Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə26/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   22   23   24   25   26   27   28   29   ...   119

 

83

görə  bunlara  aşıqlı  adı  verilib.  Mən  görənnərin  hamısı  uzun-uzun 



adamlar  idi.  Özü  də  çoxları  davaya  girəndə  əlinə  ağac  almerdi. 

Boynunun dalınnan tuturdu belə, atırdı qırağa. Özləri də çox qüvvə-

li idilər.  

İkinci  Aşıqlıynan

15

 biz əmiuşağıyıx. Bir qadın burdan ora ərə 



gedir. Soora yoldaşı yara çıxarder ölör. Qadını öydən çıxardellar ki, 

bizim  sana  almalı  adamımız  yoxdu.  Həmin  qadının  anası  deyir  ki, 

yox ey, gəlin aparanda mindiyi at gərək gələ. Atı vermək istəmiyif-

lər,  bir  nəfər  gedif  atı  götürüf  qaçıf.  Əsas  davamız  bunun  üstündə 

oluf.  Atın  dalınca  gəliflər.  Məslahat  eliyiflər  ki,  at  qalsın,  yəhəri 

qaytarsınnar. Yəhər də ingilis yəhəri idi. Oğlan öyünün adamı yəhəri 

aparanda buna gülüflər. Bunnan da ziddiyyət başdıyıf. O atın üstün-

də bu kəntdə dörd nəfər öldürülüf. Dağda Yeddi bulax deyilən yerdə 

kəndin  ağsakqalları  bir  alaçığa  yığılıf  məslahat  eliyirmişdər  ki,  nə 

vaxt  arana  köçək.  Qadının  biri  gəlif  yəhəri  aparana  deyir  ki,  sənə 

rişxənd eliyən odey. İclas anki öydə gedirsə, bu da bu öydə oturuf. 

Hərdən bir aradan baxermış ki, görsün buna gülən hancarı girəvəyə 

çıxer.  Camaatın  içində  güllə  atmıyajax  ha.  Nəysə,  iclas  qutarır, 

adamlar  hamısı  çıxır  çölə.  Buna  gülən  də  bir  nəfərnən  döş-döşə 

duruf danışermış. Çölə çıxanda bu  atıfdı, həmin şəxsin kürəyinnən 

dəyif qarnınnan çıxıf, o birsinin də qolunnan dəyif. Dağdan enmək 

üçün  iki  yol  vardı.  Birinə  Uzun  yal  yolu  deyirdilər,  birinə  də  Ağ 

yataq  yolu. Kəlbəcər camaatı tökülör ki, camaat bir-birin qırmasın. 

Kim ölən şəxsin tərəfin saxlıyırsa, yolun biriynən qayıdır Qarabağa, 

kim  də  öldürən  şəxsin  tərəfin  saxlıyırsa,  o  da  biriynən.  Payız  gəlif 

düşüflər buruya. Onda da sovet hökumətinin yeni qurulan vaxtı idi. 

Hökumət gəlif üsdün alıf, qannıçılığın davam etməsinə qoymur. On-

nan soora olar orda binələşir, biz də burda. Müharibəyətən bu incik-

lik  qaldı,  müharibədən  soora  genə  qaynadıq-qarışdıq.  Oların  sayı 

bizdən az olduğuna görə olara Yetim Aşıqlı deyiflər, bizim sayımız 

çox olduğuna görə bizə Dədəli Aşıqlı deyiflər.  

                                                

15

 Beyləqan  rayonunda  iki  Aşıqlı  kəndi  var  və  bu  kəndlər  bir-birindən  xeyli  aralı 



yerləşiblər. Ayrı düşmələrinin səbəbini soruşduqda söyləyici  bu hadisəni bizə nağıl 

elədi.  



 

84

110. 

Xankişi  gedif  Qaradolax  Hajal  Nağının  əlli  dənə  qoyunun 

gətirir. Bir dəfə nənəmə dedim, nənə, göy kəkilli qoyunnar hardan 

gəlif sizə? Dedi, bala, hal-qəziyyə belədi. Xankişi babam  yoldaşla-

rınnan spor eliyir ki, gedif Hajal Nağının qoyunun gətirəjəm. Hajal 

Nağı da varrı-hallı adammış. Deyir, getdim gördüm ki, itdəri bağlı-

yıf, bircə dənə iti açıxdı. Girəvələdim bir dənə quzu gətdim. Kəsdim, 

parçaladım,  əvvəl  açıx  itə  verdim, soora hərrədim itdərin hamısına 

verdim.  Başdarı  qarışanda  qoyunu  böldüm.  Özümnən,  deyir,  bir 

sijim  götürmüşdüm.  Qoyun  ürküşür,  bölünmürdü.  İstəmədim  quzu 

gətirəm,  dedim  qoyun  aparım  ki,  mənzil  başına  çatsın.  –  Qoyun 

gedən olur. – Sijimin bir  tərəfin bağladım daşa, ipi çəkdim, qoyun 

bölündü. Hajal Nağının əlli üç qoyununu gətirir.  

Qoyun  yiyəsi  səhər  irədnən  düşür  bunun  dalına.  Gəlir  Hajı 

Qulunun oğlu Kalbay Salaxın yanına. Deyir, hal-qəziyyə belə-belə. 

İrədd  bircə  dənəndi,  qoyun  da  bu  qədərdi.  Kalbay  Salax  deyir, 

gedək görək bu hardadı. Gedellər ki, Xankişi düzdə gölün qırağında 

yapıncıya bürünüf  yatıf. Yapıncının üstünə daşı yığıllar. Səsə Xan-

kişi  yuxudan  ayılır.  Ayılır  ki,  bunun  belinə  daş  yığıflar.  Deyif  ki, 

kimdi  mənim  belimə  daş  yığan?  Kalba  Salax  deyir  ki,  gətdiyinin 

yerin deməsən səni burdan buraxmıyajam. Deyir, ə, Kalba Salaxsan? 

Deyir,  hə.  Daşı  aralıyıllar.  Deyir,  ə,  bu  gejə  kimin  qoyunun  gətir-

misən? Bu da tanıyır da buları. Deyir, nə deyirsən ey. Əlli üç dənə 

qoyun gətirmişəm dana, çox qoyundu? Hajal Nağı deyir, sən ki belə 

mərdi-mərdanasan, bu qoyunnan on beş dənə qoyun seç. Bu qoyun-

narı  aparmasam  da  olar,  amma  sabah  deyəjəklər  ki,  Hajal  Nağı 

yalannan deyir, heç qoyunu tapmıyıf. Ona görə qoyunu qaytarıram, 

qoy desinnər ki, Hajal Nağının qoyunu gəldi. On beş dənə qoyunu 

seç, damazlıq verirəm saa. Bu qoyunnar da bizə düşdü. 

 

111. ƏLNƏZƏRLİ 

 

Kənddəki  tirələr:  Aşırrar,  eminallar,  papaxçallar,  göyüşdü, 

qıyişdannı, məmmədalılar. Ən böyük tirə aşırrar tirəsidi.  



 

85

Alnazar  dörd  qardaş  olub.  1758-ci  ildə  Gürcüstannan  müha-



ribə başdıyıf. Həmin dövrdə Borçalı qəzasında yaşıyan azərbaycan-

nılara  qarşı  gürcülərin  böyük  hücumu  oluf,  qaçqınçılıq  başdıyıf. 

Qarabağa  gəlif  sığınanlar  arasında  bizim  dörd  babamız  oluf. 

Babamızın  biri  Bərdə  rayonunun  Soğanverdilər  kəndində  qalıb. 

Birinin adı Alnəzərdi, o gəlif bura düşüf. Biri Bədi oluf. Dünyama-

lılar kəndinin qərb tərəfində onun adına təpə var, Bəd təpəsi deyil-

lər. Bir qardaş da İmişlinin ərazisində oluf – Boxça Alı. 

Kənddəki  böyük  tirələrdən  biri  danalılardı,  Danə  Alının 

adıynan bağlıdı. Danalı ərazinin vergi yığanı oluf. Danalının Emin-

alı  və  Fətalı  addı  qardaşdarı  oluf.  Eminalılar,  danalılar  və  fətalılar 

həmən  Alıdan  törüyüf.  Fətalıya  çox  güjdü  olduğuna  görə,  Ayı 

Fətalı  deyiflər.  Qışın  qarrı  günündə  erməninin  kələsinin  ayaxların 

bağlıyıf,  alıf  çiyninə.  Susduyuf,  kələ  çiynində  əyilif  Pirəlbulaxdan 

su içəndə kələnin dırnağı qara toxunuf. Ermənilər duruflar ki, insan 

rəddi  var,  amma  heyvanın  rəddi  yoxdu.  Həmin  rəddi  tutuf  gəliflər 

ki, bulağın üstüdə kələnin ayaları  yerə dəyif. Erməninin biri deyif, 

ə, bu kopoğlu Fətalının işidi.  

Bizim  kənd  46-48-ci  ildə  burda  binə  salır.  Öküzü,  atı  olmu-

yannar  dağa  gedə  bilmədi,  əvvəl  onlar  binə  saldı.  Soora  digər 

camaat  da  yığıldı,  kənd  yarandı.  Zibi  kişinin  vaxtında  (ilk  kalxoz 

sədri olub – top.) bizim qışlaq  yerimiz Xalac kəndinin  yanında idi. 

Orda  taxıl  da  əkilirdi.  Üç-dörd  adam  taxılı  qorumağa,  biçməyə 

qalırdı, qalanı gedirdi dağa. Zibi kişi rəhmətə gedənnən soora həmin 

torpaqlar  dünyamalılara  qaldı,  bizim  camaat  gəldi  bura.  Axırıncı 

aylələr 48-ci ildə çıxıb. 51-52-ci ildə meşə zolağı salındı, o, buranın 

təbiyətin dəyişdirdi. Ona qədər burda ağac deyilən bir şey yoxuydu.  

Yaylağımız Gəlin qayada oluf. Dağdan enəndə sentyabr ayın-

da Pirəlbulağa düşürdülər, oktyabrın ortasına qədər orda qalırdılar. 

Oktyabrın  ortasınnan  soora  burda  hava  sərinniyirdi,  onda  köçür-

dülər  indiki  kəndimizin  yerinə.  Bura  payızdıx  idi.  Qışı  isə  Sarısu 

çalasında  keçirirdik.  May  ayının  beşində  dağlara  köç  başlıyırdı. 

Faraş gedənnər may ayının 20-sinə artıq dağda olurdu.  

 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə