Microsoft Word Qarabag-folklor-da-tarixdir-9


 MƏN SƏNƏ DÜYƏ BAĞIŞLADIM, BU DAĞLARI



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə23/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   19   20   21   22   23   24   25   26   ...   119

 

74

99. MƏN SƏNƏ DÜYƏ BAĞIŞLADIM, BU DAĞLARI 



BAĞIŞLAMADIM KI! 

 

Bizim qonşu kənd varıdı, dağın arasındaydı, xəlvəti yerdəydi. 



Ordan bir bəy olur. Bir bəy də Arazboyu kəntdərin birindəydi. Yay-

da  arandakı  bəy  malın  aparırdı  dağa,  dostunun  yanına,  qışda  da 

dağdakı bəy malını gətirərdi arana. Günnərin bir günü arandakı bəy 

malın gətirif qonağ olanda dağdakı yoldaşına deyir ki, ay dost, bura 

gələndə ağzım dada gəlir. Mənə bu sürünnən bir iki damazdıx inək 

verginən, mən də həməşə  sizin bu daddı-tamlı  süddən istifadə  eliyim 

də, yeyim. Kişi də deyir ki, apar, nə olar. O naxır sənin, neçəsin isti-

yirsən versinnər. Deyir, yox, damazdığı satın alallar, damazdığı ba-

ğışdamazdar. Nəysə, iki düyə alır bunnan. Gəlir, nökərrərə də tapşı-

rır ki, o düyələrin sütünü sağarsız, sütünü, qatığını, qaymağını mənə 

ayrıca verərsiniz. Sağıb verillər, amma əvvəlki dadı ondan ala bilmir.  

Növbəti il gələndə bu, dostunun evində süddən-qatıqdan yeyir, 

doya  bilmir  dadınnan-tamınnan.  Deyir  ki,  ay  dost,  bu  nə  sirdisə,  o 

düyələrdən  sağılan  süd  sizdəki  südün  dadın  vermir.  Tapşırmışam, 

ayrıca qulluğ eliyillər, ayrıca sağıllar, amma genə xeyri  yoxdu. Gəl-

dim,  burda  ağzım  genə  dada  gəldi.  Bu  nətər  olan  şeydi?  Dostu  nə 

desə yaxşıdı:  

– Ay flankəs, mən sənə düyə bağışdadım ey, bu dağları bağış-

damadım ki? O dad-tam bu dağlardadı.  

 

100. BU XINA O XINADAN DEYİL 

 

Bir qarı varmış, heş kimi yoxuymuş, kimsəsiz imiş. Bir balaca 



qız  nəvəsi  varmış.  Pastayannı  bına  deyirmiş  ki,  gəl  başıma  xına 

qoy. Qız bının başını xınalıyırmış. Xınalıyannan soora deyirmiş ki, 

öz əllərini də xınala. Onnan soora qarı çapan vururmuş, qıza deyir-

miş dur oyna. Qız durub oynuyurmuş.  

Bir  gün  belə,  beş  gün  belə.  Bı  qız  gəlir  həddi-buluğa  çatır, 

qəşəh qız olur. Bir gün biri oğluna qız axtarırmış. Deyir: “Ə, sən öl, 

bı  qarının  qızı  nə  gözəl  qızdı,  bını  mən  oğluma  alım  dana”.  Gəlir 

qarının yanına, deyir: 




 

75

– A qarı, sənin Allah öyünü yıxsın, bı qız day yekələnib yekə 



qız olubdu, gözəl-göyçək. Bunu niyə  yanında çürüdürsən? Bını ərə 

ver dana.  

Deyir ki, a bala, kim gəldi qapıma vermədim? Deyir ki, elə mən. 

Ver mənim oğluma. Deyir: 

– Verdim.  

Razılaşıllar. İndi qıza toy olur, aparıllar. O vaxtı da gəlin kişi 

xaylağının arasına çıxmazmış daa. Qızın əllərini xınalıyan kimi qız 

aradan  çıxır,  başdıyır  öz-özünə  oynamağa.  Kişi  saymır,  qadın  say-

mır. Deyillər, bının Allah öyünü  yıxsın, bu dəliymiş, nəymiş ə. Bu 

nədi  belə?  Nəkqədər  eliyillər  qızı  dayandıra  bilmillər.  Yüyürüllər 

qarının yanına. Deyir: 

– A qarı, sənin Allah öyünü yıxsın, bının başı xarav imiş, bizə 

niyə demirsən ki? 

Qarı  gəlir,  görür  kü,  qız  süzür.  Əlini  belə  gözünün  üstünə 

qoyur, görür kü, hə, qızın əlləri xınalıdı. Deyir: 

– Ağız, ağız, a bala, oynama. Ağız, bı xına o xınadan döyül. 

 

101-102. SAVAB ƏMƏL 

 

Bir çoban varmış, bir abid varmış. Abid dindar, mömün adam-

mış. Bu çoban heş nə bilmirmiş, elə namaz qılanda bir daşı qoyur-

muş başının altına, deyirmiş: 

Ağ qoyun, qara qoyun, 

Başımı yerə qoyum. 

Bu  abid  də  bütün  ili  gedir  bir  dağın  başında  ibadət  eliyir  ki, 

Allah-taala  mana cənnət bəxş  eləsin.  Allah tərəfinnən bir quş dim-

diyində gündə bir dənə xurma gətirir abidin qavağına, bu da xurmanı 

yeyif onnan dolanırmış.  

Vaxd olur ölüllər. Çoban gedir cənnətə, bu mömün adam gedir 

cəhənnəmə. Abid soruşur ki, noldu çoban? Gündə namaz qılan mən, 

sən heç namazın sözün, hərəkətin bilmirdin. Elə deyirdin ağ qoyun, 

qara qoyun, başımı yerə qoyum. Allah tərəfinnən vəh gəlir ki, çoban 

evlənəndə toy gejəsi görür gətirdiyi qız hamilədi. Çoban gözdüyüf ki, 



 

76

qız  hamiləlikdən  azad  olsun.  Bunu  heş  kəsə  demir.  Uşağı  bükür 



çuxasına, vurur kürkünə, aparıf heyvanı otarır.  Axşam gələndə ana-

sına  deyir  ki,  ana,  çöldən  bir  uşax  tapmışam,  verim  gəlin  saxlasın. 

Gəlin  öz  uşağını  saxlıyır,  bir  il  çoban  da  ona  toxunmur.  Bir  ildən 

sonra həmin adamı tapır deyir ki, bu uşax da sənindi, arvad da sənindi. 

Götür,  bir  sən  bil,  bir  mən  bilim,  heş  kəs  bilməsin.  Abid  deyir  ki, 

bəs mən niyə cəhənnəmə düşmüşəm? Səda gəlir ki, o quş sana hər 

gün  bir  xurma  gətirirdi.  Sən  bir  dəfə  ona  demədin  ki,  ona  bir 

dimdik  vur. Bir dimdik xurmaynan sən aj  qalmıyajaxdın ki. O quş 

həməşə o xurmadan umurdu ki, ona bir dimdik vursun. Sən ona onu 

təklif eləmədiyinə görə indi sən cəhənnəmdəsən. 

 

102. 

Bir dəfə bir kişi ehsan verirmiş. Bir çoban varmış, bu çobanın 

da  arvadı  ağır  xəstə  imiş.  Bu  kişi  çağırır  ki,  ehsan  verirəm,  fılan 

vaxdı  gəlin  yeyin.  Ehsan  verən  kişi  görür  ki,  bu  coban  bir  dənə 

dəsmalı aşdı qoydu böyrünə,  istiyir bu aşı  tökə  onun arasına. Dedi 

ki,  a  kişi,  yemək  var,  aparmax  yoxdu.  Aparmıyassan.  Çoban  kor-

peşman qayıdır.  

Kənddə  də  bir  qız  varmış,  evdə  qalmışmış.  O  qızı  çox  əzazil 

deyirmişdər, göy deyirmişdər. Heş kəsə o qız heş nə vermirmiş. Belə 

bir  qızıymış.  Çoban  təsadüfən  gedir  oturur  qızın  çəpərinin  altında, 

ağlıyır. Ağlıyanda qız çıxır deyir ki, əmi, niyə ağlıyırsan? Deyir, bə 

getmişdim ehsan  yeməyə, arvadım xəsdeydi, bir az da ona aparmaq 

istiyirdim. Ehsan verən dedi ki, aparmax yoxdu, yemək var. İndi mən 

arvadın  yanına  nətər  gedim  ki,  o  ağır  xəsdədi,  aş  isdiyir.  Bu  qız 

deyir, gəl içəri. Gedir, aş dəmliyir, qazanı bükür süfrüyə, verir kişiyə. 

Deyir, apar ver arvadına, bu aşdan doyunca yesin. Nə vaxt ürəyi nəsə 

isdəsə, gəl mən verəjəm, aparıf verərsən, arvadın yeyər. Bu gətirir.  

Bu minvalnan bu qız da dünyadan köçür, ehsan verən kişi də. 

Hamı deyir ki, bu kişi cənnətə düşəjəkdi, qız cəhənnəmə düşəjəkdi. 

Vəh gəlir ki, kişi cəhənnəmə düşüfdü, qız cənnətə. Deyiflər, niyə? 

Deyif,  o  aş  məsələsinə  gora  kişinin  nə  qədər  suvabı  varsa  yazılıb 

qızın boynuna. 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə