Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə46/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   42   43   44   45   46   47   48   49   ...   119

 

144


TДRДKДMД YEMДKLДRİ 

 

 



180. XIDIR NƏBI XAŞILI 

 

Unu ələydə əliyənnən soora onu qoyullar yükün üsdünə. Sabah 



qalxellar,  deyillər  Xıdır  gəlib  burdan  gedib,  atın  rəddi  düşüb  una. 

Onnan xaşıl bişirillər Xıdırın ehsanına. Suyu töküllər qaba, altınnan 

vurullar odu. Su qaynamağa başdıyanda həmin unnan töküllər qazana, 

qarışdırıllar. Onu qarışdırmasan, un yumuru-yumuru olur, onu yemək 

olmur. Qatılaşana qədər qarışdırıllar. Qatılaşannan soora olxoyu belə 

qalxızıllar. Oxloyun aşağısında (oturacağında – top.) xamır olmadısa, 

onda o bişif. Əgər xamır varsa, demək hələ tam bişməyif. Onu qarış-

dırmağa  davam  eliyirlər.  Soora  onu  çəkellər  boşqablara.  Ortasını 

yastılıyıb ora yağ töküllər, yağın da içinə bəhməzi. Xaşıldan götürüf 

bəhməzə batırıf qoyullar ağza. Xıdır ehsanın onnan yemək lazımdı.  

 

181. BAĞIR-BEYIN 

 

Bağır-beyini kök, quyruxlu əmlikdən bişirillər. Arıx heyvanın 



quyruğu  əzilmir,  ona  görə  arıx  heyvannan  olmur.  Onu  kəsillər, 

kəsənnən  soora  soyullar.  Soyannan  soora  onun  bağrın,  quyruğun, 

bir də başın ayrı-ayrı qaynadellar. Baxellar ki, həmi baş bişib, həm 

də əli quyruğa və ya bağıra vuranda onlar əzilir. Qabaxlar soyuducu 

yoxuydu,  onları  çıxardıf  qoyurdular  öyün  üsdünə,  səhərə  kimi 

olurdu buz kimi. Soyuyannan soora əlnən əvvəl bağırı əzillər, soora 

quyruğu  əzillər.  Başın  sümüyün  aralıyıf  beynin  çıxarıllar.  Sifdə 

quyruxnan bağırı qatellar bir-birinə, onu qarışdırellar. Soora da be-

yini gətirif töküllər onun üsdünə. Duzun, istiotun vuruf qarışdırıllar, 

qoyullar bir qırağa, soyuyur. Səhər nəzik yuxanın arasına yığıb yeyil-

lər. Bağır-beyin çox qüvvəli yeməkdi. Mədə üçün də çox xeyirlidi.  

Bağır-beyini nəlbəkidə surfaya qoyardılar, yanında da sarımsax 

verərdilər. Onu ancaq yeməkdən sonra yeyərdilər. Yeməkdən əvvəl 

yeyərdinsə,  o  səni  elə  tuturdu  ki,  aclıq  hiss  etmirdin.  Çünki  onun 

tərkibində qaraciyər var. Qaraciyər də adamın ətsizdiyini qaytarır. 



 

145


182. KÖPMƏCƏ 

 

Qoyun  qurudanda  onun  südünün  yağlılığı  ən  yüksək  həddə 



çatır.  Əsl  köpməcə  həmin  süddən  bişirilir.  Onu  bir  sajın  üsdündə 

bişirillər. Orda bişəndə çox yeyə bilirsən. Bir də tavada yağın içində 

bişirillər. Yağın içində bişəndə çox  yağlı olur. Qoyunu sağıllar, ona 

un  qatıllar.  Sifdə sajın  üsdün  yağlıyıllar,  onu  töküllər üsdünə.  Qıza-

rır, soora çöyürüllər o üzünə. Ortadan da deşillər,  yağı qoyullar ora. 

Yağ əridikcə axır onun altına. Həmin  yağ onun özünə hopur, amma 

çox  hopmur.  Elə  ki  altı  qızarır,  çöyürüllər  o  biri  üzünə.  O  üzü  də 

qızaranda  götürüf  qoyurdular  yerə.  Tavanın  içində  bişəndə  isə  çox 

yağlı olur, o qədər yeyə bilmirsən.   

 

183. ƏYİRDƏK 

 

Yuxanı  yayıllar.  Yayannan  soora  üsdünə  azca  un  səpellər, 



üsdünnən  yağ töküllər. Qayıdıf onu bir də  topalıyıf bir də  yayıllar. 

Dörd-beş  dəfə  bu  şəkildə  unnuyuf,  yağlıyıf  yayıllar.  Bəzi  adamlar 

içinə  şəkər  də  səpir.  Soora  onu  olxoy  kimi  büküllər.  Bıçağı  alıf  5 

santı ölçüsündə doğruyullar. Soora sapılcanı qoyullar ojağın üsdünə, 

içinə  də  yağı  töküllər.  Beş-altısın  töküllər  yağın  içinə.  O  orda 

qızarer. Yağ o qatdarın arasına girer, aralıyır. Yaxşı bişənnən soora 

götürüf qoyursan qırağa. 

 

184. BİŞİ 

 

Bişinin  hazırlanması  da  əyirdək  kimidi.  Əyirdəkdəki  kimi 



yuxanı  yayersan,  arasın  yağlıyırsan.  Onu  qatdıyırsan.  Qatdıyannan 

soora  onu  iri-iri  kəsersən.  Kəsənnən  soora  o  başın  da,  bu  başın  da 

bir-birinə  yaxın  gətirif  bitişdirirsən.  Soora  yastılersan.  Onu  yağın 

içinə qoyursan, bir üzü qızaranda çöyürürsən o biri üzü də qızarer. 

İsdi vurduxca onun qatları da bişir.  

 

 




 

146


185. SULUX 

 

Qoyunun  özünün  suluğu  var.  Quzu  doğannan  soora  suluğu 



ətənədən ayırıllar. İçinin suyun boşaldıf onu yaxşı yuyursan, qoyur-

san qırağa. Sulux qoyunun ağız südünnən olar. Təzə doğmuş qoyu-

nu  sağarsan,  suluğun  ağzın  aralıyıf  südü  tökərsən  içinə.  Elə  eliyə-

sən  ki,  suluğun  içində  hava  qalmasın.  Çünki  hava  pərdəni  partda-

dar. Basıb havasını çıxardırsan, ağzın bağlayırsan. Çöl ojağın qala-

yırsan.  Ojağı  əsasən  qarağan  bitkisinnən  qalıyırdılar,  onun  xırda 

közü olurdu. Ojağ tamam  yanıb sönməliydi. Ojağın qorun  yığırsan 

bir  tərəfə.  Ojağ  yanan  yerə  bekaraca  onun  külünnən  tökərsən. 

Suluğu  qoyursan  ora,  qoru  yavaş-yavaş  yığırsan  üsdünə.  Qor  onu 

orda  başder  qaynatmağa.  Qayantdıxca  görərdin  suluğun  üstündəki 

kül aralanır. Onda bilirsən ki, bu qaynıyır. Gördün kül qayıtdı yatdı, 

demək o bişib. Ya da böyrünnən açıb əlini vurusan, əgər bərkiyifsə, 

demək  bişif.  Onu  ordan  çıxardıf  qoyursan  qırağa.  Təmiz  əysiynən 

üsdünü silirsən. İsti-isti kəssən, o su verir. Ona görə də soyuyannan 

soora  pərdəni  soyursan,  qoyursan  təmiz  bir  boşqaba.  Özü  də  onu 

yedin, adamı tutur, o günü heç aclıx hiss etmirsən. Bir dəfə İmişli-

dən gələndə onnan  mənə  vermişdilər. Yolda  onun bir hissəsini  ye-

dim, o günü çörək yeməyə iştahım olmadı. 

 

186. SIPA SİDİYİ 

 

Sıpa sidiyi hər ətdən olmaz. Ona nəyə  görə  sıpa sidiyi deyil-



lər?  Onun  rəngi  bozumtul  olur,  heyvanatın  sidiyinin  rəngini  alır, 

ona görə sıpa sidiyi deyillər. Quzunun ətini doğruyub yığırlar qazana. 

Bir istəkan su töküllər, bir az duz atıllar, soğan vurullar, zoğal turşusu 

atıllar.  Vam  odda  bişir.  Onu  südəmən  quzudan  bişirillər.  Əti  doğ-

rayıf töküllər qazana. İçinə soğanın, turşusun töküllər, duzun səpil-

lər.  Onu  bişirəndə  ətin  tərkibindəki  süd  aralanır.  O  şirə  onun  olur 

suyu.  Onun  tərkibində  olan  süd  nə  yağlı  döyül,  nə  su  döyül.  O 

şirəlidi. Özü də onnan nə qədər yesən də sənə heç bir ziyan eləməz.  

 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə