Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə48/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   44   45   46   47   48   49   50   51   ...   119

 

150


Bı gəlir İsgəndərin yanına. Əlin qaldırır, deyir: 

– Hörmətli şahım, mən gedərəm.  

Padşah deyir ki, a bala, gedif gələ bilərsən? Deyir: 

– Hə.  


Bı durur, bınlardan icazə alır, iki-üş saata qalxır dağın başına. 

Dağın başına qalxanda görür, o  tərəfdə evlər, həyət-baca,  məsələn, 

insannar...  Bir  az  da  irəli  yeriyəndə  görür  meşənin  qırağında  bir 

nəfər  oğlan  mal,  heyvan,  qoyun  otarır.  Yaxınnaşır  bına  ki,  bura 

haradı,  kimdi,  nədi?  İndi  nə  bı  bının  dilin  bilir,  nə  bı  bının  da.  Bı 

dinmir. Belə deyəndə bı çoban ağacı götürür kü, bı  yetimi  vıra. Bı 

oğlan  yerdən  bir  daşı  götürür,  nətəər  belə  atırsa,  çobanın  kürəyinə 

dəyəndə bı yıxılır. Yıxılanda yüyürür bının əlin də, qolın da daldan 

bağlıyır.  Bağlıyannan  soorasına  deyir  ki,  çıxım  gedim.  Bir  on,  on 

beş metr aralanannan soora öz-özünə deyir: “Ə, mən dəliyəm, cin-

niyəm? Mən gediv orda deyəjəm belə bir şey tapbışam, onda mənə 

inanmıyajaxlar ha. Bəs mən neyniyim? Yaxşısı budu, bunu sürüyə-

sürüyə  aparım”.  Gəlir  bını  tutur,  belə  sürüyəndə,  indi  bı  da  candı 

axı,  ağrıyır.  İşarə  eliyir  ki,  onsuz  da  hara  deyirsən  gedirəm  dana. 

Əyaxlarımı  aş,  onsuz  qolum  bağlıdı  da,  gedəh.  Gətirir  bının  əyax-

ların açır, qolunnan tutur, yavaş-yavaş gəlir.  

Görür bəy-zad bılar hamısı oturubdu. Deyir: 

–  Ağa,  o  tərəfdə  ev  də  var,  millət  də  var,  dünya  da  var,  mal, 

pul, var, devlət. Min dəfə də bizimkinnən yaxşıdı. Bıdı, bir nəfər də 

gətirmişəm.  

Uje bırda padşah day atkaz eliyə bilmir. Deyir ki, indi neyni-

yək?  Vəzir,  vəkil  deyir  ki,  padşah  sağ  olsun,  indi  oranın  adamları 

kimdi bilmirik, xasiyyətin bilmirik. Gedəh evə, bı oğlanı yerri qızın 

biriynən  evləndirəh,  bınlardan  uşağ  olar.  Uşağ  böyüdühcən  atanın 

da  dilin  örgənər,  bizim  də  dilimizi,  ananın  da  dilini  dana.  Bizə 

təkrar eliyər, bilərih ki, kimdi.  

Götürüllər oğlanı da gəlillər, gələn kimi bir qıznan bını evlən-

dirillər. Bınlar  yaşıyana qədər deyir ki, padşah  sağ olsun, hardeysə  

bir səkkiz, doqquz, on  il  lazımdı da bı uşağ orda böyüyə, neyniyə. 

Deyir: 



 

151


– Onda gedəy şərqə.  

Deyir: 


– Yaxşı.  

Gəlillər, şərqə çatanda böyük bir meşəyə çıxıllar. Deyir: 

– Neyniyək?  

Deyir  ki,  gəlib  meşəni  tapbışıx.  Düşəh  bı  meşiyə  təhlihdə. 

Kim ceyrannan, cüyürdən vırsa, gətirək bırda tonqal qalıyağ, böyük 

bir qonağlığ eliyək.  

Bir ağacın dibinə  yığılıllar, padşah özü təhcə düşür meydana. 

Bı meşə bını nətəər cəlb eliyirsə, bir də onda başın qaldırır ki, axşam 

saat beş-altıdı, hava qarannıxlıyır. Belə vaxtda geri qayıtmağ müm-

kün dəyil. Qayıtsa bını vəhşi heyvannar parçalıyar. Neyniyim, nejə 

eliyim?  Meşədən  qırağa  çıxanda  görür  kü,  bir  çoban  mal,  qoyun 

otarır. Yaxınnaşır bına: 

– Salamməlöykü?  

– Əleykümsalam.  

Deyir: 

– A qardaş, kimsən, nəçisən?  



Deyir: 

–  A  kişi,  mən  ovçuyam.  Gəlmişəm  bura,  indi  qarannığa  düş-

müşəm. Sən harda yaşıyırsan? 

Deyir:  


– O dey, o görükən kəntdə.  

Deyir: 


– Olar, mən də gedim sənnən gejə orda qalım, səhər gələrəm?  

Bı müsəlmanın ayrı şeyi olmasa da, bir-birinə inamı, hörməti 

var da. Deyir: 

– Gedəh.  

Bınlar gəlir. İndi bir az yol gedənnən soora baxır ki, yol uzaxdı 

da. Deyir: 

– Ə, çoban qardaş, gəlsənə bı yola bir nərdivan salax, – deyən-

də  bı  çoban  öz-özünə  deyir  ki,  ə,  bu  dəlidi,  cinnidi?  Bıra  nərdivan 

salmaxçun nə qədər taxta, ağaj, mismar, kərpic, balta, insan lazımdı.  



 

152


Tay  dinmir.  Bir  az  da  gəlillər,  gələnnən  soora  qabaxlarınnan 

balaca  bir  çay  keçir.  Bı  çoban  atı  vurdu  çayı  keçə.  İsgəndər  indi 

qorxır axı belə yerdən keşməyə. Deyir: 

– Çoban qardaş, gəlsənmi bıra bir körpü salax?  

Gənə  bı  belə  baxır,  baxır.  Deyir:  “Ə,  bu  dəlidi,  cinnidi?  Bıra 

körpü salmaxçun nə qədər daş, ağac lazımdı”. Genə dinmir. Ordan 

birtəhər  keçillər,  kəndə  çatmağa  iki-üç  kilometr  qalmış,  görür  kü, 

böyük bir taxıl zəmisidi, sünbül bax belə-belə. Adam baxır, həvəsə 

gəlir. Deyir: 

– Çoban qardaş, görəm bı taxılın yiyəsi biçif yiyəjəh, biçmiyif 

yiyəjəh?  

Çoban  öz-özünə  deyir:  “Ə,  bu  dəlidi,  cinnidi?  Taxılı  da  biç-

məmiş yiyəllər?”  

Nəysə, gəlillər, kəndə çatanda bının evi kəndin qırağındeymiş, 

gözünün də ağı-qarası bir qızı varmış. Deyir ki, o dey, o ev mənimdi, 

qapıdakı  da  qızımdı.  Çağırıb  ona  deyəjəm.  Sən  get  otur  evdə,  əl-

üzünü yu, mən qoyunu, malı paylıyıb gəlim.  

Çağırır qızın, deyir: 

– Qızım, bir qonax var, onu qarşıla.  

Bı gedir, evə çatannan soora qız su qızdırır gətirir, bının əlin-

əyağın yuyur, süfrə açır. Atası hərrənif gəlir. Oturullar, Allah verən-

nən  yeyif-eliyillər. – Onda belə ev döyüldü ey. Dam bajasıydı, doq-

quz metr eni, doqquz metr uzunu. – Çoban deyir ki, gedək. Gedəndə 

deyir ki, ovçu qardaş, – elə bilir ovçudu dayna, – bağışda day kasıbın 

olanı bıdı da. Nə xoşa gəldi, nə xoşa gəlmədi? İsgəndər deyir: 

– A kişi, evin yaxşıdı, amma bir azca bajası əyridi.  

Dedi: 

– Yaxşı, gedəh.  



Çoban  genə  ürəyində  dedi:  “Ə,  sənin  nə  borcuna  baja  əyridi, 

əyri  döyül”.  Gətirdi,  yolun  yarısınnan  bı  dedi,  mən  meşənin  qıra-

ğınnan gedəjəm, sən getginən. Gəldi çatdı yoldaşlarına. Gördü bılar 

ceyran-zad vırıflar, oturuflar, ojax-zad qalıyıflar. Hamısı da qorxu-

sunnan əsir ki, padşahı itirmişik də. Görən bını canavar yedi, çaqqal 

yedi, öldü, qaldı? Padşahın gəldiyini görəndə hamısı üstünə yüyürür:  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə