Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə38/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   34   35   36   37   38   39   40   41   ...   119

 

120


149. 

Milstroyun  körpüsündə  stalova  işdədirdim.  Bir  gün  gördüm 

bir  jiquli  dayandı,  sənin  kimi  bir  cavan,  bir  də  yaşdı  kişi  maşının 

qabağında  oturuf.  Oğlan  soruşdu  ki,  bu  tükanın  sahibi  kimdir? 

Dedim, mənəm. Dedi, səni dayım çağırer. Getdim ki, bir qoja kişidi, 

oturuf  maşının qabağ tərəfində. – “Salamməlöyküm”. – “Əlöyküm-

salam”.  Dedi,  bala,  adın  nədi?  Dedim,  Salman.  Dedi,  atanın  adı 

Bayramdı? Dedim, hə. – “Babanın adı Baxışdı?” Dedim, hə. Dedi, 

Baxışın  atasının  adı  nə  olub?  Dedim,  Salman.  Belə  deyəndə  kişi 

ağladı.  Maşınnan  düşdü,  məni  qucaxladı.  Dedi,  mənim  bir  nəvəm 

var, adı Yahyadı, on iki də yaşı var. Mənim atamın adı da Yahyadı. – 

Hardasa bu  yüz  yetmiş,  iki  yüz  ilin  hesabıdı. – O  vaxt  atam Yahya 

Salman kişinin qujağına qoyuluf. İndi də nəvəmin adı Yahyadı. Sal-

man  kişinin  törəməsindən  Salman  addı  adamı  gəzerəm  ki,  kirvəliyi 

təzəliyək. Burdan beş-altı maşınnan təmtəraxnan getdik. Yüz yetmiş

iki yüz il bunnan qabax olan kirvəlik genə təzələndi.  

Kirvə uşağı qujağında tutur. Dəllək uşağı kəsənnən sora uşağın 

atasıynan  kirvə  barmaxlarını  çərtib  qannarını  qarışdırellar.  Sünnət 

olanın üçüncü günü gederdin uşağa dəyməyə. Uşağa, atasına, anasına, 

qardaşdarına kastyum alerdin. Öy  yiyəsi də apardığın  çamadanı qay-

tarmır. Saxlıyır ki, nə vaxtsa əvəzini qaytarmalıdı. Soora gördülər biri 

imkannıdı,  gonlunnan  nə  keçsə  alıb  gətirir,  kasıb  isə  bunun  qabağını 

qaytara bilmir. Heylə oldu, xələt aparmağı ağsakqallar yığışdırdı.  

Tutax ki, Əhliyar vurub mənim uşağımı öldürüf. Deyillər, na-

ğarax,  neyniyək?  Deyillər,  Emin  onun  kirvəsidi.  Gedin  Eminə 

deyin,  Emin  getsin.  Emin  gəlir  ki,  Salman,  eşitdim  belə  iş  oluf. 

Allahın  işidi,  bir  xatadı  Əhliyarın  əlinnən  çıxıb.  Salman  da  onun 

sözün çöyürməz. Qardaşnan qardaşın arasında bir inciklik düşürsə, 

kirvəni  göndərellər  ki,  onları  barışdır.  Məsələn,  mənim  dəyərli  bir 

atım və ya dəvəm var. Sən isdiyirsənsə, deyirəm, o ölsə qapımda ölə-

jək, onu verə bilmərəm. Sabah kirvəm gəlif deyir ki, onu ver Vəliyə. 

Onun sözün çöyürə bilmerəm. Deyirəm baş üsdə. Kirvə haqqı bizdə 

ən  güclü  and  hesab  olunur.  Kim  ki  kirvə  haqqına  and  içir,  onun 

sözün çöyürmək olmaz.  




 

121


150. 

Qohumdan  kirvə  olmaz,  yad  adam  olsa,  daha  yaxşı.  Amma 

indi  buna  əməl  olunmur,  qohumdan  da  kirvə  tuturlar.  Bizim  özü-

müzün  qonşu  kənddən,  Tərtərdən  kirvələrimiz  olub,  bu  saat  da 

münasibətimiz var, bir-birimizin öyünə gedirik.  

Eləsi  olur  özü  gəlib  deyir  mən  istiyirəm  ki,  sənin  uşağının 

kirvəsi  olum.  Eləsi  də  olur  ki,  mən  gedif  ona  deyirəm.  Kirvəliyi 

istədiyin,  sənə  yaxın  adama  təklif  eliyirsən.  Kirvəliyə  getmək 

məsələsi var. Bayram qabağı kirvənin evinə bayramlaşmağa gedər-

dik.  Tərtərdəki  kirvəmiz  atamnan  66-cı  ildə  tələbə  yoldaşı  oluf. 

Orda  bir-birinnən  sözləşiblər,  atama  deyib  ki,  mənim  iki  uşağım 

var, onun kirvəsi sənsən. Hələ uşaq kəsilməmişdən biz ora nə qədər 

gediş-gəliş  elədik,  balalı  camış  apardıq.  Soora  uşaq  kəsildi,  aşıqlı 

sünnət oldu. Onda böyük bajımın cehizin olar gətirdilər.  

 

151. 

Qabaxlar  kirvəni  yeddi  biyana  yad  adamdan  tuturdux.  Onu 

yaxın qohumdan, qardaşdan da çox istiyərdik. Eləsi vardı, mən isti-

yirdim  ki,  sən  oğlumun  kirvəsi  olasan.  Eləsi  də  vardı,  gəlirdi  ki, 

sənin oğlun oluf, mən onun kirvəsiyəm. Söz verdinsə, qutardı. Sən 

o  sözü  poza  bilməzdin.  Ayrı  yerdən  on  nəfər  də  gələ,  onları  geri 

qaytarmalıydıx. Deyərdik ki,  filankəsə  söz  vermişik. Onu öz  yaxın 

balamızdan da çox  istiyirdik. Uşaq kəsilənnən soora uşağın  atasıy-

nan  onu  tutan  şəxs  –  hər  ikisi  əllərin  tuturdular  suyun  altına,  su 

töküf  yuyurdular.  Uşax  kəsilən  gün  bir  xonça  bağlanılır.  Diz  üstü 

deyəllər, dizin üstünə  sərmək üçün parça aparardılar, bir də böyük 

kalağayı aparardılar. Kalağayını atardılar kirvənin boynuna, parçanı 

da  uşağın  üzünə  tutardılar  ki,  uşaq  qorxmasın.  Soora  o  kirvənin 

boynunnan  yaylığı  götürüb  dəlləyə  verərdik,  amma  kirvə  istoldan 

durmazdı.  O  uşağın  nə  qədər  qohumu  var  hamısı  o  kirvəyə  xələt 

verərdi,  soora  onu  istoldan  qaldırardı.  Soora  kirvə  dururdu,  uşağın 

atasıynan əlini yuyurdu, otururdu, danışıb gülürdülər. Kirvə üçgün-

nüydə  uşağa  paltar-zad  gətirirdi.  Biz  özümüz  uşaqların  kirvələrinə 

balalı inək apardıx, qoç apardıx. Evin bütün üzvlərinə paltar aldıx, 



 

122


bir çamadanı doldurdux. Uşaq kəsiləndə kirvə xonça gətirərdi. İçində 

yaylıx, dəsmal, mer-meyvə, şirniyyat olardı. Dəsmalı kirvənin dizinin 

üstünə atardıx ki, uşağın qanı düşəndə kirvənin paltarı bulanmasın. 

Uşağı  yerə  qoyandan  soora  xonçadakı  şirniyyatdan  uşağa  verilərdi, 

yanına gələn həmin şirniyyatdan götürüf yeyərdi.  

Əvvəllər  kirvədən  qız  almazdıx,  qız  verməzdik.  Amma  indi 

alıb-verillər.  Bizə  yaxın  qonşunun  uşağı  olmadı.  Kişinin  birinci 

arvaddan uşağı vardı, amma ikincidən olmadı. Qızın atası bu oğlanın 

uşaq  vaxtı  kirvəsi  oluf.  Kirvə  gedif  onun  qızını  almışdı.  Anam 

deyirdi ki, o bilmirdi kirvəsinin qızını alanın uşağı olmaz. İndi buna 

əməl etmirlər.  

Rəhmətlik  dədəm  Aydını  kirvə  tutmuşdu.  Dədəmə  dedim, 

bekara adamdı, uşağı onun qucağına qoyma. Dedi, ağ balıq kababı 

yeyəndə Aydın əhd eliyif ki, oğlun olsun, kirvəsi mən olum. Bəlkə 

allah  oğulu  onun  kısmatına  maa  verif,  mən  əhdimi  pozmuyajam. 

Uşağı onun qucağına qoydu.  



 

152-157. TOY ADƏTLƏRİ 

 

Toyu idarə eliyən adama padşah deyillər. Padşah seçilə bilən 

adamlar kənddə tək-tək olurdu. Padşah o adam olmalı idi ki, uşaqlı-

böyüklü  hamı  onu  saysın,  sözü  keçərli  olsun,  narazılığın,  dava-

dalaşın qarşısını ala bilsin. Adamların toyda iştirakını təmin eləsin, 

heç  kim  toydan  narazı  getməsin.  Əvvəllər  bizdə  toy  iki  mağarda 

keçirilirdi.  Bir  aşıq  mağarı,  bir  də  yemək  mağarı.  Aşıq  mağarı  ilə 

yemək  mağarı  bir  yerdə  olmazdı.  Dəvət  elədiyin  adamlar  gələrdi 

çörəyin  yeyərdi,  soora  gələrdi  aşıq  mağarına.  Padşahın  qarşısında 

dəftəri  olardı:  oynamaq  istiyən,  söz  demək  istiyənnərin  siyahısın 

tutardı.  Mən  oynamaq  istiyirəmsə,  söz  demək  istiyirəmsə,  gedif 

adımı  yazdırırdım  ki,  mən  söz  demək  istiyirəm.  Padşah  da  onu 

ardıcıllıqla qeydə alardı. Aşıqlar başda oturardı, onnarın da yanında 

padşah  üçün  xüsusi  stol  hazırranırdı.  Padşahın  stolu  həm  də  bəzə-

nirdi. Ora meyvə, şirniyyat qoyulardı. Padşahın böyründə bir kassırı 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə