135
Quzu heyvanın dilbilməzidi. Onu otarmaq çətin şeydi. Quzu
otaranın yüyürməkdən vaxtı olmur. Quzu otarmağa çox vaxt cavan
uşağı yolluyurdular ki, o yüngüldü, heyvanın dalınca ora-bura qaça
biləjək. Sağmal heyvan da bir gündə iki dəfə anasını əmər. Sabah
ertə xamı yeyər, gələr balanı əmizdirər. Gedər bir də xamı yeyər,
gələr bir də balasını əmizdirər. Soora genə gedər xamı yeyər. De-
məli, sağar mala gedən gündə üç dəfə qoyunu aparar, yedirdər,
gərirər. Subay mala gedən isə sabah gedər qoyunu buraxar örüşə,
elə axşama qədər qoyun orda otduyar, bunun da canı rahat olar.
166.
Gər qoyun bir gejədə yeddi dəfə təklif eliyir ki, gəlin qaçaq.
Rəngi yaxşı olmur, nə qaradan qaradı, nə ağdan ağdı, nə bönööşdən
bənööşdü. Rənglərinə görə qoyunun cürbəcür növləri var: qaraəvrəş,
qaratəpəl, bənööşəvrəş, sarı kərə, boz kərə, dümağ kərə, ağqarööz.
Amma qoyunun iki növü gözəldi: bir qaraqumral, bir də boz kərə.
Onlardan gözəl qoyun yoxdu. Qoyunun yaraşığı onun quyruğun-
dadı. Gər qoyun tək-tək adamlarda olar, onu qoymazdar artsın.
Dədəmgil deyirdi ki, heş nə bilmiyəndə denən ki,
Qara qoyun, qaşqa qoyun,
Mən başımı hara qoyum?
Elə başımı saa söyküyüm yatım.
Qara qoyunun südü həmişə şirin olur. Yaraşığı yoxdur, amma
südü hamısınnan şirin olur. Südü həm də göy ösgürəyin dərmanıdı.
Boz qoyunun yunu isə onnan da gözəldi.
167.
İndiki sağannar buzoyu kənarda dəmirə bağler, amma biz inə-
yin ayağına bağlerdıx. İnəyi eydirersən, çəkif buzoyu ayağına bağ-
lersan, onnan soora başdersan sağmağa. Sağdıxca da oxersan:
İnəyim, ağ inəyim,
Məməsi dolu yağ, inəyim.
Anam-bajım ağ inək,
Verdin mənə yağ, inək.
136
Südün bol olsun, inək.
Balan sağ olsun, inək.
Buzoyu ayağına bağlıyanda inəy mehrin salır balasına, onda
südün verer. Görürsən bəzi inəyin balası yaxşı olor. Deyillər, bala
saxlıyan inəkdi bu. İnək həmişə özündə bir az süd qısdırer, saxler
balasına. İnəyi düz eydirif bağlasan, südün verər. Görəndə ki, sən
yalannan elersən, onda südün boşdamır, çəker. Bütün südün sağa
bilmək üçün inəyin əmcəyin bir-bir balasının ağzına salıf çıxarder-
dıx. Deyirdik, dördün də əmsin ki, dördün də südün boşdasın. Balası
əmənnən soora onu sağerdıx.
168.
Hajalnağı gəlladar oluf bu zonada. Deyirmiş bir erkəyim
ölsün, amma bir çələli körpəm ölməsin. Erkək öləjəh, yeyiləjəh,
amma körpə öləndə yeməli döyül da, itkidi. Bir də deyirdi ki, iki ay
payızı, üç ay qışı burğu çəkdim ağıla, yazda dağa köçəndə hələ bir
burğunun yeri yarımçıq qaldı. Burğu da ağacdan olurdu, onu ütüf
bururdular, məftil əvəzinə ağılın qabağına çəkirdilər. Yəni demək
istiyir ki, yatağın işi qutaran döylü.
169. TƏRƏKƏMƏ AC QALAR, İTİ AC QOYMAZ
Tərəkəmənin itini vurunca, özünü vursan yaxşıdı. Tərəkəmə
aj qalar, itin aj qoymaz. Tutax ki, köç gedirsən, unun qutarıf. Atı
çox yükləməmək üçün bir kisə un götürürdün kü, filan yerdən
alaram. Tərəkəmənin unu qutarsa, özü aj qalar, amma iti aj qoymaz.
Qoyunun birin kəsif itə verməlidi.
Mənim beş itim vardı, başqasının on iti vardı. Köş gedəndə
on-on beş fermanın iti bir araya gəlirdi. Kürsəyə gələn vaxdı qancıx
açığ olardı. Dörd yüz, beş yüz itin hansı güjdüydüsə, onnan
cütdəşerdi. Onnan da küçük əmələ gəlerdi. Bu üç yüz itin içində
hansı cəsarətlidi, hansı boylu-buxunnudu küçüyü onnan götürərdik.
Küçüyü də gərək körpəlikdən örgədəsən.
137
Küçüyü dəməydə, gəlini gərdəydə. Küçüyü dəməydə saxlıyır-
dılar. Yeri qazıb üsdün qamışderdılar, küçük orda olordu. Küçük
bööyüncə qapıya gəlməməliydi. Çünkü qazan var, vedrə var. O da
qanmaz şeydi. Ağzın vuror, ağzı şirin dader. Örgənənnən soora nə
qədər eləsən də, onu qabdan, vedrədən uzaqlaşdıra bilməzsən. Ona
görə küçüyü qapıdan kənarda saxlerdılar. Bir az irilənənnən soora,
artıx o tərəfə, bu tərəfə hürməyə başdıyannan soora gələrdi qapıya.
Ev yiyəsi də bilerdi ki, çölə qab-qaşıx qoymağ olmaz, çünkü orda
qanmaz var. Qanmaz bir dəfə ağzın qab-qaşığa vurdusa, qab-qaşığa
dadandısa, onnan soora keçirdilər əsas məsələyə. Mis və ya almini-
um qabı ojaxda möhkəm qızdırıf, içinə də yeməli şeyi qoyuf qoyur-
dular küçüyün qabağına. Küçüh söyünə-söyünə gəlif dilin ora
vuran kimi yüyürüf həmən dəməyə girirdi. O qabda qızıl tök qoy,
bir də ona ağzın vuran deyil. Bax heylə örgədirdilər.
Anadan olannan bir gün soora küçüyün qulağın kəsərdilər.
Kəsəndə qulağın biri uzun, biri gödək çıxer. Amma iki qulağınnan
tutuf bir dəfə fırrıyırsan, qulaxları əlində qaler.
İt var xançal quyrux, it var çənbər. Çənbər quyrux itdərin
quyruğu buruğ olor. Sanki quyruğunun uju burula-burula gəlib duror
belində. Çənbər itdərin quyruğun kəsmerik, amma xançal quyruğu
kəserdik. Çünkü boğuşmax vaxdı o biri itdər onun quyruğun ağzına
keçirdisə, o itin öyü yıxıler. Çoban itdərinin qulağı sallax olordu, o
da eşitmə qabiliyyətin məhdudlaşdırer. Ona görə itin qulağın kəser-
dilər. Quyruğun da payız girəndə, soyuxlar düşəndə qırxerıx. İtin
quyruğu yunnu olanda qışda burnun aparır qoyur quyruğun altına,
ora da od kimi olor, yatır orda.
İtə əsasən Alabaş, Qarabaş, cütdüsə, Qoşa, Yetirən, Götürən
demişik. Quyruğuna görə Çənbər demişik. İti örgədirdik. Yemək
verməzdən qabax fıy çəkif iti çağırerdin. Bir neçə dəfə belə eliyən-
nən soora, yemək vermə, fiy çal, elə biləjək yemək verirsən, o saat
gələjəh. Tutax ki, it topa yatışıf, sən də nəsə görörsən. Çığırıf-eləsən
gördüyün şey də duyux düşüf qaçajax. Yavaşca fiy çalersan, it o saat
biler ki, nəsə var ki, sən fiy çalersan. Onda görörsən, it həmin şeyi
tutdu.
Dostları ilə paylaş: |