Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə34/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   30   31   32   33   34   35   36   37   ...   119

 

107


ETNOQRAFİK MДTNLДR 

 

 



138-143. NOVRUZ ADƏTLƏRİ 

 

Əvvəllər axır çərşənbədə torba salladıqdan sonra hər kəs payın 

yığıb gəlib oturardı evində. Amma indi cavannar səhərə qədər oyaq 

qalırlar.  Bəzən  görürsən  əlli  nəfər,  yüz  nəfər  topaynan  kəndin  bu 

başından o başına gedir. O vaxdı kənddə nə qədər adam varsa, hamı-

sının  qapısına  torba  sallayırdılar.  Eləsi  olurdu  görürdün  bir  meşox 

qoz-fındıq  yığıb.  Axırda  bir  yerdə  oturub  yığılan  payı  yeyirdilər. 

Səhərə qədər təkər yandırırlar, onun arxasına yığışıb söhbət eliyirlər. 

Həmin  gün  hər  kəsin  qapısında  ocax  qalanardı.  Belə  bir  məsəl  var 

ki,  bir  çərşənbə  evində  olmuyan,  yeddi  il  həmin  bayramda  evində 

olmur.  

Bir  qapıdan  yeddi  evə  pay  çıxmalıydı.  Bayramdan  bir  həftə 

qabax  uşaqlar  bayram  üçün  yumurta  ehtiyatı  yığırdılar.  Bayrama 

bir  həftə  qalmış  evdə  işlənən,  işlənməyən  nə  mitil  varsa  çıxarılıb 

çöldə çırpılmalıdı, ya yuyulmalıdı. Ev-eşik təmizlənir, təmir olunan 

hissələr  təmir  olunur.  Axır  çərşənbədə  qan  tökülməməlidi.  Yəni 

heyvan, toyuq kəsilməməlidi. Ona görə bizdə axır çərşənbədə ətdən 

istifadə  olunmuyub,  həmişə  süddü  aş  bişirilib.  Səməni  göyərdər-

dilər. Bayramdan sonra səmənini atardılar, amma elə  yerə atardılar 

ki, ayaqaltı olmasın.  

Martın 21, 22, 23 – üç gün hər kəsin qapısı açıq olardı. Həmin 

günü  nə  qədər  qohum-əqraba  varsa  hamısının  qapısına  gedilir, 

onlarnan bayramlaşırdılar. Elə olub ki, bir evdə  yetmiş adam olub. 

Qapılara gedəndə çox vaxt heç xəbər də vermirlər. Ona görə də hər 

kəs öz hazırlığını görürdü ki, bu gün onun qapısını aça bilərlər. Hər 

evdə ən azı altı-yeddi kilo düyüdən aş dəmlənir, ona uyğun ət, qara 

hazırlanırdı.  Elə  olur  ki,  həmin  aş  elə  bayram  günlərində  yeyilib 

qutarır.  Artıq  qalarsa,  ondan  qonum-qonşuya  da  pay  verilir.  Ayın 

iyirmi  birindən  iyirmi  üçünə  qədər  hansı  qapını  açsanız  görəcək-

siniz ki, orda aş dəmlənib,  yanında da hər şeyi.  Kasıbınnan tutmuş 




 

108


varlısına qədər hamı bu adəti gözlüyür. Ev yiyəsi özü də dəvət eliyə 

bilər  ki,  durun  gəlin  bizə.  Bir  gündə  elə  olurdu  iki-üç  qapıya 

gedirdilər.  Hansı  evdə  yas  düşübsə,  yığılıb  birinci  bayramı  orda 

keçirillər  ki,  həmin  qapıda  da  aş  qazanı  asılsın.  Bu  bayram  elə  bir 

şeydi  ki,  onu  keçirməmək  olmaz.  Məsələn,  mənim  əmim  rəhmətə 

gedif, mütləq o evdə qazan asdırılajax. Hamı toplaşıf ən birinci orda 

yeyəjək, onnan  soora  hamı dağılışajax. Keçmişdə  qadağaya  baxma-

yaraq, bizim kənddə bu bayram keçirilirdi. Amma onda iyirmi ikisi, 

iyirmi  üçü  keçirilirdi.  İndi  iyirmisi,  iyirmi  biri  keçirilir.  Əmim 

həmişə  deyirdi  ki,  biz  dədə-babadan  iyirmi  ikisi-iyirmi  üçü  eləmi-

şik bayramı, mən həmişə iyirmi ikisi günü aş dəmlədəjəm. 

Beş  çərşənbə  keçirərdik.  Biri  yalançı  çərşənbədi.  Yalançı 

çərşənbə  fevralın  20-nə  qədər  qutarmalıdı.  Onnan  soora  gerçəkçi 

çərşənbələr  gəlirdi.  Yalançı  çərşənbədə  ojax  qalayan  da  olurdu, 

qalamayan  da  olurdu.  Birinci  su  çərşənbəsidi.  Suyun  donu  açılır. 

İkinci od çərşənbəsidi. Üçüncü yel, dördüncü torpaq

21

 çərşənbəsidi. 



Mərc gəlib yumurta döyüşürdülər. Məsələn, qozdan, fındıqdan mərc 

gəlib  yumurta  döyüşdürürdülər.  Uduzan  mərcləşdikləri  qədər  o 

birinə qoz və ya fındıq verərdi.  

İlaxır  çərşənbədə  dərin  boşqabnan  bir  qonşuya  pay  göndə-

rilirdi.  Boşqabın  içində  qovrulmuş  buğda,  qoz-fındıq,  prennik, 

peçenye  –  yeddi  nemət  olmalıydı.  Onnan  bir  kasa  yığıb  üstünə 

kanfet-peçenye qoyub qonşuya pay  verilirdi.  Təkcə biz özümüz on 

dörd qapıya o cür pay veririk. Əmimgil hardasa on səkgiz qapıya o 

cür  pay  verir.  Qabı  verdikdə  də  bir-birinin  bayramını  təbrik  eliyir-

lər.  Hamı  da  aparıb  bir-birinin  evində  payı  verirdi,  onun  bayramın 

təbrik eliyirdi. Mən sənə pay vermişəmsə, sən də mənə pay vermə-

lisən.  Bayram  payı  vermək  üçün  də  xüsusi  ayın-oyun  alınır.  Sənə 

gətirilmiş bayram payını başqasına verə bilməzsən. Onu qoymalısan 

qırağa,  öz  aldığın  sovqatdan  pay  verməlisən.  Aş  bayramında  da 

hamı  bir-birinə  qonaq  gedir.  Bayram  günündə  qohum-qardaş  bir-

birinnən  küsülüdürsə,  ağsakqal  gəlif  onları  barışdırıb  orda  bayram 

                                                

21

 Tatalılar kəndində torpaq çərşənbəyə həm də puçur çərşənbə deyirlər.  




 

109


keçirməlidi. Lap aralarında qannıçılıx olsa belə, mütləq orda barış-

malıydılar.  Bizim  qonşular  vardı,  qardaş-bajı  küsülüydü.  Bayram 

günü  mənim  atam  getdi  oları  barışdırdı.  Qonum-qonşu  yığıldı,  ən 

birinci bayram aşını olar bişirdi, hamı da oturdu orda, qızın qardaşı 

da gəldi, yedilər-içdilər, soora dağıldılar. Bunu aş bayramında keçi-

rərdilər.  

Səhər  tezdən  qızlar  su  üstünə  gedirdilər.  Mənim  bajım  çilə 

suyu götürmüşdü, iki il o su qaldı, amma xarab olmadı. Onu hərdən-

hərdən  gülün  dibinə  tökürdük.  Nənəm  çilə  suyu  götürmək  üçün 

səhər tezdən gedirdi, biz onda hələ yuxuda olurdux. Onda da yerdən 

döşəyi sərib orda yatırdıx. Nənəm tezdənnən bizi həmin suynan qal-

dırırdı.  Həmin  sudan  bizim  başımıza,  üstümüzə,  yorğanımıza  çili-

yirdi, yerimizdən dik qalxırdıx. Belə bir məsəl var, üzünə çilə suyu 

çilənsin.  Qonşuda  Boyaz  addı  bir  qarı  vardı.  Həmən  günü,  indi 

bilmirəm  nə  əhd  eləmişdisə,  şərbət  düzəldirdi.  Çağırırdı  cavannarı 

ki,  gəlin  şərbət  için.  Suyun  qırağında  çilə  suyunnan  şərbət  düzəl-

dirdi, özü də orda dururdu. Bir-bir gəldikcə töküb verirdi, içirdik.  

 

139. 

Kimin  tüfəyi  varsa,  ilaxır  çərşənbə  axşamı  çiləli  qalmasın 

deyə, bir güllə atardı. Tüfəy çiləli qalanda onda ovu vura bilmersən. 

Çiləli qalan  tüfəyi ekiz doğan arvadın qılçının  arasınnan keçirillər, 

onda onun çiləsi götürülör. 

 

140. 

İlaxır  çərşənbəyə  qoz-fındıx  bayramı  deyərdik.  Həmin  gejə 

evi  süpürməzdər.  Sufraya  nə  tökülübsə,  orda  da  qalmalıdı.  Evi 

süpürməzdər ki, xeyir-bərəkət qaçar.  

İlaxır  çərşənbəni  keçirillər,  üzünə  açılan  sabah  dan  üzü  qız-

gəlin suya geder. Bizdə belə məsəl var: iti qurtdan seçməz. Sənnən 

yüz  metr  o  yandakı  bilmersən  itdi,  yoxsa  canavardı.  O  vaxdı  qız-

gəlin  vedrəynən  arxa,  bulağa  gedirdi.  Əl-üzün  yuyuf,  su  dolduruf 

gətirirdilər qapıya, öyün küncünə həmin sudan səperdilər.  



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə