168
Nəkqədər elədisə, bı əl çəkmədi. Dedi:
– Bala, evim filan yerdədi. Sabax gələrsən bizə, mən səni örgə-
dərəm.
Səhər açıldı, Allah qarşıdan gələn səhərlərizi xeyrə aşsın. Bu
durdu gəldi bura. Gəldi gördü kü, kişi oturufdu, bunu gözdüyür. –
Onda həbelə evlər yoxudu, dam evləri vardı ey, doqquz metrə eni,
doqquz metrə uzunu, onnan olardı. – Dedi:
– Gəldin?
Dedi:
– Hə.
(Qumarı dəyəsən indi kartnan oynuyullar, o vaxtı aşıxnan
oynuyurdular). Dedi:
– Bala, qumarı nəynən oynuyullar?
Dedi:
– Nə bilim.
Dedi:
– Neçə aşığnan?
Dedi:
– Bilmirəm.
Dedi:
– Neçə irəngnən?
Dedi:
– A kişi, bilsəydim sənin yana nəyə gəlirdim? Ona görə gəl-
mişəm ki, məni örgədəsən.
Dedi:
– İndi mən onları əlimdə belə oynadajam. Görürsən aşığların
biri ağdı, biri sarı, biri qırmızı, biri göy, biri yaşıl. Burdan atajam
damın bajasınnan qırağa. Deyəjəm, ağ aşıx böyrü üstə duruf, qır-
mızı aşıx yanı üstə, sarı asıx başı üstə duruf. Get, mən dediyim kimi
düzülübsə, onda bil ki, mən ustadam, gəl səni örgədim. Düzülmü-
yüfsə, mənnən ustad olmaz.
Dedi:
– Yaxşı.
169
Bı dediyi kimi elədi, atdı. Bı damın bajasına çıxdı, getdi gör-
dü ki, – necə ki qabax əmr verəndə saldat düzülmürdü, – bı da
dediyi kimi düzülüb. Belə baxdı, baxdı, dedi:
– Qurban olum səni yaradan ustad əllərə, gör nə gözəl sənətdi,
gedim örgənim.
Gəldi dedi:
– Əmi, necə demişdin, heylə düzülüb. Xayiş eliyirəm ki, məni
örgət.
Dedi:
– Oğul, neçə yaşın var?
Dedi ki, məsələn iyirmi yeddi. Dedi ki, mənim də var əlli yed-
di. Əlli yeddi ildi mən bunu oynuyuram, örgənirəm. Amma yadında
qalsın ki, qumar oynuyanın axırı çöldə aj qarına uzanandı. Mənnən
sənə əmanət.
Dedi:
– Əmi, Allah ömrü uzun eləsin, canı sağ eləsin. Toba saa bu
günnən qumar.
Qumara da nifrət elədi. Gəldi bir gün də keçənnən soora dedi:
“Gedim bu əl açmağı örgənim”. Gəldi qohum-qardaşın getdiyi yolun
üstə durdu. Gördü biri gəlir. Dedi:
– Burda niyə oturmusan?
Dedi:
– Ə, qahım, maa min manat pul ver.
Dedi:
– Ə, pulum vardı, axşam gədə götdü getdi toya.
Gördü biri gəlir. Dedi:
– Ə, burda niyə oturmusan?
Dedi:
– Ə qahım, maa beş yüz manat pul ver.
Dedi:
– Ə, canın hakqı, qız padruqasıgilə gedirdi, verdim ona.
Aradan bir az keşdi, gördü biri gəlir. Dedi:
– Ə, burda niyə oturmusan?
Dedi:
170
– Qalx maa bir iyirmi manat pul ver.
Dedi:
– Canın hakqı, pulum yoxdu. Elə iyirmi manatım vardı, onu
da verdim anama qonax gedirdi.
Axırda gördü biri gəlir. Dedi:
– Ə, burda niyə oturmusan?
Dedi:
– Maa bircə abbası pul ver.
Dedi:
– A vijdansız, mənim bir abbasım olseydi, gedib verərdim para
çörəyə, alardım, gətirif yeyərdim. Sənin kimi oğula verməzdim ki,
o cür atanın adın batırasan, nəsli bu kökə salasan.
Dedi:
– Hə, gedim indi özümü asım.
Gəldi evə, atası dediyi zəncirin yanına. Əyağın altda bir daya-
nacax qoydı, qalxdı bı zənciri keçirdi boğazına. Boğazına keçirən-
nən soorasına ağlına gəldi, dedi: “Ay canım, mən çimməmişəm ey.
Gedim yuyunum, özümü pak eliyim, gəlim”. Düşdü getdi, çimib
qutarıb gələnnən soora, dedi: “Ata, Allaha agahdı ki, sənin yana üzü
qara gəlmirəm, dedikləri örgənif gəlirəm. Gəlmişəm özümü asam.
Əyağının altda bir dayanacaq qoydı, ordan düşüb boğulsun dana.
Dayanacağ getməynən bunun tap yerə düşməyi bir oldu. Bir də belə
baxdı, başın qaldırdı, gördü bu boyda qızıl, üstündə də bir kağız.
Aşdı oxudu, gördü atası yazıf ki, oğul, mən sənə üş nəsihət verdim.
Onlardan nəticə çıxartdınsa buna ehtiyacın yoxdu, çıxartmasan
babalım boyuna, babalım boyuna, bınnan soora bunu götürüb mənim
adımı doğrultmasan. Dedi: “Həə, Allah saa irəhmət eləsin ata. Bu-
nuynan da mən qumara da tööbə eliyirəm, piyanıskalığa da tööbə
eliyirəm, başqasına əl aşmağa da”.
Ata malın götürdü getdi. Üş qulplu saxsı küp olurdu, onnardan
ikisin aldı gətdi. Birinə atasının pulun yığdı. Birin də aşdı, dedi:
“Atamın varı da var, dövləti də. Mən kişi kimi qazanıb buna yığajam”.
Ona görə də, misal gəlir ki, ağıllı adam atasının adın batırmaz,
adın uca tutar.
171
194. MOLLA VƏ ÇOBAN
Bir molla qonşı kənddən ölü götürür. Qayıdıf evə gələndə,
qabağına bir çinar ağacı çıxır. Həmişə çınar ağacının dibində bulaq
olur da. Gəlir burda oturır, əl-üzün yuyuf qutarannan soorası baş-
dıyır namazın qılmağa. Qurani-kərimdə də belə bir ayə var ki, bir
adam namaz qılırsa, onu dindirməy olmaz. Amma içəri girəndə biri
özünnən asılı olmuyaraq salam verirsə, o bir dəfə əleykə deyib soora
namazı davam eləməlidi. Ona görə də, salam vermir. Peyqumbər
gəldi, bırda gördi bir nurani kişi namaz qılır. Gözdədi, namazı qılıb
qutarannan soora, istiyir ki düşə yola, dedi:
– Ə qardaş, kimsən, nəçisən? Hardan gəlib, hara gedirsən?
Dedi:
– Mən də sənin kimi bir mollayam.
Peyqumbər dedi:
– Mən sən deyən mollalardan deyiləm, Məhəmməd peyqum-
bər əleyhsalamam, Allah-taalaynan dilləşməyə gedirəm.
Deyir:
– Ya peyqumbər, mən də otuz ildi mollalığ eliyirəm. Mənim
yerim behiştin hansı guşəsindədi?
(İştaha bax ki, cənnəti yox, behiştin hansı guşəsindədi deyir).
Dedi:
– Yaxşı.
Dedi:
– Nə vaxt qayıdarsan?
Dedi:
– Çinarın kölgəsi ora düşəndə qayıdaram.
Peyqumbər əleyhsalam onnan aralanır, bir xeyli gedənnən
soora gördü kü, dağın divində bir dənə çinar ağacı var. Bir dənə
oğlan malı, qoyunu otarıf gətirif yığıf bura. Oğlan çay içirdi, başın
qaldırır, görür bir nurani kişi gedir. Yüyürdü bunun qabağın kəsdi,
dedi:
– Əmi, səni and verirəm yeri-göyü yox yerdən xəlq eliyən bir
Allaha, gəl bir iskan çay iç, soora get.
Dostları ilə paylaş: |