132
dörd günnən soora sağellar, onda olur bulama. Tərəkəməni sağlam
saxlayan bulamaynan kətəməz oluf. Ağız südü malako kimi qatı
olur. Ağız boşluğunnan bağırsağa qədər içərdə nə qədər bakteriya
varsa, onun hamısını qırır. Heyvan doğannan soora balasını yalıyır.
Onu elə-belə kefinnən yalamır. Onda onun balalığı bərpa olur.
Heyvan balasını iynən tanıyır. Qoyunun gözünü bağla, burax beş
yüz quzunun içinə, iynən öz balasını tapajax. On beş gün quzunu
balasınnan ayır, qoyun iyi unutsun. On beş günnən soora quzunu
burax altına, ömründə onu götürməz.
Dağda qoyuna duz verirdik. Məsələn, beş yüz qoyuna hər
səhər gərək 15-20 kiloqram duz vereydin, yeyərdi. Bir də görürdün
quzu duz yalıyanda için vurdu. Ağciyər yapışerdi qabırğasına.
Quzu yeriyəndə qabax qolun dik aparerdi. İnciderdi, sıxerdi deyə
qabax ayaqlarını qatlaya bilmirdi, düz aterdi. Onda ağsakqallarımız
deyirdi ki, həmən quzunu dan üzü basın suya. Aran yerində helə bir
şey baş verəndə quzunu tuturdular, ağzınnan üfürürdülər. Quzunun
qarnı şişerdi, qəfil buraxerdilər. Deyirdim, dədə, niyə helə eliyir-
sən? Deyirdi, ağ ciyəri qabırğaya yapışıb, onu qopardıram. Duz
vuror, ya soyuğ olor, ya isti olor, ağ ciyər qabırğaya yapışer.
Quzunu torpağda yatışdırmağ olmaz. Onun altına kətyan
döşüyürsən. Elastik bitkidi. Quzunun ağırlığına dözör, məsamələri
var. Quzunun sidiyi həmin məsamələrdən enib gedir, üstü qupquru
qalır. Torpağın üstündə yatsa, sabax baxarsan ki, quzunun üsdü
zığdı, torpağdı. Onnan saa quzu olmaz. Körpə uşağı necə saxlıyırlar,
quzunu da helə saxlamalısan ki, içi qorxmuya. İçi qorxsa, o quzu-
nun gələcəyi yoxdur.
Bir metr yarım dərinnikdə dəlmə qazersan, divini qamışnan
hörörsən. Altına da samannan, kətyannan döşörsən, ağzına da bala-
ca qapaq qayırersan. Beş gün, on gün, ta quzu özünə gəlincə onu
orda saxlıyırsan. Günüz ağzını açıq qoyorsan, axşam örtörsən. Ara-
da gəlib baxersan, əgər istidisə, ağzını bir az açırsan ki, temperatur
normal olsun. Əlini evdə salasan cibinə, çıxasan çöldə bir az hərrə-
nəsən, gedəsən quzunun olduğu yerin qapısına. Əlini cibinnən çıxar-
dıf salasan quzunun yaşadığı yerə. Əlinə orda soyuğ oldu, demək
133
quzunun yeri soyuxdu. Yox, əlinə isti gəldisə, demək yeri istidi. İsti
olanda da görörsən gözü-başı zığlandı. İsti və ya soyux vuran qu-
zunu kəsəndə görürsən ağciyərin nəzik qanatdarı qapqaradı, yanıf.
Dağda qoyun gərmə bağlamer. Qaradolaxlı Hajı Məmməd-
hüseyn olub. Deyib ki, əlajım olsoydu gərməni dəvəyə yüklüyüb
dağa aparardım ki, düzəm qoyunun altına. Gərmə lap zığ da olsa,
qoyun yatannan soora o qızer, heyvanın altını isti saxleer.
161.
Quzunun qoçduğuynan qoyunnuğu bilinəndə içinnən seçirsən
damazlıq üçün. Yerdə qalan erkəklər damazdığa ləyax döyül.
Satılanda onları satardıx, sovet hökumətinin vaxtında ətdiyə verər-
dik. Buların heç birinə ehtiyac yoxdusa, onu burardılar. Damazdıx
qoçun gərək boyu uzun ola, çiyni qəlbi ola, quyruğu çox sallağ
olmuya. Ona qarqonmaz deyillər. Qar yağıb quyruğun üstə düşəndə
orda qalmazdı, sürüşüb düşərdi. Quyruğu çox böyük olanda – aran
var, dağ var, – quyruğunu götürüb apara bilmer. Qoçun gərək çiyni
qəlbi ola, arxası alçaq ola, beli uzun ola. Axtalayanda yarıb xayasını
çıxarırdılar, amma buranda sinirləri kəsilir. İki gün burulu qalır,
soora açırsan. O daha qoşduğ eliyə bilməz.
Qoyunun yaşa görə adları: quzu, toğlu, şişək, öyəc, qaradiş,
azman, dızman. Qoyunun yaşın soruşanda deyirik neçə tükdü?
Deyir, toğludu və ya şişəkdi. Onda bilirik ki, şişəkdisə ikinci yaşıdı,
öyəcdisə üçüncü yaşıdı, azmandısa dörtdü, dızmandısa beşdi. Qoş da
yaşlaşdıxca toxum sıxlığı seyrəkləşir. Quzunun toxumu dızmannan
daha keyfiyyətlidi. Toğludan əmələ gələn quzunu dızmannan ala
bilməzsən. Bir də özünnən törüyəni özünə qatdıxca, cırraşer. Gərək
mən öz qoçumun törəməsinnən başqasına verəm, onunkun da alam.
Qoyun qoçdan çıxannan soora onun qoçların qaytarıb öz qoçlarımı
alırdım.
162.
Qoyunun üsdə dişi olmor, bircə altdadı, qabax dişləri olor.
Ona quzu dişi deyillər, eyni ölçüdə olor. Bir yaşı tamam olanda
134
ortadakı iki diş laxlıyıf düşör, altınnan iki yekə diş çıxer. Deyillər,
bax gör yaşı nə qədərdi? Deyir, indi kürək vuruf. İkinci ili tamam
olanda böyürdən də ikisin çıxarder. Üçüncü il tamam olanda dəyişir
hər tərəfdə bir-iki quzu dişi qaler. Qoyun yeddi qarın, səkgiz qarın
doğanda deyillər, bax gör bunu saxlıyax, yoxsa çıxdaş eliyək?
Ağzına baxıf deyir, hələ quzu dişdəri duror. Quzu dişdəri düşənnən
soora o qojaya hesabdı, çıxdaş edilir.
163.
Köş vaxdı harda düşərgə salardılarsa, axşam da heyvanı
saneeb arxaca yığerdılar. Yəni heyvanı buroya qədər düz gətmişik-
mi? Səhər tezdən köç başdıyanda qoyun arxaşdan çıxanda bir də onu
saneerlər. Yəni üş günnən soora sanıyanda bilmərik bu üş düşərgənin
hansında itirdik. Axşamdan da maslahatlaşardılar, nööbəynən
qoyuna keşik çəkərdilər. Məsələn, beş adamdısa, gejəni beş yerə
bölürdülər, nööbəynən keşik çəkərdilər.
164.
Köhnə kişilər bizə sual verərdilər ki, qoyun yatanda ilk yerə
hansı hissəsi dəyir? Qoyun yatanda yerə birinci nəfəsi dəyir. Yeri
iyliyir, soora yatır. Soruşurdular ki, qoyunun arpa boyda sümüyü
hansı hissəsindədi? Arpa boyda sümük qoyunun quyruğunun ucun-
dadı. – Qoyun neçə baş otduyur? Qoyun iki baş otduyur. Kərə,
kürə. Kərə qulaqlı qoyuna deyillər, kürə qulağı olmuyan qoyuna.
Bəzən üç baş da deyillər. Üçüncüyə də buynuzu olanı aid edirdilər.
Amma babam deyirdi ki, iki baş otduyur. Bizə sual verirdilər ki,
qoyunu otdan keçirəllər, otu qoyunnan keçirəllər? Biz deyirdik ki,
otu qoyunnan keçirəllər da. Deyirdilər yox, qoyunu gərək otdan
keçirəsən.
165.
Sağar-sığar sağmal üçün,
Göycə qarın quzu üçün,
G.. bəsdiyər subay üçün.
Dostları ilə paylaş: |