Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə24/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   20   21   22   23   24   25   26   27   ...   119

 

77

XATİRДLДR 



 

 

103-107. EYVAZALILAR  

 

Eşitdiyimə  görə,  bu  kəndin  bünövrəsi  Borçalı  mahalınnan 



oluf.  Orda  qan  davası  oluf.  Heyvandarrıxnan  məşğul  olan  Eyvaz 

addı biri qan davasına görə orda qala bilmiyif. İmişliynən Beyləqan 

arasında Şirinqum deyilən bir  yer  var, köçüf gəlif  ora. Baxıf görüf 

ki,  heyvandarlığa  bura  yararlıdı,  burda  yaşıyıf.  Bunun  da  bir  oğlu 

oluf,  adını  Alı  qoyuf.  Uşağ  da  yekələnif,  heyvan  da  artıf.  Oğlun 

öyləndirif. Baxıf görüf ki, qoyun bir yerə sığışmır. Deyir: 

– Ay oğul, sən get o tərəfdə bir  yatax düzəlt. Sən orda saxla, 

mən burda.  

Eyvazalı  sözü burdan  yaranıf. Soora bular  doğuf-törüyüf.  Alı-

dan törüyənin birinin adını qoyuflar Murad. Muradın nəsli bu dəyqə 

də  yaşıyır.  Onun  bir  qolu  da  bizik.  Atamızın  ana  tərəfi  Muradın 

nəslinnəndir.  Muradın  Ataş  və  Balaş  addı  iki  oğlu  oluf,  dörd  də 

qızı.   

Goranboyda da Eyvazlı addı kənd var. Danışığı, adət-ənənəsi 

biznən  uyğun  gəler.  Buların  kökü  Borçalıdandı  axı.  Sooralar  bir 

hissəsi  deyif,  gəlin  qayıdağın  ora.  Goranboya  çatanda  çatığ  alıflar 

ki,  bir  az  burda  dincələk,  soora  gedərik.  Görüflər  ki,  bura  da  hey-

vandarlığa  yaxşıdı. Burdan gedənnər qalıf orda. Olar orda bir kənd 

oluf. Olar deyillər ki, bizə Şirinqumlu Eyvazlı deyillər.     

Kənddə  dokquz  tirə  var:  muraddı,  hasanlı,  məmmədli,  bircə-

məmmədli, fərzalılar, azadlı, sarılar kök tirələrdir. Ovşar, qaradağlı 

sonradan  gəlmədir.  Qaradağlı  İran  qaradağlısınnan  gəlmədir.  O 

vaxtı olar gələndə İran tayında qalannar ağlaşermiş. Deyillər: 

– Niyə ağlıyırsız?  

Deyiflər: 

–  Siz  getdiyizə  görə  ağlamerıx  ey,  getdiyiniz  yerə  görə  ağlı-

yırıx. Siz getdiyiniz yeri xaraba qoyajaxsız.  

 



 

78

104.  

Deyilənə görə, biz Borçalıdan gəlmə tayfayıq. Beş-altı qardaş 

Borçalıdan  köçüb  Goranboy  ərazisinə  gəliblər,  sonra  da  keçiblər 

bura.  Buları  dağ  yerindən  köçürüb  gətirən  əsas  məqsəd  nə  olub? 

Qışlamaq dövründə mal-qaranı Mil düzündə saxlamaq üçün. Buları 

köçməyə  məjbur  eliyən  səbəb  bu  olub.  Yay  fəsli  Kəlbəcər,  Laçın 

yaylağına, sentyabrın axırı, oktyabrda isə qışlağa köçürdülər.  

Bizim  kəndin  əsası  1940-cı  ildə  qoyulub.  İlk  dəfə  beş-on  ev 

alaçıq şəklində gəlib burda məskunlaşıb. Aylə başçıları gedib ikinci 

dünya müharibəsinə, onların uşaqları imkan tapmıyıf ki, öz yüklərini 

yükləsinnər  dəvəyə,  aparsınnar  yaylağa.  Ona  görə  olar  məjbur  oluf 

qalıblar  Haramı  düzündə  –  Şıbartı  su  arxının  üstündə.  Şıbartının 

üstündə nə üçün tikiliblər? Əvvəla susuzdux idi buralar o dövr. Ona 

görə  tikiliblər  orda  ki,  onun  suyunnan  içmək  üçün  istifadə  eləsin-

nər.  Bir  də  arxın  qırağında  əkinə  yararlı  yer  oluf  ki,  orda  bostan-

tərəvəz əksinnər, uşaxlar ajınnan qırılmasın.  

Qırxıncı  ildən  soora  rayon  mərkəzi  formalaşdı,  inzibati  ərazi 

vahidi  yaradıldı.  Rus  inqilabçısının  adıynan  Jdanov  adlandırıldı. 

Qırxıncı  illərdə  bir  hissəsi  tərəkəməçilikdən  qayıdıb  oturaq  həyata 

keçdi.  Bizim  kənd  yerimiz  Kəbirlinin  üstündə  Yorğan  dərəsi  adla-

nan yer var, orda salınmalı imiş. O vaxdı müzakirə eliyiblər ki, qışda 

mal-qara  Haramı  düzündə  qırılar.  Demyə  otlaq  sahəsində  yovşan-

nan başqa heş bir bitki bitmədiyi üçün mal-qara qidalanıb yaza çıxa 

bilmirdi.  Soora  Yorğan  dərəsinnən  bu  əraziyə  köçürdüblər  –  Mil 

düzünə, Ağ göl ətrafındakı yataqlara. Sən sual verə bilərsən Haramı 

torpağıynan  bu  torpağın  fərqi  nə  idi?  Bu  torpaqda  yovşan,  quşotu, 

qarağan,  çərən,  yulğun,  qamış  bitirdi.  Ona  görə  də  mal-qara  qış 

fəsli  burda  qidalanıb  özün  yaza  çıxarda  bilirdi.  Həm  də  Beyləqan-

Gəncə asfalt  yolunun üstü  idi, Qarabağ kanalına da  yaxın  idi. Ona 

görə buranı seçmişdər. Kalxoz sədri Zəfər Mamedovun təşəbbüsüy-

nən torpaq ayrıldı, ondan sonra burda məskunlaşdıq.  

Mil  düzündəki  Qara  təpə,  Şirvanqulu  təpə,  Göy  təpə,  Çatal 

təpə, Elxan təpə, Şirinqum ətrafı bizim qışlaq yerimiz oluf. Yaylaq-

larımız da Kəlbəcərin İstisuyu. Bir tərəfimiz Cermuxdan bəri Qızıl 



 

79

təpəyə  uzanırdı.  Ayı  çınqılı,  Qara  dağ,  Sarımsaxlı  dağ,  Dəvəgözü 



dağı, Yüz bulax, Pəri bulax Eyvazalıların düşərgə yeridir.  

Yaylağa  Laçın  yolu,  bir  də  Ağdərə  yolu  gedərdik.  Bizim  ya-

şımızdan qabax Gəyən yolu deyirdilər, o yolnan yaylağa gedərdilər. 

Arazboyu  gedirdik,  Gəyən  düzünnən  keçirdik,  Dağ  Tumasın  altın-

nan  Həkəri  çayı  boyunca  Zabuğ  körpüsünü  keçirdik,  Sarı  yoxuşa 

çıxırdıx.  Ağdam  yolu  köçəndə  qoyun  bir  köç  eliyərdi  Haramı  dü-

zünə. Haramı düzünnən dəvə yoluynan gedərdi Ergiyə, Pirə bulağa. 

Çatıx  alardıx,  orda  dincələrdilər,  qoyun  su  içərdi.  Ordan  da  yüklə-

nəndə gedərdilər Ağdamın Qarqarını keçərdilər, Tuğun gədiyini aşıb 

Xaçın çayının üstündə də çatığ alırdılar. Harda su hövzəsi, su mən-

bəyi vardısa, tərəkəmə orda tikilərdi. Ordan da tərpənəndə Qaraba-

ğın ərazisinə keçərdilər, Vəngin ətrafında bir gecəlik gecəliyərdilər. 

Amma çox da qala bilmirdilər. Çünki ermənilər imkan vermirdi, bir 

də örüş də  yox idi. Ordan da köçənnən soora Mamanın  yoxuşunun 

ayağında  Taxtabaşı  adlanan  ərazidə  çaydan  keçərdilər,  orda  dincə-

lərdilər.  Meşə  ərazisi  orda  qutarırdı,  çimənlik  başlayırdı.  Ordan  da 

köçəndə  Mamanın  yoxuşunu  qalxardılar  Çilgəz,  Göybulağa.  Orda 

da  çatığ  alardılar.  Göy  bulaqdan  köçəndə  Tutqu  çayına  yenirdilər. 

Sərt  yer  var  idi,  ölü

13

 öküzdər  orda  sürüşürdü,  yıxılırdı.  Atın  üstün-



nən uşaqları alırdılar ki, at onları yıxar. Orda da düşərdilər, çobanlar 

çay  içərdi,  çörəyin  yeyərdi,  qoyunlar  dincələrdi.  Nəhayət,  Tutqu 

çaydan keçərdilər. İstər Xaçınçayda, istər Tutqu çayda qoyunu suya 

salanda  qoyunu  su  götürüb  aparardı.  Çobannar  atnan  girərdi  selin 

içinə,  bir-bir  qoyunun  boynun  dalınnan  əlinnən  tutub  daşıyardılar 

qırağa. Yaxud da kəndlərdən araba gətirərdilər. Öküz arabasını sax-

lıyırdılar  çayın  aşağısında,  qoyunu  salardılar  çaya.  Su  aparanda  da 

gəlib arabaya dirənərdi. Uzun yalı qalxırdılar yuxarı. Orda da bir az 

dincəlirdilər.  Aprel  ayının  15-də  köç  başlıyırdı,  mayın  10-na  qədər 

gəlib  çıxardılar  İstisuyun  taxtasına.  Uzunyalı  iki  köçə  (bir  köç  bir 

sutkaya  bərabərdir  –  top.),  iki  dəfə  çatığ  almaynan  gedərdilər.  Bir 

köç  beş-altı  saat  çəkirdi.  Ağcaqız,  Qara  qayaya  düşərdilər.  Qara 

                                                

13

 Zəif, əldən düşmüş mənasında işlədilir.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə