Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə29/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   25   26   27   28   29   30   31   32   ...   119

 

92

120. İMAMVERDİLƏR 

 

İmamverdilər  kəndi  dörd  tirədən  ibarətdir:  babalı,  maşat 



əhmədli,  kalbay  ismayıllı,  şamarrı  (Tatallardan  gəlif).  Əsas  tirələr 

maşat əhməd, biri də babalıdır. Kalbay ismayıllı tirəsi isə sonradan 

Qaralılar kəndindən gəlib.  

Maşat  Əhməd  Qubadlı  rayonunun  Əlqulu  kəndindən  gəlib. 

Dədəsi  İmamverdi  oluf,  varlı  adam  olufdu.  Babalıların  ulu  babası 

Məmməd  isə  İrəvan  xanlığından  olub.  Onun  oğlu  Baba  Qaryagin 

qəzasına gəlir. Burda Maşat Əhmədin qızını alır. İmamverdinin tay-

fası böyük olufdu. Qohum olannan soora onlarla qaynayıb qarışıb. 

Qərbənd  kəndindən  bəri  Becan  yatağı  İmamverdilər  cama-

atının qışlaq yeri olub, yaylaqları isə Kəlbəcərdə Murad təpəsi, Arpa 

çayının sol sahili olub. İmamverdilər kəndinin indiki ərazisi Garıs-

dar Sarı xanın  torpağı olub.  Mənim əmim Qara Hüseyn bu  torpağı 

Sarı xandan qızıl pula alıbdı. Onunla dostluğu olub, onun hesabına 

bu  torpağı  alıbdı.  1890  hektar  yer  olubdu.  Bir  tərəfi  Boz  təpə,  bir 

tərəfi dəmiryol, bir ucu Boşçallar, bir tərəfi də Qara təpə, Saray təpə. 

Qarabağ  kanalı  çəkiləndə  93  hektar  torpağımız  kanalın  o  üzündə 

qaldı.  İndiki  Bulutdu  kəndinin  bir  hissəsi  də  bizim  torpağımızda 

yerləşib. 

 

121. BİNNƏTLİ 

 

Ulu  babamızın  adı  Hajı  Molla  Binnətdi.  Binnətdən  olufdu 



Məmmədalı,  Qaraca.  Molla  Binnət  İranda  təhsil  alıf.  Bizim  əsil 

yerimiz Füzuli tərəfdə Qızılqayada olufdu. Bizim ulu babamız Hajı 

Molla Binnətin adına bağ bu saat da orda durur. Orda Veysəlliynən 

aramızda qanlıçılıq oluf. Olar bizə oğurruğa gəlif. Bizdən bir nəfər 

güllə  atıf,  olardan  bir  nəfəri  öldürüf.  Deyiflər,  İmamalı,  güllə  atan 

səniydin?  Deyir,  hə.  Deyir,  o  adama  dəydi.  Veysəllilər  neçə  gün 

soraqlıyırlar, üstünə götürən olmuyuf. Sakitdik  olur,  el gedir dağa. 

Binə düşəndə Veysəllidən gəliflər bizə,  soruşuf  örgəniflər  İmamalı 

kimdi, kimin oğludu. İmamalı da Molla Binnətin ya qardaşı oğludu, 



 

93

ya öz oğludu. Çobanlardan soruşuflar ki, İmamalı hardadı? Çoban-



lar  deyif  ki,  binədə  bizim  üçün  çörək  hazırlayır.  Gəlif  bunu  tutuf 

xançalnan diri-diri doğruyuflar. Cəsədin kola atıb yandırıflar. Çoban-

lar görüllər ki, yalo qalxdı. Qaçıf gəliflər ki, heç kim yoxdu, amma 

sür-sümük var. Bunu topalıyıf dəfn eliyiflər. Aradan bir-iki il keçir, 

sakitdik  yaranır.  Bir  gün  bulardan  bizə  iki  adam  gəlir.  Soruşuflar 

haralısız,  deyillər  Veysəlli.  Bulara  deyiflər  ki,  siz  biznən  qannısız, 

niyə bizim elin içinə gəlifsiz? Bizim camaat oların ikisin tutuf xan-

çalnan doğruyuf. Bu qannıçılıq üzünnən öz  yerimizdən,  yurdumuz-

dan çıxıf gəlmişik Ağcabədi zonasına. Neçə il Hindarx, Hüsülü tərəf-

lərdə olmuşuq. Camaatın güzaranı  yaxşı olmuyuf, ordan çıxıf Kür-

qırağına  gəliflər.  1936-cı  ildə  Qəmbər  dayım  kalxoz  sədri  oluf, 

soora  da  İmişlidə  torpaq  şöbəsinin  müdiri  olub.  O  camaatı  gətirif 

yerrəşdirdi indiki ərazidə. 1938-ci ildə burda binələşdik. 

Söyləyicinin  şəcərəsi:  Qaraca,  Molla  Binnət,  Məmmədalı, 

Əsgər, Bəndalı (atası). 

 

122. XALAC 

 

Xalac səkgiz tirə oluf: tağılar, fərzalılar, hüsöyünnər, qojalar, 



bərəslər, gödəklər, əhmədli, aşqallar. Bərəst höjət deməkdi. Dünya-

malı mənim dədəmin babasıdı. Dünyamalının dörd oğlu oluf: Tağı, 

Kalbay Xəlil, Hajı Kərim, Kalbay Mehdi. Kalbay Xəlil qolu mənəm. 

Hajı  Kərim  qolu  Bəylikdi.  Xonaşendə  Hajı  Kərimin  kəhrizi  oluf. 

Altmışıncı illərə qədər dururdu.  

1928-ci  ildə  mənim  dədəm,  əmilərim  –  beş  qardaş  yığışıf 

kalxoz quruflar. Beş öy  yüz əlli qoyun qoyuf kalxoza, əlli baş mal 

qoyuf,  əlli  dənə  at  qoyuf  kalxoza.  Kalxozun  bünövrəsi  o  beş  öy 

oluf. Beş öy olduğuna görə “Beş kalxoz” deyiflər. Otuzuncu ildə on 

beş  ev  oluflar.  Kalxozun  adını  qoyuflar  “Oktyabrın  on  iki  illiyi” 

adına  kalxoz.  Burda  kalxoz  qurulanda  kənddən  bəzi  tirələr  köçüf 

başqa  yerə getdilər. Orda da kalxoz qurulanda  yenidən öz camaatı-

mızın içinə qayıtdılar.  



 

94

Sifdə  yurdumuz  Arazın  qırağında  Dahar  deyilən  yerdə  oluf. 



İyirmi beşinci ildə camaat köçüf indiki kəndin  yerinə gəlif. Kəndin 

indiki  ərazisinə  55-56-cı  ildən  soora  gəlmişik.  Onu  da  Əlbala  kişi 

köçürtdü, özü də düz elədi. Çünki əhali artajaxdı, o torpax bir belə 

camaatı  yeditmiyəjəhdi.  Bura  da  dövlət  torpağıydı.  Torpağı  ələ 

keçirtmək  üçün  kəndi  saldı  bura,  torpaxları  da  keçirtdi  kalxozun 

hesabına. Vergisin verdi, istifadə elədi.  

Burda  çörək  çox  oluf.  Araznan  Kürün  qırağında  bu  kəndin 

çörəyin yemiyən adam yoxdu. Yaxşı ağsakqalları vardı, camaatı iş-

lətdi,  çörəyi  bol  oldu.  Bulutdu,  Alqullar,  Muğannı  –  hamısı  çörəyə 

görə bura yığılıflar.  

Qarabirçək,  Gəlin  qayası,  Qızıl  təpə,  Dəvəgözü,  Sarı  yer  – 

bular Xalac camaatının yaylaq yeri oluf. Oturduğumuz yerə Sarı su 

deyirik,  Kalbay  Behbudun  yataq  yeri  oluf.  Belədə  bərəslər  yeri 

oluf. Soltanbudun böyründə  tağılar  yeri oluf. Dağdan gələndə hərə 

gəlif öz yerində alaçığın quruf qoyunun saxlardı.  

 

123-125. SİRİK 

 

Siriyə  ilk  gələn  Pirən  kişi  oluf.  İranın  Xoy  şəhərindən  gəlif. 



Var-varidatı  çoxuymuş.  Gəlif  Qaraçıya  düşüf.  Mehdilidən  Nərgiz 

adında bir arvad gətirir. Bu arvadın həm varı-dövləti çoxuydu, həm 

də göyçəkmiş. İranın padşahı əmr  verir ki, o kişinin arvadın gərək 

gətirəsiniz  bura.  İrandan  bir  dəstə  gəlir,  dəstənin  də  başçısı  olur 

Şatır  Mahmud.  Arvad  görür  ki,  buların  məqsədi  ayrıdır.  Deyir, 

oturun,  mən  sizə  çörək  salım,  bir  heyvan  da  kəsim  yeyin,  onnan 

soora  məni  götürün  gedin.  Arvad  bulara  bir  heyvan  kəsdirir,  iran-

nıların  hamısına  çörək  verir,  yedirdir  içirdir.  İçirdənnən  soora 

buların başçısına deyir ki, sən mənim qardaşımsan. Gəlsənə sən qal 

mənim  yanımda,  bu  dövləti  sənnən  yarı  bölək.  Bu  da  razılaşır. 

Buları göndərir. Nərgiz arvad bu oğlanı gətirir nejə bir qardaş kimi 

dövləti bölüb  yarısını verir buna. Özünə də deyir ki, səni də evlən-

dirəjeyih,  burda  qal,  ərimə  kömək  elə.  Elə  onnan  da  yavaş-yavaş 

tayfa artır. Sooradan gələnnər də buların başına yığışır.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə