Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə49/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   45   46   47   48   49   50   51   52   ...   119

 

153


– A sən allah, harda qaldın, noldu, nağardın?  

Dedi: 


–  Hava  qaralmışdı  deyə  qayıda  bilmədim.  Bir  çobana  qonağ 

oldum, getdim onun evinə, ordan qayıtdım gəldim.  

Bırdan deyillər gedəh, deyir: 

– Yox, bırdan belə evə qayıdajeyih.  

Gəlir, evdə məsləhət edir ki, orda çobanın bir qızı var, mən ona 

vurulmuşam. Ona elçi getməlidi, mən onu alam. Durur bırdan vəzir-

vəkili göndərir.  

İndi  bı  çoban  axşam  gələndə  qız  deyir  ki,  dədə,  o  ovçu  kim 

idi? Onu hardan tapbışdın? Deyir:  

– Aaz, ovçu nədi, o gijin biriydi, ağlı çatmırdı.  

Deyir: 

– Nətər?  



Deyir: 

–  Ay  balam,  yol  gedirik,  maa  deyir  gəti  bıra  nərdivan  salax. 

Ordan deyir, gətir bıra bir körpü salax. Ordan gəlmişik, deyir, taxı-

lın yiyəsi biçif yiyəjəh, biçmiyif yiyəjəh? İndi də səhərə qədər yatıf, 

az-çox yeyif-içif, maa deyir ki, bajan yaxşı bajadı, bir əz əyridi.  

Dedi: 


– Dədə, o kimdisə mən tanımıram, dünyada onnan ağıllı, gözəl 

insan yoxdu.  

Dedi:  

– Nətəər?  



Dedi: 

– O çoban dəyilmiş, dövlət başçısıdı. Yolda yoruluf, saa deyif 

ki,  gəl  yola  körpü  salax.  Yəni  yorulduğuna  görə  bir  söhbət  eliyəh, 

söhbət adamın başın qarışdırır axı, gedif mənzilə çatax. Gəlib ordan 

keçəndə o saa deyə bilmiyif məni də götür. Utandığınnan deyib bıra 

körpü salax, yəni məni də al kürəyinə, apar da. Sən də fikir vermə-

misən. Gəlib burda deyib ki, bı taxılın yiyəsi biçif yiyəjəh, biçmiyif 

yiyəjəh? Yəni bını əkən adam özü  yiyəjəh,  yoxsa padşaha  verəjəh. 

Dədə, o baja deməkdə də, bajanı demirdi. Deyirdi, qızın yaxşı qızdı, 

heyif  gözü  çəpdi.  İndi  o  harda  olsa,  maa  bəlkə  elçi  göndərdi.  İşdi 




 

154


maa elçi göndərsə, denən, qızımın dərdi özündədi, özü cavab verər, 

nə desə ona əməl eliyərəm.  

Nəysə,  aradan  bir-iki  gün  keçir.  Bir  gün  bı  padşah  götürür 

bılara bir vəzirdən, vəkildən elçi göndərir. Gəlillər. Deyir ki, bəs bu 

yaxınnarda sizə qonax gəlib. O gələn adam padşahdı, sizin qızınızı 

istiyir. Çoban deyir: 

–  Vallah,  qardaş,  düzdü  mən  qızın  atasıyam,  amma  hər  kəs 

özü-özünə cavab verməlidi. Qız özü cavab verər.  

Gəldi  qıza  dedi  ki,  nə  deyirsən?  Qız  dedi  ki,  siz  padşaha  de-

yin, mən ona bir şərtnən gedərəm ki, o əvvəlcə bir sənət örgənsin. 

Nə  örgənir  örgənsin,  bir  sənətin  sahibi  olsun.  İkinci,  ona  məsləhət 

bilin  ki,  o,  hara  getsə,  getdiyi  istiqaməti  maa  desin  və  neçə  günə 

gedif qayıdajax bunu bilim.  

Dedilər:  

– Yaxşı.  

Dedi: 


– Üçüncü şərtim odur ki, o padşaha deyin, harda çətinə düşsə, 

ordan  adam  göndərsin  geri,  bizə  xəbər  versin  ki,  padşah  hardadı, 

hansı əzaba düşüb geri qayıda bilmir.  

Dedilər:  

– Yaxşı.  

Vəzir-vəkil gəlib bunu padşaha deyəndə, dedi: 

– Əşi, mən nə örgənim, neyniyim?  

Bı vəzir, vəkil dedi:  

– A kişi, biz örgənmişik, ən yüngül şey xalçaçılığdı. Gəti belə 

bir  şey  örgən.  İkinci  də  o  getmək...  O  saa  demir  ki,  hara  gedirsən, 

niyə  gedirsən,  nəyə  gedirsən  dənə.  Getdiyin  istiqaməti  deyəjəksən 

ki, ya şərqə gedifsən, ya qərbə. Bunnan hasant nə var. O birsi də ki, 

harda olsan öz zəhmətinnən özünü doğrultmalısan.  

Nəysə, bınları örgənənnən soorasına xəbər göndərillər qıza ki, 

uje padşah hazırdı. Deyir, gəlsin aparsın. Nəysə, qızla evlənir.  

Aradan  bir-iki  ay  keçənnən  soorasına  deyir  ki,  biz  çıxaq 

şimala tərəf, gedək o meşənin qırağına, gəzəh, ordan qayıdax gələk.  



 

155


Durullar  düşüllər  yola,  gəlillər  bir  dağın  qırağınnan  keçəndə, 

görüllər  iki  dağın  arasında  böyük  bir  binadı.  Bir  az  yaxınnaşanda 

görüllər qabağına yazıblar ki, yeməkxana. Bı deyir ki, gedəh oturax, 

yeyəh-içəh.  Gəlillər,  oturullar,  çay  içillər,  çörəh  yeyib  qutarannan 

soorasına,  indi  bu  yeməkxananın  yiyəsinə  deyillər  ki,  biz  birəz 

dincəlməh istiyirik. Deyir: 

– Dincəlməyə yaxşı yerimiz var, gəlin bəri.  

Bınları aparır salır padvala. Padvala salannan soora bınlar gö-

rür  ki,  padvalda  nə  qədər  adam  oturub,  özü  də  hamı  bax  belə  əsir, 

qupquru.  Deyir  ki,  ə  bala,  bura  nədi,  noolub?  Deyillər  ki,  siz  nə 

iyinə gəlmisiz? Deyir ki, çayxanaya. Deyib ki, əşi, nə pivə, nə çay. 

Orda sizə yedirtdihləri bizim ətimizdi. Bizi saxlıyıllar bırda, həftədə 

birimizi kəsillər, o gəlib-gedənləri razı salıllar, köçürüllər bıra. İndi 

sizi də gətiriflər ki, siz  köksünüz də, ətdisiniz, sizi kəsələr. Deyən-

də  bı  padşah  qayıdır  belə  baxır:  “Mən  neyniyim,  nağayrım?”  Bir-

dən  sənəti  yadına  düşür.  Bunların  yanına  adam  gələndə  deyir  ki, 

padşaha  denən  ki,  bu  məni  kəsib  yedirtsə,  nə  qədər  qazana  bilər? 

Deyillər ki, məsələn, yüz manat. Deyir ki, padşaha denən, mən belə 

xalı  toxuyuram.  Xalı  toxuyaram,  yerin  də  deyərəm,  aparıb  satar-

sınız, ordan yüz yox, bəkə beş yüz, altı yüz manat pul alarsınız.  

Gəlillər padşaha deyəndə, padşah deyir: 

– Mən neynim, nağayrım?  

Deyillər: 

– Padşah sağ olsun, bını kəssən yüz manat götürəjeyih, amma 

bı ayda iki xalça toxusa, gör bizi nə qədər varrandırar.  

Deyif: 


– Yaxşı.  

Gətirillər bını, bı sənəti qoyıllar qabağına, başdıyır toxumağa. 

İndi  bı  demişdi  axı  üş  günnüh  gedəjəm.  Üş  günün  əvəzinə  on  üş 

gün olur, bınlar hələ geri qayıtmayıflar, xəbər-ətər yox. Bının arva-

dı bı adamlara – vəzirə, vəkilə, nökərə deyir ki, gedin bazara, harda 

xalı satıllarsa, neçiyə dediyinə baxmayarax o xalıları götürün gəlin, 

mən alıram. Bilir ki, bı belə ola bilər dana.  

Gedillər, hərrənillər, görüllər üş-dörd nəfərdi, xalı satır.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə