Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə43/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   39   40   41   42   43   44   45   46   ...   119

 

135


Quzu  heyvanın  dilbilməzidi.  Onu  otarmaq  çətin  şeydi.  Quzu 

otaranın  yüyürməkdən vaxtı olmur. Quzu otarmağa çox vaxt cavan 

uşağı yolluyurdular ki, o yüngüldü, heyvanın dalınca ora-bura qaça 

biləjək.  Sağmal  heyvan  da  bir  gündə  iki  dəfə  anasını  əmər.  Sabah 

ertə  xamı  yeyər,  gələr  balanı  əmizdirər.  Gedər  bir  də  xamı  yeyər, 

gələr  bir  də  balasını  əmizdirər.  Soora  genə  gedər  xamı  yeyər.  De-

məli,  sağar  mala  gedən  gündə  üç  dəfə  qoyunu  aparar,  yedirdər, 

gərirər.  Subay  mala  gedən  isə  sabah  gedər  qoyunu  buraxar  örüşə, 

elə axşama qədər qoyun orda otduyar, bunun da canı rahat olar.   

 

166. 

Gər  qoyun  bir  gejədə  yeddi  dəfə  təklif  eliyir  ki,  gəlin  qaçaq. 

Rəngi yaxşı olmur, nə qaradan qaradı, nə ağdan ağdı, nə bönööşdən 

bənööşdü. Rənglərinə görə qoyunun cürbəcür növləri var: qaraəvrəş, 

qaratəpəl,  bənööşəvrəş,  sarı  kərə,  boz  kərə,  dümağ  kərə,  ağqarööz. 

Amma qoyunun iki növü gözəldi: bir qaraqumral, bir də boz kərə. 

Onlardan  gözəl  qoyun  yoxdu.  Qoyunun  yaraşığı  onun  quyruğun-

dadı.  Gər  qoyun  tək-tək  adamlarda  olar,  onu  qoymazdar  artsın. 

Dədəmgil deyirdi ki, heş nə bilmiyəndə denən ki,  

Qara qoyun, qaşqa qoyun,  

Mən başımı hara qoyum? 

Elə başımı saa söyküyüm yatım.  

Qara qoyunun südü həmişə şirin olur. Yaraşığı yoxdur, amma 

südü hamısınnan şirin olur. Südü həm də göy ösgürəyin dərmanıdı. 

Boz qoyunun yunu isə onnan da gözəldi.  

 

167. 

İndiki sağannar buzoyu kənarda dəmirə bağler, amma biz inə-

yin ayağına bağlerdıx. İnəyi eydirersən, çəkif buzoyu ayağına bağ-

lersan, onnan soora başdersan sağmağa. Sağdıxca da oxersan: 

İnəyim, ağ inəyim, 

Məməsi dolu yağ, inəyim. 

 

Anam-bajım ağ inək, 



Verdin mənə yağ, inək. 


 

136


Südün bol olsun, inək. 

Balan sağ olsun, inək. 

Buzoyu  ayağına  bağlıyanda  inəy  mehrin  salır  balasına,  onda 

südün  verer.  Görürsən  bəzi  inəyin  balası  yaxşı  olor.  Deyillər,  bala 

saxlıyan  inəkdi  bu.  İnək  həmişə  özündə  bir  az  süd  qısdırer,  saxler 

balasına.  İnəyi  düz  eydirif  bağlasan,  südün  verər.  Görəndə  ki,  sən 

yalannan  elersən,  onda  südün  boşdamır,  çəker.  Bütün  südün  sağa 

bilmək üçün inəyin əmcəyin bir-bir balasının ağzına salıf çıxarder-

dıx. Deyirdik, dördün də əmsin ki, dördün də südün boşdasın. Balası 

əmənnən soora onu sağerdıx.  

 

168. 

Hajalnağı  gəlladar  oluf  bu  zonada.  Deyirmiş  bir  erkəyim 

ölsün,  amma  bir  çələli  körpəm  ölməsin.  Erkək  öləjəh,  yeyiləjəh, 

amma körpə öləndə yeməli döyül da, itkidi. Bir də deyirdi ki, iki ay 

payızı, üç ay qışı burğu çəkdim ağıla,  yazda dağa köçəndə hələ bir 

burğunun  yeri  yarımçıq  qaldı.  Burğu  da  ağacdan  olurdu,  onu  ütüf 

bururdular,  məftil  əvəzinə  ağılın  qabağına  çəkirdilər.  Yəni  demək 

istiyir ki, yatağın işi qutaran döylü.  

 

169. TƏRƏKƏMƏ AC QALAR, İTİ AC QOYMAZ  

 

Tərəkəmənin  itini  vurunca,  özünü  vursan  yaxşıdı.  Tərəkəmə 



aj  qalar,  itin  aj  qoymaz.  Tutax  ki,  köç  gedirsən,  unun  qutarıf.  Atı 

çox  yükləməmək  üçün  bir  kisə  un  götürürdün  kü,  filan  yerdən 

alaram. Tərəkəmənin unu qutarsa, özü aj qalar, amma iti aj qoymaz. 

Qoyunun birin kəsif itə verməlidi.  

Mənim  beş  itim  vardı,  başqasının  on  iti  vardı.  Köş  gedəndə 

on-on beş fermanın iti bir araya gəlirdi. Kürsəyə gələn vaxdı qancıx 

açığ  olardı.  Dörd  yüz,  beş  yüz  itin  hansı  güjdüydüsə,  onnan 

cütdəşerdi.  Onnan  da  küçük  əmələ  gəlerdi.  Bu  üç  yüz  itin  içində 

hansı cəsarətlidi, hansı boylu-buxunnudu küçüyü onnan götürərdik. 

Küçüyü də gərək körpəlikdən örgədəsən.  




 

137


Küçüyü dəməydə, gəlini gərdəydə. Küçüyü dəməydə saxlıyır-

dılar.  Yeri  qazıb  üsdün  qamışderdılar,  küçük  orda  olordu.  Küçük 

bööyüncə qapıya gəlməməliydi. Çünkü qazan  var,  vedrə  var. O da 

qanmaz  şeydi. Ağzın  vuror, ağzı  şirin dader. Örgənənnən soora nə 

qədər eləsən də, onu qabdan, vedrədən uzaqlaşdıra bilməzsən. Ona 

görə küçüyü qapıdan kənarda saxlerdılar. Bir az irilənənnən soora, 

artıx o tərəfə, bu tərəfə hürməyə başdıyannan soora gələrdi qapıya. 

Ev  yiyəsi  də  bilerdi  ki,  çölə  qab-qaşıx  qoymağ  olmaz,  çünkü  orda 

qanmaz var. Qanmaz bir dəfə ağzın qab-qaşığa vurdusa, qab-qaşığa 

dadandısa, onnan  soora keçirdilər əsas  məsələyə.  Mis  və  ya  almini-

um qabı ojaxda möhkəm qızdırıf, içinə də yeməli şeyi qoyuf qoyur-

dular  küçüyün  qabağına.  Küçüh  söyünə-söyünə  gəlif  dilin  ora 

vuran  kimi  yüyürüf  həmən  dəməyə  girirdi.  O  qabda  qızıl  tök  qoy, 

bir də ona ağzın vuran deyil. Bax heylə örgədirdilər.  

Anadan  olannan  bir  gün  soora  küçüyün  qulağın  kəsərdilər. 

Kəsəndə qulağın biri uzun, biri gödək çıxer. Amma iki qulağınnan 

tutuf bir dəfə fırrıyırsan, qulaxları əlində qaler.  

İt  var  xançal  quyrux,  it  var  çənbər.  Çənbər  quyrux  itdərin 

quyruğu buruğ olor. Sanki quyruğunun uju burula-burula gəlib duror 

belində.  Çənbər  itdərin  quyruğun  kəsmerik,  amma  xançal  quyruğu 

kəserdik. Çünkü boğuşmax vaxdı o biri itdər onun quyruğun ağzına 

keçirdisə, o itin öyü  yıxıler. Çoban itdərinin qulağı sallax olordu, o 

da eşitmə qabiliyyətin məhdudlaşdırer. Ona görə itin qulağın kəser-

dilər.  Quyruğun  da  payız  girəndə,  soyuxlar  düşəndə  qırxerıx.  İtin 

quyruğu  yunnu  olanda  qışda  burnun  aparır  qoyur  quyruğun  altına, 

ora da od kimi olor, yatır orda.  

İtə  əsasən  Alabaş,  Qarabaş,  cütdüsə,  Qoşa,  Yetirən,  Götürən 

demişik.  Quyruğuna  görə  Çənbər  demişik.  İti  örgədirdik.  Yemək 

verməzdən qabax fıy çəkif iti çağırerdin. Bir neçə dəfə belə eliyən-

nən soora,  yemək vermə, fiy çal, elə biləjək  yemək verirsən, o saat 

gələjəh. Tutax ki,  it topa yatışıf, sən də nəsə görörsən. Çığırıf-eləsən 

gördüyün şey də duyux düşüf qaçajax. Yavaşca fiy çalersan, it o saat 

biler ki, nəsə var ki, sən fiy çalersan. Onda görörsən, it həmin şeyi 

tutdu. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə