Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə22/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   18   19   20   21   22   23   24   25   ...   119

 

71

94. İMİŞLİ 

 

Atam  söhbət  eliyirdi  ki,  Kürün  qırağında  olurduq  biz.  Rayon 



mərkəzi  onda  Qaradonnuda  idi.  Rayon  mərkəzinə  indiki  İmişlinin 

içiynən  yol  gedirdi,  ordan  gəlib  gedirdik.  İmişli  rayonu  ərazisində 

Arazın körpüsü var, onun yanında on-on beş ev var idi, murovxana 

deyirdilər. 1908-1910-cu illər idi. Bir gün ordan gəlif keçəndə gör-

dük ki, yulğunluğun içində beş-on dənə ev var. Soruşdux bular kimdi, 

hardan  gəlib?  Dedilər  ki,  İranın  İmaşlı  kəndi  var.  Orda  tirələr  ara-

sında qannılıx düşüf, ordan köçüf gəliflər. İmaşlı kimi buları tanıdıx. 

30-cu  ilə  qədər  İmaşlı  kimi  getdi.  Soora  burdan  dəmiryolu  düşdü, 

vağzal tikiləndə vağzalın qabağında yazıldı İmişli. İmaşlı sözü oldu 

İmişli.   

 

95. KOR CANAVARIN QİSMƏTİ 

 

Bir  ağanın  çobanı  varmış.  Günaşırı  bir  qoyun  yox  olormuş. 



Axşam  ağa  saneer,  qoyun  kəm  gəler.  Bürsüyün  saneer,  genə  kəm 

gəler. Çobanı qovur ki, sürünü tələf eliyirsən. Çoban and içir, aman 

eliyir,  ağa  buna  məhəl  qoymer.  Ağa  özü  geder  qoyuna.  Axşam 

qoyunu  gətirəndə  saneer,  görör  ikisi  kəmdi.  Deyir,  bu  nətər  oldu? 

Çoban güdəndə biri kəm olurdu, mən özüm otaranda ikisi kəm olor. 

Atı minir, çobanın dalınca geder. Deyir: 

– Mən səyf eləmişəm, bir gündə iki qoyunum getdi.  

Çoban qayıdır gəler. Deyir: 

–  Bax,  yatmeram,  oturmeram,  yanıma  gələn  olmor,  qurd-quş 

gəlmer, bu qoyun hara geder? Bütün günü qoyunun içində hərrənə-

jəm, görüm hara geder.  

Hərrəndiyi yerdə görör qoyun hoppanışdı. Geder oraya, görör 

bir quyudu, içində kor canavar. Allah-taala tərəfdən buna yem geder. 

Hay göndərir, ağası gəler. Deyir, oğrunu tapmışam. Deyir, hanı bə? 

Deyir,  gəl  bəri.  Canavarı  göstərir.  Ağası  deyir,  onun  gözün  mən 

çıxartmışam  ey.  Deyir,  gözün  çıxartmısan,  Allah-taala  burda  bir 

quyu yaradıf, atıf onu içinə, sənin döölətini yeyir da.  



 

72

96. ÇOBANIN ÇOMAĞI 

 

Bir nəfər Qızılboğazda qoyun otarırmış. Yaxşı yoğun çomağı 



varmış.  Çomağın  içini  çıxartdırmışmış,  ağzına  da  probka  qayır-

mışmış.  Ağası  buna  qızıl  pul  verirmiş.  Bu,  hakqını  aldıxca  xəlvəti 

ater oraya, ağzın bağlıyermiş. O göl də elə bir göldü ki, onun altın-

nan  çaylar  axer.  Qayanın  altınnan  axer.  Çoban  qoyunu  qaytaranda 

ağacı  ater,  geder  düşör  həmən  gölə.  Ağac  qayanın  altıynan  axer, 

gəlib  bulaxdan  çıxer,  bir  çoban  da  bunu  taper.  Neçə  ildən  soora 

ağac  yiyəsinin  yolu  burdan  düşör.  Bunun  ağacın  tapan  çoban  da 

çörək yeyirmiş. Deyir: 

– Ay qardaş, yol adamısan, gəl çörək yeyək bulağın üstündə.  

Görör bunun itən ağacı bunun əlində, üstünə də “Əli”  yazılıf. 

Çörək-zad yeyir. Çobanın da bir qanunu var. Yad adama əlinin ağa-

cın verməz. Çoban da vermer. Deyir: 

– A qardaş, and belə, Quran belə, ağaja baxıf qaytarajam. Bir 

ujunnan sən tut, bir ujunnan mən, baxıf qaytarajam.  

Dəsmalı cibinnən çıxardıf ağacın ağzındakı propkanı çıxarder, 

deyir: 


– Qaldır.  

Qaldırır, qızıl tökülör dəsmalın üstünə. Tapan məhətdəl qalır. 

Deyir: 

– Əmoğlu, bu nə hakk-hesabdı?  



Deyir: 

–  Filan  ağanın  çobanıydım,  verdiyi  hakkı  onun  içinə  qoyur-

dum. Özüm də subaydım, ata-ana yoxuydu. Topalıyırdım ki, özümə 

bir iş görəm. Filan yerdə ağacı atdım qoyuna, getdi düşdü gölə, tapa 

bilmədim.  

Tapan  çobana  deyir  ki,  ağacı  ver  mana,  qızıl  sənin  olsun. 

Deyir: 

– Nə ağac mənimdi, nə qızıl. Sənin olmasaydı, sən gəlif bura-



ya çıxmazdın.  

Birtəər beş-on qızılı götürör, ağacı da qaytarır özünə. 

 



 

73

97. VARLININ OĞLUNA VƏSİYYƏTİ 

 

Varrının biri oğluna deyir ki, bala, saa vəsiyyət eliyirəm, onu 



yadında saxla. Mən öləndə mənim ayağıma bir cüt corab geyindir.  

Vaxt  gəlir  kişi  ölür.  Oğlu  qoltuğunda  corab  gəlir  ki,  bəs  ata-

mın  vəsiyyətidi,  mən  bunu  onun  ayağına  geyindirməliyəm.  Mol-

lalar buna başa salıllar ki, mümkün döyül, dinimiz buna yol vermir. 

Bu adam bir belə ağnan o dünyaya getməlidi. Yəni bu dünyadan bir 

cüt corabı apara bilmir.  

Oğlan  burda  barmağın  dişdiyir.  Başa  düşür  ki,  atası  demək 

istiyir ki, bir cüt corabı istəsəm də, mən apar bilmərəm.  

 

98. KƏFƏNSOYAN 

 

Bir  adam  imkansızmış,  ölülərin  kəfənin  soymaxnan  məşğul-



muş. O vaxdı da sement-zad yoxuydu ha. Torpaxdı. Aparıf basdırıl-

larmış, gejə gedif çıxarıf, kəfənin gətirif satırmış, aylə-uşağın bun-

nan dolandırırmış. Hamı da yüz faiz bilirmiş ki, kəfəni soyan budu. 

Deyirmişdər ki, kopoğlu, sən pis günnən öləjəhsən. Deyir ki, nağa-

rım, imkanım yoxdu da.  

Bir gün bu kəfənsoyan görür ki, bir nəfər alma satır, bir yetim 

uşax  da  kim  alma  alırsa,  durur  onun  yanında,  gedəndə  düşür  onun 

dalına.  Bir  xeylağ  gedir,  buna  alma  verən  olmur,  təzədən  qayıdıb  

gəlir başqa alma alanın yanına. Çağırır bunu. Deyir ki, bir kilo alma 

çəkin verin bu uşağa. Almanı çəkillər verillər buna, gedir.  

Qabaxlar  münəccimlər  varmış.  Kəfənsoyan  ölür,  bunu  dəfn 

eliyillər. Kəndin ağsakqalı, qarasakqalı  münəccimə deyillər ki, bu-

nun haqqında bizə bir məlumat ver. Münəccim baxır, deyir:  

– Vijdanım haqqı, o, cənnətin ən yaxşı yerindədi.  

Deyillər: 

– Nədəndi?  

Deyir: 

– Bircə kilo almanın hesabına Allah-taala onun bütün günah-



ların bağışladı. 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə