Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə50/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   46   47   48   49   50   51   52   53   ...   119

 

156


– Ə neçiyədi?   

Deyillər: 

– Həşdat manat.  

Deyir: 


– A kişi, gəlin bəri, bizim xanım sizə yüz manat verəjəh.  

Bınları götürür, qapıya gələndə qız xalılara baxan kimi bilir ki, 

bıdı. Özü də adın yazıb da ora, adın üstünə hərifnən yazıb. Deyir ki, 

neçiyədi?  Deyillər,  belə-belə.  Yüz  manatdan  pulun  verir.  Deyir  ki, 

bınnan  soora  nə  vaxt  xalınız  olsa,  satmax  istəsəniz  gələrsiz  bıra. 

Bıları keçirir o tərəfə çörək yeməyə. Vəzirə, vəkilə deyir ki, padşah 

hardeysa bınların əlinin altdadı. Bınlar gedənnən soora düşün arxaya, 

bınları  gəzə-gəzə  gedin  görün  hardeysa  oranı  yarın,  padşahı  götü-

rün gəlin.  

Bınları  yedirdif  yola  salannan  soora,  beş-altı  nəfər  durur 

atdanır, arxadan bınları işarə eliyə-eliyə gəlillər, bınlar da gəlif çıxır 

bura.  Görüllər  ki,  ay  kabab  yeyən,  ay  ət  yeyən,  nə  bilim  neyniyən. 

Bınlar çörəyi  yeyənnən soora qalxıllar, ordakıların hamısını döyül-

lər, əllərin, qolların bağlıyıllar. Bağlıyannan soora deyir: 

– Dustaxlar hardadı, yerin deyin?  

Məjbur olıllar, yerin deyillər. Gediv açanda görüllər padşah o 

dey  orda  oturuf  əsir.  Deyir  ki,  padşah  sağ  olsun,  səni  tapdıx,  dur 

gedəh. Gəlir evə. İndi bir müddət oturannan soora deyir, doğurdan da, 

bı  arvad  olmaseydi,  indi  mən  batıb  getmişdim  də.  Elə  yaxşı  ki,  bı 

orda maa köməh elədi.  

Bir müddət qalannan soorasına deyir ki, cənuba getdih, şərqə 

getdih, indi şimala gedəh. Durullar genə atdanıllar, gəlillər  şimala. 

Bir-iki  gün  yol  gedillər,  axşamçağı  bir  də  görür  kü,  meşədən  bir 

ceyran  çıxdı.  Bərdən  ayna  qaçanda,  bı  yoldaşdarı  istiyir  ki,  bını 

vıra. Onda da ən güjdü silah ox idi. Padşah deyir: 

–  Qılış  da  məndə,  ox  da  məndə.  Heş  kim  dalımca  gəlməsin. 

Ceyranın dalıncan özüm gedəjəm.  Vırdım götürüb gələjəm, vırma-

dım qayıdıf gələrəm.  

Bı  ceyranı  qavır,  qavır,  gəlir  bir  təpədən  aşanda  görür  kü, 

böyük bir çadırdı. Bı ceyran qaşdı girdi çadıra. Dedi, hə, indi gedib 




 

157


bırda  tutaram.  Gəldi  atı  çöldə  bağlıyannan  soora,  qılıncı  sivirdi, 

içəri  girəndə  gördü  ceyran  nədi.  Bırda  bir  qız  oturuf  ki,  o  nağılda, 

əfsanələrdə  deyilir  ey,  aya  deyir  sən  çıxma  mən  çıxım,  günə  deyir 

sən  çıxma,  mən  çıxım.  Belə  gözəldi.  Dedi  ki,  ay  qız,  sən  kimsən? 

Bırda nəəzirsən belə?  

Dedi: 


– Mən böyük bir padşahın qızıyam, atamgil həmişə gəzməyə-

zada gedəndə məni də özdəriynən götürürdü. Gəlib burdan keçəndə 

çadır  qurdular,  tezdən  qarannıxda  durublar,  özdəri  yığılıf  gedif, 

yaddan çıxıf mənim çadırım qalıf burda.  

Dedi: 

– Bəs mən də filan padşaham. Gələrsənmi səni alım?  



Dedi: 

– Vallah, alıram deyirsən al, mən etiraz eləmirəm. Amma indi 

sən məni aldın getdin, kimə sübut eliyə biləjəhsən ki, belə bir pad-

şahın qızın almışam? 

Dedi: 

– Mən neyniyim?  



Dedi: 

–  Get  özünnən  bir  ağıllı,  savatdı  adam  gəti,  heç  olmasa  bir 

şahidin olsun böyründə ki, sən belə bir şey tapbısan.  

Deyir: 


– Yaxşı.  

Bu  qayıdır  gəlir  yoldaşdarın  yanına.  Deyir  ki,  ə,  ceyranı  tut-

muşam, filan yerdədi. Bir nəfər mənimnən getməlidi, ceyranı götü-

rəh gələh. Tanıdığı ağıllı  adamın birin  salır  yanına, qayıdıf  gəlillər 

bıra.  İndi  çadıra  çatmağa  iyirmi  metr  qalmış,  birdən  bının  ağlına 

gəlir ki, ya rəbbim, ya rəsulallah, indi bəlkə bı kadın yatıfdı. Gediv 

içəri  girməh  düz  döyül  dana.  Bı  oğlana  deyir  ki,  sən  dayan  bırda, 

mən  gedim  görüm  nətərdi  vəziyyət,  soora  səni  çağırım,  birrikdə 

götürək gedəh.  

Vəzir qalır, bı gəlir çadırın qapısın açanda görür kü, bırda bir 

qoja  arvad  oturub,  həşdat-doxsan  yaşında,  danışa  da  bilmir.  Deer 

ki, a-a-ay bala, sən k-k-kimsən? Dedi: 




 

158


– Ay nənə, mən bırda qız qoydum getdim ey?  

Dedi: 


– O-o-o q-q-qız mənəm.  

Dedi: 


– Nətəər sənsən?  

Dedi: 


– Elə fikirdi də qojaldıf, mən burdayam.  

Nəkqədər eliyir, ayan-bayan. Deyir ki, oğul, o ceyran da mə-

nəm, o qız da mənəm, bı qoca da mənəm. Mən Allahın yolçusuyam. 

Belə deyəndə, dedi: 

– Onda sənnən bir şey xayiş eliyim. De görüm mən neynəsəm 

daha da varrı, dövlətdi ola bilərəm? 

Dedi ki, yaxşısı budu, heş kimə qoşulma dana, özün öz əqlin-

nən istədiyin kimi istifadə eliyə bilərsən. Dedi: 

– Ana, mən nə qədər yaşıya bilərəm?  

Dedi: 


– Sən hardeysa qırx, əlli il yaşıya bilərsən.  

Dedi: 


– Mən nətər eliyə bilərəm ki, ölmüyüm də, qalım.  

Dedi ki, bı tərəf  meşədi, o tərəf meşədi, amma  o tərəfdə Diri 

dağı  var.  O  Diri  dağın  altında  dirilik  suyu  var.  O  sudan  gətirə  bil-

sən,  bir  sən  yox,  ən  böyük  dəvədi,  fildi,  nə  cür  böyük  canlı  olursa 

olsun, o öləndə onun ağzına bu dirilik suyunnan bircə damcı atsan, 

o  dirilər,  qalxar  ayağa.  Səni  də  saxlıyan  bıdı.  Gediv  ordan  gətirə 

bilsən, ömrü boyu yaşıyarsan.  

Dedi: 


– Yaxşı.  

Gəldi çıxdı çölə. Gördü vəzir oturuf.  

Dedi: 

– Gedəh?  



Dedi: 

– Yox, xoşum gəlmədi danışığınnan. – Tay demir nədi dənə. – 

Qayıdax gedək.  

Gəldi yoldaşdarına çatanda, dedilər, ağa, belə-belə. Dedi: 




 

159


– Yox, qayıdajeyih vətənə.  

Qayıtdılar  vətənə.  Bı  fikirrəşdi.  Çox  fikirrəşənnən  soorasına 

dedi,  cənuba  getdim,  şərqə  getdim,  şimala  getdim,  indi  bı  tərəfə  – 

qərbə gedəjeyih. Belə bir dağ var, o dağın altına. İndi mən heş kimi 

aparmıram, kimin xoşu gəlirsə maa bir  yeddi-səkkiz nəfər  lazımdı, 

özümnən aparım. Orda suyu tapsam, götürəh gələh.  

Bir kişinin gözünün ağı-qarası bir oğlu varıdı. Bu gəldi axşam 

dedi: 


– Ay ata, məni bağışda,  yoldaşdarım filan  yerə gedir, mən də 

gedirəm.  

Dedi: 

– Hara gedir?  



Dedi: 

– Belə-belə.  

Dedi: 

– Get o padşaha denən, məni də götüsün, mən də gedim.  



Dedi: 

– Ay ata, axı sən yaşdı adamsan.  

Dedi: 

– Yox, get de.  



Gəldi, padşaha deyəndə, padşah dedi: 

– Yox, o yaşda adam olmaz.  

Dedi: 

–  Onda  padşaha  denən,  məni  qəbul  eləsə,  ona  iki-üş  kəlmə 



sözüm var.  

Nəysə, padşah dedi: 

– Buyursun içəri.  

Gəldi içəri. Dedi: 

– Nədi?  

Dedi: 


– Padşah sağ olsun, siz gedirsınız yerin altındakı dirilik suyu-

na. Yerin altındakı su iki-üş yerdeysə, amma yerin üstündə gör neçə 

milyon,  milyardlığ  su  var.  Özü  də  getdiyin  yerdə  bu  suynan  o 

suyun tamı bir deyil. Bırda su var kirri sudu, burda var turş sudu, nə 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə