Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə31/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   27   28   29   30   31   32   33   34   ...   119

 

98

Kənddəki  tirələr:  məşədi  süleymannar,  məmmədalı,  əbdül-



əzim  yeri,  Qasım  bəyin  mülkü,  arasbarlar,  dığırallar.  Sonradan 

həmşərlilər  gəliflər,  Laçının  Ayıbazarlı,  Şuşanın  Zarıslı  kəndinnən 

gələnlər  var.  Arasbarlar  bizim  nəsildi,  Ağcabədinin  Arasbar  kən-

dinnən  gəlmədirlər.  Orda  o  vaxtı  tayfa  davası  oluf,  oranın  bəyi  bu 

zonadan  yer  alıf  onnarı  köçürüf  bura.  Təxminən  beş  ev  oluflar: 

Arasbardan gələn Əli oluf, Səfinin dədəsi Şükür oluf, Hüseyn oluf 

– bular Arasbardan gəliflər.  

30-cu  illərdə  Qaynaqda  36  ev  oluf.  Məşədi  Süleyman  varrı 

kişi oluf, Seyid Mahmud ağa Göyçay zonasında uzun müddət qazı 

işdiyif.  Altı-yeddi  kişi  pul  qoyuflar,  kənddəki  meçidi  tikiflər. 

Məşədi  Əliş  oluf,  Xankəndi  zonasına  alverə  gedirmiş,  ustanı  da 

ordan gətirif. Ustanın da bir gözü kormuş. Lağ eliyiflər ki, bir gözü 

kor  ustanı  bura  niyə  gətirmisən?  Deyir  ki,  bunun  layihəsi  yaxşı 

layihədir.  Meçitdə  mildən  istifadə  olunmayıf,  tağ  şəklində  tikilif. 

Bizim kənddə kərpişxana deyilən  yer  var. 80-ci illərə qədər oranın 

ojax yerləri dururdu. Məscidin kərpici orda bişirilif.  

 

128. İSMAYILBƏYLİ 

 

Sarvan kəndi arxın qırağında balaca kənd idi. Kənddə iki tayfa 



vardı: biri sarvannar idi, biri şəhrilər. Sarvannar altı ev idi: üç qar-

daş bir atadan, üç qardaş da bir atadan törəmişdi. İrvaham, Heydər, 

Əliş  –  bular  bir  atadan  oluf.  İsa,  Camal,  Zaman  da  bir  atadan  bir 

anadan oluf. Oların əsilləri Sarvan oluf. Şəhri qarı olur. Mənim ata-

mın  ana  babasının  qoja  nənəsi  oluf.  Özü  Sarvannar  kəndinnən  olsa 

da,  həmin  nəslə  qarışacağı  olmuyuf.  Onun  üç  oğlu  oluf:  Məmməd-

həsən,  Rustam,  Mahmud.  Mahmud  Şahmar  müəllimgilin  dəstəsidi, 

Məmmədhəsən  bizim  dəstədi,  Rustam  da  Bahadurgilin  dəstəsidi. 

Şəhrinin  bünövrəsi  hardan  düşüf  onu  bilmirəm.  Amma  Sarvanın 

bünövrəsi  bilirəm  ki,  Şəkidən  oluf.  Otuz  birinci  ildə  kalxoz  quru-

landa  Sarvan  kəndi  ayrıca  bir  kalxoz  oldu.  41-ci  ilin  aprel-may 

ayında camaatı zornan köçürdülər İsmayılbəyli kəndinə. Bu ətrafda 




 

99

heylə  xırda  kəndlər  çoxuydu.  Daşağlını,  İsgəndərbəylini,  sarvan-



narı, Kərimin qışlağını bura (İsmayılbəyli kəndi – top.) köçürdülər.  

Kalxozduxdan  qabax  Xannar  bəy  oluf,  Yedditəpə  Sarıcalıda 

evi oluf. Sarvan kəndinin ixtiyarı onda oluf. Su məsələsinə o baxıf. 

Xannar  bəy  icaza  verməsə,  heç  kəs  o  suya  yaxın  gedə  bilməzdi. 

Atam danışırdı ki, o vaxtı taxılı xırmanda vəlnən döyürdülər. Taxılı 

döymək üçün də gərək suluyeydılar, qaleydi, quruyeydi. Yerdə toz 

olmuyeydi də. Gözdüyürmüşdər ki, görək Xannar bəy havaxt gələ-

jək, icaza verəjək su götürüf xırmannarı suluyasan? Heç kəs qorxu-

sunnan  bir  söz  deyə  bilmirdi.  Atam  deyirdi  ki,  anam  çıxdı  durdu 

yolun qırağında. Bilirdi ki, Xannar bəy torpaxları, yerləri yoxlamaq 

üçün  gəlif  burdan  belə  keçəjək.  Kəsif  atın  qabağın.  Deyif,  nədi,  ay 

Şanba  qarı?  Deyir,  nolajax,  bu  taxılı  niyə  məhv  eliyirsən?  Hamısı 

qalıf  tayalarda,  məhv  oluf  gedir.  –  Taxıl  qaldıxca  vağanıyırdı.  – 

Deyif, yaxşı, sənin xətrə icaza verirəm, sabah suyu kəsin, suluyun. 

Sovet  hökuməti  gələnə  qədər  İsmayılbəyli  kəndinin  ixtiyarı 

oluf  Cahangir  xanda.  Xanın  meşəsini  də  o  saldırıf.  Mən  də  bu 

söhbəti  Cəmil  kişidən  eşitmişəm.  Cəmil  kişi  onun  at  mehtəri  oluf. 

Cəmil kişi söhbət eliyirdi ki, Cahangir xanın əsli oluf irannı. Dili də 

bir  az  pəltək  oluf,  boydan  da  alçax  oluf.  Şuşa  xanının  at  mehtəri 

oluf. O qədər onda ehtibar görüf ki, Qarabağda olan  mülkünün bir 

hissəsini bağışdıyıf ona.  Ağdamın Nəmirri kəndində ona  yer  verif. 

Cahangir xan özü orda yaşıyıf, bu ərazilərə də nəzarət eliyif. Kərəm 

kişi deyirdi ki, Cahangir xan İsmayıl qurbanı olanda kəndin siyahı-

sın tutdururdu. Məsələn, İsmayılbəylidə əlli ev vardısa, onun qurban 

payını  göndərirdi.  On  evə  bir  heyvan,  ya  beş  evə  bir  heyvan  gön-

dərirdi. O heyvan kəsilif o camaata paylanırdı.  Ənvərgilin evinnən 

o yanda çökək  yer var idi, orda Cahangir xan kərpiş kəsdirif, xeyli 

də kərpiş bişitdirifmiş. Deyif ki, İsmayılbəylidə elə bir meçit tikdi-

rəjəm  ki,  minbərində  əzan  çəkiləndə  mən  Nəmirridə  yuxudan  ayı-

lam.  Sovet  hökuməti  gəldi,  məscidi  tikdirmək  ona  qismət  olmadı. 

Cahangir xan qaçır Gəncəyə. Ordan soora nejə oluf bilmirəm.  

 

 




 

100


129. BORSUNLU 

 

Kənddəki  tirələr:  Kazımbəyli,  qaranamazlı,  əsgərbəyli,  bo-

yaxçılar, nanıllı, məlikli, bəylik, mirhasanlı.  

Burdakı  tayfalardan  Goranboyun  Borsunlu  kəndində  də  var. 

Borsunlunun  üst  tərəfi  Murovdu,  alt  tərəfi  Sarovdu.  Arvadlar  bir-

birinə  qarğış  eliyəndə  deyirlər  ki,  başına  iki  dənə  daş  düşsün,  biri 

Murovdan, biri Sarovdan. Bizim suyumuz bol olufdu. O vaxtı Qər-

vənd  susuz  qaldığından  deyirmiş  ki,  Allahın  altında  yer  çəvrilə, 

Qərvənd çıxa yuxarı, Borsunlu gələ aşağı. 

Bu kənddə Hacı oğlu İbrahim oluf. Bizim bu qonşu kəndlərin 

torpaxları  az  imiş  da.  Biznən  torpax  iddiasında  oluflar.  Bu  kişini 

anda  çağırıllar.  Corabının  içinə  Borsunlu  torpağını  tökür,  çarığını 

geyinif  gedir  Qərvənd  kəndinə  anda.  Burda  pristavın  iştirakıynan 

and  içməliydi.  Gedif  orda  əlini  Qurana  basıb  ki,  bu  Quran  haqqı, 

mənim  ayağımın  altındakı  torpax  Borsunlu  torpağıdı.  O  torpaxlar 

bizə qalıb.  

O  vaxdı  hamı  yaylağa  köçürdü.  Malını-heyvanını  götürüb 

dağa  çıxırmış,  bir  qalırmış  əkin  sahələri.  İrannan  gəlmə  adamlar 

sahələri bejərirmiş. Hərənin özünün tatı varmış, olar əkinnən-biçin-

nən  məşğul  olurdu.  Kişilər  də  dağdan  onlara  ağartı,  yemək-içmək 

gətirillərmiş, həm də nəzarət eliyirdilər. Yaylağa Murova gedərdik, 

Dəvə çuxuruna. Qərvənd, Sarov, Rəcəbli, Dəmirlər kəndlərinin əhalisi 

evdən  çıxırdı,  gəlif  burda  qalırlarmış  ki,  Borsunlu  köçü  havaxt 

gedəjəh olarnan getsin. Çünki meşədə qaçaxlar qabağını kəsib ayın-

oyunlarını  əllərinnən  alırmış.  Biləndə  ki,  Borsunlunun  köçüdü 

qaçaxlar Çopur Məhəmmədə görə onlara toxunmurmuş.  

1918-ci ildə türk ordusu gəlir Topatılannan ermənini qaytarıf. 

Türklər o vaxdı ordan top qoyuf atıllar, elə onun adıynan da həmin 

yer  Topatılan  qalır.  Qaçaqlar  qırılan  dərədə  Çopur  Məhəmmədin 

dəstəsini qırıflar. Son zamanlara kimi atılan güllələrin gilizini ordan 

tapmaq olurdu. Anam deyirdi ki, camaata səhəngdə su daşıtdırırdı-

lar  saldata  verməyə.  Az  adam  ordan  sağ  çıxa  bilib,  qalan  hamısı 

qırılıb. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə