Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə45/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   41   42   43   44   45   46   47   48   ...   119

 

141


Çadırın yanına 12 keçə gedirdi, ona yan qəlibi deyilirdi. Dörd dənə 

də  baş  keçə  olurdu,  onu  da  üsdən  salırdı.  Keçədən  salınan  çadır 

qışda  isdi  olurdu,  yayda  da  buz  kimi  sərin.  Əvvəlcə  gədə  çubuğu 

bağlıyırdılar.  O  hardasa  yerdən  metr  yarım  qəlbi  olurdu.  Bütün 

çubuxları  o  gədə  çubuğu  orda  tutub  düz  saxlıyırdı.  Qotazlı  çubux 

bağı  olurdu.  Qotazlar  rəngbərəng  olurdu,  çadırın  tavanına  baxanda 

elə bilirdin çiçəklikdi.  

Binə çubuğu gödək olur. Böyük çubuxdan eni beş metr, uzunu 

altı  metrlik  ev  tikirsən,  amma  binə  çadırı  balaca  olurdu.  Onu  daşı-

maq da, aparmaq da asan olurdu. Palatkanın qırağıynan qarım çəkir-

dik.  Yağış  yağanda  su  qarıma  tökülürdü,  qabağı  da  açıq  olurdu, 

oraynan  axıb  gedirdi.  Ensiz  kilim  toxuyardılar,  qapı  yerinə  ondan 

istifadə edirdilər. Alaçığı quranda ətrafını çətənnən hörərdilər, qışda 

isə  çətənnən  əlavə  qamışnan  da  hörərdilər  ki,  soyuğu  içəri  burax-

masın. 

 

175. 



Alaçığı  fındıq  çubuğunnan  tikərdilər.  O  biri  çubuqlar  ağır 

olur,  ona  görə  olar  sərf  eləmir.  Fındıq  çubuğu  həm  yüngül  olur, 

həm asan əyilir. 42-45 çubuqdan altının dördə ev tikirdilər. Arxa və 

qabaq  bel  çubuqları  olurdu,  küşdərə  qoyulana  gədə  çubuğu  deyi-

lirdi.  O  biri  çubuqlar  hündürdən  gedirdi,  bu  alçaqdan  getdiyi  üçün 

ona gədə çubuğu deyilirdi. Çubuqları da qoyun yununnan hörülmüş 

qotazlı  bağnan  bağlıyardılar.  Bir  alaçığ  üçün  100-150  bağ  lazım 

olurdu.  Qotazları  qırmızı,  yaşıl,  göy  olurdu.  Bir  evi  tam  örtmək 

üçün 13 keçə lazım idi. Onun altısını yan-yana tikirdilər, baş keçəni 

evin  üstünə  atırlardı.  Evin  qabax  hissəsinnən  qapı  qoyardılar.  Xü-

susi toxunma qapı asardılar, kənarlarına da ağac vurardılar ki, girib 

çıxanda qapı içəri girməsin. 

 

176. 

Muxronu irannılar düzəldərdi. Onun iyirmi qəlibi olardı. Özü 

də onun qəlibinin biri iyirmi kilo gəlirdi, amma alaçığın qəlibi altı 

kilo.  Muxronun  çubuğu  xüsusi  olaraq  yonulurdu.  Alaçığın  çubux-




 

142


larını  yerə  sancırsan,  amma  muxronun  çubuğunu  yerə  sancmırsan. 

İçəridən  dörd  yerdən  örkənnən  bağlıyırlar.  Muxroya  ölçüsündən 

asılı olaraq, 24, 26, 28 çubux gedir, amma alaçığa 48 çubux gedir. 

Muxronun  çubuğun,  keçəsin  ancax  nər  götürərdi,  başqa  dəvələrin 

ona  gücü  çatmazdı.  İmkannı  adamlar  muxro  qurardılar.  Tatallarda 

yalnız bir bizdə, bir də Rustam kişinin muxrosu vardı.  

 

177. QONAQ EVİ 

 

Tərəkəmənin bir qonax evi olurdu, bir də əl evi. Qonax evi on 

metr  aralıda  tikilirdi,  içi  gəvəynən  bəzədilirdi.  Qonaq  evinə  ayrıca 

yastıq-döşək  qoyardılar.  Hətta  onun  qabı-qaşığı,  stəkan-nəlbəkisi 

ayrı  olur.  Yığardılar  bir  otağa,  ancaq  qonaq  gələndə  istifadə  oluna 

bilər.  Qonax gələndə daa qaldıxları alaçığa deyil, o evə aparardılar. 

Əl  evi  də  qaldığı  evin  yarısı  boyda  olurdu.  İşdənmiyən  əşyaları, 

ərzağı,  unu,  motalı  əl  evinə  qoyurdu. Onları öz qaldıxları evdə  sax-

lamazdılar, sabah gələn olar, pis görünər. Ona görə də əl damı düzəl-

dib onları ora yığardılar.  

Tərəkəmədə bir adət  var: hər gələn qonağın adına bir heyvan 

kəsilər. Yadıma gəlir ki, qonağımız gəlmişdi, atam bir heyvan kəs-

mişdi.  Ətin  yarısı  yeyilir,  yarı  şakqası  ordan  asılıf.  Bir  ayrı  qonax 

gəlif, atam gətirif başqa bir qoyun kəsif. Deyiflər, ə, sən nağarırsan? 

Ordan asılan ət deyil? Deyif, o sənin adına  kəsilmiyif, sənin adına 

indi kəsiləjək.   

 

178. ÇARIQ 

 

Tərəkəmə adətən çarıq geyərdi ala corabnan. Çarıq  mal dəri-



sinnən  hazırlanardı.  Qoyun  dərisinnən  çarıq  olmaz.  Özü  də  malın 

belinin  ortasınnan  gözəl  və  davamlı  çarıq  çıxır.  Malın  bel  dərisi 

qalındı,  qalan  dərisi  isə  nazikdi.  Adətən  Ergi  düzündə  mal  öləndə 

biri-birinə  tapşırırdılar ki, filankəs,  mənə də bir çarıxlıx gön götür. 

Bel  gönünü  kəsirdilər,  duznan  möhkəm  qurudurdular.  Soora  onun 

tükün  iti  bıçaxnan  aşılıyırdlar.  Bir  heyvannan  beş  zol  çıxardı.  Bir 




 

143


zolun eni 20-25  santı, uzunu 60 santı olurdu. Duz səpif qurudardı-

lar,  soora  isdağa  qoyardılar.  İsdağa  qoyannan  soora  ya  vedrəyə 

keçirib,  ya  da  ağaca  söyküyüb  üsdün  tükün  bıçaxnan  təmizdiyər-

dilər. Malın öz dərisinnən çəkilmiş kööşən olardı. Çarığı kööşənnən 

tikərdilər,  sapnan  yox.  Qıraqlarını  yığırdılar,  ayax  formasını  alırdı, 

üstünnən  dolayı-dolayı  köşəni  ilişdirirdilər  bir  qulaxdan  o  qulağa. 

Onun  ipi  olurdu.  Topuğun  yannarınnan  ipin  bağlıyırdı,  corabın 

üstünnən onu bağlıyırdı ki, çarıx isdanıf düşməsin. Bağı da şalvarın 

altınnan bağlıyırdın baldırına. Axşam gələndə çarığı soyunub qoyur-

dun isdağa ki, qurumasın. Quruyanda çətin geyinilirdi. Vay o günnən 

quraxlıx ola. Çarığı geyinən adam sürüşüb ombaların qırardı. Bir də 

onu itdən qoruyardılar. Yaş çarığı qapıda qoysan it aparıb  yeyərdi. 

Qoyurdun döşəyin, palazın altına ki, çarığı it oğurramasın.  

 

179. ÇATMA 



 

Çatma  üç  ağacdan  hazırlanırdı.  Ən  çox  da  fındıx  ağacınnan 

istifadə  olunurdu.  Həm  düz  olordu,  həm  də  tilişkəsi  olmordu.  Hər 

ağacın  da  metr  yarım,  iki  metr  uzunnuğu  olardı.  Ujdarı  yonulardı. 

Şişi  qızdırıf  başdarını  deşərdilər,  qatmaynan  bağlıyardılar.  Ayax-

larını saj ayağı kimi hərəsini bir tərəfdən  yerə sancardılar. Ordan da 

qoyunu asıf soyardılar. 

 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə