Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə39/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   35   36   37   38   39   40   41   42   ...   119

 

123


olardı.  Onun  da  ayrı  dəftəri  olardı.  Kimlər  nəmər  verirdisə,  onun 

qeydiyyatın aparırdı.  

Padşah  oynamaq  üçün  birinci  qadınnara  yer  verərdi.  Kimsə 

gəlif  deyirdi  ki,  mən  qadınnarnan  oynamaq  istiyirəm.  Padşah  onu 

nəzərə  alırdı  və  onun  sifarişini  qabağa  salırdı.  İndi  mahnı  çalınır, 

tamada  deyir  kim  istiyir  oynasın,  amma  əvvəllər  heylə  döyüldü. 

Sifarişi  kim  veribsə,  o  oynaya  bilərdi.  Oraya  ayrı  adamın  girməyə 

ixtiyarı  yoxuydu. Əgər sifarişi mən  vermişəmsə, mən kimisə dəvət 

eliyirəmsə,  o  gələ  bilər.  Əgər  mənnən  icazəsiz  mənim  çaldığım 

mahnıya  kimsə  qoşulub  oynamaq  istiyirdisə,  o  mənim  xətrimə  də-

yərdi.  O  adam  oyunu  saxladardı,  padşaha  narazılığın  bildirərdi  ki, 

mən oynuyuramsa, filankəs kimdi? Padşah mahnını saxladardı, fər-

raşa tapşırardı ki, həmin adamı cəzalandırsın.  

Məclisdə  şuxlux  yaratmaq  üçün  padşah  deyə  bilərdi  ki,  get 

filankəsi  çağır  gəlsin.  Filankəs  də  sayılan,  pullu  adamdı.  Padşah 

deyirdi,  o  ferma  müdiridi,  kalxozun  qoyunun  yeyif.  Onu  çək  belə 

görüm. Çəkirdilər bir  qırağa. Fərraş da  bunu çubuxluya-çubuxluya 

padşahın  hüzuruna  aparırdı.  Qalxmaq  istəmiyəndə  sotulun  üsdünə 

bir-ikisin vurardı, bunu qaldırardı ayağa. Padşahın hüzuruna aparan-

da arxadan yalannan bir-ikisin də vurardı ki, guya döyə-döyə aparır.  

Birinci  sifariş  üçün  pul  alınmırdı.  Bir  dəfə  oynamaq  sənin 

haqqındı.  İkincini  oynuyanda  padşah  deyir,  ə  fərraş,  oyunu  saxla. 

Saxladır. – “Nədir?” – “Bəs sən cinayət eləmisən, artıq oynuyursan, 

gətir  cərməni  ver”.  Cərməni  ödəyənnən  soora  oynuyurdu.  Bu  da 

məclisdə qayda-qanun yaratmaqdan ötəridi. Oynamaq istiyən çoxdu, 

ona  görə  də  onu  nizama  salmaq  üçün  bir  dəfədən  artıq  oynuyana 

cərmə tətbiq eliyirdilər.  

Səhər ondan-on birdən başdıyan toy axşam saat on ikiyə qədər 

davam  eliyirdi.  Toya  gələn  adam  aj  qayıda  bilməzdi.  Lap  axşam 

onda,  on  birdə  gəlsin,  onun  üçün  yemək  saxlanılırdı.  Keçib  yemək 

mağarında yeməyini yeyib soora aşıq mağarına gələrdi.  

Fərraşı padşah da seçə bilərdi, öy yiyəsi də. Padşah baxırdı ki, 

kənddə  kim  fərraşlığı  bacara  bilər.  Yaxud  toy  yiyəsi  seçirdi  ki, 

mənim  toyumda  sən  fərraşlıq  elə.  Əsasən  padşah  seçirdi.  Toyun 




 

124


dağılmasına,  toyda  səs-küyün,  söz-söhbətin  olmasına  görə  padşah 

məsuliyyət  daşıyırdı.  Fərraşın  əlindəki  çubuq  nar  ağacınnan,  gər-

məşov ağacınnan hazırranırdı. 

Toy  başdamamışdan  qabaq  taxtadan  şax  düzəldirdilər.  Yastı 

taxtanın  ortasınnan  düz  bir  ağacı  vurardılar,  dörd-beş  də  yana  qol-

ları  olardı.  Onun  qanatdarınnan  da  alma,  armud,  şirniyyat  asılırdı. 

Şaxı öy  yiyəsi  bəziyərdi. Şax da padşahın stolunun üstündə olardı. 

Toyda  şax  dağıdan  kənddə  adnan  deyilirdi  ki,  filankəs  toyda  şax 

dağıtdı. Şax dağıdan  ya kəndin sayılıb-seçilən adamı olurdu,  ya da 

imkannı  adam  olurdu.  Toyda  şuxlux  yaratmaq,  ev  yiyəsinə  xoş 

gəlmək  üçün  şaxın  pulun  verib  onu  camaata  dağıdırdı.  Ödənilən 

cərmə  də  toy  yiyəsinə  çatırdı.  Toyda  bir  az  şuxlux  yaratmaq  üçün 

görürdün  həmin  adam  şaxı  götürmək  istiyəndə  padşah  da  bir 

tərəfinnən tuturdu, bu da bir tərəfinnən. Bir az mübahisə eliyirdilər, 

guya padşah şaxı  vermək istəmir. Axırda padşah əlin çəkirdi, o da 

şaxı  götürüb  əlində  şax  bir  az  oynuyurdu.  Oynuyannan  soora  ya 

onu  dağıdırdı,  ya  da  oynuya-oynuya  camaata  uzadardı,  hərə  ordan 

bir  şey  götürərdi.  Sporraşanda  padşah  deyirdi,  bunun  cərməsi  çox 

ağırdı. Tutaq ki, əlli manatdı, qoy bura, götür. Oynuyub qutarannan 

sonra  padşah  çağırırdı  ki,  fərraş,  filankəsi  çağır  bura.  Padşahın 

qabağınnan  şax  dağıdıb  o.  Fərraş  da  onu  şallaxlıya-şallaxlıya  gəti-

rirdi. Deyirdilər, sən padşahın qabağınnan şax götürmüsən, cərməsi 

bu qədərdi. Cərməsin ödüyürdü, bir havaya da oynuyurdu gedirdi.  

Bəy  tərifinə  qədər  bəy  görükməzdi.  Sağdişi,  soldişi  ilə 

qonşuda oturardı. Bəy tərifi üçün də əvvəlcədən məşəl hazırlanardı. 

Keçəni  əvvəlcədən  qoyurdular  neftin  içərisinə.  Neft  hopurdu  onun 

canına. Soora onu uzun bir ağacın başına doluyub simnən bağlıyar-

dılar. O vaxdı da küçədə işıq olmazdı. Bəy tərifi başdıyanda məşəl 

yandırardılar,  aşıqlar  da  vağzalı  havasıynan  çıxardı  çölə.  Məşəli 

bəyin  ən  yaxın  adamı  aparardı.  Bəyin  dostları  da  bəyin  gizləndiyi 

yerdə olardılar. Məşəlin işığında aşıqlar çala-çala gedərdi. Bəy evdən 

çıxanda  tapanca-güllə  ata-ata  gətirərdilər  mağara.  Aşıqlar  qabaxda, 

arxada bəyin özü, yanında sağdişi, soldişi, onnan da arxada qohum-

əqraba  gəlirdilər  mağara.  Mağara  girənnən  soora  bəy  tərifi  başlı-




 

125


yardı. Bəyin tərifi də gecə olardı: on iki, birə işdəmiş. O vaxta  yad 

adam  qalmazdı,  ancaq  qohum-əqraba  olardı.  Bəy  tərifi  olanda  bəy 

stolda oturardı,  yanında sağdişi, soldişi. Xanəndə bir-bir ata-ananı, 

qohum-ərabanı  çağırırdı,  onnar  bəyin  xələtin  verərdilər.  Axırda  da 

bir  marşnan  qutarardı.  Bəy  gedərdi  bəy  otağına.  Bəy  otağında  da 

hazırlanmış bir stol olardı. Bəyin sağdişi, soldişi olardı. Orda yeyər-

dilər, içərdilər. Yengə bəyin sağdişinə, soldişinə xələt verərdi. Həmin 

stolu  təşkil  eliyən  də  yengə  olurdu.  Bəy  stolunun  nə  qədər  xərci 

varsa,  yengə  çəkirdi.  Üçgünnükdən  sonra  yengə  gedəndə  ev  yiyəsi 

ona yüz manat, yüz əlli manat verib yola salardı. 

Toylar  əvvəllər  üç  günnük,  yeddi  günnük  olardı.  Mən  özüm 

iki günnük toylar görmüşəm. Birinci gün kəndin öz adamları dəvət 

olunurdu,  ikinci  gün  başqa  kəntdən  olanlar,  qıraqdan  olanlar, 

qohum-əqraba dəvət olunurdu.  

Bizdə toyda düyü  yeməyi verilməz. Düyü  yasda verilər. Əsa-

sən bozbaş, dolma  verilərdi. Son dövrlər kabab  dəbə düşüb, amma 

yetmişinci  ildən  əvvəl  kabab  verilmirdi.  Meyvə,  su,  salat  olardı. 

İmkannı adamlar mal ətinin soyutmasını da  verərdi. İki günlük toy 

axırıncı dəfə bizim kənddə 70-ci illərdə keçirilib.  

Toydan bir gün qabax toyda bişirilmək üçün heyvan kəsilərdi. 

O  vaxdı  hazır  mağarlar  yoxuydu.  Dəmirləri  gətirib  qurraşdırırdın. 

İçinin  əşyaları  –  çadırı,  stolu-stulu  qapılardan  (qonşulardan  –  top.) 

yığılardı.  Toy  qutarannan  soora  da  daşıyıb  qaytarardılar.  Mağarın 

qurulmasında,  heyvanın  kəsilməsində,  ətin  doğranmasında  iştirak 

edən  adamlara  kəsilən  heyvanın  ətinnən  və  ya  ciyərinnən  yemək 

bişirilirdi.  Stol  açılırdı mağarın içində,  sabah  stolun üstünə qoyula-

caq  nemətlərnən  stol  bəzədilirdi.  Ciyər  bişirilirdi,  amma  “ciyər 

axşamı”  ifadəsi  bizdə  yoxdu.  “Toy  axşamı”  deyərdilər.  Cavannar 

gecə  səhərə  qədər  damino  oynayardı,  nərd  oynayardı.  O  da  bilirsən 

nəyə görə? Ət mağarda saxlanırdı, onu itdən-pişikdən qorumaq məq-

sədilə  cavannar  halay  qurub  oyun  oynuyurdular  ki,  ətə  it-pişik 

dəyməsin. 

Əvvəllər  gəlini  atnan  gətirərdilər.  60-70-ci  illər arası  yaylaxda 

olanda  atnan  gətirilən  gəlini  görmüşəm.  Gəlin  atının  belinə  qırmızı 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə