Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə30/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   26   27   28   29   30   31   32   33   ...   119

 

95

Şatır  Mahmuddan  ayrılır  rzauşağı,  yüzbaşılı,  məmmədağa-



lılar,  mollalı,  qaralı.  Axırıncı  gələnlər  bayramlıynan  fətəli  tayfası-

dır.  Bayramın  atası  Əhməd  oluf.  Bayram  dörd  qardaş  oluf.  Biri 

gəlif Qumlaxda qalıf, biri Sirikdə qalıf, biri Qaracallı Süleymannıya 

düşüf.  Birin  bilmirəm  harda  qalıfdı.  Abbasdan  İsaq,  Eylaz,  Rəşid 

törüyüf,  Əhməddən  Misirxan,  Bəkir,  Eyvazdan  da  Əhməd,  Mə-

həmməd törüyüf. Qumlaxda Fərrux addı biri vardı, həmin nəsildən 

idi.  Kor  Qulu  tayfası  Beyləqanın  Şahsevən,  fətallı  isə  Cəbrayılın 

Muğannı kəndindən gəlmədir.  

 

124.  

Şatır


18

 Mahmud əslən Türkiyənin Diyarbəkrindən Soltan Mu-

raddar sülaləsindəndir. Sülalələr arasında münaqişə başlayıb, Soltan 

Muraddar sülaləsi dağılıb. Gəlif İranın Xoy şəhərinə. Xoy  şəhərin-

dən  gəlif  bu  tərəfə  çalıb-çapmağa.  Nərgiz  arvaddan  soruşuf  ki,  ev 

yiyəsi hanı? Deyif: 

– Ev yiyəsi heyvandadı, düşün gəlin.  

Düşüllər.  Arvad  bulara  deyir  ki,  əlim  xəmirridi,  bir  heyvan 

gətirin  kəsin.  Bular  da  deyir,  biz  çalıb-çapmağa  gəlmişik,  heyvan 

nədi? Deyilənə görə, arvad əlin xəmirdən ayırır. Gedir bir dananı özü 

tutur gətirir, yıxır, bağlıyır. Deyir: 

– İndi kişisiniz, biriniz kəsin.  

Kişi gəlir evə: 

– Arvad, deyəsən qonağımız var. 

Deyir:  

– Hə.  


– Bəs nə kəsdin bulara?  

Deyir ki, filan qısırəmən dananı. Deyir:  

–  Ay  köpəkqızı,  qonax  gəlif,  niyə  demirsən  bir  tüngü  düyə 

kəsək, bir cöngə kəsək?  

Nəysə, yeyif oturullar. Duranda, yola rəvan olanda deyir:  

– Bizdən soruşmadınız niyə gəlmişdiniz? 

                                                

18

 Şatır həm çörəkçi, həm də kisəçi mənasında işlədilir. 




 

96

Deyir:  



– Ay bala, Allah qonağısınız, yol adamısınız da.  

Deyir:  


–  Yox,  biz  gəlmişdik  sizi  dolq  eliyək

19

,  çalıb-çapaq,  aparaq. 



Baxdıx ki, belədi, heş nə eləmirik, gedirik. 

Arvad  buna  bir  heybə  azuqə  verir.  Deyir,  bu  nədi?  Deyir  ki, 

yol azuqəsidi. Ola bilər ajmışa rast gələrsən, ya özün ajarsan, gərəyin 

olar.  Nərgiz  Mahmuda  deyir  ki,  sən  oldun  mənim  axirət  dünya 

qardaşım. Mahmud deyir: 

– İcazə versəniz köçüf gələrdim bura? 

Mahmud  ayləli  oluf.  Arvadı  rəhmətə  gedif,  Xoyda  iki  oğlu 

varmış. Oğlunun birinin iki qızı varmış, biri sonsuzumuş. Deyir: 

– Get, gəl. Nəyin var, nəyin yox, nə gətirəssən?  

Deyir: 


– Hər şeyim var, bir sijim yoxdu.  

Deyir, arvad buna sijim verir. Sijimi götürür gəlir. Nə ağırrığı 

var  götürür  gəlir.  Gəlir  Nərgizin  qızı  Zöhrəni  alır.  Nərgizin  qızı 

Zöhrədən  beş  oğlu  olur.  Xoya  qayıdanda  görür  ordakı  oğlunun  iki 

övladı çiçək xəstəliyinnən rəhmətə gedif. Ordakı oğlannarı haqqında 

məlumatım  yoxdu.  Gəlir  burda  Zöhrəynən  evlənir,  beş  oğlu  olur. 

Oğlannarının  birinin  adı  İbrahimdi.  İbrahimdən  mollalı  və  məm-

mədağalı  tayfaları  törüyür.  Birinin  adı  Soltan  Murad  oluf.  Soltan 

Muraddan  törüyüf  qarauşağı,  hajıuşağı.  Biri  Osmandı.  Osmandan 

törüyüf  irzauşağı,  yüzbaşı. Biri sonsuz oluf. Beşincinin adını dəqiq 

bilmirəm,  onnan  törüyənnərə  mahmuduşağı  deyillər.  Beş  qardaş  ara-

sında  ədavət  düşüf,  mahmuduşağı,  deyilənə  görə,  təklənif,  qayıdıf 

yenidən Türkiyəyə. Türkiyənin İzmir şəhərində Papaxlar kəndi var, 

hal-hazırda  həmin  nəsil  orda  yaşıyır.  Sirikdəki  yerin,  bulaqların 

adın orda da yaşadıllar.  

Mənim  oğluma  qədər  doqquz  nəsil  eliyir:  Şatır  Mahmud, 

İbrahim,  Məmmədağa,  Əbdüləzim,  Həsən,  Zülfüqar,  Məhəmməd, 

Baqı, Məhəmmədəli. 

                                                

19

 Dolq eləmək – çalıb-çapmaq 




 

97

125. 

İrannılar  Arazdan  addıyıf  gəlif  mal-qaranı  yığıf  aparıllarmış. 

Bir də gələndə Əhməddilər Sirik qaçaqlarına xəbər göndərir ki, bizi 

soydular,  köməyə  gəlin.  Qaçaqlar  gəlir,  irannılar  nə  aparıllarsa, 

hamısın yolda saldırıllar. Gəyən torpağın da ona görə veriflər Siriyə. 

Oranın  adamı  deyif  ki,  torpağı  siriylilərə  verək,  bəlkə  onlar  gələr 

bizə kömək eliyə. 



 

126. KOLANI 

 

Hacı  Qərvənd  kəndinin  əhalisi  vaxtiynən  Dağlıq  Qarabağın 



ərazisində Ajıdərədə məskunlaşmışdı. Ajıdərə və İmarat-Gərdavant 

kəndlərinin  əhalisi  eyni  adamlardı.  Elə  bil  qardaşın  biri  orda  yaşı-

yıb,  biri  burda.  1918-ci  ildə  erməni-müsəlman  müharibəsi  başdı-

yanda camaat ordan qaçdı, gəldi Bəyimsarov kəndinə. Sovet höku-

məti  gələnnən  soora  ermənilər  götdü  ərizə  verdilər  ki,  azərbay-

cannılar  bizi  evimizdən-yurdumuzdan  çıxardıb,  qalmışıq  düzlərdə. 

Azərbaycannıları  ordan  çıxartdılar,  dedilər  gəzin,  harda  xoşunuz 

gəlsə,  orda  məskunlaşın.  Bura  (indiki  kəndin  ərazisi  –  top.)  eşitdi-

yimə  görə  Kərim  bəyin  mülküdü.  Burda  yaşayış  olmuyub  o  vaxtı. 

İrannan  gəlib  bəyin  əkin-biçinin  edənlər  olub.  Camaat  gəlib  burda 

məskunlaşıb.  İmarat-Gərdavantdan  gələn  adamların  bir  hissəsi  qa-

yıtdı  getdi.  90-cı  ildə  bir  də  qaçıb  gəldilər.  Bizim  dildə  imarat  düz 

yerə deyilir. Ora da düz yer olduğuna görə İmarat-Gərdavant deyilib. 

Otuzuncu ildə bizə “Yüz öylü Gərdavat” deyirdilər.  

 

127. QAYNAQ 

 

Bu  zonada  qaynama  sular  çoxdu.  Tez-tez  yeraltı  sular  qay-



nıyıf üzə çıxır. 71-ci ildə su qaynıyıf, 79-a qədər o su gedif. Soora 

89-90-cı  illərdə  bir  də  qaynadı,  95-ci  ilə  qədər  çəkdi.  Həmin  su 

dığırallar  yerinə  qədər  gedif  çıxmışdı.  Qaynama  sularına  görə 

kəndə Qaynaq adı verilif.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə