Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə41/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   37   38   39   40   41   42   43   44   ...   119

 

129


tapardın  onu.  Bəy  özü  gizdənirdi,  onun  tapılmağı  da  vəzifə  idi. 

Gərək bəy tapıleydi ki, məclis davam eliyərdi. Çalğıçı, fərraş, pad-

şah  hamısı  birgə  bəyi  axtarırdılar.  Bəzən  elə  olurdu  ki,  düz  yarım 

saat bəyi axtarırdılar. Çalğıçılar da çalmaqdan bezirdilər.  

Çalğıçı  gələndə  əvvəlcə  onun  fəaliyyətin  yoxluyurdular  ki, 

toyu  idarə  eliyə  bilmiyəjəksə,  bunu  qaytarın,  ayrısı  gəlsin.  Xanən-

dəni  bir  bərkə-boşa  çəkib  oxudurdular.  Biri  deyirdi  “Zabul”  oxu, 

biri deyirdi “Rast” oxu. Yoxluyannan soora görürdülər ki, bu xanəndə 

məclisi aparajaq, toy davam eliyirdi. Olmasa, təcili ayrısını gətirir-

dilər.  


Qabax toylarda yazğı yoxuydu, hamısı şabaşa idi. Ələ verilən, 

başa  tökülən  pullar  yığılırdı,  onun  müəyyən  faizi,  məsələn  on 

manata bir manatı toy yiyəsinə çatırdı, qalanı geri qaytarılırdı.  

 

157. 

O  vaxtın  toyları  indiki  toydan  daha  gözəl  idi.  Qarğıdan,  ya 

ağajdan bağ bəzənərdi, almadan, armuddan, konfetdən asardılar, qo-

yardılar bəyin qabağına. Bəy tərifi olurdu. Tərifdən soora deyirdilər, 

hə, indi bağı kim alajax? Bu nə deməkdi? Ya bəyin dayısı,  ya əmisi, 

ya  əmisi  oğlu  deyirdi  ki,  bir  yanı  balalı  inək  verirəm.  Başqa  biri 

deyirdi ki, flan şey verirəm. Kim bağı almaq üçün daha qiymətli pay 

verirdisə,  o  bağı  da  götürürdü.  Bəziləri  onu  paylıyırdı,  bilinirdi  ki, 

filankəs qardaşı oğlunun toyunda bağ dağıtdı. 



 

158-159. DƏFN ADƏTİ 

 

Babam  Səfiyar  kişi  deyərdi  ki,  qəbrin  kölgəsində  it  yatmama-



lıdı. Başdaşı qarağac və  ya tutdan olardı. Ən gec çürüyən ağaclardı. 

Atam  tez-tez  misal  çəkərdi.  Deyərdi  ki,  bir  gün  bir  kişi  nəvəsinin 

əlinnən  tutuf  qapıda-bajada  hərrəner.  Nəvəsi  buna  deyir  ki,  baba, 

havaxt  öləjəhsən?  Deyir  ki,  bala,  sən  ölənnən  soora.  Bu  gəlinə  pis 

təsir  eliyir  ki,  uşağı  gözdəri  üsdə  saxlıyıllar,  başına  pərvanə  kimi 

fırranellar.  O  nə  deyən  sözdü  “sən  ölənnən  soora”.  O  nejə  qıyıf 

uşağa o sözü deyir? 



 

130


Nəysə,  bir  gün  açer  ərinə  deyir.  Deyir,  bəs  o  gün  sənin  atan 

uşağa  belə  dedi.  Rahili  oynatığı  yerdə  Rahil  dedi  ki,  baba,  havaxt 

öləjəhsən? O da qayıdıf deyir ki, bala, sən ölənnən soora. Nejə qıyıf 

o sözü deyir? Vallah elə bil bir tikə kimi qalıf boğazımda.  

Əri gəlif atasına deyir ki, ay ata, o nə sözdü sən uşağa demisən? 

Deyir: 


– Gəl bəri. Mənim dədəm Baxış harda basdırılıb?  

Deyir: 


– Peyğəmbərdə.  

– Gederik onun üsdünə?  

– Hə. Cuma günü gederik, bayramda gederik, qara bayramda 

gederik.  

– Kimnən gedersən?  

Deyir: 


– Sənnən gederəm.  

Deyir: 


– O balaca tanıyır onun qəbrini?  

Deyir: 


– Yox.  

Deyir: 


–  Mən  ölənnən  soora  sən  gələjəhsən  mənim  üsdümə,  nəvəm 

gələjəh. Həmin nəvədən törüyənnər isə sənin üsdünə gələjəh, bir də 

özünkün,  artıx  mən  yaddan  çıxdım.  Üsdümə  gələn  olmujax.  Nə 

qədər  ki  üsdümə  gəlif-gedən  olajax,  onatan  mən  yaşıjam,  ruhum 

şad olajax.  

İndi  qəbir  itməlidi.  Mən  özüm  qağamın,  bir  də  dədəmin  üs-

dünə gederəm, o birilər bilmerəm hardadı.  

Qəbiri  qazellar,  onun  içinnən  çıxan  torpağa  əhlət  deyillər. 

Onu götürüf qoyullar qırağa. Qabaxca üsdən çıxan torpağı tököllər 

qəbrə,  onun  üsdünnən  də  əhlət  dediyimiz  torpağı  tököllər.  Niyə? 

Ölmüş torpaxdı. Günün şuasıynan qidalanır,  yağış vurur, üsdünnən 

neçə il keçənnən soora orda ot bitir. Ölmüş torpaxda ot gej biter. Onu 

onçün  üsdən  tököllər  ki,  qəbrin  yeri  itməsin.  O  ağac  çürüyördü, 

onnan soora orda ot biterdi.  




 

131


159.  

Dünyaya  yüz  yetmiş  bir  məlakə  gəlib,  onun  hamısı  müqəd-

dəsdi. Quranda olardan altısının adı çəkilir: Cənabi Əzrayıl, cənabi 

Cəbrayıl,  cənabi  İsrafil,  cənabi  Mikayıl,  cənabi  İnkir,  cənabi  Min-

kir. Cənabi Cəbrayıl Allah-taaladan onu qəlbində yaşadanlara xəbər 

aparıb  gətirəndi.  Cənabi  Əzrayıl  bütün  canlıların  canın  alandı.  Cə-

nabı İsrafil bütün çətinlikləri aradan götürür. Cənabi İnkirnən cənabi 

Minkir  insan  ana  bətnində  olduğu  dəqiqədən  biri  sağ,  biri  sol  çiy-

nində  peyda  olur.  Son  nəfəs  ağzınnan  çıxana  qədər  biri  mənfi 

cəhətdərin,  biri  müsbət  cəhətdərin  qeyd  eliyir.  İnsanı  ki  qəbrə  qo-

yıllar,  o  cəsəd  qalır  orda,  amma  ruh  ölmür,  ruh  yaşıyır.  Kəfəni 

biçəndə də ruh orda iştirak eliyir, yuyanda da iştirak eliyir. Namaza 

duranda  namaza  duranın  biri  də  özüdü.  Soora  o  meyidi  götürüf 

gedillər  e,  o  cənazəyə  girənin  biri  də  özüdü.  Gətirillər  o  meyidi 

qəbrə qoyullar ki, rahatdıyalar ha. Uruh orda deyir, mən də girəjəm 

bıra,  görüm  bı  ölən  kimdi  dana.  Bilmir  özüdü.  O  qədər  gözdüyür, 

bını  dəfn  eliyillər.  Bınlar  yeddi  qədəm  aralanannan  soora  bu  belə 

qalxır  ki,  ə,  hara  getdiniz,  mən  qaldım.  Nətər  qalxırsa,  başı  dəyir 

üstəki  əhlət  daşına,  özün  itirir.  İtirəndə  həmən  cənabi  İsrafil  orda 

meydana gəlir. Cənabi İsrafilin orda elə bir güjdü səsi gəlir ki, yeni-

dən  uruh  uruhluğuna  qayıdır.  Qayıdanda  görür  ki,  ölən  özüymüş. 

Orda inkir-minkir peyda olur, nizam-tərəzi qurulur. Bı adam anadan 

olannan  ölənə  qədər  işi,  peşəsi  ara  vurmağ,  ev  yıxmağ,  daldada 

danışıv  böhtan  atmaxdısa,  bının  yeri  qır  qazanıdı.  Bir  adam  ki, 

anadan  olannan  ölənə  qədər  hamıya  hörmət  eliyirsə,  onun  da  yeri 

behişdi. Bütün təbii fəlakətdərin – dolu, leysan yağış, qar – bunların 

hamısının ixtiyarı cənabi Mikayıldadı. 

 

160-166. QOYUNÇULUQ HAQQINDA 



 

Qoyun  doğdu,  balasını  mayalandırannan  soora  onu  sağellar. 

İlk  ağız  südünü  sağıb  bişirəndə  ona  deyillər  bulama.  Onda  olan 

kalori  heç  kababda  da  yoxdu.  Malın  birinci  ağız  südü  kətəməzdi. 

Onu  bişirəndə  o  qədər  bərk  olur  ki,  onu  bıçaxnan  kəsirdilər.  Üç-



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə