Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə32/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   28   29   30   31   32   33   34   35   ...   119

 

101


130. XƏLƏFLİ 

 

Xələfli  kəndi  Xələf  və  Eyvatdan  törəyən  nəsillərdən  ibarətdir. 



Oların da bikirriyi eyvatlı oluf. Eyvatın Alı adlı bir oğlu oluf, Alıdan 

isə  Şirvan  və  Hakverdi  törüyüf.  Atası  öləndən  sonra  Şirvanı 

Xudaverdi kəndindəki dayısı saxlıyıb. Şirvan böyüyüb əmələ gələn-

də qardaşı Hakverdi buna deyir ki, yaxşı deyil da, gəl gedək elimizə, 

obamıza. Onda da şiə-sünnü söhbəti varmış. Hakverdi buna deyif ki, 

eşitmişəm  dini  dəyişmisən,  şiə  olmusan?  Şirvan  deyir,  vallah,  mən 

şiə-sünnü bilmirəm, çoban adamam. Amma mənim dayım hansı din-

nənsə, mən də o dini qəbul eliyəjəm. İndi Hakverdidən törəyən nəsil 

sünnüdü, amma Şirvandan törəyənlər şiədir. Şirvan dayısının  yanın-

nan gələnnən soora gəlif Binnətli kəndinin yanında məskunlaşıb.  

Alıkeyxalıda Sədətqulu adlı birisi varmış, Şirvan olarnan İrana 

qaçaqlığa gedirmiş. Bir dəstə atdıynan gedərlər İrana, İrandan qayı-

dıf  gələndə  qoyun  sürüsünün  böyrünnən  keçəndə  Şirvan  əl  atır  bir 

dənə toğlu götürür. Gəlif düşəndə dəstənin başçısı deyir, ordan bir 

heyvan  da  gətirmədik  ey,  burda  alışma  eliyif  yeyək.  Belə  deyəndə 

Şirvan deyir ki, mən bir toğlu gətirmişəm. Sədətqulu deyir ki, sən ki 

belə  qoçaxsan,  bajım  Hüsnünü  verəjəm  saa.  Elə  o  Hüsnüynən  də 

evlənir. Onnan da altı uşağı olur: Zal, Məmmədqulu, Hüseyn, Avdılla, 

Rustam,  Hasan.  Uşağı  olannan  sonra  gəlir  Şirvannı  məhləsi  yerlə-

şən yerdə bir dənə dam tikir, orda yaşıyır. Böyük sürüsü olur, dağa-

arana  gedif  gəlir.  Bir  erməni  vardı,  o  deyirdi  babam  maa  söhbət 

eliyirdi ki, Şirvanın qoyun sürüsünün arxası Şirvan qavırının yanında 

olanda  qabağı  Şirvan  bulağının  yanında  olardı.  Diri  dağındakı  ya-

taxları  da  Şirvan  alıf.  Minbaşıda  bəy  vardı,  yerləri  o  paylıyırdı. 

Şirvan var-dövlətini saxlamaq üçün gedif ondan yer istəyif. Bəy Diri 

dağını  göstərif  deyif  ki,  gedif  orda  yerləşə  bilərsən.  Gedif  Diri  da-

ğında yerləşir. Qış vaxdı başqa yerlərdə heyvan qırğın verərdi, amma 

orda heyvan qırılmazdı. Oranın güneyləri o qədər idi ki, qar yağanda 

yerdə qalmırdı. Ot, topal, yavşan dizə qədər olurdu. 

Xələfin  də  dokquz  oğlu  oluf:  Qulu,  Hasan,  İbrahim,  Məm-

məd,  İsmayıl,  Gülməmməd,  Şahməmməd,  Əsəd,  Pişrov.  Maa  elə 



 

102


gəlir ki, Eyvatnan Xələf eyni nəsildən oluflar. Ona görə ki, onların 

örüşü,  yaylaxları bir oluf, qız  alıf qız  veriflər.  Qışda gəlif Stansiya 

Xələflidə tikiləndə məsləhət eliyiflər ki, gəlin dərənin o tayında siz 

tikilin,  bu  tayında  da  biz  tikilək.  Xələflilər  dərənin  quzey  tərəfində 

tikiliflər, şirvannılar da güney tərəfində.  

 

131-133. AĞAC DAVALARI 

 

Qulam oluf, bir də Qaraş  – ikisi də iyid oluf. Dağda aşıxlıynan 



eyvazalların  davası  düşüf.  Qulamnan  Qaraş  ikisi  də  küsülü  oluf. 

Qulama deyiflər ki, Qaraşı gətir. Qulam atı minif gəler ki, Qaraş köç 

yolunda qoyunun içiynən gəler. Gəlif çatıf, buna salam da vermeef. 

Deyif,  ə,  axlına  ayrı  şey  gəlməsin,  sıçra  min  tərkimə.  O  da  küsülü-

küsülü minif tərkinə. Yolda deyir ki, Aşıxlıynan dava düşüf.  

Gəliflər dava  yerinə. Baxıflar ki, bizim  eyvazalları bular geri 

oturdor yavaş-yavaş. Orda Qulam ayağın çırmeef, tumanın qatmay-

nan  bağlıyıf,  ağacın  da  qayışın  keçirder  qoluna.  Səfiyar  kişi  and 

içerdi ki, bala, Qulamın poyuz kimi səs çıxartmağı hələ yadımdadı. 

Burdan  vuruf  yıxa-yıxa  gedermiş  o  başa,  o  başdan  keçirmiş  bəri 

başa. Əynində mahud kofta var imiş. Aşıxlı tərəfin bir kadını deyif, 

anam sana qurban, ay sarı köynək. Halbuki bu  onun ərin, qardaşın 

burda  qırer.  Ağac  davası  qutarannan  soora  o  deyir  birin  mən  vur-

dum,  bu  deyir  ikisin  mən  vurdum.  Bunun  da  hamısın  vuruf  yıxan 

Qulamdı.  Qoymazdı  kimsə  ağaş  vursun.  Qulam  kişi  də  oturuf  bir 

daşın  üsdə,  ağacın  dəstəyin  də  qolunnan  çıxarıf  bu  söhbətə  qulax 

asır.  Abduləli  kişi  dedi,  ə,  Qulam,  sən  heç  adam  vurdun?  Deyir, 

Abduləli əmi, bircə onu bilerəm ki, indiyəcən ağacımın dəstəyi çat-

damıyıf. Hesabı götür, ağacın ujuynan  vuror, əl tutduğu  yer cırılıf. 

Ağacı da bir buzoylu inəyə alıfmış. 

 

132. 

Gəlinbulaxda  Tatallar  çayının  üstündə  papaxçallarnan  danal-

ların davası oluf. Papaxçallar basqın eliyif danallar obasının üstünə 

gəliflər.  Müseyif  əmimə  hay  gedif  ki,  papaxçallar  basqın  eliyif. 




 

103


Danallar buları ağaşnan nətər xuşduyuflarsa, hamısı qaçıf, Əli kişini 

sağ tutuflar. Bunun  yıxılmışına çırpıflar. Müseyif əmim deyif, bunu 

niyə  öldürürsüz?  Yazığın  biridi,  buraxın  getsin.  Oların  əlinnən  çı-

xannan soora Əli kişi gəlif əl-üzün yuyuf, çaydan da su içif. O taya 

keçəndə siftə qaçannar deyir, ə, gördün qaça-qaçdı, niyə qaçmırsan? 

Deyif ki, ə, mən qaçan kişiydim? Allah belizi qırsın, mən heç olmasa 

əyildim çaydan su içdim, siz heç su da içəmmədiz.  

 

133. 

46-cı  il  idi.  Yaylaqda  tatallarnan  murtulu  camaatının  torpaq 

üstündə sözü düşdü. Əli kişi  murtulunun kolxoz sədri idi.  Tapşırıq 

verdi ki, otuz-qırx öküz, iyirmiyəcən dəvə götürün, qamışı gejəynən 

gətirin  tökün  deyişikli

20

 yatağa.  Aranda  qalan  camaatı  da  yığdı, 



dağdakı camaatı da, iki sutkaya orda tikili tikdirdi. Tatallarda Telli 

Həsən  vardı.  Hay  düşdü  Həsənə  ki,  murtulu  camaatı  yataqda  tikili 

tikib. Telli Həsənin də qılıncının dalının, qabağının kəsən vaxdı idi. 

Dedi ki, Əli kişi, Kür olmasa mən Şirvannan  arabir  idim,  Araz ol-

masa İrannan arabir idim.  

Hay  getdi  Nəbiyə.  Nəbiynən  də  Əli  küsülüydü.  Özü  də  Nəbi 

qabaqcadan  Əliyə  ismarış  eləmişdi  ki,  yer  bizim  olduğuna  baxma, 

Həsənə  bu  mamentdə  bizim  gücümüz  çatmaz,  qamışı  ora  tökmə. 

Amma  Əli  onun  sözünə  qulaq  asmadı.  Dava  düşəndə  Nəbi  özünü 

saxlaya  bilmədi,  gəldi  davaya  qarışdı.  Nəbi  gördü  ki,  Həsən  basıl-

mer. Atı vurdu, Həsənin atını aldı döşünə. Onacan Nəbinin tapancası 

olduğu  bilinmirdi.  Taxtalı  onatılannan  aldı  atın  döşünə,  dedi,  oxu 

kəlmeyi-şəhadətini.  Əli  ölsə,  sən  başını  bir  yerə  qoya  bilməzsən, 

amma  mən  səni  öldürrəm,  gedif  Mehmanda  (göl  –  top.)  donuznan 

on  il  yaşıyaram.  Əli  kişi  minnət  elədi  ki,  bizi  qana  salma.  Onnan 

soora  əlini  çəkdi,  yoxsa  onu  vurmaq  istiyirdi.  Həmin  yataq  bizim 

dədə-baba  yatağımız  olub.  İki-üç  gün  dava  getdi,  Əli  kişi  yatağı 

vermədi. Bağırovun yanında Telli Həsənin sözü keçirdi. Bular getdi 

Bakıynan danışdı, axırı yataq olara qaldı.  

                                                

20

 Deyişikli – mübahisəli 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə