Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə54/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   50   51   52   53   54   55   56   57   ...   119

 

172


Dedi: 

– Ay bala, mən elə Allahın yanına gedirəm.  

Dedi:  

– Allaha and verdim də.  



Bı gəldi oturdu, bir iskan çay işdi. Uşax da qutarannan soora 

dedi ki, əmi, kimsən? Dedi: 

–  Mən  Məhəmməd  peyqumbər  əleyhsalamam,  Allahnan  dil-

ləşməyə gedirəm.  

Dedi: 

– Ya peyqumbər əleyhsalam, sənə qurban olum, mən də yetim 



oğlanam. Birinin qoyunun otarıram, birinin malın, birinin quzusun. 

İmkan  olmuyanda  da,  məsələn,  birinin  çörəyin  oğurruyuram, 

birinin  toyuğun  oğurruyuram.  İndi  gör  mənim  yerim  cəhənnəmin 

hansı guşəsindədi?  

Dedi: 

– Yaxşı.  



Nəysə, peyqumbər əleyhsalam gəldi, Allah-taalaynan dilləşdi. 

İndi  bu  hansı  niyyətə  gəlmişdi,  öz  niyyətdərin  danışdı,  Allah-taala 

bını nə məqsədə çağırmışdı, onları soruşannan soora gördü peyqum-

bər dayandı. Qutarannan soorasına bu durdu ki, yola düşə. Öz-özünə 

fikirrəşdi ki, gətdiyim niyətdərin hamısını çatdırdım, çatdırmadım? 

Gəldi  bu  mollaynan  bu  uşax  düşdü  yadına.  Peyqumbərin  yadına 

indi  düşürsə,  peyqumbəri  də  yaradan  Allahdı,  mollanı  da  yaradan 

Allahdı, uşağı da  yaradan Allahdı. Buların nə düşündüyün də bilər 

də. Dedi:  

– Ya peyqumbər, niyə dayandın? 

Dedi: 

– Ya Allah, qadan alım, gələndə mənim qabağıma belə bir molla 



çıxdı, bu sözü dedi. Bir çoban da çıxdı, bu sözü dedi. Mən onlara indi 

nə deyim? 

Dedi: 

– Onlara deyərsən ki, Allahın başı qarışığ ıdı. Balaca iynə var 



ey, o iynənin deşiyinnən iki dənə dəvə keçirirdi. Gələn səfər gələn-

də deyərəm.  




 

173


Nəysə, peyqumbər əleyhsalam ordan aralandı, birinci bu uşax 

yüyürdü bunun qabağına.  

– Ağa, dedin?  

Dedi: 


– Dedim, bala? 

Dedi:  


– Nooldı?  

Dedi: 


– Bala, Allahın başı qarışığ idi, beş-altı günnən soora gedəjəm.  

Dedi:  


– Nağarırdı?  

Dedi: 


– O balaca iynə var e, o iynənin deşiyinnən iki dənə dəvə ke-

çirirdi, – deyəndə uşax iki dizdərin qoydu yerə, üz tutdu Allaha:  

–  İlahi,  sənə  qurban  olum,  səndə  elə  güj-qüvvə  var  ki,  ordan 

iki yox, iyirmi dəvə də keçirə bilərsən. 

Burdan qayıtdı gəldi, indi molla çıxdı qabağına. Dedi: 

– Nooldu?  

Dedi: 

– Allahın başı qarışığ idi, gələn səfər deyərəm.  



Dedi: 

– Nədi? 


Dedi: 

– Balaca iynə var ey, onun deşiyinnən iki dənə dəvə keçirirdi.  

–  Əşi,  çıx  get  işi  gör.  Yox,  bu  boyda  deşikdən  iki  dənə  dəvə 

keçirirdi.  

Nəysə,  bu  da  qaldı.  Aradan  bir  müddət  keçənnən  soora  pey-

qumbər əleyhsalam getdi Allahnan dilləşəndə, dedi: 

– Dedin?  

– Dedim.  

– Nə dedi: 

Dedi: 


– Uşax  belə  dedi,  molla  belə.  İndi  de  görüm,  bunun  hansının 

yeri cənnətdi, hansı cəhənnəm?  




 

174


Dedi: 

– O mollanın yeri qır qazanıdı, uşağın yeri cənnətdi. 

Molla  bayannan  mollalığ  eliyir,  oyannan  da  Allahın  kəlamın 

yerinə yetirmir.  

Ona görə deyir, 

Oxuyub hər elmi alim də olsan

Həyatın mənasın biləsən gərək. 

Əməkdə, əməldə, xeyirdə, şərdə, 

Yaxşını, yamanı görəsən gərək. 

 

Çoxları fikirdən yorğınam deyir, 



Çoxları eşqidən solğınam deyir, 

Çoxları xalqına vurğunam deyir, 

Əməllə imtahan verəsən gərək. 

 

Xaspolad sevinir ellər güləndə



Xalqın güzəranın yaxşı görəndə. 

Vətən uğrunda yeri gələndə 

Döyüş meydanına girəsən gərək. 

 

195. ÜÇ MƏSLƏHƏT 

 

Bir  dəfə  zəlzələ  olur.  O  zəlzələdə  neçə  evlər-filan  dağılır. 



İyirmi, iyirmi beş  yaşında bir oğlan  yuxudan ayılır, baxır ki, zəlzə-

lədə bınların evi-eşiyi uçub, atası, anası, bacısı, qardaşı – ümumiy-

yətnən  hamısı  ölüb.  İndi  bu  uşax  beş-on  gün  oturdu,  buları  dəfn 

eliyənnən  soora  fikirrəşdi:  “Ya  rəbim,  ya  rəsulallah,  bəs  ata  yox, 

ana  yox,  bacı  yox,  qardaş  yox,  var  yox,  pul  yox.  Mən  neyniyim? 

Baş  götürüm  gedim,  hardasa  bir  adama  imkan  olsa,  mal  otararam, 

nökər olaram, dolanaram”.  

Bu  uzun  müddət  yol  gəldi.  Xeyli  gələnnən  soorasına  tay 

gördü  ki,  heydən  düşüf  da,  tərpənə  bilmir.  Fikirrəşdi  mən  neynim, 

nağayrım? Otdu bir  yerdə, bir şəhərin girəcəyində. Gördü bir qoca 

kişi dilənir. Dedi: “Bırda kim məni tanıyır, gedim mən də dilənim, 



 

175


bir  az  nə  toplasam  onnan  dolanaram”.  Gəldi  otdı.  Onda  başın  qal-

dırdı ki, uje  gün batır, hardeysa bu  üç abbasıya qədər pul  yığıb. O 

vaxt  da  pulun  elə  qiymətdi  vaxtıdı  kı,  bir  abbasıya  karrı  bir  erkək 

almağ olardı. Bu küçənin birinnən aşdı, ikincini aşanda dedi, gedim 

da,  çay-çörəh  yeyim.  Gördü  bir  dənə  qoca  kişidi,  hava  da  küləhli, 

çəliyi də tutub əlində, ayaqüstə dura bilmir. Deyir: 

– A-a-ay Allahı sevənnər, balalarım qırıldı, mənə kömək.  

Belə baxdı, baxdı, dedi: 

– Ya rəbbim, ya rəsulallah, mən iki gündü acam, iki gün də ac 

olsam ölmərəm. Mən genə bir yerdə yatıram. Gör bu nə kökə düşüb 

ki, gəlib belə deyir.  

Gəldi dedi: 

– Əmi, nədi, noolıb, niyə durmusan?  

Dedi: 


– Ay bala, iki-üş balam var, hamısı ajdı. Bir loxma tapammı-

ram, aparıb verəm, ajınnan ölməyələr.  

Dedi: 

–  Əmi,  səni  and  verirəm  Allaha,  buyur,  bax  bu  üç  abbasının 



üçün də verirəm saa. Bir ay yox, üç ay o balaların yiyər də, içər də, 

dolanar da.  

Dedi ki, oğul, dayan. Dedi: 

– Nədi?  

Dedi: 

– Səni bu gün maa kimsə qismət elədi. Mənim də güjüm dili-



mə düşür də, dayan sana üş kəlmə söz örgədim.  

Dedi: 


– Nədi?  

Dedi: 


– Oğul, mənnən sənə əmanət, getdin gördün bir adam elə bir 

vəziyyətə düşübdü ki, bunu öldürüllər də. Sənnən iki şeyin müqayi-

səsin  soruşanda  onun  birinə  yaxşı,  birinə  pis  demə.  Ya  ikisinə  də 

pis de, ya ikisinə də yaxşı de.  

Dedi: 

– Yaxşı.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə