138
İt canavarı sürüdən çıxartdısa, mütləq qoyunun quyruğun
verməlisən ona, yoxsa itin ürəyi partdar. Sən bir canavar vurdonsa,
o ərazidə nə qədər ferma varsa, hərəsi sənə bir qoyun vererdi.
170. ATIN YALMURAZI HAQQI
At da müqəddəsdi bizdə. Mənim atam iyirmi üç ildi dünyasın
dəyişif, onun atı bu saat duror. Kişi ölənnən soora nə qədər pul
təklif elədilər ki, atı sat bizə. Dedim bu at öləndə onu ağa büküf
basdırajam. Bu at satdıx döyül. Çobannar bir-birinə and içəndə
deyərdilər ki, atın yalmurazı hakqı. O ən güjdü and hesab olunur.
Kim ki, atın yalmurazına and içer, bilersən ikinci söhbət ola bilməz.
At, silah, arvad, papax... Biz tərəkəmədə bu dörd şeyə dəymə, min
belimə səni gəzdirim.
171-172. DƏVƏ HAQQINDA
Dəvə insan üstündə geder. Hesab-kitabda nəfər kimi qeydə
alınır. Şüuru insana çox yaxındı. Dəvə dalaşanda yüz metirrikdən
şöngöör, bir-birinin gözünə baxer. O yüz metri bəlkə iki saata gəlif
yaxınnaşır bir-birinə. Yaxınnaşanda çiyinnəşillər, bir-birinin güjün
yoxluyullar. Sinəsinin altında zindan var. Zindannan o birinin
boynunun ardınnan vururdu, dünyanın huri-qılmannarı mələşə-
mələşə gələ, xeyri yoxdu. Məğlub olan da vilayəti tərk eləməlidi.
Dəvə həm də kinni heyvandı. Boz ayda dəvə qızer. Qırx gün
ağzınnan köpük tökülör, dilinə də heş zad vurmor. Otu qoyurdux
qabağına, götürüf tullordu, ağzınnan köpük daşlanırdı. Quyruğunu
da ipnən gətirif bağlıyırdıq küənə
24
. Dəvənin sidiyi ağzı geri çıxır
axı. Deməli o qızdıxca kişner, sidiydən boşdoor, quyruxnan vuror.
Quyrux isdaner, yanbızın arasın yara eleer. Onun ujunnan quyruğun
küənə bağlıyellar. On bir ayın birində o erkək dəvəni hardasa vur-
dun, döydün, o qırx gündə əlinə düşmüyəsən. Əlinə düşdün, Allah
24
Küən – hürgüc
139
eləməsin, ağzıynan götürür döşüyür küənə, onu məhv eləməlidi. Bu
il vur, qırx ildən soora qızanda o səni tanımalıdı, o hayıfı çıxmalıdı.
Qisasın qiyamata qoyan heyvan döyül.
Dəvənin yaşın soruşanda tük deyillər. Məsələn, deyillər bu
dəvə neçə tükdü? Dörd yaşı varsa, deyir dörd tükdü, beş yaşı varsa,
beş tükdü. Dəvənin balasına köşək deyillər, bir tük olanda daylaq.
Üçüncü ili dişi mayaya tərəf gedir, erkək buğura tərəf. İriləndi daha
buğurdu. Nər ən qüvvəlisidi. Buğur beş yüz kilo götürürsə, nər
götürür yeddi yüz, səkgiz yüz kilo. Mayaynan balxıdan törüyən
arvana olur. Maya buğurnan görüşməlidi. Amma balxıynan görü-
şəndə onnan arvana törüyər. Nər dizin atdı yerə, qorxma. Dağda çətin
yer olanda dəvə görürdü ki, ayağı sürüşər, burdan gedə bilməz. Dizin
aterdi yerə. Da onu vurmaq olmaz. Adamnan danışırsanmış kimi
onu həvəsləndirməlisən: “Ə, kişisən, qeyrətin olsun, camaat ayan-
nan baxer”. Heylə onu ruhlandırersan, görördün oranı dizin-dizin
keçib gederdi.
Özü də ziyansız heyvandı. Bir keçinin təsərrüfata vurduğu zi-
yanı o vurmur. Yediyi qanqaldı, yulğun, yağtikan, iydə yarpağıdı.
Tikanlı bitki yediyinnən tikan dilinə batır. Su içəndə ağzı göynüyür.
Yayda o qədər su tələb eləmer, amma qışda çox su içer. Bir dəfəyə
250 litr su götürə biler. Mədəsində də on altı litr su tutumu var.
Səhraynan gedəndə karvanın suyu qutaranda dəvəni kəsib həmin
suyu götüröllərmiş. Təmiz, işməli sudu.
172.
Yeddi-səkgiz dəvəmiz vardı bizim. Hamısının başında zınqı-
rovu, qotazı, kəlləlikləri vardı. Arxa-arxaya bağlanırdı, bir kadının
atın da böyrünə bağlıyırdılar, köş gedirdi. Dəvə insan üstədi. Əllin-
ci ildə bizim daylaq doğdu, balasın da almadı. Dədəm gəldi babama
dedi ki, dəvə balasın almer, köşək çır-çır çığırer. Dedi, get, Muxtar
kişini çağır, gəlsin. Muxtar kişi gəldi, qarın üstə bir dairə çəkdi,
Quranı qoydu oraya. Dəvənin də gətdi başın qoydu, köşəyi də gətdi.
Dedi, ay dəvə, bu Quran haqqı, bu Quran haqqı, bu sənin öz balandı.
Onnan soora balasın götdü əmizdirməyə.
140
Vaxtilə meyidi dəvəynən aparellardı qəbirstannığa. Onda
dəvənin qulağına pıçellardı ki, yükün duzdu, birdən elə bilərsən
ayrı şeydi. Bir az sanbalnan qalx.
Dəvə otdadığı kol-kosdu. Bir az suyu çətin içir. O vaxdı
babama dedim ki, dəvə suyu niyə belə içer? Dedi, dəvə pastayannı
kol yeyir, tikan batır damağına, yerinə su dolanda ağrıyır. Sanbal-
nan, süzə-süzə içer. Özü də dəvə qarnında zapas su saxlıyır. Su
olmuyanda onu qaytarer ağzına.
173. SİCİMİN HAZIRLANMASI
Örkən enli olurdu, dörd barmaq enində. Qoyunun yununnan
hazırlanırdı. Dəvəni, öküzü, atı yüklüyəndə, palanı çəkəndə onun
qarnının altını kəsməsin deyə enli olurdu. Sijim iki cürdür. Biri var
qoyun tükünnən olan sijim, biri də var qıl sijim. Qıl sijim o vaxdı
mod idi, çox möhkəm olurdu. Keçini qırxırdılar, keçinin yununu
qatırdılar qoyunun yununa, qatmaca eliyib onnan saplar kəsirdilər.
Bir də var çatı. O da yunnan toxunmadı. Onnan da malı, atı bağlamaq
üçün istifadə olunurdu. Sijim 10-12 metr olurdu. Çatı üç metr, dörd
metr olurdu, sijimdən də bir az nazik olurdu. Sijim daha etibarlı idi.
Doğanax nədi? Səməni ağacınnan hazırlanan doğanax daha
möhkəm olurdu. Tərəkəmə onu kəsib götürürdü. Onun boğazına si-
jimi bağlıyırdılar, yoğun qatmaynan da tikirdi. Sijimi yükün üstün-
dən atıb dəvənin altınnan keçirdəndə, nə qədər uzun olsa da, gəlib o
doğanaxdan keçməlidi. Doğanağa girənnən soora da qətiyyən ordan
çıxmazdı. Ona görə belə bir məsəl var: örkən nə qədər uzun olsa,
gəlib doğanaxdan keçər.
174-176. ALAÇIĞIN HAZIRLANMASI
Alaçıqlar fındıq çubuğundan, ulac çubuğundan olurdu. Abdal-
Gülablıdan yuxarıda meşələr olurdu, ordan həmin ağacları qırırdıq.
Onlar düz olurdu. Onu gətirib əyləmə verirdik. Yəni sancıb yerə,
başlarını əyib bağlıyırdıx. Həllaclar qoyun yununnan keçə salırdı.
Dostları ilə paylaş: |