Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə53/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   49   50   51   52   53   54   55   56   ...   119

 

168


Nəkqədər elədisə, bı əl çəkmədi. Dedi: 

– Bala, evim filan yerdədi. Sabax gələrsən bizə, mən səni örgə-

dərəm. 

Səhər açıldı, Allah qarşıdan gələn səhərlərizi xeyrə aşsın. Bu 



durdu  gəldi  bura.  Gəldi  gördü  kü,  kişi  oturufdu,  bunu  gözdüyür.  – 

Onda həbelə evlər  yoxudu, dam evləri  vardı ey, doqquz metrə eni, 

doqquz metrə uzunu, onnan olardı. – Dedi: 

– Gəldin? 

Dedi: 

– Hə. 


(Qumarı  dəyəsən  indi  kartnan  oynuyullar,  o  vaxtı  aşıxnan 

oynuyurdular). Dedi: 

– Bala, qumarı nəynən oynuyullar?  

Dedi: 


– Nə bilim.  

Dedi: 


– Neçə aşığnan?  

Dedi: 


– Bilmirəm.  

Dedi: 


– Neçə irəngnən?  

Dedi: 


–  A  kişi,  bilsəydim  sənin  yana  nəyə  gəlirdim?  Ona  görə  gəl-

mişəm ki, məni örgədəsən.  

Dedi: 

– İndi mən onları əlimdə belə oynadajam. Görürsən aşığların 



biri  ağdı,  biri  sarı,  biri  qırmızı,  biri  göy,  biri  yaşıl.  Burdan  atajam 

damın  bajasınnan  qırağa.  Deyəjəm,  ağ  aşıx  böyrü  üstə  duruf,  qır-

mızı aşıx yanı üstə, sarı asıx başı üstə duruf. Get, mən dediyim kimi 

düzülübsə,  onda  bil  ki,  mən  ustadam,  gəl  səni  örgədim.  Düzülmü-

yüfsə, mənnən ustad olmaz.  

Dedi: 


– Yaxşı.  


 

169


Bı dediyi kimi elədi, atdı. Bı damın bajasına çıxdı, getdi gör-

dü  ki,  –  necə  ki  qabax  əmr  verəndə  saldat  düzülmürdü,  –  bı  da 

dediyi kimi düzülüb. Belə baxdı, baxdı, dedi: 

– Qurban olum səni yaradan ustad əllərə, gör nə gözəl sənətdi

gedim örgənim. 

Gəldi dedi: 

– Əmi, necə demişdin, heylə düzülüb. Xayiş eliyirəm ki, məni 

örgət.  


Dedi: 

– Oğul, neçə yaşın var?  

Dedi ki, məsələn iyirmi yeddi. Dedi ki, mənim də var əlli yed-

di. Əlli yeddi ildi mən bunu oynuyuram, örgənirəm. Amma yadında 

qalsın ki, qumar oynuyanın axırı çöldə aj qarına uzanandı. Mənnən 

sənə əmanət.  

Dedi: 

– Əmi,  Allah ömrü uzun eləsin, canı  sağ eləsin. Toba saa bu 



günnən qumar.  

Qumara da nifrət elədi. Gəldi bir gün də keçənnən soora dedi: 

“Gedim bu əl açmağı örgənim”. Gəldi qohum-qardaşın getdiyi yolun 

üstə durdu. Gördü biri gəlir. Dedi: 

– Burda niyə oturmusan?  

Dedi:  


– Ə, qahım, maa min manat pul ver.  

Dedi: 


– Ə, pulum vardı, axşam gədə götdü getdi toya.  

Gördü biri gəlir. Dedi: 

– Ə, burda niyə oturmusan?  

Dedi: 


– Ə qahım, maa beş yüz manat pul ver.  

Dedi: 


– Ə, canın hakqı, qız padruqasıgilə gedirdi, verdim ona.  

Aradan bir az keşdi, gördü biri gəlir. Dedi: 

– Ə, burda niyə oturmusan?  

Dedi: 



 

170


– Qalx maa bir iyirmi manat pul ver.  

Dedi: 


–  Canın  hakqı,  pulum  yoxdu.  Elə  iyirmi  manatım  vardı,  onu 

da verdim anama qonax gedirdi.  

Axırda gördü biri gəlir. Dedi: 

– Ə, burda niyə oturmusan?  

Dedi: 

– Maa bircə abbası pul ver.  



Dedi: 

– A vijdansız, mənim bir abbasım olseydi, gedib verərdim para 

çörəyə, alardım, gətirif  yeyərdim. Sənin kimi oğula  verməzdim ki, 

o cür atanın adın batırasan, nəsli bu kökə salasan.  

Dedi:  

– Hə, gedim indi özümü asım.  



Gəldi evə, atası dediyi zəncirin yanına. Əyağın altda bir daya-

nacax  qoydı,  qalxdı  bı  zənciri  keçirdi  boğazına.  Boğazına  keçirən-

nən soorasına ağlına gəldi, dedi: “Ay canım, mən çimməmişəm ey. 

Gedim  yuyunum,  özümü  pak  eliyim,  gəlim”.  Düşdü  getdi,  çimib 

qutarıb gələnnən soora, dedi: “Ata, Allaha agahdı ki, sənin yana üzü 

qara  gəlmirəm,  dedikləri  örgənif  gəlirəm.  Gəlmişəm  özümü  asam. 

Əyağının  altda  bir  dayanacaq  qoydı,  ordan  düşüb  boğulsun  dana. 

Dayanacağ getməynən bunun tap yerə düşməyi bir oldu. Bir də belə 

baxdı,  başın  qaldırdı,  gördü  bu  boyda  qızıl,  üstündə  də  bir  kağız. 

Aşdı oxudu, gördü atası yazıf ki, oğul, mən sənə üş nəsihət verdim. 

Onlardan  nəticə  çıxartdınsa  buna  ehtiyacın  yoxdu,  çıxartmasan 

babalım boyuna, babalım boyuna, bınnan soora bunu götürüb mənim 

adımı  doğrultmasan.  Dedi:  “Həə,  Allah  saa  irəhmət  eləsin  ata.  Bu-

nuynan  da  mən  qumara  da  tööbə  eliyirəm,  piyanıskalığa  da  tööbə 

eliyirəm, başqasına əl aşmağa da”.  

Ata  malın  götürdü getdi. Üş qulplu saxsı küp olurdu, onnardan 

ikisin  aldı  gətdi.  Birinə  atasının  pulun  yığdı.  Birin  də  aşdı,  dedi: 

“Atamın varı da var, dövləti də. Mən kişi kimi qazanıb buna yığajam”.  

Ona görə də, misal gəlir ki, ağıllı adam atasının adın batırmaz, 

adın uca tutar. 




 

171


194. MOLLA VƏ ÇOBAN 

 

Bir  molla  qonşı  kənddən  ölü  götürür.  Qayıdıf  evə  gələndə, 



qabağına bir çinar ağacı çıxır. Həmişə çınar ağacının dibində bulaq 

olur  da.  Gəlir  burda  oturır,  əl-üzün  yuyuf  qutarannan  soorası  baş-

dıyır  namazın  qılmağa.  Qurani-kərimdə  də  belə  bir  ayə  var  ki,  bir 

adam namaz qılırsa, onu dindirməy olmaz. Amma içəri girəndə biri 

özünnən asılı olmuyaraq salam verirsə, o bir dəfə əleykə deyib soora 

namazı  davam  eləməlidi.  Ona  görə  də,  salam  vermir.  Peyqumbər 

gəldi, bırda gördi bir nurani kişi namaz qılır. Gözdədi, namazı qılıb 

qutarannan soora, istiyir ki düşə yola, dedi: 

– Ə qardaş, kimsən, nəçisən? Hardan gəlib, hara gedirsən?  

Dedi: 


– Mən də sənin kimi bir mollayam. 

Peyqumbər dedi: 

– Mən  sən deyən mollalardan deyiləm, Məhəmməd peyqum-

bər əleyhsalamam, Allah-taalaynan dilləşməyə gedirəm.  

Deyir: 

–  Ya  peyqumbər,  mən  də  otuz  ildi  mollalığ  eliyirəm.  Mənim 



yerim behiştin hansı guşəsindədi?  

(İştaha bax ki, cənnəti  yox, behiştin hansı guşəsindədi deyir). 

Dedi: 

– Yaxşı.  



Dedi: 

– Nə vaxt qayıdarsan?  

Dedi: 

– Çinarın kölgəsi ora düşəndə qayıdaram.  



Peyqumbər  əleyhsalam  onnan  aralanır,  bir  xeyli  gedənnən 

soora  gördü  kü,  dağın  divində  bir  dənə  çinar  ağacı  var.  Bir  dənə 

oğlan malı, qoyunu otarıf gətirif  yığıf bura. Oğlan çay içirdi, başın 

qaldırır, görür bir nurani kişi gedir. Yüyürdü bunun qabağın kəsdi, 

dedi: 

– Əmi, səni and verirəm yeri-göyü yox yerdən xəlq eliyən bir 



Allaha, gəl bir iskan çay iç, soora get.  


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə