Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə56/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   52   53   54   55   56   57   58   59   ...   119

 

179


– İlahi, şükür saa.  

Tez bunnan bir az yığdı cibinə, sandığın ağzın bağladı, qoydu 

yerinə,  üstün  də  örtdü,  bir  az  da  otdan-zaddan  yığdı  ki,  gəlib  başa 

düşməsinnər. Şəhər yaxın idi də, özün saldı şəhərə. Şəhərə salannan 

soorasına  getdi  birinci  dəlləyə,  üzün-başın  qırxdırdı.  Ordan  getdi 

çay-çörəh  yeyənnən  soora  gəldi,  dedi,  gedim  özümə  yurd  tutum. 

Gəldi bir yaxşı üş-dörd otaxlı ev aldı. Alannan soorasına bir səhər... 

İndi sizdə də olur, olmur. Qabaxda bir həvgə olurdu, bir də xurcun 

olurdu.  Getdi  bunun  birin  aldı  gətdi,  qızılları  yığdı  buna.  Gətdi 

üstünə  otdan-zaddan  qoydı  da,  guya  ot  adıynan.  Gətirdi  boşaltdı, 

qayıtdı. Belə-belə, belə-belə qızılı gətirdi, hardeysə üş-dörd put qızıl-

dı. Bu qızılı yığannan soora başı qarışdı alverə, bir də onda baxdı ki, 

hardeysə bir ton yarım, iki tona qədər də qızılı var. Dedi: “Hə, demək 

ki,  Allahdan  gələcəydi”.  Gedim  bir  dəfə  də  alverə,  qayıdıf  gəlim, 

yığım  gedim  evə.  Görüm  arvad  durursa,  arvadı  da  götürüm  gəlim, 

uşağı da götürüm gəlim, elə burda dolanağ.  

Uzun müddət gedənnən soorasına gəldi çıxdı bir şəhərə. Alver 

eliyib qutarannan soorasına döndü bazara ki, nə lazımdı ala. Gördü 

bazarın  bir  tərəfinə  camahat  yığılıf,  ha-ha-ha  gülüllər.  Yaxınnaşdı 

ki,  bu  nədi?  Getdi  gördü  bir  atmış,  yetmiş  yaşında  qoja  arvatdı, 

oturubdu, əli də belə əsir. Əlində bir pişik tutub:  

– A-a-ay pişik alan, a-a-ay pişik alan.  

Hamı da gülür ki, pişik nədi? Pişiyi satallar? Gəldi dedi: 

– Nənə, neçəyə verirsən?  

Dedi: 

– Bir abbasıya.  



O vaxtı da bir abbasıya bir karrı erkək almağ olardı. Belə bax-

dı, baxdı, gəldi bu kişinin sözü  yadına düşdü. Gətdi abbasını verdi, 

dedi: 

– Ana, dur get, sən allah, neçə il yaşasan bu sənin bəsindi də, 



dolanarsan.  

Bu  pişiyi  gətirdi  uşaxlara  verdi  ki,  bunu  qoyun  setkaya,  də-

vənin üstünə qoyun,  yedirdin. Yeri gələr apararam evə, lazım olar. 

Ordan çıxdılar yola. Bir neçə gün yol gələnnən soorasına bir şəhərdə 




 

180


meşənin  qırağınnan  keçəndə  gördü,  bu  şəhərin  bəyi  ov  ovluyuf, 

gəlib bir bulağın üstündə oturublar ki, burda çörək yeyələr. Burdan 

keçəndə bı yerri bəy bunları qonax dəvət elədi. Bu müsəlmanda bir-

birinə hörmət  var dana. Gəldilər, oturannan soorasına  çörəy ortaya 

gələndə  gördü  dörd-beş  nəfər  oğlan,  hərəsi  əlində  bir  ağaj  bunları 

dövrəyə aldı. Bu belə baxdı, o belə. Sakitcə dedi: 

– Niyə qorxursan, noolub?  

Dedi: 


– Ay qardaş, bizə bir loxma vermisən, bu nədi?  

Dedi: 


– Qardaş, onnan dəyil e. Bu çörəyi ortaya qoyanda yer altında 

balaca heyvannar var, çıxıf əlimizdən alır.  

Heş  demə  bunlar  da  siçan,  yarasa  imiş.  Bunlar  da  pişiyin  nə 

olduğun bilmir. Belə deyəndə birdən ağlına gəldi, dedi: 

– Ə, get o pişiyi gətir bura.  

Dedi: 


– Qoy hamı otursun, qorxmuyun.  

Dedi ki, nədi? Gətirəndə gördü balaca bir pişikdi. Dedi: 

– Ə, bu nədi, bu neyniyə bilər?  

Dedi: 


– Sənin nə işin var, xayiş eliyirəm hamınız oturun.  

Bunlar  hamısı  oturannan  soora  pişiyi  boşdadı.  Pişiy  qurba-

ğaları  burda,  siçanları  orda  yedi.  Pişiyin  hardeysə  bir  kilo  yarıma 

qədər ağırrığı vardı, yarım kilo da burdan artdı. Padşah dedi: 

– Qardaş, amanın günüdü, bunu neçəyə verirsən, ver maa.  

Dedi: 


– Ə, nə danışırsan, bunu mən verə bilmərəm, bu çox bahalıdı.  

Dedi: 


– Nə qədər?  

Dedi: 


– Onu qırx özü ağırrığında qızıla almışam.  

Bir az fikirrəşdi, dedi: 

– Ə, qırx nədi, lap əlli özü ağırrığında qızıl verərəm.  



 

181


Gətdi  bına  bir  meşok  da  qızıl  verdi,  bı  da  pişiyi  verdi  olara. 

Demək,  bir  meşok  da  bırdan  qazandı  dana.  Ordan  gəldi  öz  şəhər-

lərinə.  Evə  çatanda  gördü  arvadı  yeri  süpürür,  bir  cavan  oğlan  da 

yüyürür  bunu  öpür  qaçır,  öpür  qaçır.  Bu  hirsdəndi,  –  onda  da  ən 

güjdüsü ox idi da, – oxı hazırradı ki, bu oğlanın kəlləsinə vıra. Çəh-

di, çəhdi, elə boşlamağ istiyəndə birdən kişinin sözü yadına düşdü: 

“Getdin  elə  yerdə  gördün  əlinnən  bir  xata  çıxajax,  o  saa  ziyan  da 

gətirə bilər, xeyir də gələ bilər. Ona görə xatanı saxla, get onu örgən. 

Ola bilsin ki, onnan da  pis vəziyyətdə onu öldürərsən. Ola bilsin ki, 

elədiyin xataya peşman olarsan ki, bu olmasın”. Dedi: “Qoy qalsın, 

gedim  örgənim.  Belə  olannan  soora  bunu  nəinki  öldürərəm,  lap 

tikə-tikə doğruyaram”.  

Gəldi. İndi oğlan aralaşıb, arvad da süpürür. Arvad belə başın 

qaldıranda  gördü  kü,  əri  gəlir.  İndi  on  beş  il,  on  altı  il  keçsə  də,  ər 

ərdi də. Yüyürdü bunuynan qucaxlaşıb öpüşənnən soorasına dedi ki, 

nədi, nolub? Dedi: 

–  Aaz,  mən  gedəndə  saa  demədim  ki,  mənnən  başqasına  ya-

xınlıq vermə?  

Dedi: 

– Ayıb deyil.  



Dedi: 

– Aaz, nətər, orda görmədim?  

Dedi: 

– Ayıbdı. Bəs sən gedənnən hamiləli dəyildim? On yeddi  ya-



şında oğlumdu də.  

Belə  deyəndə  baxdı,  baxdı,  dedi  ki,  ilahi,  o  kişi  burda  olsa, 

onun  ayağın  yuyub  kirin  içərdim.  Yüz  dənə  maldan  da,  puldan  da, 

milyon  tonnan  da  vacib  övlatdı.  Allaha  şükür,  övladım  sağ  qalıb. 

Oturub yeyib-içənnən soora, dedi: 

– Arvad, bu qədər qızılım var, gedək ora.  

Dedi: 

– Hər quşun öz  yuvası, hər dananın  öz balası,  hər insanın öz 



vətəni şirindi özünə.  

Dedi: 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə