ordan gəlirik.  

Bınlar indi ikisi sağa, ikisi sola gedillər. İkisi də gəlir. Bir yerdə 

bıların qabağına su çıxır. Baxıllar belə. Biri deyir: 

– Ə, bırda şırıltı var, qəşəh sudu.  

O biri deyir, ə baxım görüm. Bu balığı çıxardır, elə belə suya 

əlin uzadanda balığ bının əlindən sivrilir. Deyir: 

– Ə, dirilik suyu bıdı.  

Deyir: 

– Qoy mən də bir baxım görüm.  



Bı da balığı gətirif salanda bının da əlindən gedir. Deyir: 

– Hə, tapbışıx, gəl tuluxları doldurax, gedəh.  

Tuluxları  doldurullar,  şəlliyillər  kürəhlərinə.  Bir  az  gələnnən 

soora bı yoldaşın biri deyir ki, ə, indi biz hara gedirik? Bəlkə gəldi-

yimiz  yerə  getmirik,  ayrı  yerə  gedirik.  Gəl  oturağ  dincələh,  zəngi 

nə vaxt vırsalar, o dəmirin səsinə gedərik. Bınlar oturullar. İndi bın-

lar  neçə  gündü  yol  gəlif  yorulub,  səhərdən  bırda  yol  gəzillər  ağır 

tuluğ da çiyinlərində. Oturduğları yerdə birdən yuxu tutur bınları.  

Bı dirilik suyunun sahibi eşitdiyimə görə qızıl quşdu. Bu quş 

özü  yoxmuş,  balası  bırdeymış  dana.  Bı  qızıl  quş  yuvasına  gələndə 

görür balası ağlıyır. Dedi: 

– Nədi?  

Dedi: 

–  Belə-belə.  İki  dənə  insan  gəlmişdi,  həbelə  sudan  hərəsi  bu 



qədər götürdü getdi. Ona görə ağlıyıram.  

Dedi: 


– Hansı tərəfə getdilər?  

Dedi: 


– Bı istiqamətə.  

İndi  bu  uça-uça  gəldi.  Gördü  bınlar  oturublar,  belə  yatıblar. 

Arxadan  qondu,  tuluğun  ikisin  də  dimdiyiynən  deşdi.  Demək, 

tuluğda bir qıram su qalmır e. Su hamısı axıb gedənnən soora  indi 

zəngin səsi gələndə bınlar ayıldı qalxdı. Qalxanda gördülər ə,  yün-

gül qalxdılar axı. Belə baxdılar ki, tuluxlar bekardı. İkisi də ağladı. 




 

162


Dedilər, ə, indi biz getsək, padşah bizi oldürəjəh. Neyniyəjeyih, na-

ğarajeyih? Biri dedi, a kişi, gedəh də. İndi yalvararıx ki, ay padşah, 

bilməmişih  cırılıfdı.  Gələn  səfər  gələndə  genə  getdiyimiz  istiqa-

mətnən gələrih, axtarıb taparıx.  

Nəysə, gəldilər. Çölə çıxanda gördülər hamı oturub. Dedilər: 

– Nooldu?  

Bınlar olduğu kimi dedi.  

–  Padşah,  səni  allatmırıx,  suyu  tapmışdıx,  tuluğu  da  doldur-

muşdux.  Yolda  yuxuya  qalmışıx,  quş  tuluğu  deşib,  bütün  su  axıb 

gedib,  –  deyəndə  padşah  dedi,  eybi  yoxdu,  neyniyək,  gedəh,  bir 

müddətdən soora bir də qayıdıf gələrih.  

Bılar  bir  xeyli  gedənnən  soorasına  gəldilər  bir  meşənin  qıra-

ğınnan  keçəndə,  gördülər  ki,  həddinnən  artıx  yağışdı,  küləhdi. 

Neyniyəh, nağayrax? (Orda bir şey yadımdan çıxdı. O arvad bınlara 

bir kəlmə də demişdi ki, sən dirilih suyunu  tapassan, amma onnan 

işməh sənə qismət olmuyajax. Sənə taxtadan bir ev tikəjəhlər, onun 

altında canını tapşırassan).  Taxdadan bına bir  yuva düzəltdilər, öz-

dəri  bir  yerə,  padşah  da  gedir  bıra.  Uzanannan  soorasına  bir  az 

aradan keşmişdi, bir də gördü qapıdan içəri bir nəfər girdi. Qayıdır: 

– Sən kimsən ə, bıra niyə girmisən?  

Dedi: 

– Ə, danışma, mən gəlmişəm sənin canını alam.  



– Sən kimsən mənim canımı alasan?  

Dedi: 


– Mən cənabi Əzrayılam, mən can almağa gəlmişəm.  

Dedi: 


– Bəs sən mənim canımı ala bilməzsən.  

Dedi: 


– Nəyə görə?  

Dedi: 


– Nə vaxtı mənim üstümdə taxtadan, ağajdan ev tikilsə, onda 

ala bilərsən.  

Dedi: 

– Onda bir gözünü belə aş bax.  




 

163


Baxanda görür kü, üstü də, altı da taxtadı. Belə baxdı, baxdı, 

dedi,  qadan  alım,  onda  icazə  ver,  o  nökəri,  naibi  çağırım,  iki-üş 

kəlmə sözüm var, onlara deyim. Bı səsdədi bınları:  

– Gəlin bıra.  

Gəldilər: 

– Ağa, nədi, ağa, nədi?  

Dedi: 

– Ə, oturun, səs eləməyin.  



Dedi ki, mən burda keçinəjəm. Mənim gözümün ağı-qarası bir 

anam var. Mənim meyidimi qabağ aparsaz, anamın ürəyi partdıyar. 

Əvvəlcə,  bir  dəstə  yetim  uşaxlardan  göndərin,  onın  dalınca  bir 

dəstə  yaşdı adam göndərin, onın dalınca bir dəstə qoyun göndərin, 

dalınca  bir  dəstə  mal-heyvan  göndərin,  soora  mənə  çatanda  mən 

gözü açığ öləjəm. Anama deyin ki, bunun bizə məsləhəti var. Harda 

gözü yumulsa, orda dəfn eliyəjeyih.  

Tez  bının  canın  alır  Əzrayıl.  Bunu  götürüllər,  düşüllər  yola. 

Uşax yığıllar, nə bilim qoca, bir az da at, heyvan, filan. Anası ağlı-

yanda deyillər ki, oğlunun vəsiyəti var ki, onun harda gözü yumul-

sa,  orda  dəfn  eliyəjeyih.  Neyniyəh?  Deyillər,  qoyax  tabuta,  gəzdi-

rəh, görəh harda gözü yumulur.  

İki gün, üş gün, bunu nə qədər gəzdirillərsə, gözü  yumulmur 

ki, yumulmur. Bınlar da yorulub əldən düşüb,  yayın istisi. Görüllər 

aşağıda  böyük  bir  çinar  ağacı  var.  Bı  çinar  ağacı  harda  olsa,  onın 

dibində  bulağ  olur,  su  olur.  Gəlillər  çinar  ağacına  çatanda  görüllər 

bırda bir çobandı – yaşdı adamdı qoyun otarır, oturubdu bırda. Bılar 

gələndə bı dedi: 

– Nədi, noluf? Niyə ağlaşırsız?  

Dedi: 


– Əşi, sən nə bilirsən e.  

Dedi: 


– Heç olmasa bir kəlmə deyin. 

Deyillər  ki,  bəs  hal-qəziyə  belə-belə.  Çoban  torpaxdan  bir 

damcı  İsgəndərin gözünə atan kimi bının gözdəri  yumulur. Hamısı 

qalır  məhətdəl.  Deyillər  ki,  neyniyəy?  Biri  deyir  ki,  ə,  torpax  tor-




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə